Məhkəmə qərarları › İş №2(075)-431/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-431/2021

26.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-431/2021 26.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, X12 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X4 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 1177 manatın və 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, 2020-ci ilin sentyabr ayının əvvəlindən iki ay müddətində cavabdeh X4 məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində usta kimi işləmişdir. O, usta kimi iki ay müddətində cavabdeh X4 məxsus həmin evin 2-ci mərtəbəsində pol yonma, emusiya və boya vurma, laminat döşəmə, tavan künclərini vurma, astar-üzluk dəyişmə kimi təmir işləri aparmışdır. Qeyd etdiyi təmir işləri ilə bağlı cavabdeh X7 ona 1377 manat məbləğində ödəniş etməli idi. Lakin, cavabdeh X7 həmin məbləğdən ona yalnız 200 manat ödəniş etmiş, pulun qalan 1177 manat hissəsini isə ödəməmişdir. O, usta işlədiyi müddətdə cavabdeh X4 məxsus olan evdə ondan başqa digər ustalar da təmir işləri aparmışlar. Həmin ustaların da əmək haqqları cavabdeh X7 tərəfindən tam şəkildə ödənilməmişdir. Həmin ustalardan biri də elektrik ustası Emin adlı şəxsdir. O, işlədiyi usta pulunun qaytarılması ilə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl Şəki ŞRPŞ-nə və Şəki rayon Prokurorluğuna müraciət etmişdir. Həmin müraciətləri əsasında ŞRPŞ-də və Şəki rayon Prokurorluğunda onun izahatları alınsada, cavabdeh X7 izahat vermək üçün ŞRPŞ-nə və Şəki rayon Prokurorluğuna gəlməmiş və heç bir izahat verməmişdir. Hazırda həmin pul məbləğinə çox böyük ehtiyacı vardır. Belə ki, qızı əlində olan yanıq xəsarətləri səbəbli 5-ci dəfə əməliyyat keçirməlidir. Bunun üçün ona kifayət qədər pul lazımdır. Halbuki, zəhmət çəkib işlədiyi pulu cavabdeh X7 ona ödəmir. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, tələbi əsaslıdır və iddiasını müdafiə edir. Göstərilənləri nəzərə almaqla iddiasının təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, İddiaçı onun həmkəndlisidir. Cavabdeh X6 və onun qardaşı X8 da yaxından tanıyır. Tərəflərin heç biri ilə qohumluğu və ya ədavəti və düşmənçiliyi yoxdur. 2021-ci ilin fevral ayında İddiaçı ona yaxınlaşaraq, cavabdeh X7 tərəfindən ona 1240-1250 manat məbləğində pul vəsaitinin ödənilməli olduğunu, lakin həmin ödənişin cavabdeh X7 tərəfindən edilmədiyini bildirmiş və həmin pulun alınmasında köməklik göstərməsini ondan xahiş etmişdir. O, Mahirin xahişini nəzərə alaraq, Hökmüranın qardaşı Şahinin qaldığı evə getmiş və Şahinə qardaşı Hökmüranın Mahirə 1240-1250 manat arası əmək haqqı ödəməli olduğunu bildirmiş və Şahindən pulunun verilməsi üçün Mahirə köməklik göstərməsini xahiş etmişdir. Həmçinin, ondan başqa digər şəxsdə Mahirin pulunun qaytarılması ilə bağlı Hökmürana zəng etmiş və ondan qalan əmək haqqının Mahirə ödəməsini xahiş etmişdir. O, Şahinlə görüşdükdən bir müddət sonra Şahin ona zəng edərək, Hökmüranın ödəniş etməyə razılığa gəmədiyini söyləmişdir. Bundan sonra o Mahirə zəng edərək, atası ilə birlikdə Hökmüranın yaşadığı evə gedib onların özlərinin həmin haqqın ödənilməsini xahiş etməsini demişdir. Beləliklə 2021-ci ilin fevral ayında o Mahir və onun atası ilə birgə Hökmürana məxsus olan yaşayış evinə getmişlər. Hökmüran onları səmimi qarşılamışdır. Görüş zamanı Hökmüran Mahirin ona halallıq vermədiyini, bu səbəbdən də Mahirin pulunu tam ödəmədiyini bildirmişdir. Həmçinin həmin vaxt Hökmüran Mahirə 1000 manat verməli olduğunu və həmin 1000 manatı az bir müddətdə Mahirə göndərəcəyini bildirmişdir. Lakin, bu günədək Hökmrün Mahirin pulunu qaytarmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, İddiaçı onun bibisi oğludur. Cavabdeh X7 ilə ədavət və ya düşmənçiliyi yoxdur. O, ünvan 1 ünvanında yerləşən cavabdeh X4 məxsus olan evdə İddiaçı təmir işlərinin yekunlaşdırmasına 20-25 gün qalmış, üç gün müddətində onunla birgə işləmişdir. Mahir orada evin daxili təmir işlərini görürdü. O, isə üç gün müddətində orada Mahirin yanında fəhlə kimi işləmişdir. Qazanc olaraq Babayev Hökmüran ona 20 manat məbləğində gündəlik əmək haqqı verməli idi. Cavabdeh X7 onun yanında Mahirə pul verməmişdir. Bildiyinə görə cavabdeh X7 İddiaçı əmək haqqısını bu günədək qaytarmamışdır. Məhkəmə iddiaçının izahatını və şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş hesab olunur. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı və şahidlərin ifadələri ilə müəyyən edildi ki, cavabdeh X3 evində təmir işlərinin aparılması ilə əlaqədar İddiaçı ilə cavabdeh X7 arasında şifahi qaydada podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı cavabdeh X3 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində iki ay müddətində usta kimi işləmişdir. İddiaçı cavabdeh X7 ilə aralarında razılaşdırılmış işi yerinə yetirməsinə baxmayaraq, cavabdeh X7 tərəfindən İddiaçı usta kimi işlədiyi işlərin haqqı tam şəkildə ödənilməmişdir. Buna görə də İddiaçı cavabdeh X2 gördüyü işlə baölı pulun ödənilməsini tələb etməkdə haqlıdır. Lakin, İddiaçı cavabdeh X3 ona 1177 manat borcunun olduğunu bildirsə də, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 görüşərkən cavabdeh X3 İddiaçı 1000 manat borcunun olduğunu bildirməsi barədə ifadə vermişdir. Məhkəmə şahid qismində dindirilmiş X1 həmin ifadəsini də diqqətə alaraq, cavabdeh X3 İddiaçı 1000 manat borcunun olduğunu qəbul edir. Buna görə də İddiaçı cavabdeh X2 1000 manatı tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək cavabdeh X2 cəmi 1000 manat və 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilməli, əsaslı olmadığından iddia tələbinin qalan hissəsi təmin edilməməlidir Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 1000 manat və iddia ərizəsi ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumu xərci cavabdeh X2 alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-431/2021 26 fevral 2021-ci il İddiaçı: İddiaçı (Şəki rayonu, Qoxmuq kəndi) Cavabdeh: X4 (Şəki şəhəri, F.Abdurəhmanov küçəsi 15) Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2 (075)-431/2021 saylı qətnaməsinin surəti məlumat üçün sizə göndərilir. Qoşma: 03 vərəqə, 05 səhifə. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2 (075)-431/2021 26 fevral 2021-ci il İddiaçı: İddiaçı (Şəki rayonu, Qoxmuq kəndi) Cavabdeh: X4 (Şəki şəhəri, F.Abdurəhmanov küçəsi 15) Şəki Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli, 2 (075)-431/2021 saylı qətnaməsindən məlumat üçün sizə göndərilir. Qoşma: 01 vərəqə. Hakim Elçin Mehdiyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar