Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-248/2022 12.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil, Əvvəllki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh3, cavabdeh, həmçinin Cavabdeh2 nümayəndəsi Cavabdeh1 və onun vəkili X6 iştirakları ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh1, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması və gediş-gəliş yolunun açılması” tələbinə dair ilk iddiasına və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra cavabdeh) Cavabdeh1 ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli qətnaməsi ilə onun mülkiyyətinə verilmiş Şəki Rayonu, Cəyirli kəndində yerləşən ümumi sahəsi 100.3 kv.metr, yaşayış sahəsi 70.5 kv.metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.3 sot torpaq sahəsindən iddiaçı və onun ailə üzvlərinin istifadəsinə yönələn maneələr aradan qaldırılması, sözügedən əraziyə (həyətə) giriş-çıxış yolunun açılmasına icazə verilməsi və hüquq yardım göstərilməsi üçün vəkilə ödənilmiş 350 manat xərcin və 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil sonradan məhkəməyə iddia tələbinin İİ bəndi ilə bağlı dəqiqləşdirmə ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maneələrin aradan qaldırılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin xahiş edirəm hissəində 2-ci bəndindəki tələbləri qeyri-dəqiq ifadə olunmuşdur. Buna görə də hazırda tələblərini həmin hissəini 1-ci bənddəki tələblə birləşdirərək aşağdakı kimi ifadə edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli qətnaməsi ilə İddiaçı mülkiyyətinə verilmiş Şəki Rayonu Cəyirli kəndində yerləşən ümumi sahəsi 100.3 kv.metr, yaşayış sahəsi 70.5 kv.metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 7 otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.3 sot torpaq sahəsindən iddiaçı və onun ailə üzvlərinin istifadəsinə və sözügedən əraziyə (həyətə) giriş-çıxış yolunun açılmasına yönələn maneələr aradan qaldırılsın. 27.01.2022-ci il tarixdə Cavabdeh1 məhkəməyə elektron qaydada qarşılıqlı iddia ərizəsi göndərərək, Şəki rayonu, Cəyirli kəndi ərazisində yerləşən və mübahisə predmeti olan torpaq sahəsindən istifadəsinə İddiaçı tərəfindən edilən maneələrin aradan qaldırılması, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə edilən maneələrlə bağlı, həmçinin, əsassız məhkəmə çəkişmələrinə şərait yaratdığına görə görə dəymiş zərərin əvəzi olaraq 3000 manat pulun İddiaçı alınaraq ona verilməsi, həmçinin, ödədiyi 100 manat dövlət rüsumunun İddiaçı alınaraq ona verilməsi, ilk iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi (vəkili) Vəkil izahat verərək göstərmişdir ki, Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli icra sənədinə əsasən Şəki rayonu Cəyirli kəndində yerləşən mərhum Cavabdeh2 Ədil oğlundan miras qalmış ümumi sahəsi 100.3 kv.metr, yaşayış sahəsi 70.5 kv.metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.3 sol torpaq sahəsi ilə birlikdə İddiaçı mülkiyyətinə, evin 19.4 kv.metr yaşayış sahəsi olan otağı, həmin otağın qarşısında olan şüşəbənd və evin qarşısında olan torpaq sahəsindən 8.2 sot torpaq sahəsi cavabdeh X11 mülkiyyətinə və evin 15.8 kv.metr yaşayış sahəsi olan otağı, otağın qarşısında yerləşən şüşəbənd və otağın qarşısında yerləşən 8.4 sot torpaq sahəsi və həmin sahədə yerləşən mal tövləsi Cavabdeh1 mülkiyyətinə verilməli və ƏMDK yanında DƏDRXnin Şəki Ərazi İdarəsi (keçmiş adı X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi) tərəfindən göstərilən qaydada qeydə alma vərəqəsi verilməlidir. Bölgü nəticəsində borclu Cavabdeh1 giriş-çıxış yolu müəyyən edilmiş və o, özünə məxsus həyətyanı sahədən birbaşa əsas yola çıxış əldə etmişdir. Lakin İddiaçı məxsus torpaq sahəsinin əsas yola çıxışı olmadığından, yalnız Cavabdeh1 Əlı oğlunun həyətyanı sahəsindən keçməklə mümkün olduğundan və sonuncu da buna süni maneəçilik yaratdığından qətnamə icra edilə bilmir. Buna görə də icra məmurundan qətnamənin icrasnı tələb etdikdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsi məhkəməyə müraciət edərək, qətnaməyə izah verilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, "Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli icra sənədinə əsasən tərəflərə bölgüyə uyğun olaraq evə və həyətyanı girişçıxış yolu açmaq ixtiyarı verilməlidir. Bölgü nəticəsində borclu Cavabdeh1 giriş-çıxış yolu müəyyən edilmiş və o, özünə məxsus həyətyanı sahədən birbaşa əsas yola çıxış əldə etmişdir. Lakin tələbkara məxsus torpaq sahəsinin əsas yola çıxışı olmadığından və yalnız Cavabdeh1 həyətyanı sahəsindən keçməklə mümkün olduğundan tərəflərindən həmin ərazidə müvafiq icra hərəkətləri həyata keçirilərək giriş-çıxış yolu verilməsi sonuncudan tələb edilmişdir. İcra sənədində giriş-çıxış yolunun hansı ərazidən açılmalı olduğu konkret olaraq göstərilmədiyindən və bu barədə tərəflərin razılaşması mümkün olmadığından tələbin icra edilməsində müəyyən çətinliklər yaranmışdır. Ona görə də Şəki Rayon Məhkəməsinin 2- 212/2004 nömrəli, 07 may 2004-cü il tarixli icra sənədinə dair izah verilməsi, yəni giriş-çıxış yolunun haradan və hansı formada açılmalı olduğunun göstərilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X12 bildirmişdir ki, icra sənədi onun icraatındadır. İcra sənədinin icrası ilə bağlı bir neçə dəfə icra prosesi təyin edilmiş və tələbkarla birlikdə borclu Cavabdeh1 həyətyanı sahəsində icra hərəkətləri həyata keçirilmişdir. Həmin vaxt borclu Cavabdeh1 qəti şəkildə qərarın icrasından imtina etmiş, heç bir halda tələbkara yol verməyəcəyini bildirmişdir. Odur ki, icra sənədinə izah verilməlidir. Lakin Şəki Rayon Məhkəməsi 07.10.2021-ci il tarixdə ərizəyə baxaraq təmin edilməməsi barədə qərardad qəbul etmişdir. İddiaçının hüquqlarının başqa cür bərpası mümkün olmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən istifadəsinə yönələn hərəkətləri iddiaçının mülkiyyət hüququ ilə ona mənsub olan torpaq sahəsinə mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli etmiş olur. İşin faktiki hallarından və mövcud sənədlərdən görünür ki, cavabdehlər uzun illərdir həmin torpaq sahəsini qanunsuz olaraq tutmuş, iddiaçının həmin sahədən istifadə etmək hüququnu məhdudlaşdırmışdır. Qarşılıqlı iddiaya münasibət bildirərək göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə məxsus olan torpaq sahəsindən onların istifadə etməsinə hər hansı maneçilik edilmir. Buna görə də qarşılıqlı iddianı əsassız hesab edir. Bütün yuxarıda sadalananları nəzərə alaraq qarşılıqlı iddianın rədd edilməsi, Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli qətnaməsi ilə onun mülkiyyətinə verilmiş Şəki Rayonu, Cəyirli kəndində yerləşən ümumi sahəsi 100.3 kv.metr, yaşayış sahəsi 70.5 kv.metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 1 (7) otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.3 sot torpaq sahəsindən iddiaçı və onun ailə üzvlərinin istifadəsinə və və sözügedən əraziyə (həyətə) giriş-çıxış yolunun açılmasına yönələn cavabdehlər tərəfindən törədilən maneələrin aradan qaldırılması, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 350 manat xərcin və 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, həmçinin Cavabdeh2 nümayəndəsi Cavabdeh1 qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, 1963-cü il tarixdə anadan olmuş və 58 ildir ki, Şəki rayonu Cəyirli kəndində həmin mübahisəli ünvandakı fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. İddiaçının qeyd etdiyi cavabdehlər, yəni oğulları xx.xx.1992ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh3 həmin fərdi yaşayış evində dünyaya gəldikləri vaxtan bu günə qədər yaşayırlar. İddiaçının qeyd etdiyi Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli 07 may 2004-cü tarixli qərarında həmin həyətyanı torpaq sahəsi Cavabdeh1 (8,2 sot), qardaşı X14 (8,4 sot) və böyük qardaşı İddiaçı (32,8) ölcüləri göstərilməklə üç yerə bölünmüşdür. Lakin, həmin qərarda həyətyanı torpaq sahəsinin hansı hissəsinin tərəflərə verilməsi qeyd olunmamışdır. İddiaçı əsas yola çıxışın həyətyanı sahəsinin güya ona düşən hissəsindən keçdiyini qeyd edilmişdir. Şəki rayon Məhkəməsinin 2-212/2004 nömrəli 07 may 2004-cü tarixli qərarında göstərilmiş digər tərəf olan X20 da həmin əsas yola çıxışdan istifadə edir. Hər iki tərəfin həmin əsas yola çıxışdan ümumi istifadə olunmasına heç bir maneə yaradılmır. İddiaçının həmin yoldan tək istifadə etmək istəməsi onun və X11 həmin yoldan istifadə etmək hüquqlarını pozur. Ona görə də, o, və X20, həmin həyətyanı torpaq sahəsinin aşağı tərəfindən əsas yola çıxışı verilməsini iddiaçıya təklif etmişlər. Bildirmişdir ki, sözügedən 100,3 kv metr, yaşayış sahəsi 75 kv.metr olan fərdi yaşayış evi 0,49 hektar (49 sot) həyətyanı torpaq sahəsi ilə birgə Şəki rayonu Cəyirli kəndində 1997-ci ildə aparılan torpaq islahatı zamanı JN-129F nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnamə əsasında yalnız həmin həyətyanı torpaq sahəsinin 25 sotu onun, X3, Cavabdeh3 və Cavabdeh2 ümumi birgə mülkiyyətlərinə verilmişdir. Həmin həyətyanı torpaq sahəsinin digər 24 sot hissəsi Cəyirli Bələdiyyəsinin mülkiyyətində olmaqla onların istifadəsindədir. Bildirmişdir ki, o, mülkiyyətlərində (25 sot) və istifadəsində olan həmin həyətyanı torpaq sahəsinin gərəkli vergilərini 1997-ci ildən vaxtıvaxtında ödəyirlər. Mərhum babası Cavabdeh2 Ədil oğlu 1994-cü ildə rəhmətə getdiyinə görə Şəki rayonu Cəyirli kəndində 1997-ci ildə aparılan torpaq islahatı zamanı mülkiyyətçi kimi qeyd edilməmişdir. İddiaçı öz iddia ərizəsində həmin fərdi yaşayış evinin həyətyanı ilə birgə Cavabdeh2 Ədil oğlundan miras qaldığını qeyd edilmişdir. Halbuki, Cavabdeh2 Ədil oğlu torpaq islahatı keçirilməmişdən 3 il əvvəl 1994-cü ildə rəhmətə getmişdir. İdiaçının öz ərizəsində qeyd etdiyi kimi, Şəki rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli sənədində mərhum Cavabdeh2 Ədil oğlunun mirası vərəsələr arasında bölünmüşdür. Lakin, JN-129F nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnamə əsasən, sözügedən həyətyanı torpaq sahəsində və həmin həyətyanı topaq sahəsində yerləşən fərdi yaşayış evində Cavabdeh2 Ədil oğlu mülkiyyətçi kimi qeyd edilməmişdir. Göründüyü kimi, həmin fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsi onların istifadəsində olmuşdur və bu əsasdan da həmin Şəhadətnamə əsasında 25 sotluq torpaq sahəsi onların mülkiyyətlərinə verilmişdir. Həyətyanının digər 24 sotu Cəyirli kənd Bələdiyyəsinin mülkiyyətində qalmaqla istifadələrinə verilmişdir. İddiaçının, 2-212/2004 nömrəli, 07 may 2004-cü tarixli qərarını qəbul etmiş olduğu Şəki rayon Məhkəməsinə Cavabdeh2 Ədil oğlunun adına mülkiyyət hüququnu təsdiq edən sənədi necə əldə etməsi şüpə yaradır. Belə ki, əvvəla həmin həyətyanı torpaq sahəsi 25 sotu Cavabdeh2 Ədil oğlunun xüsusi mülkiyətə verilməmişdir. Digər 24 sot hissəsi isə bələdiyyənin mülkiyyətinə verilmişdir. Torpaq İslahatına qədər həyətyanı torpaq sahələri dövlətin mülkiyyətində olmaqla ailənin təsərrüfat başçısının istifadəsinə təhvil (təhkim) verilirdi. Sözügedən həyətyanı torpaq sahəsi yuxarıda qeyd etdiyi kimi, JN-129F nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” Şəhadətnamədə mülkiyyətçi kimi mərhum X5, Cavabdeh3 və o qeyd olunmuşdur. Bu əsasdan da, sözügedən həyətyanı torpaq sahəsi mərhum X3, Cavabdeh2, Cavabdeh3 və onun mülkiyyətindədir. Həmçinin bildirmişdir ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməyinə maneəçiliklər yaranmış, həmçinin, uzun illərdir ki, məhkəmə yollarında qalmışlar. Nəticədə onlara kifayət qədər maddi ziyan dəymişdir. Hesab etmişdir ki, onlara dəymiş zərəri iddiaçı qarşılamalıdır. Məhkəmədə ona ünvanlanmış suallara cavabında göstərmişdir ki, ilkin iddiaçı Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212/2004 nömrəli qətnaməsi ilə faktiki olaraq onların istifadəsində saxlanılan torpaq sahəsindən və evdən istifadələrinə hər hansı maneçilik etmir. Belə ki, ilkin iddiaçı faktiki olaraq Bakı şəhərində olur və orada yaşayır. Kənddəki evə isə arada-bir gəlib-gedir. Göstərmişdir ki, iddiaçı Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212/2004 nömrəli qətnaməsi ilə onun istifadəsində saxlanılan torpaq sahəsini faktiki olaraq hasar çəkərək ayırmış və özünə aid torpaq sahəsinin aşağı hissəsindən darvaza qoyaraq küçəyə çıxışı vardır. Lakin İlyas həmin yolun uzaq olmasını iddia edərək ona və başqa bir qardaşına məxsus torpaq sahəsindən yol istəməklə köhnə yola çıxış əldə etmək istəyir. Əslində məlum qətnamə ilə İlyasa daha çox torpaq sahəsi düşmüşdür. Həmçinin İlyasla onun torpaq sahəsinin arasında başqa qardaşına məxsus torpaq sahəsi vardır. Onlar tərəfindən İlyasa aid olan torpaq sahəsindən və evdən onun istifadə edilməsinə heç bir maneçilik edilmir. X26 Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212/2004 nömrəli qətnaməsində göstərilən “tərəflərə bölgüyə uyğun olaraq evə və həyətlərinə giriş-çıxış yolu açmaq ixtiyarı verilməsi” fikrindən çıxış edərək həmin giriş-çıxış yolunun onun və digər qardaşının torpaq sahəsindən keçə biləcəyini düşünür və bunu təkid edir. Həmin qətnamədə giriş-çıxış yolunun məhz ona aid olan torpaq sahəsindən keçməsi göstərilməmişdir. Bundan başqa yuxarıda qeyd etdiyi kimi iddiaçının özünə aid olan torpaq sahəsinə və evinə giriş-çıxış yolu artıq açılmışdır. Bütün bunları nəzərə alaraq qarşılıqlı iddianın təmin edilməsini, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Vəkil X15 Cavabdeh1 ilə eyni məzmunda izahat verərək qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Əvvəlki bütün məhkəmə iclasında iştirak edən Cavabdeh3 atası və digər Cavabdeh1 ilə eyni məzmunda izahat vermişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, həm ilkin iddia həm də qarşılıqlı iddia təmin olunmamalıdır. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212/2004 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində yerləşən mərhum Cavabdeh2 Ədil oğlundan miras qalmış ümumi sahəsi 100.3 kvadrat metr, yaşayış sahəsi 70.5 kvadrat metr, olmaqla 3otaqdan ibarət evin 36,3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəxt, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32,8 sot torpaq sahəsi ilə birlkdə İddiaçı mülkiyyətinə, evin 19,4 kvadrat metr yaşayış sahəsi olan otağın, həmin otağın qarşısında olan şüşəbənd, evin qarşısında olan torpaq sahəsindən 8,2 sot torpaq sahəsi cavabdeh X11 mülkiyyətinə, evin 15,8 kvadrat metr yaşayış sahəsi olan otağı, otağın qarşısında yerləşən şüşəbənd, otağın qarşsında yerləşən 8,4 sot torpaq sahəsi və həmin sahədə yerləşən mal tövləsi Cavabdeh1 Ədil oğlunun mülkiyyətinə verilməsi, həmin qaydada real bölgü aparılması və tərəflərə bölgüyə uyğun olaraq evə və həyətlərinə giriş-çıxış yolu açmaq ixtiyarı verilməsi qət edilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, JN-129F KOD 40412018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Şəki rayon Aqrar İsalahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə sahə ölçüsü 0,25 ha olan fərdi yaşayış evi, həyətyanı sahə, fərdi, kollektiv və kooperativ bağlar, dövlət təsərrüfatının bağı mülkiyyətlərinə verilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, JN 158, KOD 40412018 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktının təsdiq olumuş surətindən görünür ki, X5, Cavabdeh1, X7, Cavabdeh2 və Cavabdeh3 Şəki rayon Aqrar İsalahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə cizgidə göstərilən sərhəd daxilində 2,97 kektar torpaq sahəsi verilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 12 dekabr 2003-cü il tarixli qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, Şəki şəhər rayonlararası Dövlət texniki invertar bürosunun 02.12.2003-cü il tarixli, 24 nömrəli arayışı və qeydəalma vəsiqəsinə əsasən köməkçi sahəsi 100.3 kv.m, ümumi sahəsi üç otaqdan ibarət kərpicdən tikilmiş, üstü şiferdən ibarət Şəki rayonun Cəyirli kəndində yerləşən evi 1/6 hissəsi, 3/6 hissəsi isə mərhum Cavabdeh2 Ədil oğlunun adına açıq buraxılmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 09 oktyabr 2003-cü il tarixli, 2-297/2003 nömrəli qətnaməsindən görünür ki, X8, X17 və İddiaçı X9 miras qalmış, Şəki rayonuŞ Cəyirli kəndində yerləşən yaşayış evinin yaşayış vərəsəliyini qəbul etmələri üçün qanunla müəyyən edilmiş müddətin uzadılması qət edilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş, 10 fevral 2004-cü il tarixli, 1/11 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində 1961-ci ildə inşa eilmiş, 100.3 kv.metr ümumi sahə, 8 yaşayış otağından ibarət olan sahəsi 70,5 kvadrat metr yaşayış evinin 6/1 hissəsi İddiaçı, 6/1 hissəsi X4, 6/1 hissəsi X10, 6/3 hissəsi Cavabdeh2 Ədil oğlunun adına açıq buraxılmışdır. İşdə olan Şəki Rayon Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 8(075)-392/2021 nömrəli qərardadından görünür ki, Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2- 212/2004 nömrəli qətnaməsinə izah verilməsi barədə Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin rəisi, ədliyyə müşaviri X2 ərizəsi təmin edilməmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, 22 dekabr 2021-ci il tarixli, 28 nömrəli arayışdan görünür ki, həyətyani torpaq şəhadətnaməsi JN-129F, KOD 40412018 nömrəli olan, X5, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 verilmiş həyətyani torpaq sənədinə əsasən ümumi ölçüsü 0.25 ha olan həyətyani torpaq vergisi və əmlak vergisi Cavabdeh1 tərəfindən ödənilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 25 yanvar 2022-ci il tarixdə verilmiş 21 yanvar 2022-ci il tarixli 1/11 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Şəki rayonu, Cəyirli kəndində 1961-ci ildə inşa edilmiş, 1 mərtəbəli, ümumi sahəsi 70,8 metr kvadrat olan yaşayış evi Cavabdeh2 Ədil oğlunun adına qeydə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsində göstərilir ki, Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh qardaşdırlar. Bundan uzun müddət əvvəl tərəflər arasında qeyd edilən mübahisəli ev və torpaqla bağlı aralarında məhkəmə mübahisəsi olmuş və Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212/2004 nömrəli qətnaməsi ilə Şəki rayonu, Cəyirli kəndində yerləşən mərhum Cavabdeh2 Ədil oğlundan miras qalmış ümumi sahəsi 100.3 kvadrat metr, yaşayış sahəsi 70.5 kvadrat metr, olmaqla 3 otaqdan ibarət evin 36,3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəxt, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32,8 sot torpaq sahəsi ilə birlkdə İddiaçı mülkiyyətinə, evin 19,4 kvadrat metr yaşayış sahəsi olan otağın, həmin otağın qarşısında olan şüşəbənd, evin qarşısında olan torpaq sahəsindən 8,2 sot torpaq sahəsi cavabdeh X11 mülkiyyətinə və evin 15,8 kvadrat metr yaşayış sahəsi olan otağı, otağın qarşısında yerləşən şüşəbənd, otağın qarşsında yerləşən 8,4 sot torpaq sahəsi və həmin sahədə yerləşən mal tövləsi Cavabdeh1 Ədil oğlunun mülkiyyətinə verilməsi, həmin qaydada real bölgü aparılması və tərəflərə bölgüyə uyğun olaraq evə və həyətlərinə giriş-çıxış yolu açmaq ixtiyarı verilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə müəyyən icra hərəkətləri edilmiş, lakin qətnamədə giriş-çıxış yolunun torpaq sahəsinin hansı hissəsindən açılması və ya onun konkret olaraq hansı hissədə neçə metr enində və uzunluğunda olması dəqiq göstərilmədiyindən tərəflər arasında mübahisə yaranmışdır. Ümumiyyətlə ilkin iddiaçı tərəfindən cavabdehlərin ona məxsus torpaq sahəsindən və evdən istifadə edilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa qarşılıqlı iddiaçı da İddiaçı ona torpaq sahəsindən və evindən istifadə etməsinə maneçilik törətməsi ilə bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Həmçinin qarşılıqlı iddiaçı Cavabdeh1 məhkəməyə İddiaçı ona maddi ziyan vurmasını bildirsə də həmin maddi ziyanın nədən ibarət olması və əsasını nə təşkil etməsi barədə sübut təqdim etməmişdir. Yuxarıda göstərilən əsaslarla məhkəmə hesab edir ki, ilkin İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli qətnaməsi ilə onun mülkiyyətinə verilmiş Şəki Rayonu, Cəyirli kəndində yerləşən ümumi sahəsi 100.3 kv.metr, yaşayış sahəsi 70.5 kv.metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 1 (7) otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.3 sot torpaq sahəsindən iddiaçı və onun ailə üzvlərinin istifadəsinə, həmçinin sözügedən əraziyə (həyətə) giriş-çıxış yolunun açılmasına cavabdehlər tərəfindən yönələn maneələrin aradan qaldırılması və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 350 manat xərcin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbinə dair və qarşılıqlı iddiaçı Cavabdeh1 İddiaçı qarşı Şəki rayonu, Cəyirli kəndi ərazisində yerləşən və mübahisə predmeti olan torpaq sahəsindən istifadəsinə İddiaçı tərəfindən edilən maneələrin aradan qaldırılması, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə edilən maneələrlə bağlı, həmçinin, əsassız məhkəmə çəkişmələrinə şərait yaratdığına görə dəymiş zərərin əvəzi olaraq 3000 manat pulun İddiaçı alınaraq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Qarşılıqlı iddia da təmin edilmədiyindən Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu xərci onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi:
1. İlkin İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli qətnaməsi ilə onun mülkiyyətinə verilmiş Şəki Rayonu, Cəyirli kəndində yerləşən ümumi sahəsi 100.3 kv.metr, yaşayış sahəsi 70.5 kv.metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 1 (7) otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.3 sot torpaq sahəsindən iddiaçı və onun ailə üzvlərinin istifadəsinə, həmçinin sözügedən əraziyə (həyətə) giriş-çıxış yolunun açılmasına cavabdehlər tərəfindən yönələn maneələrin aradan qaldırılması və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 350 manat xərcin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin.
2. Qarşılıqlı iddiaçı Cavabdeh1 İddiaçı qarşı Şəki rayonu, Cəyirli kəndi ərazisində yerləşən və mübahisə predmeti olan torpaq sahəsindən istifadəsinə İddiaçı tərəfindən edilən maneələrin aradan qaldırılması, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə edilən maneələrlə bağlı, həmçinin, əsassız məhkəmə çəkişmələrinə şərait yaratdığına görə dəymiş zərərin əvəzi olaraq 3000 manat pulun İddiaçı alınaraq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin.
Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Cahid İmanov