Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-40/2021 08.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Cavabdeh3 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi və əmlakın satıldıqdan sonra boşaldılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 007R********** saylı kredit razılaşması üzrə 10027.26 ABŞ dolları kredit borcu, 2144.63 ABŞ dolları faiz borcu və 3180.88 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə cəmi 15352 (on beş min üç yüz əlli iki) ABŞ dolları 77 (yetmiş yeddi) sent borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 15352 (on beş min üç yüz əlli iki) ABŞ dolları 77 (yetmiş yeddi) sent məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmeti olan əmlaklara tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqının Bankın xeyrinə ödənilməsi; hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutulması, Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Ramazanova (Yusibova) Rəfiqa Polad qızı və Cavabdeh3 həmin əmlakdan çıxarılmaları, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı QSC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı QSC məhkəməyə 04 iyun 2021-ci il tarixdə teleqram göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı QSC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı QSC iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 28.01.2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.01.2015-ci il tarixli, 007R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 13.01.2016-cı il tarixli, 007R**********S saylı, 09.09.2016-cı il tarixli, 007R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 06.08.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 19972.74 ABŞ dolları ödəmiş, onun 10027.26 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 18.06.2020-ci il tarixə 317 gün üçün hesablanmış faiz borcu 2144.63 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 18.06.2020-ci il tarixə 317 gün üçün hesablanmış cərimə 3180.88 ABŞ dolları təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Cavabdeh1 kredit xətti müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə bağladığı tarixli, 007M**********020 saylı ipoteka müqaviləsi əsasında Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 59.6 m2 yaşayış 138.7 m2 köməkçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 4 №-li reyestr kitabının 41 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 59.6 m2 yaşayış 138.7 m2 köməkçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evinin Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh1 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 30.03.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə təqdim olunmuş və 08.04.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin evdə qeydiyyatda olan Ramazanova (Yusibova) Rəfiqa Polad qızı və Cavabdeh3 notariat kontoruna ərizə verərək həmin əmlakın bank qarşısında ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş, əmlaka tutma yönəldildikdən və o satıldıqda əmlakı qeyd-şərtsiz tərk edəcəkləri barədə öhdəlik götürmüşlər. Odur ki, bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul edərək göstərdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 28.01.2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə onunla bank arasında zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət götürmüşdür. Bundan başqa Cavabdeh1 kredit xətti müqaviləsi üzrə bank qarşısındakı öhdəliklərinin icrasını təmin etmək məqsədilə İddiaçı QSC ilə bağladığı tarixli, 007M**********020 saylı ipoteka müqaviləsi əsasında Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 3 otaqlı 59.6 m2 yaşayış 138.7 m2 köməkçi sahədən ibarət 14 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Qeyd etdi ki, iddianı yalnız əsas borc hissəsində qəbul edir. Belə ki, onlar uzun müddət gecikdirmə olmadan ödəniş etmişlər. Lakin maddi imkanları zəif olduğundan 2019-cu ilin avqust ayından ödəniş edə bilməmişlər. Bank onlara əlavə faiz borcu yazılması üçün bilərəkdən onlar ödənişi gecikdirdikdən bir il sonra məhkəməyə müraciət etmişdir. Odur ki, iddia tələbini faiz və cərimə borcu hissəsində qəbul etmir. Həmçinin, məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmə rəyi ilə razı deyil. Belə ki, onlara məxsus ev şəhərin mərkəzi hissələrinin birində yerləşir və həmin ərazidə yerləşən evlərin sotunun qiyməti 9000-10000 manat arasında dəyişir. Bundan başqa onların evi ilə qonşuluqda yerləşən və onların evi təmirdə olan ev hazırda 170000 manata satışa çıxarılmışdır. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 30 may 2007-ci il tarixdə verilmiş MH seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 41 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı QSC ilə Cavabdeh1 arasında imzalanmış 28 yanvar 2015-ci il tarixli, 007M**********02 saylı ipoteka müqaviləsindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında imzalanmış 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsi üzrə müəyyən edilmiş müddət çərçivəsində bağlanacaq razılaşmalar üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evini İddiaçı QSC-yə ipotekaya qoymuşdur. Cavabdeh3 və Cavabdeh2 tərəfindən ünvan ünvanlanmış notarial qaydada təsdiq edilmiş 28 yanvar 2015-ci il tarixli ərizələrdən görünür ki, Cavabdeh3 və Cavabdeh2 Cavabdeh1 məxsus olan və Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinin İddiaçı QSC-yə girov qoyulmasına razı olduqlarını bildirmiş, ipoteka qoyulmuş evə (mənzilə) tutma yönəldildikdən və o satıldıqda həmin evi qeyri-şərtsiz tərk edəcəyini öhdələrinə götürmüşlər. ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 29 yanvar 2015-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 007R********** saylı kredit razılaşmasından (28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsi üzrə) görünür ki, İddiaçı QSC tərəfindən Cavabdeh1 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 007S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh3 Cavabdeh1 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsi üzrə müəyyən edilmiş müddət çərçivəsində bağlanacaq razılaşmalar üzrə bank qarşısındakı öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməsi üçün eyni həcmdə və birgə məsuliyyət daşıyır. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 13 yanvar 2016-cı il tarixli, 007R**********S saylı sazişdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 09 sentyabr 2016-cı il tarixli, 007R**********SA saylı sazişdən görünür ki, razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. 30 mart 2020-ci il tarixli, 5098 nömrəli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh1 izah edilmişdir. İddiaçı QSC tərəfindən ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə ünvanlanmış 08 aprel 2020-ci il tarixli, 5365 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizədən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqda bildirişin qeydə alınmasına dair İddiaçı QSC-nin ərizəsi ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsində 13 aprel 2020-ci il tarixdə qeydiyyata alınmışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün İddiaçı QSC tərəfindən 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödənilmişdir. «xxxx» MMC tərəfindən 31 mart 2021-ci il tarixdə verilmiş, ƏEM/M 124-315/21 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə bazar dəyəri 45000 manat, likvid dəyəri 40000 manat təşkil edir. Xidmət haqqı «xxxx» MMC-nin tarif cədvəlinə müvafiq olaraq 150 manat təşkil edir. Məhkəmə iclasında cavabdehin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Cavabdeh1 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı kredit xətti müqaviləsinə əsasən bank tərəfindən 120 ay müddətinə 500000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Cavabdeh1 ilə bank arasında 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı uzunmüddətli kredit müqaviləsi əsasında bağlanmış 29 yanvar 2015-ci il tarixli, 007R********** saylı kredit razılaşmasına əsasən sonuncuya 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) ABŞ dolları məbləğində kredit verilmişdir. 28 yanvar 2015-ci il tarixli kredit xətti müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədi ilə İddiaçı QSC ilə Cavabdeh3 arasında 29 yanvar 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlanmış və zamin Cavabdeh3 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq razılaşmalar üzrə öhdəliklərinin tam həcmdə yerinə yetirilməsi ilə bağlı üzərlərinə tam həcmdə öhdəlik götürmüşdür. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2015-ci il tarixli, 007L**********61 saylı kredit müqaviləsi üzrə müəyyən edilmiş müddət çərçivəsində bağlanacaq razılaşmalar üzrə borc alanın öhdəliklərinin təminatı olaraq İddiaçı QSC ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi imzalanmış, imzalanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evi İddiaçı QSC qarşısındakı 28 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq razılaşmalar üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü etmişdir. Kredit borcunun kredit müqaviləsi və ona əlavə olan ödəniş cədvəlinə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehlərə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. İpoteka predmeti olan evin yüklülüyünə dair reyestrdən çıxarış verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamalayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminilk, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa zamin və borclu kredtitor qarşısında birgə məsuliyyət daşıyırlar. Zaminlə İddiaçı QSC arasında bağlanmış zaminlik müqaviləsi əsasında zamin Cavabdeh3 bank qarşısında 28 yanvar 2015-ci il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasubsüz surətdə yüksək dəbbə pulunu pulu azaldıla bilər. İddiaçı QSC-nin hazırkı iddia tələbinin 3180.88 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmış, buna görə də həmin cərimə məbləği azaldılmalıdır. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə üzrə öhdəliklərin icrasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh1 İddiaçı QSC-dən kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit borcunun qaytarılmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. «İpoteka haqqında Azərbaycan Respublikası Qanunu»nun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadının 21-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Göründüyü kimi 28 yanvar 2015-ci il tarixli, 007M**********02 saylı ipoteka müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinin dəyəri tərəflərin qarşılıqlı razılaşması ilə 30000.00 ABŞ dolları ekvivalentində müəyyən edilmiş, ipoteka predmetinin dəyəri ipoteka qoyan tərəfindən mübahisələndirildiyindən əmlakın qiymətləndirilməsi müstəqil qiymətləndiriciyə həvalə edilmiş, əmlakın bazar dəyəri 45000 manat, likvid dəyəri 40000 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. Odur ki, məhkəmə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinin ilkin satış (likvid) qiymətinin 40000 manat məbləğində müəyyən edilməklə hərraca çıxarılmasını daha ədalətli, əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu”nun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. “İpoteka haqqında Azərbaycan Respublikası Qanunu”nun 59-cu maddəsinin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini onun satışından sonra ən geci bir ay ərzində tərk etməlidirlər. Yaşayış sahəsinə ödəmə yönəldilmədən və onun satışı həyata keçirilmədən, mülkiyyətçinin mülkiyyət, digər şəxslərin isə istifadə hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələnin qabaqcadan həlli yol verilməzdir. Həmin Qanununun 42.8-ci maddəsinin tələbinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab edilir. Əmlakın satış məqamınadək ipoteka qoyanın ipoteka ilə yüklü edilmiş əmlaka mülkiyyət hüququnun qaldığını, əmlakın gələcək mülkiyyətçisinin kimliyinin yalnız onun satış məqamından sonra müəyyənləşəcəyini, gələcək mülkiyyətçinin ipoteka qoyanla kirayə müqaviləsini də bağlama imkanını nəzərə alaraq iddianın ipoteka saxlayan İddiaçı QSC-nin iddia tələbinin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Ramazanova (Yusibova) Rəfiqa Polad qızı və Cavabdeh3 həmin əmlakdan çıxarılmaları, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsinə dair hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iddia tələbi həmin hissədə qeyri-müəyyən olmaqla ipoteka predmeti açıq hərracda realizə edildikdən sonra yeni mülkiyyətçi ilə mənzildə yaşayanların istifadə hüququ ilə hər hansı bir mübahisə yarandığı halda iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, 10027.26 ABŞ dolları kredit, 2144.63 ABŞ dolları faiz və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12191.89 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına ödənilməli, Cavabdeh1 mülkiyyətindəki Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək, bu əmlak ilkin satış (likvid) qiyməti 40000 manatla hərraca çıxarılaraq hərracda satılmalı, onun açıq hərracdan satılması hesabına cəmi 12191.89 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və 60 manat dövlət rüsumu İddiaçı QSC-nin hesabına ödənilməli, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı, əsaslı olmadığından iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı Cavabdeh1 müstəqil qiymətləndirici «xxxx» MMC-nin xeyrinə 150 manat xidmət haqqı tutularaq VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 10027.26 ABŞ dolları kredit, 2144.63 ABŞ dolları faiz və 20 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 12191.89 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı QSC-nin hesabına ödənilsin. Cavabdeh1 mülkiyyətindəki Şəki şəhəri Sülh küçəsində istifadədə olan 0.01495 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 59.6 m2 yaşayış, 138.7 m2 köməkçi sahədən ibarət 14 A nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək, bu əmlak ilkin satış (likvid) qiyməti 40000 manatla hərraca çıxarılaraq hərracda satılsın, onun açıq hərracdan satılması hesabına cəmi 12191.89 ABŞ dolları (qətnamə icra olunan günə manata məzənnəsi üzrə) borc və 60 manat dövlət rüsumu İddiaçı QSC-nin hesabına ödənilsin. İpoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 müstəqil qiymətləndirici «xxxx» MMC-nin xeyrinə 150 manat xidmət haqqı tutularaq VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-40/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-40/2021
08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver