Məhkəmə qərarları › İş №2(075)-2607/2021

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-2607/2021

03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-2607/2021 03.11.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, hakim İmanov Cahid Fehruz oğlu İddiaçı cavabdeh Şəki rayon Aşağı Göynük kənd icra nümayəndəsi Cavabdeh qarşı “icarə haqqının verilməsi” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, Müəyyən etdim: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, torpağının sənədlərini və 150 manatdan 10 il istifadə etdiyi 50 sot pay torpağının icarə haqqının hesablanıb həmin məbləğin ona verilməsinə köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə birlikdə baxaraq məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə iddia ərizəsi qaytarılır. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı torpağının sənədlərini və 150 manatdan 10 il istifadə etdiyi 50 sot pay torpağının icarə haqqının hesablanıb həmin məbləğin ona verilməsini xahiş etsə də, dəqiq olaraq ona ödəniləcək pul məbləğinin miqdarını göstərməmiş və həmin tələb üzrə qanunvericilikdə nəzərdə tutulmuş dövlət rüsumunun ödəyərək həmin qəbzin əslini iddia ərizəsinə əlavə etməmişdir. Göründüyü kimi iddiaçının iddiası qeyri-dəqiqdir, həmçinin o qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumunu ödəyərək onun qəbzini işə əlavə etməmişdir. Bundan başqa iddiaçı Cavabdeh qarşı iddia qaldırsa da cavabdehin ata adını ərizəsində qeyd etməmişdir. Buna görə də yuxarıda sadalanan hər üç çatışmamazlığı nəzərə alaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalı və İddiaçı göstərilənlərə əməl etməklə yenidən məhkəmədə iddia qaldıra bilmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ona görə də ərizə Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsi rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM.-nin 263.1, 264, 265-269cu maddələrini rəhbər tutaraq Qərara aldım: İddiaçı cavabdeh Şəki rayon Aşağı Göynük kənd icra nümayəndəsi Cavabdeh qarşı “icarə haqqının verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar