Məhkəmə qərarları › İş №2(075)-33/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-33/2022

19.04.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-33/2022 19.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16 qarşı “istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı “Unibank" KB ASC-nin mülkiyyətində olan ünvan 2n fərdi yaşayış evinə və onun yerləşdiyi 0,07 ha torpaq sahəsinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16, X28, X18, X7, X35, X38, X19, X20 və X8 istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15 və Cavabdeh16, X28, X18, X7, X35, X38, X19, X20 və X8 ünvan 2n fərdi yaşayış evindən və onun yerləşdiyi 0,07 ha torpaq sahəsindən çıxarılmaqla həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və onun yerləşdiyi 0.07 ha torpaq sahəsini almışdır. Bu barədə ƏMDK yanında DƏDRX tərəfindən 06.11.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyatı aparılmış, eləcə də çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. 25.02.2021-ci il tarixdə "ASAN l"-dən əldə etdikləri ******* saylı arayışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mükiyyətində olan ünvan 2n fərdi yaşayış evində və onun yerləşdiyi 0,07 ha torpaq sahəsində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X28, X18, X9, X35, X38, X19, X20 və X21 qeydiyyatdadır və bu şəxslərin mübahisəli mənzildə qeydiyyatda qalması iddiaçı "Unibank” KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan fərdi yaşayış evinin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X28, X18, X7, X35, X38, X19, X20 və X21 arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X28, X18, X7, X35, X38, X19, X20 və X8 həmin lərdi yaşayış evinə və onun yerləşdiyi torpaq sahəsinə heç bir hüququ yoxdur. Bu səbəbdən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X28, X18, X7, X35, X38, X19, X20 və X8 ünvan 2n fərdi yaşayış evində və onun yerləşdiyi 0,07 ha torpaq sahəsində qeydiyyatda olması və orada yaşamaları qeyri-qanunidir. Bildirmişdir ki, ünvan 2n fərdi yaşayış evi və onun yerləşdiyi 0,07 ha torpaq sahəsi evi kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Hal-hazırda ünvan 2n fərdi yaşayış evinin və onun yerləşdiyi 0,07 ha torpaq sahəsinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Həmçinin bildirmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 15.04.2021-ci ildə məhkəməyə ərizə ünvanlayaraq göstərmişlər ki, onların ünvan 2n fərdi yaşayış evlərinə heç bir aidiyyətləri yoxdur. Onlar həmin evdə qeydiyyatda deyil, özlərinə məxsus olan Şəki şəhəri, 31-ci rayon, Sabit Rəhman küçəsi 21 saylı evdə qeydiyyatdadırlar. Hazırda mübahisə edilən ev isə şəhərin “Üç güyümlər” adlanan ərazisində, eyni adlı ünvanda yerləşir. Göstərmişdir ki, qeyd edilən cavabdehlər texniki səhv olaraq onların qeydiyyat ünvanı ünvan 3dia ərizəsi məhkəməyə verildikdən sonra Cavabdeh3 2015-ci ildə ölməsi müəyyən olunmuşdur. Qeyd etmişdir ki, X35, X38, X19, X20 və X21 uşaqdırlar. Buna görə də iddianın Cavabdeh3 münasibətdə xitam verilməsini, lakin iddianın qalan hissədə təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərmişdir ki, hazırkı iddia ərizəsində adları sadalanan cavabdehlərdən yalnız Cavabdeh4 tanıyır. Belə ki, Cavabdeh4 onun gəlinidir. Digər cavabdehlərin onlara məxsus evdə pasport qeydiyyatında olmalarından məhkəmə iclasında öyrənmişdir. Bildirmişdir ki. həmin cacvabdehlər onlara məxsus olan evdə yaşamamışlar və onların qeydiyyatda olmaları ilə bağlı hər hansı fikri yoxdur. Bildirmişdir ki, o, 1954-cü il tarixdə X10 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdur. 1966cı ildə hazırda ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini inşa etdirmişlər. Həmin vaxtdan da qeyd edilən evdə yaşayır. 16 oktyabr 2008-ci il tarixdə əri ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi övladları X13 bağışlamışdır. Bundan sonra X22 həmin evi "xxxx" Kommersiya Bankında ipoteka ilə yüklü edərək kredit götürmüşdür. Lakin oğlu sonradan krediti ödəyə bilmədiyindən "xxxx" X13, Cavabdeh4, X33 və X23 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)- 1528/2018 saylı, 28.03.2018-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin cavabdehlər X13, Cavabdeh4, X33 və X23 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair" iddia ərizəsi qismən təmin edilmiş, cavabdehlər X13, Cavabdeh4, X33 və X14 müştərək qaydada bankın xeyrinə əsas borc üzrə 16678.12 ABŞ dolları, faiz borcu üzrə 2 599.68 ABŞ dolları, cərimə borcu üzrə 516 ABŞ dolları, cəmi 19793.38 ABŞ dolları (X27 kursuna müvafiq olaraq manatla) borcun və 30 manat xidmət haqqının tutulması; tutmanın X11 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə və onun yerləşdiyi 0.07 ha torpaq sahəsinə yönəldilməsi, həmin mənzilin ilkin hərrac satış qiyməti 80 000 manat olmaqla açıq hərracdan satılması, bankın kredit tələbinin satılan əmlak hesabına ödənilməsi, mənzilin açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində X11, Cavabdeh4, X24 və X17 həmin mənzildən çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Göstərmişdir ki, qətnamədən şikayətlər verilmiş. Lakin Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 2(001)-1528/2018 saylı, 28.03.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sonradan "xxxx" KB ASC hərrac vasitəsi ilə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və onun yerləşdiyi 0.07 ha torpaq sahəsini almışdır. Bu barədə ƏMDK yanında DƏDRX tərəfindən 06.11.2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyatı aparılmış, eləcə də çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Göstərmişdir ki, hazırda iddianı qəbul edir və müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh4 da Cavabdeh1 izahatına oxşar məzmunda izahat verərək ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsinə etirazının olmadığını bildirdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X28, X18, X7, X35, X38, X19, X25 və X21 məhkəmə məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmişlər və ya məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Lakin cavabdehlər Cavabdeh2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 15.04.2021-ci ildə məhkəməyə ərizə ünvanlayaraq göstərmişlər ki, iddiaçı “X34 “ASC” onlara qarşı “mənzilə istifadə hüququna xitam verilməsi, fərdi yaşayış evindən və onun yerləşdiyi 0,07 ha torpaq sahəsindən çıxarılmaqla həmin fərdi yaşayış evinin və onun yerləşdiyi 0,07 ha torpaq sahəsindən çıxarılmaqla həmin fərdi yaşayış evinin və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və işin məhkəmədə baxılmağa hazırlanması mərhəsi 13.04.2021-ci il tarixə saat 12:00-a təyin edilmişdir. Məhkəmənin nəzərinə çatdırmışlar ki, iddia ərizəsində qeyd edilən ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə onların heç bir aidiyyatları yoxdur. Belə ki, həmin fərdi yaşayış evi şəhərin “Üç güyümlər” adlanan ərazisində yerləşir. Onlara məxsus fərdi yaşayış evi isə ünvan 6 ünvanında (Təzə bazarın alt hissəsi) yerləşir. İddia ərizəsində boşaldılması tələb edilən ev Şəki şəhər sakini X11 adına olmuş, ipoteka qoyulmuş və bankın mülkiyətinə keçmişdir. Onlara məxsus ev isə heç vaxt banka girov qoyulmamışdır. Sadəcə olaraq hər iki evə texniki səhv olaraq eyni ünvan verilmişdir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən məsələnin araşdırılaraq onların adlarının cavabdehlər siyahısından çıxarılması barədə qərardad qəbul etməsini məhkəmədən xahiş etmişlər. Həmçinin həmin ərizədə qeyd etmişlər ki, iddia ərizəsində cavabdeh qismində qeyd edilmiş Cavabdeh3 2019-cu ildə ölmüşdür. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materiallarına əlavə edilmiş 06 noyabr 2020-ci il tarixli, **********35-10301 reyestr nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 115,8 kv.m olan fərdi yaşayış evi "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyətindədir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 21 oktyabr 1991-ci il tarixli, 05 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evi X3 mülkiyyətində olmuşdur. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 04 may 2006-cı il tarixli, 291 nömrəli arxiv arayışından görünür ki, ünvan 9 ünvanda X2 1963-cü ildən tikilib istifadə etdiyi yaşayış sahəsi 50,9 kv.metr olan fərdi yaşayış evi tikiti normalarına uyğun olduğu üçün və uzun müddət həmin evdə yaşadığı nəzərə alınaraq istismara qəbul aktı Abbasov Məhərrəməli Adıgözəl oğlunun adına qeydə alınmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 26 iyul 2006-cı il tarixli, 529 nömrəli çıxarışdan görünür ki, yerli sənaye kombinatının işçisi Abbasov Bayraməlinin ev tikməsi üçün həyətyani yerinin olmaması haqda verdiyi ərizəsi nəzərə alınaraq “Hacıqənini” yeri adlı sahəsən 0,07 hektar yer verilməsi və İçərişəhər Nuxa arxitekturasının razılığı olduqdan sonra ev tikməyə razılıq verilməsi qərara alınmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 16 oktyabr 2008-ci il tarixli, müqavilədən görünür ki, X1 şəhər Ərazi idarsinin 14.10.2008-ci il tarixli, 2455 nömrəli arayışı və MH setiyalı, ******* nömrəli çıxarışa əsasən ona məxsus olan, ünvan 10 ünvanında yerləşən 50,69 kv.metr yaşayış sahəsi, 65 kv.metr köməkçi sahəsi, 165 kv.metr ümumi sahəsi, üç otaqdan ibarət fərdi yaşayış evini oğlu X5 bağışlamışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 06 noyabr 2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, Şəki şəhəri, Sabit Rəhman küçəsində mülkiyyətdə olan 0.07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 50.8 kv.m yaşayış, 65.0 kv.m köməkçi sahədən ibarət 21 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X11 adına daşınmaz əmlakın dövlət reystrində 1 nömrəli reyestr kitabının 135 nömrəli vərəqəsində qeydiyyata alınmışdır. İşdə olan 10 aprel 2012-ci il tarixli, 05EMİ/12 saylı ipoteka müqaviləsindən görünür ki, X22 MH seriyalı, ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə ona məxsus olan, Şəki şəhəri, Sabit Rəhman küçəsi ünvanında yerləşən 0.07 ha torpaq sahəsi və həmin sahədə yerləşən 21 saylı fərdi yaşayış evini ipoteka qoymuşdur. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 22 oktyabr 2015-ci il tarixli, 5300 8 0396 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, Cavabdeh3 31.07.2015-ci il tarixdə Füzuli rayonu, Şükürbəyli kəndində ölmüşdür. İşdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 28 mart 2018-ci il tarixli, 2(001)-1528/2018 nömrəli qətnaməsindən görünür ki, Cavabdehlər X22, Cavabdeh4, X36 və X14 müştərək qaydada iddiaçı "xxxx" KB ASC-nin xeyrinə kredit borcu üzrə 16678,12 ABŞ doları, faiz borcu üzrə 2599,68 ABŞ dolları, cərimə üzrə 516 ABŞ dolları, cəmi 19793,38 (on doqquz min yeddi yüz doxsan üç) 38 sent ABŞ doları X27 kursuna müvafiq olaraq manatla borc və 30 (otuz) manat xidmət haqqının tutulması, tutma X11 mülkiyyətində olan Şəki şəhəri, Sabit Rəhman küçəsiondə yerləşən 21 saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,07 ha torpaq sahəsinə yönəldilməsi, həmin mənzilin ilkin hərrac satış qiyməti 80000 manat olmaqla açıq hərracda satılması, bankın kredit tələbi satılmış əmlak hesabına ödənilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər X22, Cavabdeh4, X36 və X17 çıxarılması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli, 2(102)-8134/18 nömrəli qərarından görünür ki, cavabdeh X11 və vəkili Kərimli Ruhiyə Neymət qızının kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 iyul 2018-ci il tarixli, 2(103)-7348/18 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 05 iyul 2019-cu il tarixli, Y- 184/1 nömrəli hərracın nəticələri haqqında protokoldan görünür ki, ünvan 2n X12 məxsus olan fərdi yaşayış evi 51000 (əlli bir min) manat məbləğə hərracla "xxxx" Kommersiya Bankı ASC-ə satılmışdır. Məhkəmə sorğusu ilə əldə edilərək iş materiallarına əlavə edilmiş 05 iyul 2019-cu il tarixli müqavilədən görünür ki, ünvan 2n X12 məxsus olan fərdi yaşayış evi 51000 (əlli bir min) manat məbləğə "xxxx" Kommersiya Bankı ASC tərəfindən alınmışdır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş, 25 fevral 2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, xx.xx.1936-cı il təvəllüdlü Cavabdeh1, 08.08.1950-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1993-cü iltəvəllüdlü Cavabdeh3, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh6, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh7, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh8, 14.07.2005-cı il təvəllüdlü X28, 05.09.2007-ci il təvəllüdlü X18, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh9, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh10, 06.08.2007-ci il təvəllüdlü X7, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh11, 23.06.2011-ci il təvəllüdlü X35, 31.08.2012-ci il təvəllüdlü X38, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh13, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh12, 17.06.2017-ci il təvəllüdlü X19, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh14, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh15, 27.11.2003-cü il təvəllüdlü X26, 16.09.2018-ci il təvəllüdlü X21 və xx.xx.1991ci il təvəllüdlü Cavabdeh16 ünvan 2n fərdi yaşayış evində qeydiyyatdadırlar. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş, 07 aprel 2021-ci il tarixli, ******* nömrəli arayışdan görünür ki, 08.08.1950-ci il təvəllüdlü Cavabdeh2, xx.xx.1993-cü iltəvəllüdlü Cavabdeh3, xx.xx.1972-ci il təvəllüdlü Cavabdeh4, xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh10, xx.xx.1961-ci il təvəllüdlü Cavabdeh5, xx.xx.1977-ci il təvəllüdlü Cavabdeh6, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh7, xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh8, 14.07.2005-cı il təvəllüdlü X28, 05.09.2007-ci il təvəllüdlü X18, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh9, 06.08.2007-ci il təvəllüdlü X7, xx.xx.1965-ci il təvəllüdlü Cavabdeh11, 23.06.2011-ci il təvəllüdlü X35, 31.08.2012-ci il təvəllüdlü X38, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh13, xx.xx.1981-ci il təvəllüdlü Cavabdeh12, 17.06.2017-ci il təvəllüdlü X19, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh14, xx.xx.1968-ci il təvəllüdlü Cavabdeh15, 27.11.2003-cü il təvəllüdlü X26, 16.09.2018-ci il təvəllüdlü X21 və xx.xx.1991-ci il təvəllüdlü Cavabdeh16 15 iyul 2005ci il tarixdən ünvan 2n fərdi yaşayış evində qeydiyyatdadırlar. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 sentyabr 2021-ci il tarixli, 2(107)-1529/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Şəki Rayon Məhkəməsinin 2(075)-703/2021 nömrəli, 20 may 2021-ci il tarixli, qətnaməsinin apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı andan əldə edənə keçir. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun; və ya 59.3.2 ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya qeydiyyata alınmış şəxslər belə bir öhdəlik götürmüş sayılırlar. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən Bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Kredit borcunun ödənilməməsi səbəbindən hərracdan alınma yolu ilə mülkiyyətinə keçmiş mübahisə predmeti olan fərdi yaşayış evinin hazırkı mülkiyyətçisi "xxxx" KB ASC cavabdehlərin ünvan 2n fərdi yaşayış evi və onun yerləşdiyi 0,07 ha torpaq sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır. Şərh edilənlərə qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan ünvan 2n fərdi yaşayış evi və onun yerləşdiyi 0,07 ha torpaq sahəsinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X28, X18, X7, X35, X38, X19, X20 və X8 istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X28, X18, X7, X35, X38, X19, X25 və X8 ünvan 2n fərdi yaşayış evi və onun yerləşdiyi 0,07 ha torpaq sahəsindən çıxarılmaqla həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq "xxxx" KB ASC-yə təhvil verilməli, ödənilmiş 10,40 (on) manat 40 qəpik məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilməli və iddianın Cavabdeh3 münasibətdə xitam verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 06.11.2020-ci il tarixli çıxarışla "xxxx" KB ASC-nin tam mülkiyyətində olan ünvan 2n fərdi yaşayış evi və onun yerləşdiyi 0,07 ha torpaq sahəsinə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X28, X18, X7, X35, X38, X19, X20 və X8 istifadə hüquqlarına xitam verilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh13, Cavabdeh12, Cavabdeh14, Cavabdeh15, Cavabdeh16, X28, X18, X7, X35, X38, X19, X20 və X8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş 06.11.2020-ci il tarixli çıxarışla "xxxx" KB ASC-nin tam mülkiyyətində olan ünvan 2n fərdi yaşayış evi və onun yerləşdiyi 0,07 ha torpaq sahəsindən çıxarılmaqla həmin torpaq sahəsi və fərdi yaşayış evi boşaldılaraq "xxxx" KB ASC-yə təhvil verilsin. İddianın Cavabdeh3 münasibətdə xitam verilməsi ilə bağlı Şəki rayon məhkəməsinin 19.04.2022-ci il tarixli, 2(075)-33-2022 saylı qərardadı nəzərə alınsın. Ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu tələb edilmədiyindən iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cahid İmanov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar