Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-268/2021 20.04.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi, Maraqlı şəxs nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi “atalıq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il tarixdə vəfat etmiş X9 onun atası olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi ərizədə göstərilən tələbini müdafiə edərək göstərdi ki, o, xx xxxx 1954-cü il tarixdə Şəki rayonu, Birinci Biləcik kəndində anadan olmuşdur. X3, anası isə X5r. Lakin onun doğum haqqında şəhadətnaməsində ata qrafası boş qalmışdır. Belə ki, atası ilə anası arasında rəsmi nikah olmadığından ata qrafası boş saxlanılmışdır. Bu da onun hər hansı sənədləşmə işlərinin aparılmasına maneəçilik törədir. X3 olmasının müəyyən edilməsinin qeydə alınmasını Maraqlı şəxsndən xahiş etmişdir. Lakin Maraqlı şəxs arxivində saxlanılan İHB-nın Aşağı Göynük kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1956-cı il tarixli 21 nömrəli akt qeydində qeydə alınmış X9 xx.xx.1956-cı il tarixdə vəfat etməsi ilə bağlı qeydiyyat şöbəsi tərəfindən məktub verilmiş və məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X14 izahat verərək göstərdi ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1956-cı il tarixdə vəfat etmiş X9 onun atası olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizənin təmin edilməsinə etirazının olmadığını göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, 1929-cu ildə anadan olmuşdur. O, X16 ilə el adəti ilə evlənmiş və həmin nikahlarından 6 oğlan və 1 qız övladları anadan olmuşdur. Ərizəçi anasıdır. Ərizəçinin X3dur. O, X16 ilə ailə qurmuşlar, lakin aralarında rəsmi olaraq nikah bağlanmamışdır. Əri xx.xx.1956-cı il tarixdə vəfat etmişdir. X4 ilə aralarında rəsmi nikah olmadığından oğlu Ərizəçi doğum haqqında şəhadətnaməsində ata qrafası boş saxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, Ərizəçi qızı, X2 nəvəsidir. O, məhkəmə iclasında X10 ilə eyni məzmunda ifadə vermişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan AZ-T 148405 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1954-cü il təvəllüdlü Ərizəçi anası X5r. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X21 filialı tərəfindən verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 1187 nömrəli arxiv arayışından görünür ki, Nuxa rayonu Aşağı Göynük kənd ZDS İcraiyyə Komitəsinin İ Biləcik kəndi üzrə 1954- 1956-cı illərin tədərrüfatbaşına kitabına əsasən X9 təsərrüfatbaşında ailə başçısı olduğu təsərrüfatında X12, X6, X17 və Ərizəçi adlı ailə üzvləri vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəki rayonu, Birinci Biləcik kənd sakini Ərizəçi eyni ata və ananın övladıdır. X3, anası isə X8r. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək xx.xx.1956-cı il tarixdə vəfat etmiş X9 Ərizəçi atası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi rüsumu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. xx.xx.1956-cı il tarixdə vəfat etmiş X9 Ərizəçi atası olması faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-268/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-268/2021
20.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver