Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-386/2020 14.08.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı olmaqla digər iddiaçılar İddiaçı5 və İddiaçı4 Nəriman qızının etibarnamə üzrə nümayəndələri İddiaçı1, İddiaçı olmaqla digər İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 (beş min) manat pul və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Şəki rayonu Cəfərabad kəndində yerləşən 0.11 ha torpaq sahəsi onların, yəni İddiaçı1, X4, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətlərindədir. Həmin torpaq sahəsindən təyinatı üzrə istifadə etmişlər. Belə ki, torpaq sahəsi dörd tərəfdən çərçivəyə alınmış, yabanı bitkilərlə əhatə edilmişdir. Həyətin giriş-çıxışı üçün darvaza açılaraq qıfıllanmışdır. Həmin ərazi 1987-ci ildən onların istifadəsində olmuşdur. Cavabdeh həyətin qıfılını qıraraq əraziyə daxil olmuş, min bir zəhmətlə əkilmiş çinar ağaclarını kəsmiş, əraziyə mal-qara buraxaraq onlara maddi ziyan vurmuşdur. Həmin çinar və qovaq ağaclarının yaşı 30-dan çox olmaqla, diametrləri 30-45 sm-dir. Sözügedən çinar ağaclarının səkkizi tamamilə məhv olmuşdur. Buna görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçı olmaqla digər iddiaçılar İddiaçı5 və İddiaçı4 etibarnamə üzrə nümayəndələri İddiaçı1 və iddiaçı olmaqla digər İddiaçı3 etibarnamə üzrə nümayəndəsi İddiaçı2 ayrı-ayrılıqda iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh iddianı qəbul etməyərək göstərdi ki, iddiaçılar onun həmkəndliləridir. Həmçinin, İddiaçı1 qardaı onun yeznəsidir. Mübahisəli ərazi iddiaçının deyil, onun qardaşınındır. Ağacların kəsilməsini iddiaçının qardaşı sifariş etmişdir. O, ağaclar kəsilərkən tək olmamış, bundan başqa ağacları kəsməmiş, doğramışdır. Həmin ağaclardan və ya onların hər hansı hissəsindən istifadə etməmişdir. Bundan başqa mübahisəli əraziyə mal-qara buraxmamış, kilidi qıraraq qanunsuz daxil olmamışdır. İddiaçıların tələbləri tamamilə qanunsuz və əsassızdır. Odur ki, məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçıların vəsatəti ilə şahid qismində dindirilmiş X3 göstərmişdir ki, mühafizəçi işləyir. İddiaçıları və cavabdehi tanıyır. Həqiqətən də iddiaçıların mülkiyyətində olan torpaq sahəsində çoxlu qədim ağaclar olmuşdur. Ərazinin yaxınlığında olarkən ağackəsən alət (drujba) səsini eşitmiş, yaxınlaşarkən ərazidə kəsilmiş qovaq ağacları görmüşdür. Ağackəsən şəxsin yanında Cavabdeh görmüşdür. Məhkəmə iclasında iddiaçıların vəsatəti ilə şahid qismində dindirilmiş X1 və X5 digər şahid X2 izahatına oxşar olan eyni məzmunlu ifadə verərək mübahisəli ağacların cavabdeh tərəfindən kəsilməsini təsdiq etmişlər. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli, 1059 nömrəli məktubdan görünür ki, İddiaçı1 şöbəyə ünvanladığı şikayət ərizəsi araşdırılmışdır Araşdırma zamanı məlum olmuşdur ki, 7 (yeddi) ədəd qovaq ağaclarının kəsildiyi 0.12 ha ərazi sabiq Partiyanın XXİİ qurultayı adma üzümçülük sovxozunun xx xxxxxx 1987-ci il tarixli, 917 nömrəli əmrinə və Şəki XDSİK-nin xx xxxx 1987-ci il tarixli, 15 nömrəli qərarına əsasən həyətyanı torpaq sahəsi kimi verilmiş və iddiaçının mülkiyyətində olmuşdur. 07 (yeddi) ədəd qovaq ağaclarının kəsildiyi ərazi bələdiyyədə heç bir alqı-satqı aparmadan Dövlət arxivinin Şəki filialının xx xxxxxx 2014-cü il tarixli, 1500 nömrəli arxiv çıxarışı əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində xx xxxx 2018-ci il tarixində rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Meşə Məcəlləsinin 12-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətdə olan torpaq sahələrində yerləşən ağac-kol bitkiləri qanunvericiliklə digər hallar müəyyən edilmədikdə onların xüsusi mülkiyyətinə aid edilir. Göstərilən ağac-kol bitkiləri üzərində sahiblik, istiladə və sərəncam hüquqları Azərbaycan Respublikası Meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir. Odur ki, hazırkı mübahisənin mülki qaydada həll edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Cəfərabad kəndində yerləşən 0.11 ha torpaq sahəsi İddiaçı1, Əhmədova İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 ümumi birgə mülkiyyətlərindədir. İşdə olan «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx xxxx 2020ci il tarixli, 196/1/2 saylı ekspert rəyindən görünür ki, Şəki rayonu, Cəfərabad kəndi ərazisində yerləşən torpaq sahəsində İddiaçı1 göstərdiyi 7 ədəd kəsilmiş ağacların yerləşdiyi koordinatlar üzrə yer səthi üzərində qalan ağacların kötükləri elektron məlumat bazasına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X10 tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ı və onun A seriyalı 244794 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki 0.11 ha torpaq sahəsinin koordinatları ilə qeyd olunan sərhədləri daxilində yerləşir. Keçirilən baxışın nəticələrinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi məktub məlumatlarına əsasən kəsilmiş, diametri orta hesabla 35 sm olan 7 ədəd ağacın, Azərbaycan Respublikası ərazisində geniş yayılmış qovaq ağacı növünə aid olması müəyyən edilir. Respublikanın bütün ərazilərində geniş yayılmış, meşədə bitən adi yaşıllıq ağacına aid qovaq ağacı yaşıllıq zonasından və mühafizə edilən meşə ərazisindən qanunsuz kəsilərsə, bu zaman dövlət meşə fonduna dəymiş ziyan Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən nırx qiyməti ilə müəyyən edilir. Hazırkı halda isə 7 ədəd qovaq ağacınan kəsilməsindən xüsusi mülkiyyətçiyə dəymiş maddi ziyanın məbləği ağacların əmtəə dəyəri ilə hesablanmalıdır. Bir qayda olaraq, bu ağacdan alınmış taxta, yəni tikinti materialı çox aşağı keyfiyyətli olmaqla, nadir hallarda bu məqsədlə qarbil kimi istiifadə edilir. Əksər hallarda bu ağacdan yanacaq məqsədilə oduncaq kimi istifadə edilir. Təxmini hesablamalara görə, ağacın əsas gövdəsinin uzunluğundan və inkişaf səviyyəsindən asılı olaraq oduncaq çıxarı müxtəlif olur. Kəsilmiş ağacı müayinə etmək (həcmini ölçmək) müşkün olmadığına görə, hər bir ağacdan təxminən 2.0 m3 (1.5-2.5m3) aşağı keyfiyyətli qarbil taxta əldə edilməsi ehtimal olunur. Bu hesaba, 7 ədəd diametri 35 sm olan qovaq ağacından təxminən 14 m3 (2x7) qarbil taxta alınması ehtimal olunur. 7 ədəd diametri 35 sm olan qovaq ağacının kəsilməsi nəticəsində, əldə edilməsi ehtimal olunan 14 m3 qabil taxtanın əmtəə dəyəri təxminən 1274.00 (min iki yüz yetmiş dörd) manat müəyyən edilir. Qeyd: Kəsilmiş ağaclardan alınan qarbil taxtanın həcmindən, Respublika bazarlarında mövcud olan qiymətlərdən, tələbdən və təklifdən, eləcə də qiymətə təsir göstərən digər amillərdən asılı olaraq, yuxarıda müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Tədqiqatın dəyəri 300 manat təşkil edir. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 məxsus torpaq sahəsindən 7 ədəd diametri 35 sm olan qovaq ağaclarını kəsməsi nəticəsində sonunculara 1274 manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Göründüyü kimi Cavabdeh iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 maddi ziyan vurmuşdur. Ona görə də iddiaçılar cavabdehdən onlara dəymiş maddi zərərin əvəzini tələb etməkdə haqlıdırlar. Məhkəmə cavabdehin məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşır və bunu məqsədli şəkildə iddianın təmin edilməməsinə yönəldilmiş özünümüdafiə kimi qiymətləndirir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 1274 manat pul və 8 manat dövlət rüsumu olmaqla, cəmi 1282 manat alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 verilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 30 (otuz) manat dövlət rüsumunun 22 (iyirmi iki) manatı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 özlərinə aid edilməlidir. 300 (üç yüz) manat ekspertiza xərci isə Cavabdeh tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxxxxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Cavabdeh 1274 (bir min iki yüz yetmiş dörd) manat pul və 8 (səkkiz) manat dövlət rüsumu olmaqla, cəmi 1282 (bir min iki yüz səksən iki) manat alınaraq İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 verilsin. İddia qalan hissədə təmin edilməsin. 30 (otuz) manat dövlət rüsumunun 22 (iyirmi iki) manatı İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 özlərinə aid edilsin. 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxxxxxx” ASC-nin Gənclik Mall filialındakı hesabına – Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, Müxbir hesab AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-386/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-386/2020
14.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver