Məhkəmə qərarları › İş №2(075)-267/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-267/2024

29.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-267/2024 29.02.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olması, atasının X11, anasının isə X9 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxx 1990-cı ildə Şəki şəhərində anadan olmuşdur. Həmin vaxtı ona doğum haqqında şəhadətnamə verilmişdir. Bir müddət öncə o, naməlum şəraitdə doğum haqqında şəhadətnaməsini itirmişdir. Buna görə təkrar doğum haqqında şəhadətnamə verilməsi üçün Şəki Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsinə müraciət etmişdir. X17 “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsindən ona bildirildi ki, Şəki rayon qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-16- 5/8-M-69-598/2023 nömrəli arayışına əsasən onun doğum haqqında akt qeydi Şəki rayon qeydiyyat şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış informasiya sistemində aşkar olunmadığı bildirilmişdir. Qeyd edilənlərə əsasən, doğum faktının müəyyən edilməsi tələbi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Halbu ki, o, xx xxxx 1990-cı ildə Şəki şəhərində anadan olmuşdur. Bilindiyi kimi hazırkı mübahisənin məhkəmədən kənar həlli mövcud deyil. Ona görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Şəki rayon qeydiyyat şöbəsinin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 izahat verərək bildirmişdir ki, Ərizəçi onun oğludur. Oğlu Murad xx xxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. Ərizəçi atası o, anası X7r. Bildirmişdir ki, onun bir oğlu, bir qızı vardır. X2r. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirmişdir ki, o, Ərizəçi əmisi arvadıdır. Murad xx xxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. Ərizəçinin atası X11, anası X7r. O, Muradı uşaq yaşlarından tanımışdır. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan 17 fevral 2024-cü il tarixli, 136 nömrəli arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır, xx.xx.1990-cı il tarixdə Şəki şəhərində anadan olmuşdur. Onun atası X11, anası X7r. İşdə olan 17 fevral 2024-cü il tarixli, 3-16-5/8-M-xx-xx/2024 saylı nikah haqqında akt qeydindən görünür ki, X11 ilə X9 arasında 23 avqust 1987-ci il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 395 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mərdanova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 10 iyun 2023-cü il tarixli, 3-16-5/7-M-69-598/2023 saylı arayışdan görünür ki, Ərizəçi barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış doğum haqqında akt qeydi aşkar olunmamışdır. Akt qeydi kitabları 1987-1993-cü illər üzrə yoxlanılmışdır. Şəki rayonu üzrə doğum haqqında bərpa akt qeydi kitabları isə 1991-ci il tarixdən xx.xx.2023-cü il tarixədək yoxlanılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 28 oktyabr 2023-cü il tarixli, 579 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında yaşayır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 03 noyabr 2023-cü il tarixli, 3-16-5/8-15-1163/23 saylı məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydi Şəki rayon qeydiyyat şöbəsinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşkar olunmamışdır. Doğum faktının müəyyən edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 19 iyun 2019-cu il tarixli, AZ-T 018391 seriya nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş Ərizəçi ilə 17 iyun 1993-cü il tarixdə Şəki şəhərində anadan olmuş X8 arasında 27 noyabr 2016-cı il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 421 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Mərdanova soyadı verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş AO ******* seriya nömrəli hərbi biletdən görünür ki, xx xxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş Ərizəçi hərbi xidmətə yararsız hesab edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndinə görə isə hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Göründüyü kimi ərizəçi xx xxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş, atası X11, anası isə X7r. Ərizəçiyə doğum haqqında şəhadətnamə verilsə də, sonrada həmin şəhadətnaməni itirmişdir. Ərizəçi xx xxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmasını, atasının X11, anasının isə X9 olmasını başqa yolla əldə edə bilmədiyi üçün hazırki tələblə məhkəməyə müraciət etmişdir. Məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq olunur ki, Ərizəçi xx xxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olmuş, atası X11, anası isə X7r. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Ərizəçi xx xxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olması, atasının X11, anasının isə X9 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1990-cı il tarixdə Şəki şəhərində anadan olması, atasının X11, anasının isə X9 olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, tərəflərə təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar