Məhkəmə qərarları › İş №2(075)-354/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-354/2022

04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-354/2022 04.04.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh3, cavabdeh olmaqla, digər Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər X10, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X10, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 20000 (iyirmi min) manat məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, özünü X2 təqdim edən adamla cavabdehlərə məxsus Abşeron rayonu, Güzdək qəsəbəsində 2.2 sot torpaq sahəsində yerləşən sənədsiz fərdi yaşayış evini almaq məqsədilə tanış olmuşdur. Evin sənədləri olmasa da evə məxsus fiziki şəxsin bələdiyyə uçotu, işıq, su və digər abonent kodları Cavabdeh4 (Talehin qayınanasının) adına olmuşdur. Belə ki, aralarında olan razılaşmaya əsasən cavabdrhlər Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 2.2 sot torpaq sahəsində yerləşən sənədsiz fərdi yaşayış evini 20000 (iyirmi min) manat pul müqabilində ona satmalı idilər. Fərdi yaşayış evinin notarial qaydada alqı-satqı edilməsi üçün rəsmi sənədlər olmadığı üçün Taleh bələdiyyədə onu fiziki şəxs kimi uçota aldırmalı və işığın abonent kodunu onun adına dəyişdirməli olmuşdur. Evin satılması prosesində cavabdehlər Cavabdeh2 və Cavabdeh3 da iştirak etmişlər. Qonşuların iştirakı ilə 20000 (iyirmi min) manat məbləğində pul evin kişisi olduğu üçün Talehə verilmişdir. Talehə pulun verilməsindən, sənədsiz evin faktiki satılmasından digər cavabdehlərin xəbəri və razılığı olmuş, həmin prosesdə iştirak etmişlər. Pul verildikdən sonra isə digər cavabdehlər Talehin pulu götürərək yoxa çıxdığını bəhanə edərək evdən çıxmamışlar. Beləliklə, cavabdehlər ona 20000 manat məbləğində zərər vurmuşlar. Məhz buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil İddiaçı verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirdi ki, X10 onun anası Cavabdeh2 qeyri-rəsmi yaşadığı həyat yoldaşı olmuşdur. Taleh 2019-cu ilin may ayından onlarla birlikdə yaşamağa başlamışdır. Anası min bir əziyyətlə ev almaq üçün pul yığmışdır. Taleh torpaq sahəsi tapmış, evin bir otağını tikib ora köçmüşlər. Evin bütün xərcini, usta pulunu onlar ödəmişlər. Sayğaclar isə nənəsi Sonanın adına qeydə alınmışdır. Bir müddət sonra evlərindən müxtəlif qoxular gəlməyə başlamış, Taleh anasını başını “doldurmağa” başlamış, bu evi satıb binadan ev almağı məsləhət bilmişdir. Anası da Talehlə razılaşmışdır. Evi 30000 manata satmaq istəsələr də, Taleh 25000 manata sata biləcəyini demişdir. Evi satan ərəfədə çoxlu müştəri gəlib-getmişdir. İddiaçı da həmin şəxslərdən biri olmuşdur. Alqı-satqı sənədləşmələri üçün nənəsi onun adına etibarnamə vermişdir. Bir dəfə anasıgil ona zəng edib sənədləşmə üçün notariusa getməli olduğunu bildirmişlər. Notarius sayğacların Ruslanın adına keçirilməsi üçün ya abonent, ya da onun etibarnamə üzrə nümayəndəsinin iştirak etməli olduğunu bildirmişdir. Ruslan isə onun adına verilən etibarnaməni itirdiyini bildirmişdir. Səhəri gün Taleh Sumqayıtdan nənəsini gətirmişdir. Qonşuların iştirakı ilə evin Ruslana satılması və pul verildikdən sonra evdən çıxacaqları barədə akt tərtib edilmişdir. Lakin həmin vaxtdan sonra Talehə zəng çatmamış, onlarda narahatlıq yaranmış, Ruslanı axtarmağa başlamışlar. Nəhayət ki, Ruslanın nömrəsini tapmış, evin pulunu nə vaxt verəcəyini soruşmuşlar. Ruslan isə artıq evin pulunu (20000 manatı) Talehə verdiyini bildirmişdir. Bundan sonra Talehin onları aldadıb pulu alaraq aradan çıxdığını başa düşmüşlər. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, Taleh onlarla 2019-cu ilin may ayından 2021-ci ilin iyun ayınadək yaşamışdır. Taleh getdikdən sonra evdən gələn qoxu da kəsilmişdir. Güman edir ki, evdə qoxu yaradan da məhz Talehin özü olmuşdur. Taleh əvvəllər özünü yaxşı biri kimi göstərmişdir. Ona görə də Talehin belə bir hərəkət edəcəyini gözləməmişlər. İddiaya münasibətdə qeyd edir ki, evin sənədləri nənəsinin adına olduğundan və evin xərci anası tərəfindən çəkildiyindən pul ya nənəsinə, ya da anasına verilməli idi. Talehə verilmiş pul üçün onlar heç bir öhdəlik daşımır. Məhkəmə iclasında Cavabdeh olmaqla, digər Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 Cavabdeh3 verdiyi izahatla eyni məzmunlu izahat verdi. Əlavə olaraq bildirdi ki, Taleh onunla sonradan telefon əlaqəsi saxlayarkən Ruslandan 20000 manatı götürdüyünü, Gəncədə bir xanımla yaşamağa başladığını, ona ev aldığını, evi satdığa qoyduqlarını və ev satıldıqdan sonra pulu qaytaracağını bildirmişdir. Bundan başqa Talehin onları aldatdığını biləndə Qaradağ RPİ-nə ilk özü müraciət etmiş, lakin şöbədə ona “pulu kim veribsə həmin şəxs şikayət verməlidir” deyə bildirmişlər. Həmçinin, onda olan məlumata görə Taleh aliment borcuna görə axtarışdadır. Məhkəmə iclaslarının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X10 məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki proses tərəflərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iddiaçının vəsatəti ilə şahid qismində dindirilmiş X9 bildirmişdir ki, Ruslan onun yeznəsidir. Ruslan ona ev tapdığını və almaq istədiyini bildirmişdir. Ruslan sənədlərin bir hissəsini düzəltdiyini bildirmişdir. Daha sonra Ruslanla birlikdə həmin evə getmişlər. Taleh onlara qazın, işığın, suyun yerini göstərmişdir. 2021-ci ilin iyun-iyul aylarında Taleh Ruslangilə gəlmiş, Ruslan evin pulunu, 20000 manatı saymış, onun yanında Talehə vermişdir. Daha sonra əvvəlcədən tərtib edilmiş aktda, o, pulun Taleh tərəfindən götürüldüyünü yazmış, Taleh isə qol çəkmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, Talehi 3 dəfə görmüşdür: 1) çayxanada evlə bağlı söhbət edərkən; 2) bələdiyyədə sənədləşmə işləri aparılarkən; 3) evin ödənişi aparılarkən. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Azəbaycan Respublikası DİN-nin Qaradağ RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Azər Həsənov tərəfindən RM-1101/21 nömrəli material üzrə qəbul edilmiş 29 noyabr 2021ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X3 müraciəti əsasında toplanmış material Qaradağ RPİ-nin 10-cu PB-nin baş tədqiqatçısı, polis kapitanı Əlizamin Ağayev tərəfindən araşdırılmış və 08.07.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilmnəsi barədə qərar qəbul edilmişdir. X3 müraciəti əsasında toplanmış rədd materialı Qaradağ rayon prokurorluğunda öyrənilmiş və rədd qərarı ləğv edilərək əlavə araşdırılması məqsədi ilə Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. Rədd materialı 19.11.2021-ci il tarixdə icraatına daxil olunaraq araşdırılması davam etdirilmişdir. Araşdırma zamanı İddiaçı ərizəsində bildirmişdir ki, təxminən 1 ay bundan öncə özünü ona X10 (şəxsiyyət vəsiqəsinin FİN:xxxxxxx) kimi təqdim edən adamla sonuncuya məxsus Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 2.2 sot torpaq sahəsində yerləşən sənədsiz fərdi yaşayış evini almaq məqsədilə tanış olmuşdur. Belə ki, aralarında olan razılaşmaya əsasən Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 2.2 sot torpaq sahəsində yerləşən sənədsiz fərdi yaşayış evini 20000 (iyirmi min) manat pul müqabilində ona satmalı imiş. Fərdi yaşayış evinin notarial qaydada alqı-satqı edilməsi üçün rəsmi sənədləri olmadığı üçün Taleh aralarında sövdələşməni qismən rəsmiləşdirmək və onda arxayınlıq yaratmaq üçün ona bildirmişdir ki, qeyd olunan torpaq sahəsində mövcud olan fərdi yaşayış evinin gələcəkdə ona məxsusluğunu sübut etmək üçün bələdiyyədə onu “fiziki şəxsin uçota alınması” barədə Şəhadətnamə ilə təmin edəcək, eyni zamanda işıqdan istifadə edəcəyini nəzərə alaraq işığın abonent kodunu onun adına dəyişdirəcək. Bu alqı-satqı prosesinin necə baş verəcəyini məsləhətləşmək üçün və qiymətdə tam razılaşmanı əldə edənədək Talehlə əvvəlcədən bir neçə dəfə görüşmüşdür. Görüşləri adətən ona satılacaq evdə olmuş və bu görüşlərdə o, qaynı, Taleh, bir də Talehin rəsmi nikahda olmayan yoldaşı Ziyarət iştirak edirmiş. X15 evi ona satmaq niyyətinin olmasını bilirmiş. Bu görüşlərində öyrənmişdir ki, torpaq sahəsi və onun içində olan fərdi yaşayış evi Talehin qeyri-rəsmi nikahda olduğu və bir yerdə yaşadığı X4 anası X1r. Yəni torpağı bələdiyyədən Sona almışdır. Sona Abdullayevə bələdiyyədə onun uçota alınmağı üçün və işığın abonent kodunun adına dəyişdirilməsi üçün nəvəsi Cavabdeh3 etibarnamə vermişdir. 22.06.2021-ci il tarixdə o, Taleh və Nərmin Abşeron rayonu, Aşağı Güzdək bələdiyyəsində olmuş, orada Yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması” barədə Şəhadətnamə onun adına verilmişdir. 23.06.2021-cı il tarixdə hətta ASAN Kommunala təqdim etmək üçün Aşağı Güzdək qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdən qəsəbədə onun həmin fərdi yaşayış evində yaşamağı ilə bağlı arayış da verilmişdir. 22.06.2021-ci il tarixdə qaynının yanında Talehə 20000 (iyirmi min) manat pulu sayıb vermişdir. Taleh də öz növbəsində pulu saymış və Cavabdeh4 həmin fərdi yaşayış evini ona satması sübut edən qonşuların da iştirakı ilə tərtib olunmuş akta imza edərək götürmüşdür. Səhəri gün evə gələndə Talehlə qeyri-rəsmi nikahda yaşayan Ziyarət adlı xanım evdən çıxmayacağını bildirmişdir. O, səbəbini soruşduqda Ziyarət demişdir ki, Taleh 20000 (iyirmi min) manat pulu götürüb aradan çıxıb, ona və anasına 1 manat da pul verməyib. Onların oyun oynadıqlarını onda hiss eləmişdir. O, bu barədə dərhal 102 xidmətinə müraciət etmişdir. Araşdırma zamanı X4 izahatı alınmış və o, bildirmişdir ki, Taleh Abdulrəhmanov həyat yoldaşıdır. Əvvəllər münasibətləri normal olmuşdur. Onlar Bakı şəhəri, Müşfiqabad qəsəbəsində yerləşən sənədsiz evlərini satmaq qərarına gəlmişlər. Evin rəsmi sənədləri olmamış, lakin kommunal ödənişlər anasının adına olmuşdur. 23.06.2021-ci il tarixdə anası notariusa gedərək evin bütün sənədlərini alıcı İddiaçı adına keçməsinə razılıq vermişdir. Sonra Taleh evi satmış, lakin ona pul verməmişdir. Araşdırma zamanı İddiaçı bir sıra sənədlər təqdim etmiş və həmin sənədlərdə müəyyən olunmuşdur ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin bütün kommunal sənədləri İddiaçı adına keçirilmişdir. Araşdırma zamanı X6 olduğu yerin müəyyən olunması və istintaq orqanına təqdim edilməsi üçün tapşırıqlar verilsə də X6 olduğu yer müəyyən olunaraq istintaqa təqdim olunmamışdır. Buna görə də araşdırma zamanı X6 izahatının alınması mümkün olmamışdır. Belə olan halda Abşeron rayonu. Aşağı Güzdək qəsəbəsində yerləşən fərdi yaşayış evinin bütün sənədləşdirməsi İddiaçı adına rəsmiləşdirildiyindən X6 əməlində cinayət tərkibi yoxdur. Buna görə də, toplanmış material üzrə X6 əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan aktdan görünür ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 2.2 sot torpaq sahəsində yerləşən, Cavabdeh4 məxsus 90 kv.m sənədsiz fərdi yaşayış evi həqiqətən də İddiaçı satılmışdır. Aktın doğruluğunu Cavabdeh3, İddiaçı, Zeyvə Hümbətov, Nurşirəvan Baxışov və Nicat Həşimov təsdiq etmişdir. Həmin aktın sonunda X6 20000 (iyirmi min) manat pulu İddiaçı aldığı göstərilmiş, X10 bunu öz imzası ilə təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, İddiaçı Cavabdeh4 məxsus evi almaq məqsədilə cavabdeh X10 20000 manat məbləğində pul vermişdir. Cavabdeh X10 həmin pulu evin mülkiyyətçilərinə verməklə onların evdən çıxmalarını öz öhdəsinə götürsə də, vədinə əməl etməmiş, bu günə qədər evin pulunu mülkiyyətçilərə verməklə onların evdən çıxmalarını və ya pulun qaytarılmasını təmin etməmişdir. İddiaçı iddia tələbini əsaslandıran hallar kimi iş materiallarına istinad edir. Cavabdeh X10 məhkəmə iclaslarında iştirak etməməklə iddiaya münasibət bildirməmişdir. Məhkəmə iclasında Cavabdeh3, cavabdeh olmaqla, digər Cavabdeh4 etibarnamə üzrə nümayəndəsi Cavabdeh2 evin pulu onlara deyil, Talehə verildiyindən onların heç bir öhdəliyi olmadığını bildirərək iddianı onlara aid hissədə qəbul etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən iddiaçının özgəsinin qanunsuz sahibliyindən öz əmlaklarını geri tələb etmək hüququ vardır. Həmin maddənin mənasına görə mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılmasını tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmadığını sübut etməlidir. İş materialları ilə müəyyən olunur ki, cavabdeh X10 İddiaçı 20000 manat məbləğində pul almaqla qanuni və müqavilə əsası olmadan əsassız varlanmışdır. Ona görə də X10 əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı həmin pulu X5 tələb etməkdə haqlıdır. Məhkəmə tərəflərin izahatlarını, iş materiallarını araşdırıb sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbində qeyd edilən pul məbləğinin digər cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 verilməsini təsdiq edən hər hansı bir mötəbər sübut iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən və sübutetmə yükünün iddiaçının üzərinə düşdüyündən iddia tələbi cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 aid hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh X5 20000 manat pul alınaraq İddiaçı verilməli, əsassız olduğundan iddia cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 aid hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb etməməsi nəzərə alınaraq ödənilmiş 180 manat dövlət rüsumunun 150 manatı iddiaçının özünə aid edilsin. Şəki Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı qaytarılmasının qərara alınması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X5 20000 (iyirmi min) manat pul alınaraq İddiaçı verilsin. İddia Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 aid hissələrdə təmin edilməsin. Ödənilmiş 180 manat dövlət rüsumunun 150 manatı iddiaçının özünə aid edilsin. Şəki Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərardadı ilə artıq ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun dövlət büdcəsindən İddiaçı qaytarılmasının qərara alınması nəzərə alınsın. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar