Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-388/2024 04.04.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 11 aprel 1963-cü il tarixdə vəfat etmiş X4 15 aprel 1988-ci il tarixində vəfat etmiş X14 atası olması və 20 yanvar 1944-cü il tarixində vəfat etmiş X9 X4 anası olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, yaşadığı və qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 14 iyul 1954-cü il tarixli qeydəalma vəsiqəsinə əsasən babası X4 və babasının anası X9 mülkiyyətlərində olmuşdur. 1926-cı il təvəllüdlü atası X17 xx.xx.1988-ci il tarixində, 1898-ci il təvəllüdlü babası X10 xx.xx.1963-cü il tarixində və babasının anası X18 isə 20 yanvar 1944-cü il tarixində vəfat ediblər. X1 və babasının anası X7 miras qalmış ünvan 1 ünvanında yerləşən əmlakla bağlı vərəsəlik işinin açılaraq ona düşən paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Şəki Regional “Asan Xidmət“ Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Həmin vaxt Notariat Ofisində məndən miras qoyanlar X10 və X16 ilə qohumluq əlaqələrinin müəyyən edilməsi üçün atası X14 və babası X4 doğum şəhadətnamələri tələb edilmişdir. Lakin həmin sənədlər onda olmadığı və başqa qaydada əldə edə bilmədiyi üçün Şəki Regional Maraqlı şəxs1ndə Notariat Ofisinin notariusu tərəfindən xx.xx.2023-cü il tarixli notariat hərəkətinin aparılmasından imtina haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Məhkəmə iclası zamanı Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadəsində göstərdi ki, ərizəçi onun bacısının əridir. Emin atası Cəlilin əvvəl ayaqqabı mağazası olmuşdur. Emini əvvəllər şəhərdən tanımışdır. Sonradan qohum olmuşlar. Qohum olduqdan sonra Eminin nənəsi Tubu haqqında eşitmişdir. 1940-cı illərdə vəfat etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X19 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. Emin atası, Cəlil isə ərizəçinin babası olmuşdur. Şəhərin mərkəzində Cəlilin ayaqqabı dükanı olmuşdur. Tubu adlı şəxsin nənəsi olduğunu eşitmiş, lakin onu görməmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşının oğludur. Onlar ailədə dörd bacı, iki qardaş olmuşlar. Bacılarının adı Mahinur, Ziyafət, Şərafət, qardaşlarının adı isə Məmmədəli və Emin olmuşdur. Atasının adı Cəlil, anasının adı Züleyxa olmuşdur. Tubu onun nənəsi, Rəşid isə babasıdır. Atası Cəlil 63 yaşında vəfat etmişdi. Mülki iş materiallarını araşdırıb, Ərizəçi və şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, işdə olan Nuxa şəhəri VVAQ bürosu tərəfindən 19 aprel 1963-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X16 11 aprel 1963-cü il tarixdə vəfat etmişdir. İşdə olan Nuxa şəhəri VVAQ şöbəsi tərəfindən 03 may 1978-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X12 20 yanvar 1944-cü il tarixdə vəfat etmişdir. İşdə olan Nuxa şəhəri VVAQ şöbəsi tərəfindən 16 aprel 1988-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X17 15 aprel 1988-ci il tarixdə vəfat etmişdir. İşdə olan Nuxa şəhəri zaqs bürosu tərəfindən verilmiş 25 avqust 1956-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X8 atası X10, anası isə X5r. İşdə olan 14 iyun 1954-cü il tarixli qeydəalma vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi X10 və X9 mülkiyyətindədir. İşdə olan Şəki regional Maraqlı şəxs1ndə notariat ofisi tərəfindən verilmiş notariat hərəkətlərinin aparılmasından imtina edilməsi haqqında 20 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X24 filialının 18 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Nuxa şəhər VVAQ Şöbəsinin 1920-1928ci illərin sənədləri Azərbaycan Respublikası Dövlət Tarix Arxivində mühafizə edildiyi üçün X14 1926-cı ildə və X2 1928-ci ildə təvəllüdləri barədə sorğuya cavab verə bilməmişlər. 1989-cu ilin isə “Doğulanların qeydiyyat” kitabları X34 filialına təhvil verilməmişdir. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 21 sentyabr 2022-ci il tarixli məkubundan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Şəki şəhər üzrə 1926-cı ilə dair doğum aktlarının qeydiyyat kitablarında X14 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. İşdə olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 21 sentyabr 2022-ci il tarixli məkubundan görünür ki, Şəki şəhər üzrə 1989-cu ilə dair vətənadaşlıq vəziyəti aktlarının dövlət qeydiyyatına dair sənədlər (doğum, ölüm, nikah, boşanma) X25 təhvil verilmədiyi üçün X6 doğum haqqında akt qeydinin araşdırılması tərəflərindən mümkün olmamışdır. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Şəki şəhər üzrə 1926-cı ilə dair doğum aktlarının qeydiyyat kitablarında X14 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə görə məhkəmə qanunvericiliklə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilərək, 11 aprel 1963cü il tarixdə vəfat etmiş X4 15 aprel 1988-ci il tarixdə vəfat etmiş X14 atası olması və 20 yanvar 1944-cü il tarixdə vəfat etmiş X9 X4 anası olması hüquqi faktı müəyyən edilməlidir. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat rüsum onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: Ərizə təmin edilsin. 11 aprel 1963-cü il tarixdə vəfat etmiş X4 15 aprel 1988-ci il tarixdə vəfat etmiş X14 atası olması və 20 yanvar 1944-cü il tarixdə vəfat etmiş X9 X4 anası olması hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №2(075)-388/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-388/2024
04.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver