Məhkəmə qərarları › İş №2(107)-1310/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-1310/2022

08.12.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-1310/2022 08.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “maneələrin aradan qaldırılması və gediş-gəliş yolunun açılması” tələbinə dair ilk iddiasına və Cavabdeh1 cavabdeh (bundan sonra iddiaçı) İddiaçı qarşı “maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: gediş-gəliş yolunun açılması, maneələrin aradan qaldırılması,qarşılıqlı iddia) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdehlərin vəkili X2 iştirakları ilə, Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-248/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli qətnaməsi ilə onun mülkiyyətinə verilmiş Şəki Rayonu, Cəyirli kəndində yerləşən ümumi sahəsi 100.3 kv.metr, yaşayış sahəsi 70.5 kv.metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.3 sot torpaq sahəsindən iddiaçı və onun ailə üzvlərinin istifadəsinə yönələn maneələr aradan qaldırılması, sözügedən əraziyə (həyətə) giriş-çıxış yolunun açılmasına icazə verilməsi və hüquq yardım göstərilməsi üçün vəkilə ödənilmiş 350 manat xərcin və 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir İddiaçı nümayəndəsi (vəkili) Vəkil sonradan məhkəməyə iddia tələbinin İİ bəndi ilə bağlı dəqiqləşdirmə ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maneələrin aradan qaldırılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin xahiş edirəm hissəində 2-ci bəndindəki tələbləri qeyri-dəqiq ifadə olunmuşdur. Buna görə də hazırda tələblərini həmin hissəini 1-ci bənddəki tələblə birləşdirərək aşağdakı kimi ifadə edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli qətnaməsi ilə İddiaçı mülkiyyətinə verilmiş Şəki Rayonu Cəyirli kəndində yerləşən ümumi sahəsi 100.3 kv.metr, yaşayış sahəsi 70.5 kv.metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 7 otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.3 sot torpaq sahəsindən iddiaçı və onun ailə üzvlərinin istifadəsinə və sözügedən əraziyə (həyətə) giriş-çıxış yolunun açılmasına yönələn maneələr aradan qaldırılsın. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 məhkəməyə elektron qaydada qarşılıqlı iddia ərizəsi göndərərək, Şəki rayonu, Cəyirli kəndi ərazisində yerləşən və mübahisə predmeti olan torpaq sahəsindən istifadəsinə İddiaçı tərəfindən edilən maneələrin aradan qaldırılması, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə edilən maneələrlə bağlı, həmçinin, əsassız məhkəmə çəkişmələrinə şərait yaratdığına görə görə dəymiş zərərin əvəzi olaraq 3000 manat pulun İddiaçı alınaraq ona verilməsi, həmçinin, ödədiyi 100 manat dövlət rüsumunun İddiaçı alınaraq ona verilməsi, ilk iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 2- 212/2004 nömrəli, 07 may 2004-cü il tarixli icra sənədinə əsasən Şəki rayonu Cəyirli kəndində yerləşən mərhum Cavabdeh2 Ədil oğlundan miras qalmış ümumi sahəsi 100.3 kv.metr, yaşayış sahəsi 70.5 kv.metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.3 sol torpaq sahəsi ilə birlikdə İddiaçı mülkiyyətinə, evin 19.4 kv.metr yaşayış sahəsi olan otağı, həmin otağın qarşısında olan şüşəbənd və evin qarşısında olan torpaq sahəsindən 8.2 sot torpaq sahəsi cavabdeh X3 mülkiyyətinə və evin 15.8 kv.metr yaşayış sahəsi olan otağı, otağın qarşısında yerləşən şüşəbənd və otağın qarşısında yerləşən 8.4 sot torpaq sahəsi və həmin sahədə yerləşən mal tövləsi Cavabdeh1 mülkiyyətinə verilməli və ƏMDK yanında DƏDRX-nin Şəki Ərazi İdarəsi (keçmiş adı X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi) tərəfindən göstərilən qaydada qeydə alma vərəqəsi verilməlidir. Bölgü nəticəsində borclu Cavabdeh1 giriş-çıxış yolu müəyyən edilmiş və o, özünə məxsus həyətyanı sahədən birbaşa əsas yola çıxış əldə etmişdir. Lakin İddiaçı məxsus torpaq sahəsinin əsas yola çıxışı olmadığından, yalnız Cavabdeh1 Əlı oğlunun həyətyanı sahəsindən keçməklə mümkün olduğundan və sonuncu da buna süni maneəçilik yaratdığından qətnamə icra edilə bilmir. Buna görə də icra məmurundan qətnamənin icrasnı tələb etdikdə Şəki Rayonu üzrə İcra və Probasiya Şöbəsi məhkəməyə müraciət edərək, qətnaməyə izah verilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, "Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07 may 2004cü il tarixli icra sənədinə əsasən tərəflərə bölgüyə uyğun olaraq evə və həyətyanı girişçıxış yolu açmaq ixtiyarı verilməlidir. Bölgü nəticəsində borclu Cavabdeh1 girişçıxış yolu müəyyən edilmiş və o, özünə məxsus həyətyanı sahədən birbaşa əsas yola çıxış əldə etmişdir. Lakin tələbkara məxsus torpaq sahəsinin əsas yola çıxışı olmadığından və yalnız Cavabdeh1 həyətyanı sahəsindən keçməklə mümkün olduğundan tərəflərindən həmin ərazidə müvafiq icra hərəkətləri həyata keçirilərək giriş-çıxış yolu verilməsi sonuncudan tələb edilmişdir. İcra sənədində giriş-çıxış yolunun hansı ərazidən açılmalı olduğu konkret olaraq göstərilmədiyindən və bu barədə tərəflərin razılaşması mümkün olmadığından tələbin icra edilməsində müəyyən çətinliklər yaranmışdır. Ona görə də Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli icra sənədinə dair izah verilməsi, yəni giriş-çıxış yolunun haradan və hansı formada açılmalı olduğunun göstərilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 bildirmişdir ki, icra sənədi onun icraatındadır. İcra sənədinin icrası ilə bağlı bir neçə dəfə icra prosesi təyin edilmiş və tələbkarla birlikdə borclu Cavabdeh1 həyətyanı sahəsində icra hərəkətləri həyata keçirilmişdir. Həmin vaxt borclu Cavabdeh1 qəti şəkildə qərarın icrasından imtina etmiş, heç bir halda tələbkara yol verməyəcəyini bildirmişdir. Odur ki, icra sənədinə izah verilməlidir. Lakin Şəki Rayon Məhkəməsi xx.xx.2021-ci il tarixdə ərizəyə baxaraq təmin edilməməsi barədə qərardad qəbul etmişdir. İddiaçının hüquqlarının başqa cür bərpası mümkün olmadığından hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin iddiaçıya məxsus torpaq sahəsindən istifadəsinə yönələn hərəkətləri iddiaçının mülkiyyət hüququ ilə ona mənsub olan torpaq sahəsinə mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli etmiş olur. İşin faktiki hallarından və mövcud sənədlərdən görünür ki, cavabdehlər uzun illərdir həmin torpaq sahəsini qanunsuz olaraq tutmuş, iddiaçının həmin sahədən istifadə etmək hüququnu məhdudlaşdırmışdır. Qarşılıqlı iddiaya münasibət bildirərək göstərmişdir ki, iddiaçı tərəfindən cavabdehlərə məxsus olan torpaq sahəsindən onların istifadə etməsinə hər hansı maneçilik edilmir. Buna görə də qarşılıqlı iddianı əsassız hesab edir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-248/2022 saylı qətnaməsi ilə (hakim C.İmanov) ilkin İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı Şəki Rayon Məhkəməsinin 2(107)-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli qətnaməsi ilə onun mülkiyyətinə verilmiş Şəki Rayonu, Cəyirli kəndində yerləşən ümumi sahəsi 100.3 kv.metr, yaşayış sahəsi 70.5 kv.metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 1 (7) otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.3 sot torpaq sahəsindən iddiaçı və onun ailə üzvlərinin istifadəsinə, həmçinin sözügedən əraziyə (həyətə) giriş-çıxış yolunun açılmasına cavabdehlər tərəfindən yönələn maneələrin aradan qaldırılması və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 350 manat xərcin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh1 İddiaçı qarşı Şəki rayonu, Cəyirli kəndi ərazisində yerləşən və mübahisə predmeti olan torpaq sahəsindən istifadəsinə İddiaçı tərəfindən edilən maneələrin aradan qaldırılması, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə edilən maneələrlə bağlı, həmçinin, əsassız məhkəmə çəkişmələrinə şərait yaratdığına görə dəymiş zərərin əvəzi olaraq 3000 manat pulun İddiaçı alınaraq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh qardaşdırlar. Bundan uzun müddət əvvəl tərəflər arasında qeyd edilən mübahisəli ev və torpaqla bağlı aralarında məhkəmə mübahisəsi olmuş və Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212/2004 nömrəli qətnaməsi ilə Şəki rayonu, Cəyirli kəndində yerləşən mərhum Cavabdeh2 Ədil oğlundan miras qalmış ümumi sahəsi 100.3 kvadrat metr, yaşayış sahəsi 70.5 kvadrat metr, olmaqla 3 otaqdan ibarət evin 36,3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəxt, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32,8 sot torpaq sahəsi ilə birlkdə İddiaçı mülkiyyətinə, evin 19,4 kvadrat metr yaşayış sahəsi olan otağın, həmin otağın qarşısında olan şüşəbənd, evin qarşısında olan torpaq sahəsindən 8,2 sot torpaq sahəsi cavabdeh X3 mülkiyyətinə və evin 15,8 kvadrat metr yaşayış sahəsi olan otağı, otağın qarşısında yerləşən şüşəbənd, otağın qarşsında yerləşən 8,4 sot torpaq sahəsi və həmin sahədə yerləşən mal tövləsi Cavabdeh1 Ədil oğlunun mülkiyyətinə verilməsi, həmin qaydada real bölgü aparılması və tərəflərə bölgüyə uyğun olaraq evə və həyətlərinə giriş-çıxış yolu açmaq ixtiyarı verilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə müəyyən icra hərəkətləri edilmiş, lakin qətnamədə giriş-çıxış yolunun torpaq sahəsinin hansı hissəsindən açılması və ya onun konkret olaraq hansı hissədə neçə metr enində və uzunluğunda olması dəqiq göstərilmədiyindən tərəflər arasında mübahisə yaranmışdır. Ümumiyyətlə ilkin iddiaçı tərəfindən cavabdehlərin ona məxsus torpaq sahəsindən və evdən istifadə edilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan başqa qarşılıqlı iddiaçı da İddiaçı ona torpaq sahəsindən və evindən istifadə etməsinə maneçilik törətməsi ilə bağlı hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Həmçinin qarşılıqlı iddiaçı Cavabdeh1 məhkəməyə İddiaçı ona maddi ziyan vurmasını bildirsə də həmin maddi ziyanın nədən ibarət olması və əsasını nə təşkil etməsi barədə sübut təqdim etməmişdir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, həm ilkin iddia həm də qarşılıqlı iddia təmin olunmamalıdır. Belə ki, işdə olan Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212/2004 nömrəli qətnaməsinin təsdiq edilmiş surətindən məlum olmuşdur ki, Şəki rayonu, Cəyirli kəndində yerləşən mərhum Cavabdeh2 Ədil oğlundan miras qalmış ümumi sahəsi 100.3 kvadrat metr, yaşayış sahəsi 70.5 kvadrat metr, olmaqla 3otaqdan ibarət evin 36,3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəxt, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32,8 sot torpaq sahəsi ilə birlkdə İddiaçı mülkiyyətinə, evin 19,4 kvadrat metr yaşayış sahəsi olan otağın, həmin otağın qarşısında olan şüşəbənd, evin qarşısında olan torpaq sahəsindən 8,2 sot torpaq sahəsi cavabdeh X3 mülkiyyətinə, evin 15,8 kvadrat metr yaşayış sahəsi olan otağı, otağın qarşısında yerləşən şüşəbənd, otağın qarşsında yerləşən 8,4 sot torpaq sahəsi və həmin sahədə yerləşən mal tövləsi Cavabdeh1 Ədil oğlunun mülkiyyətinə verilməsi, həmin qaydada real bölgü aparılması və tərəflərə bölgüyə uyğun olaraq evə və həyətlərinə girişçıxış yolu açmaq ixtiyarı verilməsi qət edilmişdir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 158.4, 170.2-ci maddələrii, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, işin faktiki hallarından görünür ki, İddiaçı məxsus torpaq sahəsinin əsas yola çıxışı olmadığından, yalnız Cavabdeh1 həyətyanı sahəsindən keçməklə mümkün olduğundan və sonuncu da buna süni maneəçilik yaratdığından Şəki Rayon Məhkəməsinin qətnaməsi icra edilə bilmir. Məhkəmə yalnız onun irəli sürdüyü dəlilləri araşdırmamış, Konstitusiya ilə nəzərdə tutulan və Dövlət tərəfindən qorunan mükiyyət hüququna yönələn qəsdlərin qarşısının alınması ilə bağlı zəruri araşdırmalar aparmamışdır. Bu işdə məhkəmə qeyri mötəbər dəlillərə əsaslanmışdır. Nə əraziyə yerində baxış keçirilmiş, nə ekspertiza təyin edilməsini məsələsi müzakirə olunmuşdur. Məhkəmənin qətnaməsi və qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Sözügedən maddənin tələbləri də məhkəmənin üzərinə kifayət qədər vəzifələr qoyur ki, hazırkı işdə bu tələblərə də əməl olunmamışdır. Odur ki, Şəki Rayon Məhkəməsinin 2(075)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, ilk iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, ilk iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin vəkili X5 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 2(075)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ — əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sahiblik və istifadə hüquqları nəticəsində şəxs əmlaka malik olur və onu istismar edə bilir. Sərəncam hüququnun həyata keçirilməsi əmlakın mənsubluğunun, vəziyyətinin və ya təyinatının dəyişdirilməsi ilə nəticələnir. Bu zaman mülkiyyətçi öz mülahizəsinə görə səlahiyyətlərini həyata keçirmək və ya əmlak üzərində sərəncam vermək hüququnu digər şəxslərin həmin əmlak üzərində iradəsindən asılı olmayaraq bilavasitə qanuna əsaslanaraq həyata keçirir. Digər şəxslərin əmlak üzərində iradəsi isə təkcə qanuna söykənmir, eyni zamanda mülkiyyətçinin iradəsindən asılı olur və onunla şərtlənir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını qismən mübahisələndirir. Apellyator Şəki Rayon Məhkəməsinin 2(075)-248/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, ilk iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsinə münasibətdə apelyasiya şikayətinə münasibətdə qətnamənin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə iddiaçının apellyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-248/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh qardaşdırlar. Bundan uzun müddət əvvəl tərəflər arasında qeyd edilən mübahisəli ev və torpaqla bağlı aralarında məhkəmə mübahisəsi olmuş və Şəki Rayon Məhkəməsinin 07 may 2004-cü il tarixli, 2-212/2004 nömrəli qətnaməsi ilə Şəki rayonu, Cəyirli kəndində yerləşən mərhum Cavabdeh2 Ədil oğlundan miras qalmış ümumi sahəsi 100.3 kvadrat metr, yaşayış sahəsi 70.5 kvadrat metr, olmaqla 3 otaqdan ibarət evin 36,3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəxt, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32,8 sot torpaq sahəsi ilə birlkdə İddiaçı mülkiyyətinə, evin 19,4 kvadrat metr yaşayış sahəsi olan otağın, həmin otağın qarşısında olan şüşəbənd, evin qarşısında olan torpaq sahəsindən 8,2 sot torpaq sahəsi cavabdeh X3 mülkiyyətinə və evin 15,8 kvadrat metr yaşayış sahəsi olan otağı, otağın qarşısında yerləşən şüşəbənd, otağın qarşsında yerləşən 8,4 sot torpaq sahəsi və həmin sahədə yerləşən mal tövləsi Cavabdeh1 Ədil oğlunun mülkiyyətinə verilməsi, həmin qaydada real bölgü aparılması və tərəflərə bölgüyə uyğun olaraq evə və həyətlərinə giriş-çıxış yolu açmaq ixtiyarı verilməsi qət edilmişdir. Qeyd edilən məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə müəyyən icra hərəkətləri edilmiş, lakin qətnamədə giriş-çıxış yolunun torpaq sahəsinin hansı hissəsindən açılması və ya onun konkret olaraq hansı hissədə neçə metr enində və uzunluğunda olması dəqiq göstərilmədiyindən tərəflər arasında mübahisə yaranmışdır. Ümumiyyətlə ilkin iddiaçı tərəfindən cavabdehlərin ona məxsus torpaq sahəsindən və evdən istifadə edilməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Belə ki, apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, bu işdə məhkəmə qeyri mötəbər dəlillərə əsaslanmışdır. Nə əraziyə yerində baxış keçirilmiş, nə ekspertiza təyin edilməsi məsələsi müzakirə olunmuşdur. Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri əsassızdır. Belə ki, payların naturada böülünməsi tələbinə dair qanuni qüvvədə olan qətnamədə iddiaçının mülkiyyətində olan evə gediş-gəliş yolunun hansı istiqamətdən açılması müəyyən edilməmişdir. Bundan başqa hazırki mübahisənin obyektiv həll edilməsi üçün məhkəmə kollegiyası tərəfindən mübahisəli əraziyə yerli baxış keçirilmişdir. Yerli baxış zamanı müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olan Şəki rayonu, Cəyirli kəndində yerləşən mərhum Cavabdeh2 Ədil oğlundan miras qalmış ümumi sahəsi 100.3 kvadrat metr, yaşayış sahəsi 70.5 kvadrat metr, olmaqla 3 otaqdan ibarət evin 36,3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəxt, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32,8 sot torpaq sahəsinə tələb edilən yol cavabdehə məxsus evin arxa hissəsindən keçir. Əyər həmin hissədə yol açılarsa yol birbaşa iddiaçıya məxsus torpaq sahəsinə deyil, üçüncü şəxsin, yəni digər qonşunun mülkiyyətində olan bağ sahəsinə açılmış olacaqdır. Bu isə digər qonşunun mülkiyyət hququnun məhdudlaşdırılması ilə nəticələnər ki, bu da yolverilməzdir. Eyni zamanda müəyyən edildi ki, iddiaçıya məxsus həyətyanı torpaq sahəsinin aşağı hissəsindən kənd yoluna çıxış mövcuddur. Yəni iddiaçı həmin yoldan kəndin ümumi yoluna çıxış əldə edə bilər. Göründüyü kimi, İddiaçı mülkiyyətində olan Şəki rayonu, Cəyirli kəndində yerləşən mərhum Cavabdeh2 Ədil oğlundan miras qalmış ümumi sahəsi 100.3 kvadrat metr, yaşayış sahəsi 70.5 kvadrat metr, olmaqla 3 otaqdan ibarət evin 36,3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəxt, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32,8 sot torpaq sahəsinə tələb edilən yolun açılması birbaşa digər şəxsin mülkiyyət hüququnun pozulmasına gətirib çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin-97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici ekspertizanın təyin edilməsi üçün əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etmək vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Hazırki mərhələdə isə apellyator hər hansı bir əsaslandırılmış vəsatətlə məhkəməyə müraciət etməmişdir. Bundan başqa qanunverici ekspertizanın təyin edilməsi ilə bağlı məhkəmənin üzərinə vəzifə deyil, hüquq qoymuşdur. Bu isə onu deməyə əsas verir ki, məhkəmə ekspertizanın təyin edilməsini işin tam, hərtərəfli və obyektiv baxılması üçün zəruri hesab edərsə öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər, yəni sözügedən maddənin bu hissəsi imperativ norma kimi çıxış etmədiyindən, qanunverici bu hissədə müvafiq qərar qəbul etmək səlahiyyətini məhkəmənin öz mülahizəsinə buraxmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin bu dəlilləri əsassızdır. Bundan başqa apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmənin qətnaməsi qanuni olmamaqla yanaşı, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Beləliklə kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslı deyildir. Şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)- 248/2022 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(075)-248/2022 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar