Məhkəmə qərarları › İş №2(075)-494/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-494/2024

01.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-494/2024 01.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəyəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X4 iştirakları ilə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın məyyən edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi; İddia tələbinin dəlilləri; Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xx.xx.1930-cu il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan mərhum X1nа bir mənzildə yаşаyаrаq qulluq еtməyi hüquqi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. 1984- 1997-ci illərdə Şəki rayonu Qoxmuq kənd “1 May” kolxozunda tütünçü vəzifəsində, xx.xx.2004-cü il tarixdən xx.xx.2009-cu il tarixədək isə “Şəki-İpək” şirkətində baramadöyən (barama buğaverən) peşəsində işləmişdir. Həmçinin xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xx.xx.1930-cu il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan mərhum X1nа bir mənzildə yаşаyаrаq qulluq еtmişdir. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün iddia tələbi ilə Şəki İnzibati Məhkəməsinə müraciət etmişdir. Şəki İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(116)-1212/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş və 52 yaşı tamam olduğu xx.xx.2016-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməklə, müracətdən əvvəlki 3 ilin, xx.xx.2019-cu il tariхdən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Хüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(107)-381/2022 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmişdir. Cavabdeh tərəfindən Şəki Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-839/2023 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, iş təkrar baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin qismən təmin edilməsinin əsas səbəbi 20 il ümumi sığorta stajımın təsdiq edilməməsi olmuşdur. Belə ki, o, xx.xx.2000-ci il tarixdən xx.xx.1930-cu il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan X1nа bir mənzildə yаşаyаrаq qulluq еtmişdir. Bu bаrədə həm xx.xx.2021-cu il tаriхli müаyinə акtı qonşuların iştirakı ilə tərtib olunmuş, həm də onun və anasının qulluqolunma və qulluq etmə barədə ərizələri notariat tərəfindən təsdiq olunmuşdur. Ali Məhkəmə tərəfindən bu müddətin sosial sığorta stajına daxil edilməməsinin səbəbi Azərbaycan Rеspubliкası Əməк və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Кollеgiyasının 2017-ci il tariхli 11 dекabr tariхli 17 №li Qərarı ilə təsdiq olunmuş «Əməк pеnsiyaları haqqında» Azərbaycan Rеspubliкası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.9 bəndinə əsasən ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə akt tərtib edilməməsi olmuşdur. X1 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Lakin onun ona qulluq etməyi barədə yazılı ərizəsi xx.xx.2022-ci il tarixdə notarius tərəfindən təsdiqlənmişdir. Yuxarıda qeyd etdiyi qaydalara əsasən müayinə aktının bağlanması üçün yalnız icra hakimiyyəti orqanının və Dövlət Sosial Müdafiə Fondunun nümayəndələrinin iştirakı vacib olmuşdur. Belə ki, sözügedən akt qulluqedənin, qulluqolunanın və qonşuların ifadələrinə əsasən tərtib edilir. Bildirdiyi kimi qonşular və anası yazılı ifadə vermiş və notarial qaydada təsdiq edilmişdir. Onun anasına quluq etməyi hüquqi faktı anası tərəfindən sağlığında təsdiq edilmişdir. DSMF nümayəndəsinin, icra hakimiyyəti orqanı nümayəndəsinin iştitrakı ilə onun, qonşuların və mərhum anasın ərizəsinə akt tərtib olunmalı idi. Onun xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci il tarixədək xx.xx.1930-cu il təvəllüdlü, 70 yaşdan yuxarı qoca olan X1nа bir mənzildə yаşаyаrаq qulluq еtməyi barədə rayon icra hakimyyəti orqanlarının, DSMF-nin yerli idarələrinin (və ya cavabdehin) nümayəndələrindən ibarət komissiya tərəfindən qonşuların ifadələrinə əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə akt tərtib olunması üçün Dövlət Sosial Müdafiə Fondundan nümayəndə verilməsi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Хüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının vAəzərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X7 direktoruna poçt vasitəsilə ərizə ilə müraciət edilmişdir. Lakin bu müraciətlərə cavab verilmədiyi üçün xx.xx.2023-cü il tarixdə yenidən müraciət edilmişdir. DSMF 2 saylı X7 direktorunun imzası ilə xx.xx.2023-cü il tarixli məktubla müraciətinə cavab olaraq bildirilmişdir ki, aidiyyəti üzrə Fondun Хüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Lakin Хüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixdə məktubun alınmasına baxmayaraq bu günə qədər heç bir cavab verilməmişdir. Nəticədə həm “Vətəndaşların müraciətləri haqqında” Azərbayan Respublikası Qanununun maddələri, həm də mənim konstitsion hüququm olan əmək pensiyası amaq hüququm kobud şəkildə pozulmuşdur. Dövlət Sosial Müdafiə Fondunun 2 saylı X7 direktorununun imzasıyla xx.xx.2023-cü il tarixli 3-17-1/2-Z271459/2023 saylı məktubla ərizəsinə cavab verilmişdir. Məktubda göstərilmişdir ki, anası vəfat etdiyi üçün akt tərtib etmək mümkün deyildir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxi olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X8 təqdim etdikləri mülahizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasına etiraz etmədiklərini bildirdi. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X17 izahat verərək göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Bildirmişdir ki, Əvvəllər Kolxoz briqadiri işləmişdir. Ulduzun anası Firozə Zəkəryəyeva onun işçisi olub. Firozənin yaşlı vaxtı ona qızı Ulduz qulluq etmişdir. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X13 izahat verərək göstərmişdir ki, Ərizəçi onun qonşusudur. Bildirmişdir ki, ərizəçinin anası Firozə olmuşdur. Ulduzla anası Firozə ikisi birlikdə yaşamışlar. Anası yaşlı olduğundan anasına Ulduz baxmışdır. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 digər şahid X13 ilə eyni məzmunlu izahat vermişdir. İşin halları Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; 11 iyul 1964-cü il tarixli AZ № 669849 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə anadan olmuşdur. Şəki Rayon Qeydiyat şöbəsi tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli, AZ – İİ № 317848 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə vəfat etməsi, ölüm haqqında akt qeydləri kitabında 847 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X7 Ərizəçi oğluna ünvanlanmış 21 noyabr 2023-cü il tarixli, 3-17-1/2-Z-271459/2023 saylı məktubdan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nın 4.1.8-ci bəndinə əsasən ahıllara qulluqetmə müddəti patronajın təyin edilməsi barədə qərara; qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan İ dərəcə əlilliyi olan şəxslar istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə və ya qulluqolunan vəfat etmişdirsə, qeyd edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən müəyyən edilir. Göründüyü kimi, mövcud qanunvericilikdə ahıllara qulluqetmə müddətinin təsdiq edən sənədlərin dairəsi dəqiq müəyyən edilmiş və həmin sənədlər sırasında qulluq etməyə dair akt nəzərdə tutulmamışdır. Bundan əlavə, mərhum X1 vəfat etdiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının artıq qüvvədən düşmüş 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"na uyğun aktın tərtib edilməsi də mümkün deyil. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X7 Ərizəçi oğluna ünvanlanmış 18 dekabr 2023-cü il tarixli, 3-17-1/2-Z-297483/2023 nömrəli məktubdan görünür ki, ahıllara qulluqetmə müddətinin təsdiqi üçün aktın tərtib edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası"nda nəzərdə tutulmamış, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2017-ci il 17 dekabr tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalar isə 13 may 2022-ci il tarixdən qüvvədən düşmüşdür. Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna göndərdiyi notarial qaydada təsdiq edilmiş 12 may 2022-ci il tarixli, ərizəsindən görünür ki, o, xx.xx.1930-cu il tarixdə anadan olmuşdur. 70 yaşı tamam olduğu xx.xx.2000-ci il tarixdən hal-hazıradək doğma qızı Ərizəçi Tamiraz qızı onunla bir mənzildə yaşayaraq qulluq etmişdir. Onun bütün ehtiyaclarını qarşılamışdır və qayğısına qalmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1.1-ci maddəsinə əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı 13.4-cü bəndinə əsasən məhkəmələrə tövsiyə olunur ki, Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olubolmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2.5. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt (10 nömrəli Əlavə); 3.9. İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydasının; 4.1-ci bəndinə görə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.8. ahıllara qulluqetmə müddəti üzrə:

1. patronajın təyin edilməsi barədə qərara əsasən;

2. qulluq etməyə dair qulluqolunanın (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və qulluqedənin notariat fəaliyyətini həyata keçirən subyektlərin təsdiq etdiyi ərizələrinə əsasən;

3. qulluqolunan vəfat etmişdirsə, bu yarımbəndin 1-ci və 2-ci abzasları ilə müəyyən edilən sənədlər olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən;

Məhkəmənin mövqeyi

Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini və işdə olan yazılı sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, X2 22 sentyabr 2022-ci il tarixdə ölməsi tam sübuta yetirilir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından da, məlum olur ki, Ərizəçi, qızı X3 xx.xx.2000-ci il tarixdən xx.xx.2022-ci ilədək baxması öz təsdiqini tapmamışdır. Belə ki, iş üzrə şahid ifadələrindən də göründüyü kimi Ərizəçi anası Firozə Zəkəryəyeva ilə birlikdə yaşamalarını bildirsələr də, Ərizəçi anası Firozə Zəkəryəyevaya qulluq etməsi iş materialları ilə təsdiq olunmamaqla bərabər ərizəçinin ona qulluq etməsi öz təsdiqini tapmamaqla sübuta yetirilməmişdir. X2 və Ərizəçi xx.xx.2022-ci il tarixli ərizələri ilə Ərizəçi anası Firozə Zəkəryəyevaya qulluq etməsi barədə ərizələrindən müəyyən olunur ki, 12 may 2022-ci il tarixdən Ərizəçi anası Firozə Zəkəryəyevaya öldüyü günə kimi 22 sentyabr 2022-ci il tarixədək qulluq etmişdir. Həmin ərizənin tərtib edilmə tarixindən əvvəlki dövr üzrə isə Ərizəçi anası Firozə Zəkəryəyevaya qulluq etməsi barədə sübutları məhkəməyə təqdim edilməmişdir. Beləliklə məhkəmə Ərizəçi 2000-ci ildən, xx.xx.2022-ci ilədək eyni ünvanda yaşamış X1na baxmasını təsdiq edilməsinin mümkünlüyü barədə tutarlı sübutların məhkəməyə təqdim edilməməsi barədə nəticəyə gəlmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

Ərizəçi 01 iyul 1930-ci ildə anadan olmuş və xx.xx.2022-ci ildə vəfat etmiş X1na 2000-ci ildən xx.xx.2022-ci ilədək ahıl yaşlarında qulluq etməyi hüquqi əhəmiyyəti faktının müəyyən edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar