Məhkəmə qərarları › İş №2(102)-6348/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6348/2021

27.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6348/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMM-ə qarşı “sahiblik və istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması” tələbinə dair ilk və iddiaçı Cavabdeh MMM-in cavabdeh İddiaçı qarşı “xidmət müqaviləsinin imzalanması, yığılmış xidmət haqqı borcunun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: çoxmənzilli binaya görə xərclər və kommunal xidmətlərin ödənilməsi, sahə mülkiyyətçilərinin hüquq və vəzifələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əziza ğa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi, İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili Vəkil, İlk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X3 və vəkili xxx oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(103)5877/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş binanın 11-ci mərtəbəsində, ümumi sahəsi 218 kv.m. olan, 4 otaqlı, 26 saylı mənzili 26 noyabr 2009-cu il tarixli müqavilə ilə İddiaçı sahibl ik və istifadəsinə verilmişdir. Müqavilənin 3.2-ci maddəsinin “b” və “c” bəndlərinə əsasən İddiaçı tikintisi başa çatdıqdan sonra tikiləcək bina Kooperativin balansına alınan tarixdən etibarən payçıya ayrılmış mənzilin və binanın ümumi sahəsindən onun payına düşən hissəsinə proporsional olaraq binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisəyə kommunal, istismar və xidməti xərclərinin (ilk dəfə 12 ay qabacadan) vaxtlı-vaxtında ödənilməsini, öz payına düşən hissəsinə proporsional olaraq binanı idarəçiliyə götürən və sakinlərə xidmət göstərən müəssisə ilə müqavilə bağlamağı öz öhdəsinə götürmüşdür. Qeyd olunan mənzili 15 may 2010-cu il tarixdə İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" MTK və Cavabdeh MMC arasın da bağlanmış 27 dekabr 2006-cı il tarixli müqavilə ilə ünvan 2 ünvanındakı 1 girişli yaşayış binasının idarəetmə və istismarı 01 yanvar 2007-ci il tarixdən 20 illik müddətə sonuncuya tapşırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh MMM-ə qarşı iddia ərizəsi ilə, sonradan Azərbaycan Respublikası MPM-in 53-ü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus olan mənzil üzərində cavabdeh tərəfindən sahiblik və istifadə hüququna yaradılmış maneələrin aradan qaldırılması, ona məxsus olan mənzildə təmir işlərinin aparılması üçün cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması və liftdən istifadəyə şərait yaradılması, həmin mənzilə su, elektrik enerjisi, təbii q azın verilməsinin bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı mənzili alsa da, orada yaşamamışdır. O, 2018-ci ilin yanvar ayının sonları, fevral ayının əvvəllərində mənzildə təmir işləri aparmaq istəmişdir. Bu vaxt cavabdehin əməkdaşları bildirmişlər ki, onun 13335 manat kommunal xidmətlərə görə borcu var, həmin məbləğ ödənilməzsə, onun evinə gedən elektrik xətti kəsiləcək, liftdən istifadə etməsinə, eləcə də, onun evində usta işləməsinə imkan verilməyəcəkdir. Cavabdehin qanunsuz şəkildə tələb etdiyi 13335 manatı ödəmədiyindən, iddiaçıya məxsus olan evə verilən elektrik xətti kəsilmiş, liftdən istifadə etməsinə məhdudiyyət qoyulmuş, evində təmir işləri aparmasına, ümumiyyətlə binaya usta da xil olmasına məhdudiyyət qoyulmuşdur. Həmin tarixdən sonra cavabdehdən qeyd edilən mənzilin üzərində olan sahiblik hüququna qarşı yaradılan süni maneələrin aradan qaldırılmasını dəfələrlə xahiş etsə də, bununla bağlı heç bir tədbir görülməmişdir. İddiaçı Cavabdeh MMM-in cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə, sonradan Azərbaycan Respublikası MPM-in 53-ü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 dekabr 2009-cu il tarixdən 01 iyun 2019-cu il tarixə qədər kommunal xidmət haqqı qismində yığılmış 16744,58 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 16774,58 manat məbləğində pul vəsaitinin tutularaq cavabdehə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandı rılmışdır ki, iddiaçı xidmət haqqının ödənilməməsi faktını qeyd etmiş, bu hal onun özü tərəfindən etiraf edilmişdir. Cavabdeh tərəfindən iddiaçının mənzilinə sahiblik və istifadəsinə heç bir maneə yaradılmamışdır. Belə ki, hazırda həmin mənzildə təmir işləri davam etdirilir. Həmçinin, dövlətin inhisarında olan enerji daşıyıcılarının təchizatında əngəl törədilməmişdir. Liftlərdən istifadə ilə bağlı iddiaçı həm bu iddiaya qədər, həm də hazırda təmir işləri apararkən liftdən istifadə – elektrik enerjisi, baxış, sazlama, təmir və s. xərcləri ödəmədiyindən xidmət – istifadə haqqı ödənilməyən resursdan ödənişsiz – havayı istifadəyə qadağa tətbiq edilmişdir. ünvan 3 ünvanda iddiaçının da mənzili olan bina "xxxx" MTK tərəfindən inşa edildikdən sonra sakinlər tərəfindən məskunlaşmağa başlanmışdır. 2007-ci ilə kimi bina daxili imkanlar hesabına saxlanmış, daha sonra isə cavabdehə idarəçiliyə verilmiş və kommunal xidmətlər göstərilmişdir. İddiaçının mənzilinə kommunal xidmətlər dövrü dekabr 2009-cu ildən başlanmışdır. Borclu sakinlər istisna edilməklə, digərləri tərəfindən xidmət haqları ödənilmişdir. "xxxx" MTK ilə iddiaçı arasında imzalanan 26 noyabr 2009-cu il tarixli müqavilənin 3.2-ci bəndinin “b” yarımbəndinə və “c” yarımbəndinə əsasən iddiaçı üzərinə öhdəçilik götürmüşdür ki, payçıya ayrılan mənzilin və binanın ümumi istifadəsindən onun hissəsinə düşən xərcləri vaxtı-vaxtında, ilk dəfə 12 ay qabaqcadan ödəyəcək və xidmət müqaviləsi imzalayacaq. Qanuni əsasla uzun müddətdir ki, cavabdeh mənzil-kommunal xidmətləri həyata keçirir. Cavabdehin sakinlərə təqdim etdiyi tariflərə bina üzrə real xərclərin aylar və ya illər üzrə cəm halda hesablanması və ümumi xərclərin binanın ümumi kvadratına bölünərək hər bir kvadrat metr üçün əmsal çıxarılması, daha sonra isə həmin əmsalın sakinlərin istifadəsində olan ümumi sahəyə vurulması yolu ilə icra edilmişdir. Sakinlərlə cavabdeh arasında imzalanan fərdi müqavilələr ilə xidmətlər göstərilmiş və xidmət haqları yığılmışdır. Qeyd edilən ünvanda su, elektrik, qaz təchizatına onlar tərəfindən maneələr yaradılmamışdır. Belə ki, bina üzrə qaz, işıq, su təchizatı dövlət tərəfindən təmin edilir, Dövlət sayğacları quraşdırılıb. Bundan başqa, ilk iddiaya görə iddiaçı aralarında müqavilə olmamasına istinad etmişdir. Halbuki, 08 aprel 2017-ci il tarixli müqavilə poçt vasitəsi ilə iddiaçıya göndərilmiş və iddiaçı tərəfindən qəbul edilmişdir. İddiaçı xidmət müqaviləsinin imzalanması və ya digər təkliflər barədə bildiriş verməmiş, qəsdən müqaviləni imzalamaqdan yayınmışdır. Dəfələrlə iddiaçının nümayəndəsinə bu barədə bildirilmiş, təmirə başlayanda bütün ödənişlərin ödəniləcəyinə söz verilmişdir. İddiaçı uzun müddətdir ki, mənzilə sahiblik edir. İddiaçının mənzildən istifadə etməməsi ümumi xərclər üzrə ödənişləri icra etməməsinə haqq qazandırmır. Həmçinin, hazırda iddiaçı onların kommunal xidmətlərindən istifadə edir, lift ilə qalxıb-düşür, onun materialı lift ilə qaldırılır, onun mənzilinə verilən su nasosları onlar tərəfindən ödənilən elektrik enerjisinin hesabına mümkün olur, mənzil mühafizə edilir, torpağın icarə haqqı ödənir, dövriyyədən şirkət üzrə hesablanan vergilər və digər ödənişlər yerinə yetirilir. Göründüyü kimi, i ddiaçı etiraf etməsə də, aralarında müqavilə münasibətləri mövcuddur və tərəflər onun şərtlərinə vicdanlılıqla əməl edib, öhdəliklərini yerinə yetirməlidirlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(006)-232/2019 nömrəli qətnaməsi ilə (hakim C.Ə.Tağıyev) ilk iddia təmin edilmiş, İddiaçı məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 204 saylı evin 26 saylı mənzili üzərində sahiblik və istifadə hüququna dair Cavabdeh MMM tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, İddiaçı məxsus olan həmin mənzilində təmir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması və liftdən istifadəyə şəraitin yaradılması, iddiaçıya məxsus olan mənzilə su, elektrik enerjisi və təbii qazın verilməsinin bərpa edilməsi vəzifəsinin c avabdehin üzərinə qoyulması, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı 24 aprel 2015-ci il tarixdən 24 aprel 2018-ci il tarixədək kommunal xidmət haqqı qismində yığılmış 4689,20 manat borcun tutularaq Cavabdeh MMM-ə ödənilməsi, qarşılıqlı iddianın qalan hissəsinin rədd edilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi ilk iddia tələbləri ilə bağlı hesab etmişdir ki, cavabdehin müqavilə əsasında idarəçiliyinə və istismarına qəbul etdiyi binada ilkin iddiaçının öz mülkiyyətindən sərbəst, maneəsiz istifadə etməsinə dair tətbiq etdiyi hər hansı məhdudiyyət qanunsuz, yolverilməzdir. Mənzilə su, elektrik enerjisi və qazın verilməsinə dair məhdudiyyətlər həmin xidmətləri göstərən müvafiq təşkilatlar tərəfindən mülkiyyətçi ilə bağlanmış müqavilələr əsasında qanuni yollarla məhdudlaşdı rıla bilər. Lakin mülkiyyətçinin mənzilinin yerləşdiyi binanın idarəçiliyi və istismarı ilə məşğul olan cavabdehin qaz, su və işıqla bağlı göstərilən səlahiyyətlərinin olması qanunvericiliklə müəyyən edilməmişdir. Qarşılıqlı iddia tələblərinə hüquqi qiymət məhkəmə hesab etmişdir ki, tərəflər arasında kommunal xidmətlərlə bağlı müqavilə bağlanması faktı mövcud olmasa da, iddiaçının cavabdehlə belə bir müqavilə bağlamasının zəruriliyi qanunvericiliyin tələblərindən irəli gəlir. Lakin onun belə müqavilə olmadığı halda kommunal xidmət haqlarını ödəməli olmamasına dair dəlilləri əsassızdır. Belə ki, istifadə etdiyi liftin istismarı, eləcə də mənzilinə verilən suyun nasos vasitəsilə həyata keçirilməsi zamanı istifadə edilən elektrik enerjisinin haqqını, daha sonra binada onun yaşadığı mənzilin m ühafizəsi, binanın yerləşdiyi torpağın icarə haqqını və cavabdehin binanın istismarı və idarəçiliyi ilə bağlı digər ödənişləri cavabdeh tərəfindən həyata keçirilməsi faktı mübahisəsizdir. MMM-in məhkəməyə məlumat xarakterli təqdim etdiyi çoxsaylı “mənzil kommunal xidmət haqqında” müqavilələrin surətlərindən görünür ki, idarəçiliyində və istismarında olan binanın sakinləri kommunal xidmətlərlə bağlı müqavilə şərtlərini razılaşdıraraq bir-birilərinin qarşısında hüquq və vəzifələrini müəyyən etmişlər. Məhkəmə hesab etmişdir ki, İddiaçı kommunal xidmət haqlarını ödəməkdən yayınması bir növ hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Daha sonra, məhkəmə qeyd etmişdir ki, qarşılıqlı iddiaya əsasən iddiaçının kommunal xidmətlərlə bağlı borcu dekabr 2009 - mart 2018-ci illəri əhatə edir. Cav abdeh borcu iki dövrə ayırır. Belə ki, birinci dövr olan dekabr 2016-cı ilə kimi borc 218 kv.m mənzil sahəsi üçün hər kv.m üçün 0,60 AZN hesabı ilə 85 ayı (11118 manat) əhatə edir. Borcun ikinci dövrü isə yanvar 2017-ci ildən mart 2018-ci ildə daxil olmaqla 218 kv.m mənzil sahəsi üçün 0,89 manat olmaqla 16 ayı (3104 manat) əhatə edir. Məhkəmə iddiaçının iddia müddətinin tətbiq edilməsinə dair ərizəsində cavabdehin fəaliyyət göstərdiyi son 3 il ərzində kommunal xidmətə görə ödəniş tələb edə bilməsinə dair dəlili ilə razılaşmış və hesab etmişdir ki, qarşılıqlı iddia tələbi üzrə kommunal xidmət xərclərinə görə tutma yalnız 24 aprel 2015-ci il tarixdən 24 aprel 2018-ci il tarixədək (yəni qarşılıqlı iddia verilən vaxtadək) olan dövrü əhatə edə bilər. İddiaçı iddia müddəti tətbiq edilməklə, qarş ılıqlı iddianın rədd edilməsini xahiş etdiyindən, bundan öncəki dövrə aid edilən xərclərə dair hissədə iddia, iddia müddətinin keçməsi səbəbi ilə təmin edilə bilməz. Cavabdeh iddiaçının qeyd edilən borc məbləğini hesablayarkən mülkiyyətində olan mənzilin sahəsinin ölçüsünü 218 kv.m ilə götürsə də, məhkəmə mənzilin sahəsinin ölçüsünün hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən 178,7 kv.m göstərilməsini rəsmi göstərici kimi qəbul etmişdir. Məhkəmə hesab etmişdir ki, hazırkı mübahisəyə iddia müddəti qismən təmin edilməklə İddiaçı Cavabdeh MMM-in xeyrinə kommunal xidmətlərə görə cəmi 4689,2 manat məbləği tutulmalı, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(006)- 232/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMM apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(006)-232/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2(103)1540/2020 nömrəli qətnaməsi ilə (hakim Z.Ə.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər F.Ş.Talışinskidən və R.Ə.Eyvaz ovdan ibarət tərkibdə) hər iki apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(006)232/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi həlli ilə bağlı qeyd etmişdir ki, Mülki Məcəllənin 157.4-cü maddəsinə əsasən iddiaçı bu tələbini irəli sürməkdə haqlı olmuşdur. Belə ki, qeyd edilən mənzil iddiaçının mülkiyyətindədir, tərəflərin izahatlarından və qarşılıqlı iddianın məzmunundan görünür ki, cavabdeh kommunal xidmət haqqını ödəmədiyinə istinad edərək iddiaçının mənzildə təmir işləri aparmasına, liftdən istifadəsinə, mənzilə su, elektrik enerjisi və qazın verilməsinə məhdudiyyətlər yaratmaqla onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneçilik ya ratmışdır. Qarşılıqlı iddia ilə bağlı apellyasiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Cavabdeh MMM-in binanın idarə edilməsi üçün subyektiv hüququnun olmaması barədə mövqeyi əsaslı deyil. Ona görə ki, işdə olan "xxxx" MTK ilə cavabdeh arasında bağlanmış 27 dekabr 2006-cı il tarixli “yaşayış binasının idarəetmə və istismarının Cavabdeh MMM-ə tapşırılması haqqında” müqaviləsi ilə ünvan 2 ünvanındakı 1 girişli yaşayış binasının idarəetmə və istismarı 01 yanvar 2007-ci il tarixdən sonuncuya tapşırılmışdır. Məhkəmə Mənzil Məcəllənin 135.2.4, 137.1, 137.6, 137.8-137.10-cu maddələrinə istinad etməklə hesab etmişdir ki, cavabdeh kommunal xidmət haqqı borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, mübahisəli dövr üzrə tərəflər arasında kommunal xidmətlərlə bağlı müqavilə bağlanması faktı mö vcud olmasa da, iddiaçının binanı idarə edən təşkilat olaraq cavabdehlə belə bir müqavilə bağlamasının zəruriliyi yuxarıda qeyd olunan normaların tələblərindən irəli gəlir. İşdən görünür ki, cavabdeh iddiaçıya bildiriş ünvanlamaqla müqavilə bağlamağı təklif etsə də, iddiaçı bundan imtina etmişdir. Eyni zamanda, tərəflərin bildirdiklərinə görə, hazırda aralarında müqavilə bağlanmaqla müvafiq ödənişlər həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq apellyasiya məhkəməsi hesab etmişdir ki, sözügedən mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə iddiaçının adına 15 may 2010-cu ildən qeydə alındığından həmin tarixdən etibarən binanı idarə edən cavabdehə binanın saxlanılması xərclərini ödəmək öhdəliyi vardır və iddiaçının mənzildən istifadə etməməsi onu bu öhdəlikdən azad etmi r. İddia müddətinin tətbiq olunması barədə qarşılıqlı iddia üzrə cavabdehin ərizəsinə münasibət bildirək məhkəmə, Mülki Məcəllənin 372.1, 372.2, 373.2, 375.2-ci maddələrinə istinadla qeyd etmişdir ki, hazırkı işdə mübahisə vaxtaşırı ödənilməli olan kommunal xidmət haqqı borcuna görə yarandığından, tələbə üç illik iddia müddəti şamil edilir. Belə olan halda, iddiaçıdan kommunal xidmətlərə görə iddianın qaldırıldığı 24 aprel 2018-ci il tarixdən əvvəlki üç il üçün yığılmış borcun tutulması, bundan əvvəlki dövr üçün hesablanmış borcun ödənilməsi tələbinin rədd edilməsi əsaslıdır. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh alqı-satqı müqaviləsinə istinad edərək, borc məbləğini mənzilin ümumi sahəsini 218 kv.m. götürməklə hesablasa da, daşınmaz əmlakın dövlət reyestrindən əldə olunmuş rəsmi məlum atda mənzilin ümumi sahəsinin 178,7 kv.m. olduğu göstərilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin iddia müddətini tətbiq etməklə, ümumi sahəsi 178,7 kv.m. olan mənzilə görə borcu 24 aprel 2015ci il tarixdən 24 dekabr 2016-cı il tarixədək olan 20 ay dövr üçün 0,60 manat hesabı ilə 2144,40 manat, 24 aprel 2018-ci il tarixədək olan 16 ay dövr üçün isə 0,89 manat hesabı ilə 2544,80 manat olmaqla, cəmi 4689,20 manat məbləğində müəyyənləşdirməsi əsaslı olmuşdur. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2(103)-1540/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və qarşılıqlı iddianın rədd edilməsinə dair qərar q əbul edilməsini xahiş etmişdir. Həmçinin ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMM kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2020-ci il tarixli, 2(103)-1540/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli, 2(102)-3315/2020 nömrəli qərarı ilə (hakim A.Q.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər Ə.G.Nurməmmədovdan və V.T.Həsənovdan ibarət tərkibdə) Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2020-ci il tar ixli, 2(103)-1540/2020 nömrəli qətnaməsi qismən – qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya məhkəməsinin hesab etmişdir ki, ilkin iddianın təmin edilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Qətnamənin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Qarşılıqlı iddia tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ qanunla müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən 1 ay sonra binanın idarə edilməsi ilə bağlı kooperativin səlahiyyətləri bitir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin imperativ göstərişinə müvafiq olaraq həmin müddət ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilməli və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Qanunvericiliyə əsasən, kommunal xidmətlərin məbləğini müəyyən etmək səlahiyyəti məhz çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağına məxsusdur. Qanunun mənasına görə xidmətlərin məbləği ya ümumi yığıncağın özü tərəfindən müəyyən edilməli, yaxud da müva fiq icra hakimiyyəti orqanının müəyyən etdiyi normativlərə uyğun hesablanmalıdır. Binanın idarəetmə orqanı çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağıdır və binanın idarəetmə üsulunu seçmək səlahiyyətinə sahibdir. İxtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı ümumi yığıncaqda müəyyən edilir. Əgər yığıncaqda həmin haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul edilməzsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Mülkiyyətçilər sözügedən haqqı yazılı müqavilə əsasında ödəməlidirlər (Mənzil Məcəlləsinin 125, 128.0.3, 138.1, 138.4, 139.1, 140.3, 141.2). Mənzil qanunvericiliyinin istinad olunan normaları ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məh kəməsinin 29 dekabr 2015-ci il və 22 sentyabr 2020-ci il tarixli qərarlarında ifadə edilmiş hüquqi mövqelərə görə mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir. Çoxmənzilli binalarda ümumi əmlakın saxlanması və təmiri üzrə müqavilələrdə göstərilən xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. Mənzil Məcəlləsinin 125.2.4-cü maddəsinə müvafiq olaraq isə cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək ümumi yığıncağın müstəsna səlahiyyətidir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir. Lakin baxılan iş üzrə qarşılıqlı iddianın təmin edilmiş hissəsində mübahisə həll edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara tətbiq edilməli olan yuxarıda sadalanan maddi hüquq normalarına müvafiq olaraq qiymət verilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(103)-5877/2021 nömrəli qətnaməsi ilə (hakim Ş.A.Məmmədovanın sədrliyi və məruzəsi ilə, hakimlər İ.A.İbrahimlidən və Z.A.Şirinovdan ibarət tərkibdə) İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2019-cu il tarixli, 2(006)232/2019 nömrəli qətnaməsi qarşılıqlı iddianın qismən təmin edilməsi, 24 aprel 2015-ci il tarixdən 24 aprel 2018-ci il tarixədək kommunal xidmət haqqı qismində yığılmış 4689,20 manat borcun İddiaçı Cavabdeh xeyrinə ödənilməsi hissəd ə ləğv edilmiş, həmin hissədə iddianın rədd edilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi təkrar apellyasiya araşdırılması nəticəsində, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 119.1, 121.1, 135.1, 135.2.4, 136.3, 137.1, 137.4, 137.5, 137.6, 137.8, 137.9, 137.10, 138.4, 141.1-141.6, 142.1-cı maddələrinə, Mülki Məcəllənin 358-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə” 30 iyul 2008-ci il tarixli, “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 29 dekabr 2015-ci il tarixli qərarlarına istinad edərək göstərmişdir ki, binanın sahə mülkiyyətçiləri nin ümumi yığıncağında qanunda göstərilən üsullardan biri (binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə və ya idarəedici təşkilat tərəfindən idarə edilmə) seçilmədikdə, binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Bu mümkün olmadıqda həmin bələdiyyə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir. Sahə mülkiyyətçiləri isə belə müsabiqə nəticəsində seçilmiş idarəedici təşkilatla qanunla müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludurlar. Göründüyü kimi qanunverici, çoxmənzill i binanın idarə edilməsini ilk növbədə sahə mülkiyyətçilərinin özlərinə həvalə etmişdir. Onlar tərəfindən bu məsələ həll edilmədikdə bələdiyyənin müvafiq vəzifələri nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə mübahisəli binanın sahə mülkiyyətçilərinin yuxarıda qeyd edilən idarəetmə üsullarından birini seçmələrinə və ya digər qanuni tədbirlər görmələrinə dair sübutlar təqdim edilməmişdir. Faktiki vəziyyət ondan ibarətdir ki, binanı inşa etmiş "xxxx" MTK ilə Cavabdeh MMM arasında bağlanmış 27 dekabr 2006-cı il tarixli müqavilə əsasında binanın idarəçiliyini məhz sonuncu şirkət həyata keçirir. Belə ki, binada sözügedən xidmətlərin faktiki olaraq Cavabdeh MMM tərəfindən verilməsi, bina sakinlərinin bu xidmətlərdən yararlanmaları, bir çoxunun Cavabdeh MMM ilə yazılı müqavilə bağlaması işin mübahisəsiz halıdır. Bu hallar ona dəlalət edir ki, həm "xxxx" MTK, həm də sahə mülkiyyətçiləri binanın idarəçiliyini Cavabdeh MMM-yə tapşırmışlar. Binanın idarəçiliyi ilə bağlı bir sıra işlərin (ümumi birgə mülkiyyətdə olan yerlərin saxlanılması, işıqlandırılması, mühafizənin təşkili və s.) bir neçə il ərzində Cavabdeh MMM tərəfindən həyata keçirildiyi, bu işlərin görülməsinin bir qayda olaraq sahə mülkiyyətçilərinin mənafeyinə uyğun olması və onların bu xidmətlərdən yararlanmaları şübhəsizdir. O da nəzərə alınmalıdır ki, sözügedən xidmətlər tapşırıqsız aparıldıqda belə, onların sonradan bəyənilməsi ilə tərəflərin münasibətinə yenə də tapşırıq haqqında müddəaların tətbiq edilməli olduğu qanunda açıqca göstərilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, çoxmənzilli binanın sa hə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Çoxmənzilli binanın idarə edilməsi səlahiyyəti binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti vasitəsilə həyata keçirilir. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında və ya Mənzil Məcəlləsində nəzərdə tutulan qaydada qəbul edilmiş qərar əsasında ödəməlidirlər. Çoxmənzilli binanın idarə edilməsi üsulu üç formada nəzərdə tutulur: binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilməsi; mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfind ən idarə edilməsi; idarəedici təşkilat tərəfindən idarə edilməsi. Beləliklə, binanın idarə edilməsi ilə bağlı tam səlahiyyət sahə mülkiyyətçilərinə məxsusdur və binanın idarə edilməsi üsulu mülkiyyətçilərin ümumi yığıncağının qərarı əsasında dəyişdirilə bilər. Cavabdeh isə çoxmənzilli binanın idarə edilməsi üçün yuxarıda qeyd edilən qanunvericiliyin tələblərinə uyğun formada binanın sahə mülkiyyətçiləri tərəfindən seçilməmişdir. Həmçinin, iş materiallarından isə iddia ərizəsində tələb olunan müddət üçün cavabdehlə iddiaçı arasında kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı müqavilə bağlanması və ya qeyd olunan qərarın qəbul edilməsi müəyyən olunmur, iddiaçı tərəf bununla bağlı sübutlar təqdim etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıla rının izahatları a) Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh MMM kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(103)-5877/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Cavabdeh MMM tərəfindən İddiaçı yazılı şəkildə tərtib olunmuş 01 aprel 2017-ci il tarixli müqavilə göndərilmiş və poçtla rəsmi qaydada çatdırılmışdır. Lakin İddiaçı heç bir hərəkət etməmiş və müqaviləni imzalamayacağını bildirmişdir. Belə olan halda, İddiaçı MMM-in kom munal xidmətlər göstərməsindən xəbəri olmuş, rəsmi müqavilə və rəsmi bildiriş almış, etirazı olmamışdır. Qarşılıqlı iddia üzrə cavabdeh 20 aprel 2010-cu ildə ona ayrılan mənzilin kommunal xidmətinə görə ilkin ödəniş etmiş, göstərilən xidmətdən istifadə etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi X4 və vəkili xxx oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. İlk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini və apelly asiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə ri ayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Yuxarıda qeyd olunduğu kimi, işə əvvəlki kassasiya icraatında baxılarkən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yalnız qarşılıqlı iddianın təmin olunmuş hissəsində ləğv edilərək, yeni apellyasiya baxışına göndərilmiş və apellyasiya baxışının predmetini yalnız qarşılıqlı iddianın təmin olunmuş hissəsi təşkil etmişdir. Hazırda apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 43.1-ci madd əsinə əsasən çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağı binanın idarəetmə orqanıdır. 43.2.4-cü maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərindən biridir. 109.5-ci maddəsinə əsasən kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənziltikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qər ar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. 121.1-ci maddəsinə əsasən bu Məcəllənin 120.2-ci maddəsində göstərilən binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirak hüququ vardır. 125.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağı cəmiyyətin ali idarəetmə orqanıdır və bu Məcəllə, həmçinin nizamnamə ilə müəyyən edilmiş qaydada çağırılır. 125.2.4-cü maddəsinə əsasən cəmiyyətin üzvlərinin mütləq ödənişlərinin və haqlarının miqdarını müəyyən etmək mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti iştirakçılarının ümumi yığıncağının səlahiyyətlərindən biridir. 128.0.3-cü maddəsinə əsasən müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smeta sını və maliyyə fəaliyyəti haqqında hesabat tərtib etmək, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim etmək Mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarə heyətinin vəzifəsidir. 138.1-ci maddəsinə əsasən yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq çoxmənzilli binanın ümumi əmlakının qanunvericiliyin tələblərinə müvafiq olaraq saxlanmasını təmin edən miqdarda müəyyən edilir. 138.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin yaradılmadığı çoxmənzilli binanın yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarı həmin binanın sahə mülkiyyətçilərinin bu Məcəllənin 44-47-ci maddələrində müəyyənləşdirilən qaydada keçirilən ümumi yığıncağ ında bir ildən az olmayan müddətə müəyyən edilir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. 140.3-cü maddəsinə əsasən əgər çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi yığıncaqda yaşayış sahəsinin saxlanması və təmirinə görə haqqın miqdarının müəyyənləşdirilməsi barədə qərar qəbul etməzlərsə, bu miqdar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. “V.Ələsgərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 aprel 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsinin Plenumunun 29 dekabr 2015-ci il tarixli qərarına əsasən çoxmənzilli binanın sahə mülkiyyətçiləri ümumi əmlakın saxlanması və təmiri üzrə xərcləri, habelə kommunal xidmətlərə görə haqqı yazılı müqavilə əsasında ödəməlidirlər. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu xüsusilə vurğulayır ki, belə müqavilələrdə müəyyən olunan xərclər və xidmət haqları görülən işlərə və xidmətlərə uyğun hesablanmalı, real qiymətləri əks etdirməlidir, eləcə də sahə mülkiyyətçilərinin sosial, iqtisadi və maddi vəziyyəti nəzərə alınmaqla aydın və ağlabatan olmalıdır. “R.Məhərrəmovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2020-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azə rbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22 sentyabr 2020-ci il tarixli qərarına əsasən mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mütləq şəkildə mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü tələb etmir. Belə ki, Mənzil Məcəlləsinin 121.1-ci maddəsində binaların sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətində iştirakı vəzifə kimi yox, hüquq kimi göstərilmişdir. Bununla belə çoxmənzilli binaların sahə mülkiyyətçisinin mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üzvü olmaması onu ümumi əmlakın saxlanması və təmiri üzrə xərclərin və kommunal xidmətlərin ödənilməsi vəzifəsindən azad etmir.... Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə olunan çoxmənzilli binalarda kommunal xidmətlərdən istifadəyə görə yaranmış borcların ödənilməsinə dair işlərin düzgün araşdırılması üçün vacib əhəmiyyət daşıyan hallar sırasına Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət olunması faktının yoxlanılması daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirmək lə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və proses sual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq mü nasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qarşılıqlı iddia üzrə cavabdehin apellyasiya şikayətinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və ikinci apellyasiya baxışı zamanı müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında da göstərildiyi kimi, mənzil qanunvericiliyi sahə mülkiyyətçilərinin mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə üzvlüyünü mütləq şəkildə tələb etmir və onun bu cəmiyyətinin üzvü olmaması ümumi əmlakın saxlanılması və təmiri üzrə xərclərin, kommunal xidmətlərinin ödənilməsi vəzifəsindən azad etmir. Lakin Ali Məhkəmənin hazırki iş üzrə əvvəlki qərarında da irəli sürülmüş mövqeyə görə hazırki tələbə hüquqi qiymət verilməsi üçün qarşılıqlı iddia üzrə iddiaçının Mənzil Məcəlləsinin 128.0.3-cü maddəsində nəzərdə tutulmuş qaydaya riayət edilməsi, yəni müvafiq il üçün cəmiyyətin xərclər və gəlirlər smetasının və maliyyə fəaliyyəti haqqında hesabatın tərtib edib-etməməsi, onları təsdiq olunmaq üçün cəmiyyət iştirakçıların ın ümumi yığıncağına təqdim edib-etməməsi araşdırılmalıdır. Lakin qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən tələb olunan müddət üçün kommunal xidmətlərə görə haqqın ödənilməsi ilə bağlı müvafiq qərarın qəbul edilməsini və smetanın cəmiyyət iştirakçılarının ümumi yığıncağına təqdim edilməsini təsdiq edən sübutlar işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızd ır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMM tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 30 iyun 2021-ci il tarixli, 2(103)5877/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Elşad Şamayev Hakimlər: Elşanə Vəliyeva Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar