Məhkəmə qərarları › İş №2(075)-32/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-32/2022

30.08.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-32/2022 30.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pay torpaq sahəsin çıxarılmas” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus pay torpağının 0.42 sot olmaqla Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, A043543 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi üzrə Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli 05 nömrəli qərarı ilə Şəki rayonunun Baş Göynük kəndində ona ayrılmış 4199,14 kv.m torpaq sahəsindən Cavabdeh çıxarılmaqla həmin torpaq sahəsinin boşaldılması və ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək göstərmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli 05 nömrəli qərarı ilə Şəki rayonunun Baş Göynük kəndində ona təxminən 0,42 ha torpaq sahəsi ayrılmışdır. Bildirmişdir ki, Cavabdeh onun torpaq sahəsinə qanunsuz zəbt edərək uzun müddət istifadə etmiş və hazırda da istifadə etməkdədir. O, həmin torpaq sahəsinin vergisini vaxtı-vaxtında tam olaraq ödəmişdir. Göstərmişdir ki, o, cavabdehə kənd qardaşı kimi dəfələrlə müraciət etsə də, cavabdeh ona məhəl qoymayaraq onun torpaq sahəsini əkməyə davam etmiş və torpaq sahəsindən çıxmamışdır. Bu səbəbdən o, aidiyyəti qurumlara müraciət etmiş və GPS aparatı vasitəsi ilə cavabdehin, həmçinin oğlunun iştirakı ilə akt tərtib edilərək ona verilməli olan torpaq sahəsi müəyyən olunmuşdur. Cavabdeh ona məxsus olan torpaq sahəsindən çıxmağa razılaşsa da, sonradan çıxmamışdır. Bildirmişdir ki, cavabdeh ona məxsus olan torpaq sahəsində ki, ağacları da kəsmişdir. Həmçinin göstərmişdir ki, onun kənddə bir çox pay və digər torpaqları olsa da cavabdeh Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli 05 nömrəli qərarı ilə Şəki rayonunun Baş Göynük kəndində ona verilmiş 4199.14 kv.m torpaq sahəsinin çox hissəsini zəbt edərək oradan istifadə edir. Bildirmişdir ki, ona ayrılan həmin torpaq sahəsinin müəyyən hissəsindən yol kimi istifadə edilir. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərmişdir ki, iddiaçı ilə onlar iyirmi dörd il əvvəl mübahisələndirilən torpaq sahəsində işləməyə başlamışlar. Dəflərlə kənd bələdiyyəsindən həmin yerə gəlsələr də, torpağın iddiaçıya məxsus olmasını deməmişlər. Bildirmişdir ki, GPS cihazı ilə torpağı ölçməyə gələndə o, şəhərə xəstəxanaya getmişdir. Onu çağırdıqları üçün yoldan qayıdıb gəlmişdir. Heç bir dövlət sənədi göstərilmədən 42 sot torpaq sahəsinin iddiaçıya düşməsi bildirilmişdir. Kadast sənədində həmin torpaq sahəsinin onların pay torpağı olması görünür. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş A seriyalı, 043543 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Şəki rayon Aqrar İslahatı Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı Şəki rayonu, Baç Göynük kəndi ərazisində 4199,14 kv.m torpaq sahəsi verilmişdir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən ünvanlanmış 16 aprel 2021-ci il tarixli məktubdan görünür ki, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına əsasən Cavabdeh adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Tikinti-texniki ekspertizasının 22 iyul 2022-ci il tarixli, 10/2780 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTl-nin mütəxəssisi Hümbət Aydəmirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: İddiaçı məxsus plan ölçü sənədində göstərilən torpaq sahəsi 4198.66 kv.metrdir. Faktiki olaraq həmin torpaq sahəsinin 1864 kv.metr hissəsi iddiaçının, 2162 kv.metr hissəsi Cavabdeh istifadəsindədir. Yerdə qalan 172.6 kv.metr hissəsi isə yol kimi istifadə edilir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və iddiaçıya məxsus olan torpaq sahəsinin cavabde tərəfindən istifadə edilən hissəsi mütəxəssis rəyinə əlavə edilmiş yerqururluşu planında göstərilmişdir. Ekspertiza xərci 50 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Tikinti-texniki ekspertizasının 04 may 2022-ci il tarixli, 10/1777 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mütəxəssisi Hümbət Aydəmirovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən: İddiaçı məxsus plan ölçü sənədində göstərilən torpaq sahəsi 4198.66 kv.metrdir. Faktiki olaraq həmin torpaq sahəsinin 1864 kv.metr hissəsi iddiaçının, 2162 kv.metr hissəsi Cavabdeh istifadəsindədir. Yerdə qalan 172.6 kv.metr hissəsi isə yol kimi istifadə edilir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin döngə nöqtələri, koordinatları, sahəsi və iddiaçıya məxsus olan torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilən hissəsi mütəxəssis rəyinə əlavə edilmiş yerqururluşu planında göstərilmişdir. Ekspertiza xərci 50 manat təşkil etmişdir. Məhkəmə iclasında iddiaçıların, cavabdelərin izahatları ilə müəyyən olundu ki, iddiaçı ilə cavabdeh eyni kənddən olmaqla pay torpaqları qonşu ərazidə yerləşir. Şəki rayon Aqrar İslahatı Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı Şəki rayonu, Baç Göynük kəndi ərazisində 4199,14 kv.m torpaq sahəsi verilmişdir. Müəyyən edilmişdir ki, iddiaçıya məxsus plan ölçü sənədində göstərilən torpaq sahəsi 4198.66 kv.metrdir. Həmin torpaq sahəsinin faktiki olaraq 1864 kv.metr hissəsi iddiaçının, 2162 kv.metr hissəsi Cavabdeh istifadəsindədir. Yerdə qalan 172.6 kv.metr hissəsi isə yol kimi istifadə edilir. Göründüyü kimi cavabdeh iddiaçının mülkiyyətində olan 4198.66 kv.metr torpaq sahəsinin 2162 kv.metr hissəsini zəbt etmiş və hazırda onun istifadəsindədir. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə iddianı qəbul etmədiyini göstərmişlər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X2 haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Həmin maddəyə əsasən cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Göründüyü kimi cavabdeh iddiaçının mülkiyyətində olan 4198.66 kv.metr torpaq sahəsinin 2162 kv.metr hissəsini zəbt etmiş və hazırda da onun istifadəsindədir. Buna görə də iddiaçı mülkiyyətində olan cavabdeh tərəfindən zəbt edilən 2162 kv.metr torpaq sahəsindən istifadə edə bilmir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahəsindən cavabdehin çıxarılmasını tələb etməkdə haqlıdır. Bütün yuxarıda şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh Şəki rayon Aqrar İslahatı Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş, A seriyalı, 043543 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi ilə İddiaçı məxsus olan Şəki rayonu, Baş Göynük kəndi ərazisində yerləşən (4199.14 kv.m) faktiki olaraq 4198.66 kv.metr torpaq sahəsinin zəbt etdiyi 2162 kv.metr hissəsindən çıxarılmaqla boşaltmalı və torpaq sahəsi cavabdehdən alınaraq İddiaçı qaytarılmalı, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı tərəfindən ödənilmiş 10.40 manat dövlət rüsumu tələb edilmədiyindən onun özünə aid edilməlidir. İddia təmin edildiyindən iş üzrə olan 100 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227.1, 360cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Şəki rayon Aqrar İslahatı Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə verilmiş, A seriyalı, 043543 saylı torpaq sahəsinin planı və ölçüsü sənədi ilə İddiaçı məxsus olan Şəki rayonu, Baş Göynük kəndi ərazisində yerləşən (4199.14 kv.m) faktiki olaraq 4198.66 kv.metr torpaq sahəsinin zəbt etdiyi 2162 kv.metr hissəsindən çıxarılmaqla boşaltsın və həmin torpaq sahəsi cavabdehdən alınaraq İddiaçı qaytarılsın. İddia qalan hissədə təmin edilməsin. İddia ərizəsi üzrə ödənilmiş 10.40 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə 100 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X1, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** İWİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar