Məhkəmə qərarları › İş №2(107)-1186/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-1186/2022

28.09.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-1186/2022 28.09.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması və gediş-gəliş yolunun açılması” tələbinə dair ilk və Cavabdeh1 İddiaçı qarşı “maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, ləğv, qaytar) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması və gediş-gəliş yolunun açılması” tələbinə dair ilk və Cavabdeh1 İddiaçı qarşı “maneələrin aradan qaldırılması və maddi ziyan” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə İddiaçı apellyasiya şikayətinin geri qaytarılması barədə Şəki Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(075)-248/2022 saylı qərardadından İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli qətnaməsi ilə onun mülkiyyətinə verilmiş Şəki Rayonu, Cəyirli kəndində yerləşən ümumi sahəsi 100.3 kv.metr, yaşayış sahəsi 70.5 kv.metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 1 otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.3 sot torpaq sahəsindən iddiaçı və onun ailə üzvlərinin istifadəsinə yönələn maneələr aradan qaldırılması, sözügedən əraziyə (həyətə) giriş-çıxış yolunun açılmasına icazə verilməsi və hüquq yardım göstərilməsi üçün vəkilə ödənilmiş 350 manat xərcin və 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil sonradan məhkəməyə iddia tələbinin İİ bəndi ilə bağlı dəqiqləşdirmə ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı maneələrin aradan qaldırılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin xahiş edirəm hissəində 2-ci bəndindəki tələbləri qeyri-dəqiq ifadə olunmuşdur. Buna görə də hazırda tələblərini həmin hissəini 1-ci bənddəki tələblə birləşdirərək aşağdakı kimi ifadə edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli qətnaməsi ilə İddiaçı mülkiyyətinə verilmiş Şəki Rayonu Cəyirli kəndində yerləşən ümumi sahəsi 100.3 kv.metr, yaşayış sahəsi 70.5 kv.metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 7 otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.3 sot torpaq sahəsindən iddiaçı və onun ailə üzvlərinin istifadəsinə və sözügedən əraziyə (həyətə) giriş-çıxış yolunun açılmasına yönələn maneələr aradan qaldırılsın. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 məhkəməyə elektron qaydada qarşılıqlı iddia ərizəsi göndərərək, Şəki rayonu, Cəyirli kəndi ərazisində yerləşən və mübahisə predmeti olan torpaq sahəsindən istifadəsinə İddiaçı tərəfindən edilən maneələrin aradan qaldırılması, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə edilən maneələrlə bağlı, həmçinin, əsassız məhkəmə çəkişmələrinə şərait yaratdığına görə görə dəymiş zərərin əvəzi olaraq 3000 manat pulun İddiaçı alınaraq ona verilməsi, həmçinin, ödədiyi 100 manat dövlət rüsumunun İddiaçı alınaraq ona verilməsi, ilk iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2(075)-248/2022 saylı qətnaməsi ilə ilkin İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı Şəki Rayon Məhkəməsinin 2-212/2004 nömrəli, 07 may 2004-cü il tarixli qətnaməsi ilə onun mülkiyyətinə verilmiş Şəki Rayonu, Cəyirli kəndində yerləşən ümumi sahəsi 100.3 kv.metr, yaşayış sahəsi 70.5 kv.metr olmaqla 3 otaqdan ibarət evin 36.3 kvadrat metr yaşayış sahəsi olan 1 (7) otaq, həmin otağın qarşısındakı mətbəx, evin arxasında yerləşən köməkçi sahə sayılan hamam və otağın qarşısından 32.3 sot torpaq sahəsindən iddiaçı və onun ailə üzvlərinin istifadəsinə, həmçinin sözügedən əraziyə (həyətə) giriş-çıxış yolunun açılmasına cavabdehlər tərəfindən yönələn maneələrin aradan qaldırılması və hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 350 manat xərcin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi, İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi, qarşılıqlı iddiaçı Cavabdeh1 İddiaçı qarşı Şəki rayonu, Cəyirli kəndi ərazisində yerləşən və mübahisə predmeti olan torpaq sahəsindən istifadəsinə İddiaçı tərəfindən edilən maneələrin aradan qaldırılması, mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə edilən maneələrlə bağlı, həmçinin, əsassız məhkəmə çəkişmələrinə şərait yaratdığına görə dəymiş zərərin əvəzi olaraq 3000 manat pulun İddiaçı alınaraq ona ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi, Cavabdeh1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməsi qət edilmişdir. İş üzrə İddiaçı nümayəndəsi (vəkili) Vəkil Şəki Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2(075)-248/2022 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti 16 avqust 2022ci il tarixdə Şəki Rayon Məhkəməsinə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(075)-248/2022 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli, 2(075)-248/2022 saylı qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərаrdаddаn iş üzrə İddiaçı nümayəndəsi (vəkili) Vəkil şikаyəti 27 avqust 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şəki Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli 2(075)-248/2022 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(075)- 248/2022 saylı qərardadı ləğv edilməli, mülki iş apellyasiya şiakyətinin uyğunluğunun digər məsələlərinin yoxlanılması və növbəti prosessual hərəkətlərin edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi apellyasiya şiakyətinin geri qaytarılması qərarını belə əsaslandırmışdır ki, mülki işə 12 aprel 2022-ci il tarixdə baxılaraq qətnamə çıxarılmış, qətnamənin surəti poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. Həmçinin iş materiallarında olan 13 aprel 2022-ci il tarixli elektron məhkəmə informasiya sisteminin çıxarışından görünür ki, Şəki Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2(075)-248/2022 saylı qətnaməsi “Azemis” elektron məhkəmə informasiya sistemi vasitəsilə elektron təsdiq edilməklə 13 aprel 2022- ci il tarixdə saat 10:48-də İddiaçı nümayəndəsi (vəkili) Vəkil məxsus şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Göründüyü kimi Şəki Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2(075)- 248/2022 saylı qətnaməsi İddiaçı nümayəndəsi (vəkili) Vəkil məxsus şəxsi elektron kabinetinə yerləşdirilməklə 13 aprel 2022-ci il tarixdə saat 10:48-də rəsmi olaraq çatdırılmışdır. Azərbaycan Respublikası MPM-nin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Mülki işin materiallarından görünür ki, Şəki Rayon Məhkəməsinin 12 aprel 2022-ci il tarixli 2(075)-248/2022 saylı qətnaməsi İddiaçı 14 aprel 2022-ci il tarixdə göndərilmiş, lakin zərf iddiaçı tərəfindən alınmadan geri qaytarılmışdır. Geri qaytarılmış zərfin üzərində “köçüb” qeydi olunmuşdur. Birinci instansiya məhkəməsi isə qətnamənin iddiaçının vəkilinə çatdırılmasını əsas götürməklə apellyasiya şikayəti vermə müddətinin ötürüldüyü qənaətinə gəlmişdir. “O.Hüseynovun şikаyəti üzrə məhkəməyə mürаciət hüququnun pozulmаsınа dаir” iş üzrə 29 iyun 2007-ci il tаrixli qərаrındа Konstitusiyа Məhkəməsinin Plenumunu göstərmişdir ki, mülki prosessuаl qаnunvericilik məhkəmə qətnаməsindən verilən şikаyətlər üçün müddətin məhz məhkəmə аktının tərəfə təqdim olunduğu gündən hesаblаndığını nəzərdə tutur. "X1 şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbаycаn Respublikаsı Konstitusiya Məhkəməsinin 13 fevral 2007-ci il tarixli qərarında göstərilir ki, qanunverici MPM-də qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını (MPM-nin 357-401, 402-421-ci maddələri) müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Ümumiyyətlə, imperativ xarakterə malik olduqlarından prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı da riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(075)-248/2022 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcuddur. Ona görə də, şikayət təmin edilməli, Şəki Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(075)-248/2022 saylı qərardadı ləğv edilməli, mülki iş apellyasiya şiakyətinin uyğunluğunun digər məsələlərinin yoxlanılması və növbəti prosessual hərəkətlərin edilməsi üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb qərаrdаdı tаm və yа qismən ləğv edib, yаxud dəyişib işi birinci instаnsiyа məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı və onun vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilsin. Şəki Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli 2(075)-248/2022 saylı qərardadı ləğv edilsin. Mülki iş apellyasiya şiakyətinin uyğunluğunun digər məsələlərinin yoxlanılması və növbəti prosessual hərəkətlərin edilməsi üçün Şəki Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Vəzirxan Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar