Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-482/2021 07.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1100 manat borc və 30 manat rüsumun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, cavbdehlə həmkəndli olmaqla bir kənddəndirlər. Uzun illərdi ki, həmkəndli kimi münasibətləri var. Cavabdeh 2021-ci il yanvar ayının sonlarında ona zəng vuraraq bankdan 4000 manat məbləğində kredit götürdüyünü demiş və banka 1100 manat borcunun qaldığını bildirmiş və buna görə də ondan 1100 manat borc pul istəmişdir. O da həmkəndli olduğundan 1100 manat pulu poçt vasitəsilə Kamrana göndərmişdir. Kamran həmin məbləği qısa müddət ərzində ona qaytaracağına söz vermişdir. Dəfələrlə Kamrana borcunun qaytarmasını tələb etsə də müxtəlif bəhanələr gətirərək bu günədək borcunu qaytarmamışdır. Həmçinin sonradan onunla əlaqə saxlamaq istəsə də cavabdeh onun telefonuna cavab verməmişdir. Bildirmişdir ki, cavabdeh Şəki rayonu, Şəki kəndində qeydiyyatda olsa da, hazırda ailəlikcə Bakı şəhəri, Zabrat qəsəbəsində naməlum ünvanda kirayədə yaşayır. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Lakin 19.04.2021-ci il tarixdə məhkəmə tərəfindən cavabdehin atası Natiqin 055 257 25 46 mobil telefonu ilə əlaqə saxlanılmış, atası bildirmişdir ki, Bakı şəhəri, Zabrat qəsəbəsində kirayədə yaşayırlar. Kamran da onlarla birlikdə yaşayır. Bildirmişdir ki, Kamranın mobil telefonu yoxdur. Qeyd etmişdir ki, növbəti məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında Kamrana məlumat verəcəkdir. Beləlilklə də növbəti məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında ona məlumat verilərək məhkəmə iclası təxirə salınmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 25.01.2021-ci il tarixli ********* nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən poçt vasitəsilə Cavabdeh 1100 manat məbləğində pul vəsaiti göndərilmiş və bu məbləğdən 12 manat məbləğində rüsum tutulmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının izahatları və iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı 2021-ci il yanvar ayının 25-də poçt vasitəsilə cavabdehə 1100 manat borc pul göndərmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmiş, cavabdeh isə məhkəmə iclasına gəlməmiş, iddiaya qarşı hər hansı etirazını bildirməmiş və ya iddiaçıdan borc almaması ilə bağlı hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 1100 manat borc 30 manat manat dövlət rüsumu tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 1100 manat pul və 30 manat manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-482/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-482/2021
07.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver