Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-2408/2021 10.12.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı: İddiaçı, Cavabdeh: Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyan” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)-685/2021 saylı qətnaməsinə əsasən ondan alınaraq X3 verilməli olan 1030 manatın və Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(075)-669/2021 saylı qətnaməsinə əsasən ondan alınaraq X5 verilməli olan 1330 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, o, Şəki rayonu Göybulaq kəndində yaşayır və məktəb direktoru işləyir. Kənd camaatı arasında olan qaydalara əsasən naxıra növbəli nəzarət edilir. 19 noyabr 2020-ci il tarixdə naxıra nəzarət etmək ona həvalə edilmişdir. Lakin həmin gün məktəbdə işi olduğundan naxıra gedə bilməmiş, bu barədə naxıra mal göndərənləri məlumatlandırmış və başqa naxırçı olan Cavabdeh 30 manat pul verərək onu əvəz etməsini tapşırmışdır. Sonradan həmin gün naxırda bir inəyin maşın vurduğunu, bir inəyin isə canavar parçaladığını eşitmişdir. Belə ki, heyvanlardan birini maşın vurmuş, heyvan ağır yaralandığı üçün yiyəsi kəsib satmışdır. Digəri isə dağda qalmışdır və onu canavar yemişdir. Kənd camaatının qaydasına görə naxırdan gəlməyən heyvanın yiyəsi həmin gün gecə saat 12:00-dək növbətçiyə məlumat verməlidir. Lakin ikinci, yəni dağda qalan və canavar yeyən inəyin yiyəsi 5 gün sonra ona məlumat vermişdir. Həmin gün naxırda olmadığından hesab edir ki, onun heç bir təqsiri yoxdur. Bildirmişdir ki, inək maşın vurduqdan bir həftəyə yaxın müddət ərzində sağ olmuş, sonradan ölmüşdür. O özü şəxsən naxıra getmədiyi halda hansı əsasla dəymiş zərər qarşısında öhdəliyi yarana bilər. Bununla bağlı aralarında hər hansı bir razılaşma olmamışdır. Onun başqa bir naxırçı olan Cavabdeh 30 manat verərək onu naxıra göndərməyi hazırki iş üzrə iddiaçı qarşısında öhdəlik götütməyi üçün əsas ola bilməz. Belə olan halda ona dəymiş zərəri də Cavabdeh ödəməlidir. Çünki, həmin gün naxıra göndərilən heyvanları o qəbul etməmiş, ona naxıra göndərilən heyvanlar təhvil verilməmiş və həmin heyvanların sağ qayıdıb-qayıtmaması ilə bağlı üzərinə hər hansı bir şəkildə öhdəlik götütməmişdir. Belə olduğu halda onun heç bir məsuliyyəti yaranmamışdır. O, məktəb direktorudur və yalnız kömək məqsədi ilə naxıra getmək üçün naxırçı tapmış və naxırçı Cavabdeh 30 manat pul vermiş, özü naxıra getmədiyi halda hansı əsasla məsuliyyət daşıdığı da əsaslı hesab edilə bilməz. Lakin, həmin hadisə ilə Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2 (075)-685/2021 saylı qətnaməsinə əsasən ondan dəymiş maddi zərərin əvəzi olaraq 1000 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun alınaraq X3 verilməsi və Şəki Rayon Məhkəməsnin 20 aprel 2021-ci il tarixli, 2(075)- 669/2021 saylı qətnaməsinə əsasən ondan dəymiş maddi zərərin əvəzi olaraq 1300 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun alınaraq X5 verilməsi qərara alınmışdır. Əslində, həmin hadisə Cavabdeh təqsirindən baş verdiyinə görə həmin məbləğlər Cavabdeh tərəfindən ona ödənilməlidir. İddianı müdafiə edir və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, Göybulaq məktəbində gözətçi işləyir. İddiaçı onun gözətçi işlədiyi məktəbin direktorudur. Kənd camaatı arasında olan qaydalara əsasən naxıra növbəli nəzarət edilir. Həmin gün naxıra nəzarət İddiaçı idi. Bildrmişdir ki, kəndin naxırını kəndçiləri Təmraz Qeybullayev adlı şəxs otarır. Lakin hər gün bir nəfər Təmraza köməkçi kimi naxıra gedir. Təmraz biraz xəstə kimi adamdır. 19 noyabr 2020-ci il tarixdə Məhəmməd ona işinin olduğunu bildirmiş və Təmrazla onu naxıra növbətçi göndərmişdir. Bildirmişdir ki, Məhəmmədin əvəzinə naxıra getməsinə razıklıq verib və həmin gün naxıra getmişdir. Lakin Məhəmməd ona pul verməyib, o pulu Təmraza vermişdir. Göstərmişdir ki, 6 ildir ki, Məhəmməd öz növbəsində onu pulsuz naxıra göndərir. O da bu müddət ərzində məcburiyyət qarşısında qalaraq Məhəmmədin əvəzindən naxıra getmişdir. Heç vaxt belə problem yaranmamışdır. Bildirmişdir ki, camaat heyvanları naxıra qatanda heyvanları saymırlar. Onun inəyi maşın vurmağından həmin günü xəbəri olmuşdur. Digər inəkdən isə Namiq ona zəng edib xəbər edəndə xəbəri olmuşdur. Bildirmişdir ki, Namiq ona axşam saatlarında zəng edərək bilidirmişdir ki, inəyi qayıtmayıb. Səhəri günü Namiq demişdir ki, inəyini canavar parçalamışdır. Qəzada ölən inəkdə Məhəmmədin günahı yoxdur. Lakin canavar parçalayan inəkdə Məhəmmədin günahı var. Belə ki, Namiq dəfələrlə onun qapısına getsədə aralarında razılıq olmamışdır. İddianı qəbul etmir. Odur ki, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli 2(075)-685/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi təmin edimiş, İddiaçıya dəymiş maddi zərərin əvəz olaraq 1000 manat və 30 manat dövlət rüsumu, həmçinin Şəki Rayon Məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(075)- 463/2021 saylı qətnaməsinə əsasən X1 verilməli olan 1009 manat və 25 manat dövlət rüsumu olmaqla, cəmi 2064 manat alınaraq X3 verilməsi qət edilmişdir. İşdə olan Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(075)-669/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı X4 cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi təmin edimiş, İddiaçı 1300 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1330 manat alınaraq X5 verilməsi qətt edilmişdir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(107)-1404/2021 saylı qətnaməsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(075)- 669/2021 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli 2(075)-669/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, 19 noyabr 2020-ci il tarixdə naxıra nəzarət etmək İddiaçı həvalə edilmişdir. Lakin həmin gün məktəbdə işi olduğundan naxıra gedə bilməmiş, bu barədə naxıra mal göndərənləri məlumatlandırmış və başqa naxırçı olan Cavabdeh 30 manat pul verərək onu əvəz etməsini xahiş etmişdir. Sonradan həmin gün naxırda bir heyvanı maşın vurduğunu, bir heyvanın isə öldüyünü eşitmişdir. Belə ki, heyvanlardan birini maşın vurmuş, digəri isə dağda qalmışdır və onu canavar yemişdir. Həmin gün naxıra onun tapşırığına əsasən Cavabdeh getdiyindən və özü naxıra getmədiyindən hesab edir ki, qeyd edilən heyvanların sahiblərinə zərər dəyməsində onun heç bir təqsiri yoxdur. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir və iddianı müdafiə edir. Cavabdeh isə Məhəmmədin onun işlədiyi məktəbin direktoru olmasını, 6 il onun əvəzindən naxıra getməsini, 19.11.2020-ci il tarixdə ona pul verməməsini, onu məcbur edib naxıra göndərməsini bildirərək iddianı qəbul etmir. Məhkəmə, iş üzrə bütün diqqətəlayiq halları araşdıraraq iddia tələbinin qanuni əsası kimi aşağıdakı maddi və prosessual hüquq normalarına istinad etməyi məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 780.2-ci maddəsinə əsasən əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Göründüyü kimi tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanmış, iddiaçı naxırdakı inəkləri cavabdehə həvalə edərək onu naxıra göndərmişdir. Cavabdeh tapşırığın icrasını təmin etməmiş və nəticədə inəklərdən birini maşın vurmuş, digəri isə örüşdə qalaraq onu canavar parçalamışdır. Buna görə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 780.2-ci maddəsinə əsasən vəkalət alan cavabdeh üçüncü şəxsin hərəkətləri üçün öz hərəkətləri kimi məsuliyyət daşıyaraq iddiaçıya vurduğu zərərin əvəzini ödəməyə borcludur. Həmçinin Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)-685/2021 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi təmin edimiş, İddiaçı ona dəymiş maddi zərərin əvəz olaraq 1000 manat və 30 manat dövlət rüsumu, alınaraq X3 verilməsi qət edilmişdir. Bundan başqa Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(075)-669/2021 saylı qətnaməsi ilə iddiaçı X4 cavabdeh İddiaçı qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi təmin edimiş, İddiaçı 1300 manat pul və 30 manat dövlət rüsumu olmaqla, cəmi 1330 manat alınaraq X5 verilməsi qət edilmişdir. Göründüyü kimi Cavabdeh ilə İddiaçı arasında şifahi tapşırıq müqaviləsi mövcud olmuş, lakin Cavabdeh şifahi tapşırıq müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmiş və səhlənkarlığı üzündən X3 və X5 maddi ziyan dəymişdir. X2 və X4 iddiaları üzrə çıxarılan qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə cəmi 2360 manat pulun İddiaçı alınaraq onlara verilməsi qət edilmişdir. Lakin həmin maddi ziyanlar həmin gün İddiaçı şifahi tapşırığını yerinə yetirməli olan Cavabdeh səhlənkarlığı nəticəsində baş vermişdir. Odur ki, İddiaçı vurulmuş maddi zərərin əvəzini Cavabdeh geriyə tələb (reqres) etmək hüququ vardır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları və məhkəmə iclasında tətbiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)-685/2021 saylı qətnaməsinə əsasən İddiaçı alınaraq X3 verilməli olan 1030 manat və Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(075)-669/2021 saylı qətnaməsinə əsasən İddiaçı alınaraq X5 verilməli olan 1330 manat olmaqla, cəmi 2360 (iki min üç yüz altmış) manat Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-220, 227, 233.1, 234, 238-253, 357-362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Şəki Rayon Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(075)-685/2021 saylı qətnaməsinə əsasən İddiaçı alınaraq X3 verilməli olan 1030 manat və Şəki Rayon Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 2(075)-669/2021 saylı qətnaməsinə əsasən İddiaçı alınaraq X5 verilməli olan 1330 manat olmaqla, cəmi 2360 (iki min üç yüz altmış) manat Cavabdeh alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-2408/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-2408/2021
10.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver