Məhkəmə qərarları › İş №2(075)-248/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-248/2021

06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-248/2021 06.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 07R000009199 saylı kredit razılaşması üzrə 2328.25 ABŞ dolları məbləğində kredit borcu, 4665.46 ABŞ dolları məbləğində faiz borcu və 2168.51 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 9162 (doqquz min yüz altmış iki) ABŞ dolları 22 (iyirmi iki) sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması; Şəki rayonu, Turan qəsəbəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 51.35 kv.m ümumi 37.1 kv.m yaşayış, 14.25 kv.metr yardımçı sahədən ibarət mənzilin açıq hərracdan satılması, 9162 (doqquz min yüz altmış iki) ABŞ dolları 22 (iyirmi iki) sent məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 ümumi qaydada tutulması, Şəki rayonu, Turan qəsəbəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 51.35 kv.m ümumi, 37.1 kv.m yaşayış, 14.25 kv.metr yardımçı sahədən ibarət mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh3 həmin mənzilə istifadə hüquqlarının itirilməsinə, onların həmin mənzildən çıxarılmasına, həmin mənzilin boşaldılması və Alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, 17 dekabr 2020-ci il tarixdə məhkəmə hazırlıq iclası keçirilmiş, mülki işin məhkəmə baxışı iclası 28 yanvar 2021-ci il tarixdə keçirilmişdir. 28 yanvar 2021-ci il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında Cavabdeh3 vəsatəti ilə məhkəmə-mühasibatlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizalarının keçirilməsi qərara alınmış və mülki iş üzrə icraat dayandırılaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizası üzrə ekspert rəyi 06 aprel 2021-ci il tarixdə məhkəməyə daxil olmuş, həmçinin İddiaçı QSC-nin nümayəndəsi X2 30 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizalarının zərirət qalmadığını bildirmişdir. Həmçinin ekspert rəyində aparılmış tədqiqatın dəyərinin 145 manat olduğu göstərilmişdir. Şəki Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli, 2(075)-248/2021 saylı qərardadı 08 iyul 2021-ci il tarixdə“Əmlak Ekspert Mərkəzi” tərəfindən icra edilmədən məhkəməyə daxil olmuşdur. Mülki iş üzrə icraat təzələnərək, növbəti məhkəmə baxışı iclası bu günə, yəni 06 avqust 2021-ci il tarixə saat 11:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmişdir. İddiaçı QSC-nin nümayəndəsi X2 30 iyun 2021-ci il tarixdə məhkəməyə ərizə göndərərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı QSC-nin nümayəndəsi X2 iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, cavabdehlər isə məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Həmçinin, cavabdehin vəsatəti ilə mülki iş üzrə keçirilmiş 145 manat ekspertiza xərci Cavabdeh3 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X1 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh5, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Mülki iş üzrə keçirilmiş 145 manat ekspertiza xərci Cavabdeh3 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X1 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. İddiaçı QSC-nə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar