Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-338/2025 06.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X4 onun mərhum X6 ilə qohum olmaları (anası olması) faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı ilə ailə qurduğu gündən gəlin gəldiyi və bu günə kimi yaşadığı Şəki şəhəri, 27-ci rayon Əkinçilər küçəsi ev 16 ( Şəki şəhəri Aşıq Cuma küçəsi dalan 6/2–də) yerləşən fərdi yaşayış evi üzrə qaynanası X4 adına ilkin qeydiyyat üçün sənədlər mövcuddur. Belə ki, həmin ev üzrə 1987-ci il tarixli, 5723/99 inventar nömrəli qeydə alma vəsiqəsi mövcuddur. Yaşadığı bu fərdi yaşayış evi bu günə kimi sənədləşdirilməyib. Tərəfindən bu istiqamətdə addım atılaraq vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət etmişdir. Lakin bir sıra sənədləri və faktları müəyyən etmək mümkün olmadığından Notariat ofisi xx.xx.2024-cü il tarixli imtina vermişdir. Həmin hüquq sahiblərindən X16 onun əri, X11 onun qaynanasıdır. Belə ki, o, X16 ilə nikahlarını 29 dekabr 1959-cu ildə rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşlar. Ailə qurduqdan sonra onun, X16 və X12 birgə yaşamaqla birgə təsərrüfatı idarə etmişlər. Həmin şəxslərdən qaynanası X12 06 fevral 1988-ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 fevral 1988-ci ildə 50 nömrə ilə qeydiyyat aparılmışdır. X6 isə 20 oktyabr 2006-cı ildə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 noyabr 2006-cı ildə 1372 nömrə ilə qeydiyyat aparılmışdır. Bundan sonra o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə müraciət edərək mərhum X2 qalmış miras əmlakdan X6na düşən hissədən özünə düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Notariat ofisində məlum olmuşdur ki, X7 doğum haqqında şəhadətnaməsində uyğunsuzluq aşkar edilmişdir. Məhz buna görədə notarisu imtina qərarı vermişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinin 23 noyabr 2024-cü il tarixli X3655 nömrəli qərarında qeyd edilmişdir ki, mərhum X2 qalmış miras əmlakdan X6na düşən hissədən özünə düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. O, miras qoyanın oğlu X7 doğum haqqında şəhadətnaməsini təqdim edə bilmədiyinə görə Azərbaycan Respublikasının Dövlət X22 sorğu verilmiş, lakin verilən sorğunun cavabında X7 doğum akt qeydində uyğunsuzluq aşkar edilmişdir. Belə olan halda qohumluq əlaqələrinin müəyyən edilməsi mümkün deyildir. Notariat haqqında Azərbaycan Respublikası Qanununun 59-cu maddəsinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ərizə ilə müraciət edən şəxsin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını yoxlamalıdır. Notariat haqqında Azərbaycan Respublikası Qanununun maddələri nəzərə alınaraq ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qurdlar məhəllə nümayəndəliyi tərəfindən 26 oktyabr 2024-cü ildə verilmiş 490 nömrəli vərəsəlik arayışında göstərilmişdir ki, X12 həqiqətən 06 fevral 1988-ci il tarixdə vəfat etmişdir. Bu barədə AZ-İİ 457405 nömrəli ölüm şəhadətnaməsi verilmiş və oğlu X16 onun vərəsəsidir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən 12 noyabr 2024-cü ildə verilmiş 3-16-5/8-15- 2219/2024 nömrəli məktubda göstərilmişdir ki, Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1935-ci il tarixli doğum haqqında akt qeydində soyadı “Əhmədzadə Səlimov” kimi qeyd edilmişdir. Lakin onun təqdim etdiyiniz nikah (xx.xx.1959, akt 424, Şəki RQŞ) və ölüm (xx.xx.2006, akt 1372, Bakı şəhər Yasamal RQŞ) haqqında şəhadətnamələrdə soyad “Əhmədov” kimi yazılmışdır. Buna görə sənədlər arasında ziddiyyət olduğundan doğum haqqında arayışın verilməsi mümkün olmadığını bildirilmişdir. Məhkəmə iclası zamanı Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Belə ki, işdə olan qeydəalmaq vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X4 adına qeydiyyata alınmışdır. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X16 ilə Ərizəçi arasında 29 dekabr 1959-cu il tarixdə nikah bağlanmışdır. İşdə olan Yasamal rayonu VVADQ şöbəsi tərəfindən verilmiş 04 noyabr 2006-cı il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 20 oktyabr 2006-cı il tarixdə vəfat etmişdir. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 oktyabr 2024-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 06 fevral 1988-ci il tarixdə vəfat etmişdir. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qurdlar məhəllə nümayəndəliyi tərəfindən 26 oktyabr 2024-cü ildə verilmiş 490 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, X12 həqiqətən 06 fevral 1988-ci il tarixdə vəfat etmişdir. X3, X17, X18, X23, X16, X19, X20 və X13 adlı vərəsələri qalmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Şəki rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 12 noyabr 2024-cü ildə tarixli, 3-16-5/8-15-2219/2024 nömrəli məktubdan görünür ki, X10 Şəki rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1935-ci il tarixli doğum haqqında akt qeydində soyadı “Əhmədzadə Səlimov” kimi qeyd edilmişdir. Lakin onun təqdim etdiyiniz nikah (xx.xx.1959, akt 424, Şəki RQŞ) və ölüm (xx.xx.2006, akt 1372, Bakı şəhər Yasamal RQŞ) haqqında şəhadətnamələrdə soyad “Əhmədov” kimi yazılmışdır. Buna görə sənədlər arasında ziddiyyət olduğundan doğum haqqında arayışın verilməsi mümkün olmadığını bildirilmişdir. İşdə olan Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin notariat hərəkətinin aparılmasından imtina haqqında 23 noyabr 2024-cü il tarixli qərarından görünür ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Şəki şəhər İcra Hakimiyyəti Başçısının Qurdlar məhəllə nümayəndəliyi tərəfindən verilmiş 29 noyabr 2024-cü il tarixli, 527 nömrəli arayışdan görünür ki, Ərizəçi Şəki şəhəri, A.Cuma küçəsi, dalan 6/2 saylı evdə yaşayır. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli arayışdan görünür ki, 01 aprel 1924-cü il təvəllüdlü X8 anası X14, atası X15r. O 12 iyun 2015-ci il tarixdə vəfat etmiş, ölümü 17 iyun 2015-ci il tarixdə 224 nömrəli akt qeydi ilə Şəki rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 06 fevral 1988ci tarixdə vəfat etmiş X4 20 oktyabr 2006-cı il tarixdə vəfat etmiş X7 anası olması olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. 06 fevral 1988-ci tarixdə vəfat etmiş X4 20 oktyabr 2006-cı il tarixdə vəfat etmiş X7 anası olması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №2(075)-338/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-338/2025
06.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver