Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-45/2021 16.09.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Rüstəmli Məmmədemin Siracəddin oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X3, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 qarşı “pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması, ipoteka predmetinin boşaldılması və digər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə kreditə görə 6150,74 manat, faiz borcuna görə 643,2 manat, cəmi 6793,94 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulması; - tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə cəmi 6793,94 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzildən çıxarılması və evin boşaldılması; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi; - ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi 17.09.2020-ci il tarixdə iddia tələbinin artırılmasına dair məhkəməyə ərizə göndərərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14 fevral 2019-cu il tarixli, SKJM-2142 saylı kredit müqaviləsi üzrə kreditə görə 6150,74 manat, faiz borcuna görə 815,4 manat, cəmi 6966,14 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulması; - tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması, onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə cəmi 6966,14 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsi; - İpoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzildən çıxarılmaları və evin boşaldılması; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilin ilkin satış qiyməti 40000 manat məbləğində müəyyənləşdirilməsi; - ipoteka predmetinin açıq hərracda satılmaqla əldə edilmiş vəsaitin qeyd olunan 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi 15.02.2021-ci il tarixdə iddia tələbinin artırılmasına dair məhkəməyə ərizə göndərərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə kreditə görə 6150,74 manat, faiz borcuna görə 1450,9 manat, cəmi 7601,64 manat Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulması; - tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə yönəldilməsi, bu əmlak hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə cəmi 7601,64 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pul İddiaçı ASC-nə ödənilməsi; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzildən çıxarılmaları və evin boşaldılması; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilin ilkin satış qiyməti 40000 manat məbləğində müəyyənləşdirilməsi; - ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin artırılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçının nümayəndəsi 19.08.2021-ci il tarixdə iddia tələbinin artırılması və dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə göndərərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 14 Fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə kreditə görə 6150,74 manat, müqavilənin bitmə tarixinə kimi hesablanan faiz borcuna görə 1475,50 manat, 14.02.2021-ci il tarixindən 10.08.2021-ci il tarixinə kimi müqavilənin 2.15-ci bəndinə əsasən hesablanan faiz borcuna görə 1434,48 manat, cəmi 9060,72 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DODRX-nin 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pulun tutulması; - tələbin mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdeh X2 14 Fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə cəmi 9060,72 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 60 (altmış) manat məbləğində pulun İddiaçı ASC-nə ödənilməsi; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilə tutma yönəldikdən və əmlak satıldıqdan sonra ən geci 1 ay ərzində Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzildən çıxarılması və evin boşaldılması; - ipoteka predmeti olan mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilin ilkin satış qiymətinin müəyyənləşdirilməsi; - ipoteka predmetinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 14 Fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclası zamanı İddiaçı ASC-nin nümayəndəsi X5 izahat verərək göstərdi ki, İddiaçı ASC-nin “Şəki” filialı ilə Cavabdeh1 arasında bağlanmış 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsinə əsasən illik 24 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 15 000 manat məbləğində cavabdehə kredit verilmişdir. 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzil İddiaçı ASC qarşısında 14 fevral 2019-cu il tarixli, SKM-2142 nömrəli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək göstərdi ki, onunla İddiaçı ASC-nin “Şəki” filialı arasında bağlanmış 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsinə əsasən ona illik 24 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 15 000 manat məbləğində kredit verilmişdir. 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsinin şərtlərinə görə o, kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. 14 fevral 2019-cu il tarixli, SKM-2142 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi mülkiyyət hüququ ilə ona məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzil İddiaçı ASC qarşısında 14 fevral 2019-cu il tarixli, SKM-2142 nömrəli İpoteka müqaviləsi ilə yüklü edilmişdir. Göstərmişdir ki, maddi imkanı yaxşı olmadığından kreditor qarşısında öhdəliyini lazımınca icra edə bilməmişdir. İddianı əsas borc hissəsində qəbul edir. Bankdan faiz məbləğində ona güzəşt edilməsini xahiş etsələr də bank tərəfindən onlara heç bir güzəşt edilməmişdir. Həmçinin göstərmişdir ki, iddiaçı axırıncı iddianın artırılması ərizəsində müqavilə vaxtı bitdikdən sonra faizlər hesablayaraq tələb etmişdir. Qeyd etmişdir ki, Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli qərarına əsasən müqavilə bitdikdən sonra kreditə faizlər hesablana bilməz. Bütün bunları nəzərə alaraq qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan 14 fevral 2019-cu il tarixli, SKM-2142 nömrəli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 24 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. Mülki işdə olan 14 fevral 2019-cu il tarixli ipoteka müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzil banka ipotekaya qoyulmuşdur. Mülki işdə olan Seriya RX ******* nömrəli ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qrydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətində görünür ki, Cavabdeh1 məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsi, bina 22, mənzil 11 nömrəli mənzil İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Mülki işdə Cavabdeh2, Cavabdeh5 və Cavabdeh4 tərəfindən yazılmış notarial qaydada təsdiq edilmiş ərizələrin təsdiq edilmiş surətindən görünür ki, həmin şəxslər Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilin ipoteka ilə yüklü edilməsinə etiraz edmədiklərini, həmin mənzilə tutma yönəldikdə onu dərhal tərk etmələrini öhdələrinə götürdüklərini bildirmişlər. Mülki işdə olan DİN tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında verilmiş ******* nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 14 avqust 2003-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadırlar. Mülki işdə olan 06 iyul 2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin təsdiq edilmiş surətindən görünür ki, kredit müqaviləsi üzrə Banka olan borc dərhal ödənilməzsə, ipoteka predmetinə tutma yönəldilməsi məqsədilə qanunvericiliklə və ipoteka müqaviləsi ilə nəzərdə tutulmuş tədbirlər, o cümlədən ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə tədbirlər görülərəcək və həmin tədbirlər nəticəsində əldə olunan vəsaitin borcun ödənilməsinə yönəldiləcəyi Cavabdeh1 bildirilmişdir. Mülki işdə olan 10 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 14 fevral 2019-cu il tarixli, SKJM-2142 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 09 fevral 2021-ci il tarixə olan borcu əsas borc üzrə 6150,74 manat, faiz borcu üzrə 1450,9 manat, cəmi 7601,64 manat təşkil edir. Mülki işdə olan "xxxx" MMC-nin 17 dekabr 2020-ci il tarixli, ƏEM/D 23-712/20 saylı rəyindən görünür ki, aparılmış hesablamalara və təhlillərə əsasən Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində 1 mərtəbəli, 2 otaqlı 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı ssahədən ibarət mənzil 11 ünvanında yerləşən daşınmaz əmlakın 17 dekabr 2020-ci il tarixinə bazar dəyəri: 40000 manat, likvid dəyəri: 36000 manat təşkil edir. Xidmət haqqı "xxxx" MMC-nin tarif cədvəlinə müvafiq olaraq 150,0 (yüz əlli) manat təşkil edir. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli, 9/2160 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 İddiaçı ASC-nə olan borcu 09 fevral 2021-ci il tarixə (arayışda (c.i.v-134) göstərilən tarixə) əsas borc üzrə 6.102,08 manat, faiz borcu üzrə 1.439,43 manat olmaqla, cəmi 7.541,51 manat, 14 fevral 2021-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 6.102.08 manat və faiz borcu üzrə 1.459,77 manat olmaqla cəmi 7.561,85 manat təşkil edir. Tədqiqatın dəyəri 100 manat təşkil edir. Mülki işdə olan 11 avqust 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 14 fevral 2019-cu il tarixli, SKJM-2142 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 10 avqust 2021-ci il tarixə olan borcu əsas borc üzrə 6150,74 manat, müqavilənin bitmə tarixinə kimi hesablanan faiz borcu faiz borcu üzrə 1475,50 manat, müqavilənin 2.15-ci bəndinə əsasən hesablanan faiz borcu üzrə 1434,48 manat olmaqla, cəmi 9060,72 manat təşkil edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamalayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminilk, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh1 Bankdan kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən cavabdehdən əsas kredit borcları, faiz borclarının ödənilməsi tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İpoteka haqqında Azərbaycan Respuilikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respuilikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka qoyulmuş əmlakların qiymətləndirilməsini "xxxx" MMC-nə həvalə etmiş və "xxxx" MMC tərəfindən Cavabdeh1 məxsus olan Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənzilin ilkin qiyməti kimi müəyyən edilmiş 36000 manat sonradan tərəflərdən heç biri tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 07 iyun 2021-ci il tarixli, 9/2160 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyində əsas borc üzrə 6102,08 manat və faiz borcu üzrə 1459,77 manat olmaqla cəmi 7561,85 manat olduğu hesablanmışdır. Lakin iddia tələbində cavabdehlərdən tələb olunan 6150,74 manat, faiz borcuna görə 1450,9 manat, cəmi 7601,64 manatdır. Buna görə də, məhkəmə əsas borc məbləğinə münasibətdə iddia tələbini, faiz borcuna münasibətdə isə ekspert rəyini əsas götürülməsini ağlabatan hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni, kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin, qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. MM-in 445.7-ci maddəsi borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. MM-nin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1 tərəfindən 6102,08 məbləğində əsas borc, 1459,77 məbləğində faiz borcu, olmaqla cəmi 7561,85 manat kredit borcunun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, Seriya RX ******* nömrəli ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qrydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənziliə yönəldilərək, həmin ipoteka predmetinin ilkin satış qiyməti 36000 manata açıq hərracda satılmalı, satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilməli, əsaslı olmadığından iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 150 manat Cavabdeh1 alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməlidir. Həmçinin, mülki iş üzrə keçirilmiş 100 manat mühasibatlıq ekspertiza xərci Cavabdeh1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 6102,08 məbləğində əsas borc, 1459,77 manat məbləğində faiz borcu, olmaqla cəmi 7561,85 manat kredit borcunun, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində, cəmi 60 (altmış) manat pul tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Seriya RX ******* nömrəli ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışına əsasən Cavabdeh1 xüsusi mülkiyyət hüququ əsasında məxsus Şəki şəhəri, Sabit Rəhman küçəsi, 22-ci binanın, 2-ci girişində mülkiyyətində olan 1 mərtəbəli, 2 otaqlı, 58,4 kv.m ümumi sahədən, 35,8 kv.m yaşayış, 22,6 kv.m yardımçı sahədən ibarət 11 nömrəli mənziliə yönəldilərək, həmin ipoteka predmetinin ilkin satış qiyməti 36 000 manata açıq hərracda satılsın, satışdan əldə edilən pul vəsaiti göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissələrdə təmin edilməsin. İş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 150 manat Cavabdeh1 alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilsin. İş üzrə keçirilmiş 100 manat mühasibatlıq ekspertiza xərci Cavabdeh1 alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, X1 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-45/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-45/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver