Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-23/2022 24.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, oğulları 29 aprel 2019-cu il təvəllüdlü X3 ilə birlikdə Şəki şəhəri, C.Hüseynov küçəsi 35 saylı evdən istifadə hüquqlarının tanınması və həmin evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia ərizəsi 26 yanvar 2021-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmişdir. 19 mart 2021-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 vəfat etdiyini bildirmiş, cavabdehin əsl cavabdehlər Cavabdeh1 Bərham qızı, Cavabdeh2 və Cavabdeh3 ilə əvəz edilməsini, onların Şəki şəhəri, C.Hüseynov küçəsi 35 saylı evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 cavabdeh qismində cəlb edilmişlər. İş üzrə sonuncu məhkəmə baxış iclası bu günə, yəni 24 fevral 2022-ci il tarixə, saat 10:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. 24 fevral 2022-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək hazırda iddia ərizəsini müdafiə etmədiklərini bildirmiş, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişlər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 isə məhkəmə iclasında iştirak etməyərək işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 isə məhkəmə iclasında iştirak etməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Belə olan halda qanunun qeyd edilən tələbinə uyğun olaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi baxılmamış saxlanmalı, ümumi qaydada yenidən məhkəmədə iddia qaldırmaq hüququ ona izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizələri üzrə iddia ərizələri baxılmamış saxlanılsın. İddiaçılara izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilərlər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-23/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-23/2022
24.02.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver