Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-3/2022 19.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “icarə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçınə məxsus 65 ha örüş torpaq sahəsindən Cavabdeh çıxarılması və həmin torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı nümayəndəsi X3 iddia tələbinin artırılmasına dair ərizə təqdim edərək, Cavabdeh icarə hüququna xitam verilməsi, Cavabdeh və X1 Turan Bələdiyəsinin mülkiyyətində olan, icarə müqaviləsi əsasında icarəyə verilmiş 65 ha torpaq sahəsindən çıxarılması, torpağın Turan Bələdiyyəsinin sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 31 may 2020-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclasları 18 iyun 2020-ci il, 29 iyun 2020-ci il, 04 avqust 2020-ci il, 24 avqust 2020-ci il və 10 sentyabr 2020-ci il tarixlərdə keçirilmiş, 10 sentyabr 2020-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Şəki Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli, 2(075)-831/2020 saylı qərardadı ilə Şəki Apelyasiya Məhkəməsinin icraatında olan 2-1(107)-160/2020 saylı iş üzrə qəbul edilmiş yekun qərar qanuni qüvvəsini alanadək Şəki Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “icarə hüququna xitam verilməsi” tələbinə dair 2(075)-831/2020 nömrəli mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(075)-3/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “icarə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatı təzələnmiş və mülki işin məhkəmə baxışı iclası bu günə, yəni 19 avqust 2022-ci il tarixə saat 09:20-ə təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin 19 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçınə izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçınə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı “icarə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçınə izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 10 manat dövlət rüsumu İddiaçınə qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-3/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-3/2022
19.08.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver