Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-368/2021 09.03.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, Ərizəçi: Ərizəçi və X18, Maraqlı şəxs nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəyə müraciət edərək, X18 xx.xx.1999-cu il tarixdə Şəki rayonunun Kiçik Dəhnə kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xаhiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, X18 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, onun Azərbaycan Respublikasında daimi yaşaması və xx.xx.1999-cu il tarixdə Şəki rayonunun Kiçik Dəhnə kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(075)-1484/2020 saylı qərardadı ilə Ərizəçi X18 “hüquqi faktın müəyyən edilməsi” tələbinə dаir ərizəsi üzrə mülki iş аidiyyəti üzrə Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(039)-2227/2020 saylı qərardadı ilə ərizəçi X18 Maraqlı şəxsnə qarşı «doğum faktının müəyyən edilməsi» haqqında 2(039)-2227/2020 saylı mülki iş ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə verilməsi məsələsinin həll edilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(107)-2516/2020 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(075)-1484/2020 nömrəli qərardadının ləğv edilməsi, Ərizəçi (sonradan X23) Maraqlı şəxsnə qarşı “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair mülki iş baxılması üçün aidiyyəti üzrə Şəki Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizədə göstərilən tələbini müdafiə edərək göstərdi ki, Şəki rayonunun Kiçik Dəhnə kəndində yaşayır. Azadə onun bacısı qızıdır. Bildirmişdir ki, xx.xx.1974-cü il təvəllüdlü bacısı X21 1998-ci ildə qeyri-rəsmi olaraq Astara rayon sakini X14 ilə ailə qurmuşdur. Onların birgə yaşadıqları dövrdə xx.xx.1999-cu il tarixdə Azadə adında qız övladı dünyaya gəlmişdir. Qeyd etmişdir ki, bacısı Tərgülün yalnız doğum şəhadətnaməsi olmuşdur. Onun şəxsiyyət vəsiqəsi yoxdur. Tərgülün birinci nikahından iki övladı olmuş, onlar hazırda Kiçik Dəhnə kəndində yaşayırlar. Azadə Tərgülün ikinci qeyr-rəsmi nikahından olan övladıdır. Tərgül avtomobil qəzası keçirdiyindən təxminən Azadəni 6 yaşından o özü saxlayır. Azadəni 18 yaşınadək yanında saxlamış, 18 yaşından sonra onu Yevlax rayonunun Hürüuşağı kəndində yaşayan kəndçilərinə ərə vermişdir. Hazırda Azadənin iki övladı vardır. X23 indiyədək şəxsiyyət vəsiqəsi olmamış, həmçinin doğumu dövlət qeydiyyatına alınmamışdır, yəni doğum haqqında şəhadətnaməsi də olmamışdır. Buna görə indiyədək birgə yaşadığı şəxslə nikahlarını rəsmiləşdirə bilməmiş və iki uşağının doğum faktını dövlət qeydiyyatına aldıra bilməmişdir. X18 doğumunun dövlət qeydiyyatına alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etdikdə, ona xx.xx.2020-ci il tarixli 05/Q- 1142/15 saylı məktubla doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığına görə doğumun qeydiyyatı mümkün deyildir və ona məhkəməyə müraciət etməyi izah edilmişdir. X4 da şəxsiyyət vəsiqəsi yoxdur, nə də uşağın atasının harada olmasından xəbərləri vardır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bütün bunları nəzərə alıb ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. X23 məhkəmə iclasında dindirilmiş və izahatında Ərizəçi ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi X7 bildirmişdir ki, onun Ərizəçi X18 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, onun Azərbaycan Respublikasında daimi yaşaması və xx.xx.1999-cu il tarixdə Şəki rayonunun Kiçik Dəhnə kəndində doğulması faktının müəyyən edilməsi tələbinə dair ərizəsinin təmin edilməsinə etirazı yoxdur. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 ifadəsində göstərdi ki, o ərizəçinin bacısı, X18 anasıdır. Bildirmişdir ki, xx xxxxxx 1974-cü il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuşdur. Ailədə 3 qardaş və 2 bacı olmuşlar. Azadə onun 2-ci nikahından olan övladıdır. Birinci nikahından isə 2 övladı olmuş və onlar da hazırda Şəki rayonu, Kiçik Dəhnə kəndində yaşayırlar. Azadənin atası X5 rayonunun Seləkəran kəndində anadan olmuşdur. Azadə xx xxxxxx 1999-cu il tarixdə Şəki rayonu, Kiçik Dəhnə kəndində anadan olmuşdur. O, Azadə ilə 7 il birlikdə yaşamışlar. Lakin sonradan avtomobil qəzası keçirdiyindən Azadəni baxması üçün bacısı Aygünə vermişdir. Beləliklə də qızı Azadə 18 yaşınadək demək olar ki, Kişik Dəhnə kəndində bacısı Aygünün yanında və himayəsində qalmışdır. Hazırda Azadə ailəlidir, iki uşağı var. Azadə hazırda Yevlax rayonunun Hürüuşağı kəndində yaşayır. Azadəyə doğum şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi almamışdır. Buna görə də hazırda Azadənin nikah və uşaqlarına doğum şəhadətnaməsi alması mümkün deyildir. Özü isə hal-hazırda Bakı şəhərində yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, Yevlax rayonunun Hürüuşağı kəndində yaşasa da əslən Şəki rayonunun Böyük Dəhnə kəndindəndir. Tərgülü və Azadəni Şəki rayonu, Kiçik Dəhnə kəndindən tanıyır. Belə ki, onların Kiçik Dəhnə kəndində qohumları vardır. Şəki rayonu, Kiçik Dəhnə kəndinə gedibgələrkən qohumları vasitəsi ilə Azadəni görüb bəyənmişlər. Daha sonra isə Azadəni oğlu Ruslanla el adəti ilə evləndirmişdir. Hazırda Azadə onun yanında yaşayır. Azadənin iki azyaşlı övladı var. Azadənin şəxsiyyət vəsiqəsi və doğum şəhadətnaməsi olmadığından nəvələrinə doğum şəhadətnaməsi ala bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 bildirmişdir ki, Azadənin həyat yoldaşıdır. Sonrakı ifadəsində anası şahid X9 ilə eyni məzmunlu ifadə vermişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan Şəki şəhər İHB-nın Kiçik Dəhnə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 195 nömrəli arayışdan görünür ki, xx xxxxxx 1999-cu il təvəllüdlü X23 yaxın qohumlarının deməsinə görə qeyri-rəsmi olaraq 2017-ci ilədək Şəki rayonunun Kiçik Dəhnə kəndində xalası Ərizəçi himayəsində yaşamışdır. İşdə olan Şəki rayonu, Kiçik Dəhnə kənd sakinləri tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2020-ci il tarixli aktdan görünür ki, Şəki rayonu, Kiçik Dəhnə kənd sakinləri X15, X3, X6, Alıyeva Könül Əli qızı və X1 Azadə Azad qızının xx.xx.1999-cu il tarixdə Şəki rayonunun Kiçik Dəhnə kəndində anadan olmasını və Ərizəçim Nadir qızının onun xalası olmasını təsdiq etmişlər. İşdə olan 398 nömrəli doğum haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X21 xx xxxxxx 1974-cü ildə Şəki rayonunun Kiçik dəhnə kəndində anadan olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək Ərizəçi X18 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, onun Azərbaycan Respublikasında daimi yaşaması və xx.xx.1999-cu il tarixdə Şəki rayonunun Kiçik Dəhnə kəndində doğulması hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi rüsumu tələb etmədiyindən 10 (on) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət e t d i: Ərizə təmin edilsin. Ərizəçi X18 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, onun Azərbaycan Respublikasında daimi yaşaması və onun xx.xx.1999-cu il tarixdə Şəki rayonunun Kiçik Dəhnə kəndində doğulması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat rüsum onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-368/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-368/2021
09.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver