Məhkəmə qərarları › İş №2(075)-3/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-3/2023

06.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-3/2023 06.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4, Cavabdeh7 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 07R000009901 saylı kredit razılaşması və ona edilmiş əlavə saziş üzrə 4876.79 ABŞ dolları məbləğində kredit borcu, 5802.42 ABŞ dolları məbləğində faiz borcu və 2567.42 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 13246.63 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, tələbin Cavabdeh1 Şəki şəhəri, D.Bünyadzadə küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və evin hərracda satılması və ümumilikdə cəmi 13246.63 ABŞ dolları məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ipoteka predmetinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 ümumi müştərək qaydada tutulması, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, D.Bünyadzadə küçəsində 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin mənzilə Cavabdeh2, Cavabdeh5, X2, Cavabdeh7 və Cavabdeh3 istifadə hüququnun itirilməsi, onların həmin mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 18 oktyabr 2013-cü il tarixli 07L000005250 saylı kredit xətti müqaviləsinə əsasən 60 (altmış) ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 06 may 2014-cü il tarixli 5250 saylı sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 132 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14 may 2014-cü il tarixli 07R000009901 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 08 noyabr 2017-ci il tarixli 07R000009901SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 18 aprel 2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 8123.21 ABŞ dolları ödəmiş, onun 4876.79 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 05 oktyabr 2020-ci il tarixə 534 gün üçün hesablanmış faiz borcu 5802.42 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 faizi məbləğində cərimə ödəməlidir. 05 oktyabr 2020-ci il tarixə 534 gün üçün hesablanmış cərimə 2567.42 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh6, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka qoyan Cavabdeh1 və bank arasında bağlanılmış 06 may 2014-cü il tarixli 07M000000422 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Şəki şəhəri, D.Bünyadzadə küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 42 nömrəli reyestr kitabının 93 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* saylı çıxarışla Şəki şəhəri, D.Bünyadzadə küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evi Cavabdeh1 kredit öhdəliyinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka ilə yüklü edilmiş fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh2, Cavabdeh5, X4, Cavabdeh7 və Cavabdeh3 Şəki şəhəri, D.Bünyadzadə küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evi İddiaçı QSC-yə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin evin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş və həmin əmlaka tutma yönəldikdə onu qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh5 iddia tələbinə etiraz edərək, onun təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 18 oktyabr 2013-cü il tarixli 07L000005250 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 60 ay müddətə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış kredit xətti müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 06 may 2014-cü il tarixli sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 132 ay, məbləği isə 30000 ABŞ dolları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 14 may 2014-cü il tarixli 07R000009901 saylı kredit razılaşmasından görünür ki, bank tərəfindən Cavabdeh1 aylıq aylıq faiz dərəcəsi 2 faiz olmaqla 36 ay müddətinə 13000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh6 və Cavabdeh2 arasında bağlanmış 18 oktyabr 2013-cü il tarixli zaminlik müqavilələrinə əsasən Cavabdeh1 kredit müqaviləsindən irəli gələn öhdəliyini icra etmədikdə zaminlər bank qarşısında həmin öhdəliyin tam icra olunmasını üzərilərinə götürmüşlər. İş materiallarına əlavə edilmiş İddiaçı QSC ilə Cavabdeh6 arasında bağlanmış 06 may 2014-cü il tarixli 07M000000422 saylı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 mülkiyyət hüququ ilə ona məxsus olan Şəki şəhəri, D.Bünyadzadə küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Şəki şəhəri, D.Bünyadzadə küçəsində yerləşən 11A saylı ev və 0.04 hektar torpaq sahəsi İddiaçı QSC-nin xeyrinə yüklü edilmişdir İş materiallarına əlavə edilmiş bildirişdən görünür ki, İddiaçı QSC Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə 28 sentyabr 2020-ci il tarixli ərizə ünvanlayaraq Şəki şəhəri, D.Bünyadzadə küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Bildiriş bank tərəfindən 22 sentyabr 2020-ci il tarixdə ipoteka qoyan Cavabdeh1 göndərilmiş və 30 sentyabr 2020-ci il tarixdə bildiriş alınmışdır. İş materiallarına əlavə edilmiş 30 noyabr 2020-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, 14 may 2014-cü il tarixli 07R000009901 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC-yə 4876.79 ABŞ dolları əsas, 5802.42 ABŞ dolları faiz, 2567.42 ABŞ dolları cərimə olmaqla, cəmi 13246.63 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. İş qanuni qanuni və əsaslı qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(075)-251/2021 saylı qərardadı ilə Şəki şəhəri, D.Bünyadzadə küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən olunması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 18 avqust 2021-ci il tarixli rəyindən görünür ki, Şəki şəhəri, D.Bünyadzadə küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evinin bazar dəyəri 70000 manat, likvid dəyəri isə 65000 manat təşkil edir. İddiaçının nümayəndəsi sözügedən rəylə razılaşmadığından Şəki Rayon Məhkəməsinin 30 sentyabr 2021-ci il tarixli, 2(075)-251/2021 saylı qərardadı ilə Şəki şəhəri, D.Bünyadzadə küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin müəyyən olunması üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmisə qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 may 2022-ci il tarixli, 10/5929 nömrəli ekspert rəyindən görünür ki, Şəki şəhəri, D.Bünyadzadə küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evinin bazar dəyəri 75300 manat, likvid dəyəri isə 60240 manat təşkil edir. Həmçinin iş qanuni və əsaslı qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2(075)-19/2022 saylı qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmisə qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli, 9/6854 nömrəli ekspert rəyindən görünür ki, Cavabdeh1 İddiaçı QSC-yə 4876.91 ABŞ dolları əsas, 1749.09 ABŞ dolları faiz borcu vardır. Şəki Rayon Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(075)-19/2022 saylı qərardadı ilə məhkəmə mühasibatlıq ekspertizasının 10 oktyabr 2022-ci il tarixli 9/6854 nömrəli rəyində qeyd olunmuş 2082,34 ABŞ dolları faiz borcu 18 oktyabr 2013-cü il tarixli, 07L000005250 nömrəli kredit xətti müqaviləsi, 06 may 2014-cü il tarixli, kredit xətti müqaviləsinə dəyişiklik edilməsinə dair 5250 saylı saziş üzrə bağlanmış 14 may 2014-cü il tarixli, 07R000009901 saylı kredit razılaşmasının və kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 08 noyabr 2017-ci il tarixli, 07R000009901SE saylı sazişin şərtləri üzrə müqavilə müddəti çərçivəsində hesablanmış faiz borcu ilə müqavilə müddətinin başa çatmasından sonra 30 noyabr 2020-ci il tarixədək illik 5 faizlə hesablanan faiz borcunun cəmi, yaxud da 18 iyul 2019-cu il tarixdən 30 noyabr 2020-ci il tarixədək illik 5 faizlə hesablanan faiz borcu olub-olmamasının aydınlaşdırılması üçün yenidən məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2022-ci il tarixli, 9/9133 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə mühasibatlıq ekspertizasının 10 oktyabr 2022-ci il tarixli 9/6854 nömrəli rəyində qeyd olunmuş 2082,34 ABŞ dolları faiz borcu 18 oktyabr 2013-cü il tarixli, 07L000005250 nömrəli kredit xətti müqaviləsi, 06 may 2014-cü il tarixli, kredit xətti müqaviləsinə dəyişiklik edilməsinə dair 5250 saylı saziş üzrə bağlanmış 14 may 2014-cü il tarixli, 07R000009901 saylı kredit razılaşmasının və kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 08 noyabr 2017-ci il tarixli, 07R000009901SE saylı sazişin şərtləri üzrə müqavilə müddəti çərçivəsində hesablanmış faiz borcu ilə müqavilə müddətinin başa çatmasından sonra 30 noyabr 2020-ci il tarixədək illik 5%-lə hesablanan faiz borcunun cəmidir, o cümlədən Cavabdeh1 30 noyabr 2020-ci il tarixə olan əsas borcu 4876.91 ABŞ dolları, faiz borcu 1749.09 ABŞ dolları, müqavilə bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu 333.25 ABŞ dolları olmaqla, cəmi borcu 6959.25 ABŞ dolları məbləğində təşkil edir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehlər arasında azad surətdə və şərtləri müəyyənləşdirilməklə kredit razılaşmaları və kredit razılaşmasının təminatı olaraq ipoteka müqavilələri bağlanmışdır. Tərəflər arasında bağlanmış 18 oktyabr 2013-cü il tarixli kredit xətti müqaviləsinə əsasən borc verən borc alana 20000 ABŞ dolları məbləğində 60 ay müddətinə, bu Müqavilə çərçivəsində kredit razılaşmaları bağlanılmaqla kredit verməyi, borc alan isə həmin krediti müəyyən edilmiş müddətdə faizi ilə birlikdə borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 06 may 2014-cü il tarixli sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 132 ay, məbləği artırılaraq 30000 ABŞ dolları müəyyən edilmişdir. Zaminlik müqavilələrinə əsasən zaminlər də borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu Müqavilə üzrə müəyyən edilmiş əsas borc, faiz borcları, dəbbə pulu, vurulmuş zərərin əvəzi, məhkəmə və digər xərclərin ödənilməsini öhdələrinə götürmüşlər. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 14 may 2014-cü il tarixli 07R000009901 saylı kredit razılaşmasına əsasən borcverənə 36 ay müddətinə aylıq 2 faiz ödəmək 13000 ABŞ dolları məbləğdə krediti borcalanın mülkiyyətinə verir, borcalan isə müəyyən edilmiş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Bu müqaviləyə əsasən borc alan öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə dəbbə pulu ödəməlidir. Cavabdeh-borcalan krediti alsa da, yəni iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun 30 noyabr 2020-ci il tarixli maliyyə arayışlarına əsasən 14 may 2014-cü il tarixli 07R000009901 saylı kredit müqaviləsi üzrə 4876.79 ABŞ dolları əsas, 5802.42 ABŞ dolları faiz, 2567.42 ABŞ dolları cərimə olmaqla, cəmi 13246.63 ABŞ dolları borcu yaranmışdır. Beləliklə, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə, cavabdehlər tərəfindən banka ödənilməli pulun məbləğinin sübutu kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli, 9/6854 nömrəli ekspert rəyini 14 may 2014-cü il tarixli 07R000009901 saylı kredit razılaşması üzrə 1749.09 ABŞ dolları faiz borcu hissəsində mötəbər hesab etsə də, əsas məbləğə münasibətdə həmin ekspert rəyi ilə razılaşmır. Belə ki iddiaçı, iddia tələbində cavabdehlərdən 4876.79 ABŞ dolları məbləğində əsas borcu tələb etsə də, ekspert rəyində həmin məbləğ 4876.91 ABŞ dolları kimi hesablanmışdır. Ona görə də, məhkəmə belə qənaətə gəlir ki, əsas borca münasibətdə iddia tələbində qeyd edilən məbləğ əsas götürülməklə, 4876.79 ABŞ dolları məbləğində əsas borc cavabdehlərdən tutulmalıdır. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İş mаteriаllаrındаn göründüyü kimi, kreditоrun bоcluyа hesаblаdığı cərimələr tənаsübsüz surətdə yüksəkdir. Ona görə də məhkəmə, cavabdehin yüksək cərimə pulunu ödəmək iqtidarında olmamasını və yüksək dəbbə pulunun onun əmlak mənafeyinə mənfi təsir edə bilməsini nəzərə alaraq hesab edir ki, 14 may 2014-cü il tarixli 07R000009901 saylı kredit müqaviləsi üzrə hesablanmış 2567.42 ABŞ dolları cərimə borcu azaldılaraq 200 ABŞ dolları məbləğində müəyyən edilməli və bununla da cavabdehin mülkiyyət maraqları qorunmuş və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmış olacaqdır. Həmçinin Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit razılaşması müqaviləsindən irəli gələn öhdəliyi tərəflər arasında bağlanmış 18 oktyabr 2013-cü il tarixli kredit xətti müqaviləsi ilə təmin olunmuşdur. Zaminlik müqavilələrinə əsasən digər cavabdeh – zaminlər də borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirmədiyi təqdirdə, bu Müqavilə üzrə müəyyən edilmiş əsas borc, faiz borcları, dəbbə pulu, vurulmuş zərərin əvəzi, məhkəmə və digər xərclərin ödənilməsini öhdələrinə götürmüşlər. Mülki Məcəllənin 470-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər Mülki Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Cavabdeh-borc alan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdeh-zaminə qarşı da tələb hüququ yaranmışdır. Məhkəmə onu da qeyd edir ki, hazırk mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq da götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunu müştərək qaydada tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Mülki Məcəllənin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Mülki Məcəllənin 297-ci maddəsində isə müəyyən edilmişdir ki, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin qanunun 34.1.1-ci maddəsinə görə isə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Mülki Məcəllənin 317-ci maddəsində isə təsbit edilmişdir ki, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Məhkəmə hesab edir ki, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, D.Bünyadzadə küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evinə tutma yönəldilməli, həmin daşınmaz əmlakın ilkin satış qiyməti 60240 manat müəyyən olunmaqla açıq hərracda satılmalı və satışdan əldə ediləcək vəsait hesabına İddiaçı QSC-yə olan borc və çəkilmiş xərclər ödənilməlidir. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 ümumi müştərək qaydada tutulmalıdır. Həmin mənzil satıldıqda 1 ay ərzində boşaldılmalıdır. Belə ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3.1-ci maddəsinə görə yaşayış evi ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyanlar və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İşdəki sənədlərdən də göründüyü kimi Şəki şəhəri, D.Bünyadzadə küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evi kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, D.Bünyadzadə küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh5, X2, Cavabdeh7 və Cavabdeh3 həmin evdən istifadə hüququnun itirilməsi tələbi təmin edilməməlidir. Çünki həmin cavabdehlərin həmin evə istifadə hüquqlarının itirilməsini tələb etmək üçün iddiaçının subyektiv hüququ olmamışdır. Belə hüquq daşınmaz əmlakı hərracda satın alacaq şəxsə və hərracda satılmayacağı təqdirdə banka təhvil verilməsinin baş tutacağı təqdirdə banka məxsus olacaqdır. Buna görə də iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 14 may 2014-cü il tarixli 07R000009901 saylı kredit razılaşmasına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 müştərək qaydada 4876.79 ABŞ dolları əsas, 1749.09 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 6825.88 ABŞ dolları borc ödəniş gününə dolların Azərbaycan manatına olan məzənnəsi ilə tutularaq İddiaçı QSC-yə verilməli, borcun tutulması ipoteka preedmeti olan Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, D.Bünyadzadə küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmetinin ilkin satış qiyməti 60240 manat müəyyən edilməklə açıq hərracda satılmalı, satışdan əldə edilən vəsait hesabına cəmi 6825.88 ABŞ dolları borc ödəniş gününə dolların Azərbaycan manatına olan məzənnəsi ilə və həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı İddiaçı QSC-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 ümumi müştərək qaydada tutulmalı, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, D.Bünyadzadə küçəsində 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evdən Cavabdeh2, Cavabdeh5, X4, Cavabdeh7 və Cavabdeh3 çıxarılmalı, ev boşaldılmalı və alıcıya təhvil verilməli, iddia tələbi qalan hissədə, yəni evə Cavabdeh2, Cavabdeh5, X2, Cavabdeh7 və Cavabdeh3 istifadə hüququnun itirilməsi hissəsində təmin edilməməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə-əmtəəşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 50 manatı İddiaçı QSC-dən, 150 manatı isə müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 tutulmalı və "xxxx" MMC-nin (VÖEN: **********, Hesab AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, Kod: 505594, SWİFT: GUNAAZ22) hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə-əmtəəşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 50 manatı İddiaçı QSC-dən, 150 manatı isə müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN: **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə-mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 manatın 100 manatı İddiaçı QSC-dən, 200 manatı isə müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi qismən təmin edilsin. 14 may 2014-cü il tarixli 07R000009901 saylı kredit razılaşmasına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 müştərək qaydada 4876.79 ABŞ dolları əsas, 1749.09 ABŞ dolları faiz, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 6825.88 ABŞ dolları borc ödəniş gününə dolların Azərbaycan manatına olan məzənnəsi ilə tutularaq İddiaçı QSC-yə verilsin. Borcun tutulması ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, D.Bünyadzadə küçəsində mülkiyyətində olan 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evinə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 60240 manat müəyyən edilməklə açıq hərracda satılsın, satışdan əldə edilən vəsait hesabına cəmi 6825.88 ABŞ dolları borc ödəniş gününə dolların Azərbaycan manatına olan məzənnəsi ilə və həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı İddiaçı QSC-yə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 ümumi müştərək qaydada tutulsun. Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, D.Bünyadzadə küçəsində 0.04 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, ümumi sahəsi 221.5 kv.m, yaşayış sahəsi 63.2 kv.m, yardımçı sahəsi 158.3 kv.m olan 3 otaqlı, 1 mərtəbəli 11A saylı fərdi yaşayış evinə tutma yönəldikdən və satıldıqdan 1 ay sonra Cavabdeh2, Cavabdeh5, X4, Cavabdeh7 və Cavabdeh3 həmin evdən çıxarılsın, ev boşaldılsın və alıcıya təhvil verilsin. İddia tələbi ipoteka predmetinə Cavabdeh2, Cavabdeh5, X2, Cavabdeh7 və Cavabdeh3 istifadə hüququnun itirilməsi hissəsində təmin edilməsin. Məhkəmə-əmtəəşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 50 manatı İddiaçı QSC-dən, 150 manatı isə müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 tutulmalı və "xxxx" MMC-nin (VÖEN: **********, Hesab AZN: AZ30GUNA********************, Bank: Gunay Bank ASC VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, Kod: 505594, SWİFT: GUNAAZ22) hesabına ödənilməlidir. Məhkəmə-əmtəəşünaslıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 50 manatı İddiaçı QSC-dən, 150 manatı isə müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Məhkəmə-mühasibatlıq ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 300 manatın 100 manatı İddiaçı QSC-dən, 200 manatı isə müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh6, Cavabdeh2 tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖİN **********, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar