Məhkəmə qərarları › İş №2(075)-306/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-306/2022

11.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-306/2022 11.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğluna qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 6000 (altı min) manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı izahat verərək göstərmişdir ki, onun övladı Nəsimi Ədilov cinayət törətməsinə görə Şəki PM-də cəza çəkmişdir. Oğlu cəza çəkmə müəssisəsində Şəki rayonundan olan Cavabdeh1 ilə tanış olmuş və onların münasibətləri yaranmışdır. Zaur Şəki PM-də dələduzluq etdiyinə görə cəza çəkmişdir. Oğlu cəza çəkmə müəssisəsindən çıxdıqdan sonra da Cavabdeh1 ilə əlaqə saxlamışdır. Oğlunun vasitəsilə o da Zaurla tanış olmuşdur. Zaurla həm söhbət olarkən Zaur ona pula ehtiyacı olduğunu, ona borca pul verməsini xahiş etmişdir. Bu səbəbdən də o, 2021-ci ilin may-avqust ayları ərzində müxtəlif vaxtlarda və yerlərdə Zaura ümumilikdə 6000 manat borca pul vermişdir. Avqust ayında onun pula ehtiyacı olduğundan Zaurla əlaqə saxlayaraq borcunu qaytarmasını tələb etmiş, lakin Zaur müxtəlif bəhanələr gətirərək pulunu qaytara bilmədiyini demişdir. O, həmin vaxt Zaura barəsində şikayət edəcəyini deyəndə, Zaurun atası Ziya onunla əlaqə saxlayaraq pulu özü qaytaracağını demişdir. Həmçinin həmin vaxt Zaur və atası Ziya ona bildirmişlər ki, “Zaur cəzaçəkmə müəssisəsindan yeni çıxmışdır, əgər ondan şikayət etsən Zauru yenə tutacaqlar”. Buna görə də həmin vaxt Zaurdan Şəki ŞRPŞ-nə şikayət etməmişdir. O, bu səbəbdən Şəki şəhərinə gedərək Zaurla və atası Ziya ilə görüşmüşdür. Zaur və Ziya hər ikisi 25 avqust 2021-ci il tarixdə ona olan borclarını tam ödəyəcəklərinə söz vermiş və iltizam yazaraq imzaları ilə təsdiq etmişdirlər. Lakin, buna baxmayaraq bu vaxta kimi Zaur və atası onun pulunu qaytarmamış və qaytarmaqdan da boyun qaçırırlar. Bildirmişdir ki, o, 6000 manat pulu Ziyaya deyil, Zaurun özünə vermişdir. Cavabdeh2 hər hansı pul məbləği verməmişdir. Lakin Ziya da Zaurla birlikdə qəbz yazaraq 6000 manat pulu 25.08.2021-ci il tarixinədək qaytarmağına söz verdiyindən vermiş olduğu pulu Ziyadan da tələb etmək qənaətinə gəlmişdir. Hazırda heç bir yerdə işləmir, göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh2 izahat verərək göstərmişdir ki, oğlu Cavabdeh1 dələduzluq etdiyinə görə məhkum edilmiş və Şəki PM-də cəza çəkmişdir. Cəza çəkdiyi müddətdə Ağsu rayonu, Ərəbşağı kəndindən olan Nəsimi adlı məhkumla dostluq münasibətləri yaranmışdır. Nəsimi cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra da Nəsimi ilə əlaqə saxlamışdır. Göstərmişdir ki, oğlu Ziya Abduxalıqov hazırda CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır. Bildirmişdir ki, Zaurun ona dediklərinə əsasən ona şəxsi işləri ilə əlaqədar olaraq pul lazım olduğu üçün cəzaçəkmə müəssisəsində tanış olduğu Nəsimidən borc pul istəmişdir. Nəsimi də bu barədə atası Ədilə demiş Ədildə öz növbəsində Zaura pul vermişdir. Ədilin Zaura hansı məbləğdə pul verməsini bilmir. Lakin dəqiq bilir ki, bu məbləğ 6000 manat deyil, həmin məbləğdən az olmuşdur. Göstərmişdir ki, Ədil ona hər hansı məbləğdə pul verməmişdir. Həmçinin bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən 6000 manat borcu təsdiq edən qəbzin hər ikisini oğlu Cavabdeh1 öz xətti ilə yazmışdır. Həmin qəbzlər həm onun həm də oğlu Zaur tərəfindən imzalanmışdır. Qəbzi Ədilin şikayət etməməsi üçün imzalamışlar. Lakin Ədil onları qəbzi imzalamaları üçün hər hansı zor tətbiq etməmişdir. Bildirmişdir ki, o, özü iddianı qəbul etmir, buna görə də iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 Bakı İstintaq Təcridxanasında saxlanıldığını müəyyən etmiş və ona məktub ünvanlayaraq iddiaya və iddiaya əlavə edilmiş qəbzə münasibət bildirməsini qeyd edilmişdir. Bakı İstintaq Təcridxanasının 21.02.2022-ci il tarixli, 17/38-1141 saylı məktubu ilə Cavabdeh1 ərizəsi məhkəməyə daxil olmuşdur. Cavabdeh1 həmin ərizəsinin məzmununda göstərmişdir ki, Şəki PM-də cəza çəkdiyi müddətdə Ağsu rayonunun Ərəbuşağı kəndindən olan Nəsimi adlı məhkum tanış olmuşdur. Azadlığa çıxandan sonra bir neçə dəfə də Nəsimi ilə danışmışdır. Danışıqlarının birində Nəsimi ona atası üçün bankdan 20 000 manat kredit götürməsini xahiş etmişdir. Bildirmişdir ki, o əvvəllər bank sistemində işləmişdir. Bununla əlaqədar onları Şəki şəhərində olan “Bank of Baku”-nun flialına göndərmişdir. Flialda kredit mütəxəssizi işi araşdırmış və onlara 20 000 manat kredit verilməsinin mümkün olduğunu söyləmiş, lakin bunun üçün tibb və təhsil işçisi olan zamin olmasının vacibliyini bildirmişdir. Bir müddət sonra şəxsi xərclərimlə bağlı Nəsimidən borc pul istəmişəm. O da atası İddiaçı vasitəsi ilə onun istifadəsində olan Kapital Bankın debet kartına 500 (beş yüz), 400 (dörd yüz), 2000 (iki min), 500 (beş yüz), 300 (üç yüz) manat olmaqla ümumilikdə 3700 (üç min yeddi yüz) manat pul vəsaiti köçürmüşdür. Z. Abdulxalıqov ərizəsinin məzmununda ona cəmi 3700 (üç min yeddi yüz) manat borc verildiyini göstərmişdir. Qeyd etmişdir ki, ona 6000 (altı min) manat kimi pul verilməmişdir. İddiaçı Ağsudan Şəkiyə gələrək onları polislə hədələmişlər. Həmin vaxt o 4 ay imiş ki, azadlığa çıxmışdır. Buna görə də utanıb polisə və ya digər orqana getməmişdir. İddiaçı onlara demişdir ki, 6000 manat borclarının olması barədə qəbz yazaraq onlara versin və həmin qəbzi atası da şahid kimi imzalasın. Göstərmişdir ki, o iddiaçıdan 4 min manata yaxın borc almışdır və həmin borcu azadlığa çıxan kimi qaytaracaqdır. Bildirmişdir ki, işə onun iştirakı olmadan ərizəsində göstərilənləri nəzərə almaqla baxılaraq işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir ki, məhkum olunaraq Şəki PMnə göndərilmiş və cəzasını çəkməyə başlamışdır. X1 tanış olmuş və onunla təxminən 8 ay bir yerdə cəza çəkmişdir. Cəza çəkdiyi müddətdə Zaurun ona müəyyən yaxşılıqları toxunmuş və belə olmuş münasibətləri yaranmışdır. Azadlığa çıxandan sonra da Zaur onunla əlaqə saxlamışdır. Bir dəfə telefonla danışanda Zaur ondan 10 000 manat borc pul istəmişdir. Danışıqları zamanı ona demişdir ki, 10 000 manat yoxlarıdır, amma 6000 manat düzüb qoşa bilər. Belə olub bu barədə atasına demiş və atası da Zaura 6000 manat borc pul verməyə razı olmuşdur. Belə olub ataş 6000 manat pulu Zaura vermişdir. Bir müddət sonra atası borcunu istəmiş, lakin Zaur müxtəlif bəhanələrlə pulu qaytarmaqdan yayınmışdır. Lakin Zaur borcunu qaytarmadığından atası ilə məcbur olub Şəki şəhərinə gəlmişlər. Şəki şəhərində zəngləşərək Zaur və onun atası Ziya ilə birlikdə kafelərin birində oturub söhbət etmişlər. Sonda razılığa gəlmişlər ki, Zaur qəbz yazaraq atasına olan borcunu 25.08.2021-ci ilədək qaytarmasını üzərinə götürsün. Belə də olmuş Zaur qəbz yazaraq atasına 6000 manat borcunun olmasını bildirmişdir. Həmin qəbz Zaur, onun atası Ziya, öz atası Ədil, onlarla gələn sürücü Fuad və onun şahidliyi ilə imzalanaraq təsdiq edilmişdir. Həmçinin Zaur atası Ziyanın da adından qəbz yazmış və həmin qəbzdə də Ziya atasına olan 6000 manat pulu qaytaracağına söz vermişdir. Həmin qəbz də eyni qaydada imzalanaraq təsdiqlənmişdir. Həmin vaxt nə Zaura nə də Ziyaya hər hansı psixi və fiziki zor edilməmişdir. Bundan sonra onlar evlərinə qayıtmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, sürücü kimi Ədili və onun oğlunu Ağsu rayonundan Şəki şəhərinə gətirmişdir. Şəki şəhərində zəngləşərək Zaur və onun atası Ziya ilə birlikdə kafelərin birində oturub söhbət etmişlər. Sonda Ədillə razılığa gəlmişlər ki, Zaur qəbz yazaraq Ədilə olan borcunu 25.08.2021-ci ilədək qaytarmasını üzərinə götürsün. Belə də olmuş Zaur qəbz yazaraq ədilə 6000 manat borcunun olmasını bildirmişdir. Həmin qəbz Zaur, onun atası Ziya, Ədil, Nəsimi və onun şahidliyi ilə imzalanaraq təsdiq edilmişdir. Həmçinin Zaur atası Ziyanın da adından qəbz yazmış və həmin qəbzdə də Ziya Ədilə olan 6000 manat pulu qaytaracağına söz vermişdir. Həmin qəbz də eyni qaydada imzalanaraq təsdiqlənmişdir. Həmin vaxt nə Zaura nə də Ziyaya hər hansı psixi və fiziki zor edilməmişdir. Bundan sonra onlar Ağsuya qayıtmışlar. İşdə olan Ağsu şəhər İHB-nin Ərəbşağı kənd nümayəndəliyi tərəfindən verilmiş, 04 noyabr 2021-ci il tarixli, 301 nömrəli arayışdan görünür ki, İddiaçı Ağsu rayonu, Ərəbşağı kəndində qeydiyyatdadır. İşdə olan Cavabdeh1 və Cavabdeh2 tərəfindən yazılmış qəbzdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 İddiaçı 6000 manat məbləğdə borc pul almasını etiraf etmiş və 25 avqust 2021-ci il tarixdə qaytaracaqlarını öhdələrinə götürmüşlər. Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, iddiaçı cavabdehlərdən Cavabdeh1n 6000 manat borc pul vermiş, Zaur isə həmin pulu vəd etdiyi vaxtda ona geri qaytarmamışdır. Bu məhkəmə iclasında iddiaçının, Cavabdeh2 və şahidlərin iştirakı ilə tədqiq edilən Cavabdeh1 tərəfindən yazılmış olan qəbzlə də təsdiq edilir. Cavabdeh1 məhkəməyə ünvanladığı ərizəsində iddiaçıdan 3700 manat borc pul almasını təsdiq etsə də, məhkəmə tərəfindən diqqətinə çatdırılmasına baxmayaraq onun tərəfindən yazılmış qəbzə dəqiq münasibət bildirməmişdir. Həmçinin o ərizəsində iddiaçıya 6000 manat borcunun olmasına dair qəbz yazarkən hansı təsirlərə və ya hədəyə məruz qalması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Buna görə də məhkəmə onun ərizəsində göstərilən xüsusatlara tənqidi yanaşır və onun tərəfindən iddiaçıya 6000 manat borcunun olması barədə yazmış olduğu qəbzi mötəbər sübut kimi qəbul edir. Məhkəmə araşdırması zamanı həmçinin müəyyən olundu ki, iddiaçı Cavabdeh2 hər hansı məbləğdə borc pul verməmişdir. Buna görə də iddiaçının həmin məbləği Cavabdeh2 da tələb etməkdə hər hansı hüquqi əsası yoxdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Buna görə də onlar arasındakı münasibətlərə borc müqaviləsinin müddəaları tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə görə Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh1 cəmi 6000 (altı min) manat borc pul alınaraq İddiaçı verilməli, iddia Cavabdeh2 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçının tələb etməməsi nəzərə alınaraq ödənilmiş 50.40 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 cəmi 6000 (altı min) manat borc pul alınaraq İddiaçı verilsin. İddia Cavabdeh2 münasibətdə təmin edilməsin. Ödənilmiş 50.40 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar