Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4215/2020 19.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə açıq məhkəmə iclasında, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMM kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMM qarşı “sahiblik və istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması” barədə ilk iddiası tam, “xxxx” MMM İddiaçı qarşı “xidmət müqaviləsinin imzalanması, yığılmış xidmət haqqı borcunun ödənilməsi” barədə qarşılıqlı iddiası qismən təmin edilmişdir. Tərəflər ayrı-ayrılıqda qətnamədən apelyasiya şikayətləri vermişlər. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2020-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh “xxxx” MMM qətnamədən kasasiya şikayəti vermişdir. 12 iyun 2020-ci il tarixdə cavabdeh “xxxx” MMM kasasiya şikayəti mülki işlə birlikdə Ali Məhkəməyə daxil olmuş və Ali Məhkəmənin hakiminin 29 iyul 2020-ci il tarixli qərardadı ilə kasasiya şikayəti icraata qəbul edilərək, işə kasasiya qaydasında baxılması 20 oktyabr 2020-ci il tarixə, saat 10:25-ə təyin edilmişdir. 02 oktyabr 2020-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsi məktubla Ali Məhkəməyə müraciət edərək, İddiaçı qətnamədən kasasiya şikayəti verməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin müzakirə olunması üçün mülki işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, mülki iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə mülki işin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 29 iyul 2020-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılmalıdır. Belə ki, 02 oktyabr 2020-ci il ta rixdə Bakı Apelyasiya Məhkəməsi məktubla Ali Məhkəməyə müraciət edərək, İddiaçı qətnamədən kasasiya şikayəti verməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin müzakirə olunması üçün mülki işin Bakı Apelyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Həmin Məcəllənin 417.1.7-ci maddəsində göstərilir ki, kasasiya məhkəməsi işə baxarkən, kasasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kasasiya şikayəti ilə apelyasiy a məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kasasiya baxışından çıxarmaqla apelyasiya instansiyası məhkəməsinə qaytara bilər. Bu baxımdan kasasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdeh “xxxx” MMM kasasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 29 iyul 2020-ci il tarixli qərardadı ləğv edilməli, mülki iş kasasiya baxışından çıxarmalı və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytalmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417.1.7-ci maddəsinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı cavabdeh “xxxx” MMM qarşı “sahiblik və istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması” barədə ilk iddiası na, “xxxx” MMM İddiaçı qarşı “xidmət müqaviləsinin imzalanması, yığılmış xidmət haqqı borcunun ödənilməsi” barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” MMM verdiyi kasasiya şikayətinin icraata qəbul edilməsinə dair Ali Məhkəmənin hakiminin 29 iyul 2020-ci il tarixli qərardadı ləğv edilsin, mülki iş kasasiya baxışından çıxarılaraq sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı Apelyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-4215/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4215/2020
19.10.2020 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver