Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-40/2025 19.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə edilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin onlara qadağan edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 29 mart 2023-cü il tarixində verilmiş **********51 reyestr nömrəli çıxarışa əsasən ünvan 1zisində yerləşən iddiaçıya məxsus torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin onlara qadağan edilməsi və dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazid İdarəsi tərəfindən 29 mart 2023-cü il tarixində verilmiş **********51 reyestr nömrəli çıxarışa əsasən ünvan 1zisində yerləşən 0.4089 ha torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin cizgiləri və kordinatları işlənmişdir. Lakin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin torpaq sahəsinin bir hissəsini qanunsuz olaraq zəbt etmişlər. Cavabdehlərin həmin torpaq sahəsinə aid hər hansı bir hüquqi sənədləri yoxdur. Cavabdehlərlə dəfələrlə görüşməsinə, söhbət aparmasına baxmayaraq onlar bu əməllərini davam etdirmiş, iddiaçını öz torpağından istifadə hüquqlarının həyata keçirilməsini məhdudlaşdırmışlar. Məhz buna görədə hal-hazırkı iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlərdən Cavabdeh1 məhkəməyə ünvanladığı yazılı müraciətlərində və məhkəmə iclasında izahat verərək göstərdi ki, Şəki rayonu Baş Göynük kənd Bələdiyyəsinin “Ərik yanı” adlanan ərazisində 1996-cı il torpaq islahatı zamanı 1,3 ha torpaq payının 0,34 ha hissəsinə gedən maşın yolunu, arxını və torpağının bir hissəsini cavabdeh 2 m. dərinliyində 3,5 m. enində kanal qazaraq bağlamışdır. İddiaçı torpaqları 2013-cü ildə 3 nəfər başqa-başqa adamlardan satın alınaraq birləşdirmiş və hər tərəfini bağlamışdır. Həmçinində onların və başqa qonşuların böyük su kanalının alt tərəfindəki (1 ha pay torpağına), qonşuların bir neçə hektar torpaq sahələrinin suvarılması üçün istifadə etdikləri su arxını, həmçinin arxın üstü ilə gedib-gəldikləri piyada yollarını da traktorla sıyıraraq öz torpağına qatmışdır. Həmin su arxının və piyada gediş yolunun uzunluğu təxminən 150 metrdən çoxdur. Su kanalının bir hissəsində dərin kanal qazdıraraq çuxur yaratmışdır. İddiaçı qazdırdığı kanalın uzunluğu 500 m-ə yaxındır. 10 ildən artıqdır ki, suvarma kanalının olmamasına görə özlərinə məxsus torpaq sahəsindən səmərəli istifadə edə bilmirlər. Nə əkmişdirsə suvara bilmədiyi üçün məhsulu batıb. Kanalın üst tərəfindən yuxarıda əkdiyi 0,34 ha torpaq sahəsinin bir hissəsini (10 sotu) və maşın yolunu qazaraq onun istifadə istifadə etməyimə faktiki əngəl yaratdığına, kanalın alt tərəfindəki 1 ha torpağının su olmaması səbəbi ilə əkdiyi məhsullarının batmasına görə, bütünlüklə 1,30 ha əkin ərazisindən İddiaçı tərəfindən vurulmuş maddi və mənəvi ziyanın 10 il müddətinə hesablanaraq ödənilməsini xahiş edir. Digər Cavabdeh2 məhkəməyə ünvanladığı yazılı müraciətlərində göstərmişdir ki, halhazırda ünvan 1zisində 0,40 ha torpaq sahəsi vardır. Bu torpaq sahəsinin 0,15 ha hissəsini İddiaçı zəbt etmişdir. Bu iş üzrə 2 dəfə Polis orqanlarına müraciət edilmişdir. Zəbt etdiyi 15 sot topaqda 20 top fındıq var. Həmin fındığın məhsullarını o yığır. 3 illik 20 top fındığın məhsulların dəyərini, 2 dəfə torpağın ölçülməsi üçün gətirdiyi mütəxəssislərə ödədiyi 240 manat pulun alınaraq təzminat olaraq ona ödənilməsini xahiş edir. Sübutların tədqiqi: İş materiallarında olan: - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli çıxarışından görünür ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,4089 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. - B№018986 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, İddiaçı daşınmaz əmlakın dövlət reyestrində **********51 reyestr nömrəsi ilə qeydə alınmış, mülkiyyətində olan 0,4089 ha torpaq sahəsinə plan-ölçü sənədi işlənmişdir. - Şəki ŞRPŞ-nin İB-nin müstəntiqi X4 tərəfindən qəbul edilmiş, xx.xx.2020-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, Şəki rayon Baş Göynük kənd sakini X2 ərizə ilə müraciət edərək İddiaçı tərəfindən ona məxsus torpaq sahəsinə gedən yolda kanal qazdıraraq torpaq sahəsini zəbt etdiyi üçün araşdırma aparılmasını xahiş etmişdir. Müvafiq araşdırma aparılaraq, zəbt etmə aşkar edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli çıxarışından görünür ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,3321 ha torpaq sahəsi Cavabdeh1 və ailə üzvülərinin ümumi birgə mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli “mütəxəssis rəyi”ndən görünür ki, İddiaçı **********51 reyestr nömrəli çıxarışına əsasən Şəki rayon Baş Göynük kənd ərazisində yerləşən 0,4089 ha torpaq sahəsinin 654 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Torpaq sahələri və zəbt edilən hissə müqayisəli sxemdə göstərilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26.084.2025-ci il tarixli. 10/3800 №-li “ekspert rəyi”dən görünür ki, İddiaçı **********51 reyestr nömrəli çıxarışına əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən xüsusi mülkiyyətdə olan 0,4089 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 654 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Torpaq sahələri və zəbt olunan hissə mütəxəssis rəyinə əlavə edilmiş müqayisəli sxemdə əlaqəli formada göstərilmişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1. İşə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin.
Məhkəmənin mövqeyi:
Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddənin tələblərinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd olunan maddənin dispozisiya şərtlərinə görə iddia irəli sürmüş şəxs (iddiaçı) mübahisəli əmlakın mülkiyyətçisi olmalı, həmin əmlak iddia irəli sürülmüş şəxsin (cavabdehin) sahibliyində olmalı və həmin sahiblik qanunsuz olmalıdır. Yalnız həmin şərtlərin mövcudluğu halında bu növ iddialar təmin edilə bilər. Hazırkı işdə isə bu şərtlərin mövcudluğu təsdiq olunur. Göründüyü kimi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********51 reyestr nömrəli çıxarışa əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,4089 ha torpaq sahəsi İddiaçı tam mülkiyyətindədir. Həmin torpaq sahəsinə bitişik, qonşu ərazi olan 0,3321 ha torpaq sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2022-ci il tarixində qeydiyata alınan, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli çıxarışa əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların ailə üzvülərinin ümumi birgə mülkiyyətindədir. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 26.084.2025-ci il tarixli, 10/3800 №-li “ekspert rəyi”dən görünür ki, İddiaçı **********51 reyestr nömrəli çıxarışına əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən xüsusi mülkiyyətdə olan 0,4089 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 654 kv.m hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 isə həmin torpaq sahəsini qanunsuz olaraq zəbt etmiş və qeyd edilən torpaq sahəsindən könüllü şəkildə çıxmırlar. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətlərində olan Şəki rayonu Baş Göynük kəndində yerləşən 0,4089 ha torpaq sahəsindən cavabdehlərin çıxarılması, həmin torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən edilən maneələrin aradan qaldırılması və hər hansı maneəçiliyin törədilməsinin onlara qadağan edilməsini tələb etməkdə haqlıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçınn mülkiyyətində olan Şəki rayonu baş Göynük kəndində yerləşən 0.4089 ha torpaq sahəsinindən çıxarılmalı, həmin torpaq sahəsindən istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər tərəfindən edilən maneələrin qaldırılmalı, həmin torpaq sahəsinə onların girişinə qadağa qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edildiyindən hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir.
Nəticə hissəsi:
Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 29 mart 2023-cü il tarixində verilmiş **********51 reyestr nömrəli çıxarışa əsasən ünvan 1zisində yerləşən İddiaçı məxsus torpaq sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsın, həmin torpaq sahəsindən İddiaçı istifadə hüquqlarının həyata keçirilməsinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən edilən maneələr aradan qaldırılsın və hər hansı maneəçiliyin törədilməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qadağan edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Kamran Musayev