Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-5/2023 24.02.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayon Aqrar İslahat Komissiyasının qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ona ayrılmış, mülkiyyətimdə olan 12265,62 kv.metr pay torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəki rayon Aqrar İslahat Komissiyasının qərarı ilə kənd tıəsərrüfatı məhsullarının istehsalı üçün ona 12265,62 kv.metr pay torpaq sahəsi ayrılıb verilmişdir. Həmin torpaq sahəsinə dair A seriyalı 044929 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi hazırlanmışdır. Həmin torpaq sahəsindən kateqoriya üzrə davamlı istifadə etmişdir. Sonra bir müddət torpaq sahəsində əkin işləri apara bilməmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, ona məxsus torpaq sahəsindən hazırkı iş üzrə Cavabdeh qanunsuz olaraq istifadə edir. Cavabdehə müraciət edərək ona məxsus pay torpaq sahəsindən çıxarılmasını bildirmiş, lakin cavabdeh, həmin torpaq sahəsindən çıxmayacağını və sözügedən torpaq sahəsinin ona məxsus olduğunu bildirmişdir. Ona görə də, hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının qərarı ilə kənd tıəsərrüfatı məhsullarının istehsalı üçün ona və ailə üzvlərinə 12265,62 kv.metr pay torpaq sahəsi ayrılıb verilmişdir. Məhkəməyə müraciət etdikdən sonra, o, qeyd olunan torpağa münasibətdə torpaq sahəsinin plan və ölçü sənədini və daha sonra həmin torpağa dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Çıxarış almışdır. Qeyd olunan torpaq sahəsi onun və ailə üzvlərinin xüsusi mülkiyətindədir. Torpağın bir hissəsi cavabdeh tərəfindən zəbt olunub və istifadəsindədir. iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddiaçının torpaq sahəsinin onun tərəfindən zəbt olunması araşdırma nəticəsində sübuta yetərsə, o, iddianın təmin edilməsinə etiraz etmir. İş materiallarına əlavə edilmiş torpaq sahəsinin planı və ölçü sənədinin surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə Şəki rayonu Göynük kəndində 12265,62 kv.metr pay torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 17 mart 2022-ci il tarixli torpaq sahəsinin planı və ölçü sənədinin əslindən görünür ki, İddiaçı mülkiyyətinə Şəki rayonu Göynük kəndində kənd təsərrüfatı təyinatlı 1.2266 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 18 mart 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu Göynük kəndində yerləşən **********47 reyestr nömrəli 102266 hektar torpaq sahəsi İddiaçı digər mülkiyətçilərlə ümumi birgə xüsusi mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 05 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən, verilmiş, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 19 fevral 2009-cu il tarixdə X6 kitabında 830 nömrə ilə qeydiyyata alınmış, A seriyalı 044929 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Şəki rayon Baş Göynük kənd sakini İddiaçı mülkiyyətində olan 12265.62 kv.m torpaq sahəsi naturada 2.27 ha olub döngə nöqtələrinin koordinatları tərtib edilən yerquruluşu planında göstərilmişdir. Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002ci il tarixli, 05 nömrəli qərarına əsasən verilmiş, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 19 fevral 2009-cu il tarixdə X6 kitabında 830 nömrə ilə qeydiyyata alınmış, A seryalı, 044929 nömrəli ’’Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 12265.62 kv.m torpaq sahəsinin 926 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. İş üzrə qаnuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2(075)-31/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 10 yanvar 2023-cü il tarixli, 10/7156 nömrəli rəyindən görünür ki, Şəki rayonu Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı əsasında verilmiş, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 19 fevral 2009-cu il tarixdə X6 kitabında 830nömrə ilə qeydiyyata alınmış, A seriyalı, 044929 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Şəki rayonu Baş Göynük kənd sakini X1 mülkiyyətində olan 12265.62 kv.m torpaq sahəsi naturada 2.27 ha təşkil edir. Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarına əsasən verilmiş, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 19 fevral 2009-cu il tarixdə X6 kitabında 830 nömrə ilə qeydiyyata alınmış, A seryalı, 044929 nömrəli ’’Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilən 12265.62 kv.m torpaq sahəsinin 926 kv.m hissəsi Cavabdeh tərəfindən istifadə olunur. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 23 iyul 2002-ci il tarixli, 05 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə Şəki rayonu Göynük kəndində 12265,62 kv.metr pay torpaq sahəsi ayrılmışdır. 18 mart 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışə əsasən Şəki rayonu Göynük kəndində yerləşən **********47 reyestr nömrəli 102266 hektar həmin torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı əvvəllər torpaq sahəsindən təyinatı üzrə istifadə etsə də, sonradan istifadə etməmişdir. Daha sonra ona məlum olmuçdur ki, onun mülkiyyətinə olan həmin torpaq sahəsi cavabdeh tərəfindən qeyri-qanuni istifadə edilir. Bu faktlar iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təsdiq olunur. Məhkəmə, mütəxəssis və ekspert rəylərini, hazırkı iş üzrə real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylərlə razılaşır. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X4rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаtlа, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüquq hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifаdə hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvаfiq olаrаq, dövlət torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının iradəsinin ziddinə olaraq onun mülkiyyətində olan 0.26 ha torpaq sahəsinin cavabdehlərin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh, Şəki rayon Aqrar İslahat Komissiyasının qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış, İddiaçı ümumi birgə mülkiyyətində olan 12266 kv.metr pay torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Cavabdeh tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ümumi birgə mülkiyyətində olan 1.2266 ha torpaq sahəsinin cavabdeh tərəfindən istifadə olunan 926 kv.m hissəsindən (mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planına uyğun olaraq) Cavabdeh çıxarılsın. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat pul Cavabdeh tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-5/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-5/2023
24.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver