Məhkəmə qərarları › İş №2(075)-51/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-51/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-51/2021 26.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 qızı və Cavabdeh7 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmeti olan əmlaka tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, “Nigar" firmasından, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə-15K000000022 saylı kredit razılaşması üzrə 68370.21 ABŞ Dolları kredit borcu, 39994.04 ABŞ Dolları faiz borcu və 63478.03 ABŞ Dolları cərimə olmaqla, cəmi 171842.28 ABŞ dolları, -015K**********87 saylı kredit razılaşması üzrə 79802.55 ABŞ Dolları kredit borcu, 44943.57 ABŞ Dolları faiz borcu, 70979.01 ABŞ Dolları cərimə olmaqla, cəmi 195725.13 ABŞ dolları, -015R********** saylı kredit razılaşması üzrə 36737.01 ABŞ Dolları kredit borcu, 23177.30 ABŞ Dolları faiz borcu və 34523.36 ABŞ Dolları cərimə olmaqla, cəmi 94437.67 ABŞ dolları, 3 (üç) kredit razılaşması üzrə ümumilikdə cəmi 462005 (dörd yüz altmış iki min beş) ABŞ Dolları, 08 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının tutulması; - tələbin ünvan 1 ünvanında istifadədə olan 0.0265 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 99.8 kv/m, yaşayış sahəsi 59.4 kv/m, yardımçı sahəsi 40.4 kv/m, 3 otaqlı fərdi yaşayış evinə və Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətdə olan 0.0374 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 7 girişli, 424.46 kv/m ümumi 85.22 kv/m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasına (YDM) yönəldilməsinə, ipoteka predmeılərinin açıq hərracdan satılması və 462005 (dörd yüz altmış iki min beş) ABŞ Dolları, 08 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumunun və 40 manat xidmət haqqının ipoteka predmetlərinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi; - Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh8ndan, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması; - ünvan 2 ünvanında yerləşən 12 saylı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3, Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 həmin evdən çıxarılması, evin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi; - Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətdə olan 0.0374 ha torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən 7 girişli 424.46 kv/m ümumi 85.22 kv/m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına (YDM) tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra həmin qeyri yaşayış binasının boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclası zamanı İddiaçı QSC-nin nümayəndəsi X3 izahat verərək göstərdi ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 19.05.2014-cü il tarixli 15L000002872 saylı kredit xətti müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (bir milyon) ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 27.06.2014-cü il tarixli 15K000000022 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (yüz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 11.07.2016-cı il tarixli 15K000000022S saylı, 14.12.2016-cı il tarixli 15K000000022SA saylı, 10.05.2017-ei il tarixli 15K000000022SB saylı, 09.01.2018-ci il tarixli 15K000000022SC saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.07.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 31629.79 ABŞ Dolları ödəmiş, onun 68370.21 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 17.05.2019-cu il tarixə 346 gün üçün hesablanmış faiz borcu 39994.04 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 3.8-ci bəndində müəyyən olunmuş hallarda müvafiq cərimələr tətiq olunur və müqavilənin 4.1-ci bəndinə əsasən bank bu kredit razılaşması ilə müəyyən olunmuş cərimələri kredit alandan tələb edə bilər. Kredit razılaşması üzrə 17.05.2019-cu il tarixə 346 gün üçün hesablanmış cərimə 53478.03 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 10.10.2014-cü il tarixli 015K**********87 saylı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200000 (iki yüz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 14.10.2015-ci il tarixli 015K**********87S saylı və 04.05.2016-cı il tarixli 015K**********87S saylı, 14.12.2016-cı il tarixli 015K**********87SA saylı, 15.05.2017-ci il tarixli 015K**********87SB saylı, 09.01.2018-ci il tarixli 015K**********87SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredii razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 12.06.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 20197.45 ABŞ Dolları ödəmiş, onun 79802.55 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 17.05.2019-cu il tarixə 339 gün üçün hesablanmış faiz borcu 44943.57 ABŞ Dolları təşkil edir. Kredit razılaşmasının 3.6-cı bəncində müəyyən olunmuş hallarda müvafiq cərimələr tətiq olunur və müqavilənin 4.1-ci bəndinə əsasən bank bu kredit razılaşması ilə müəyyən olunmuş cərimələri kredit alandan tələb edə bilər. Kredit razılaşması üzrə 17.05.2019-cu il tarixə 339 gün üçün hesablanmış cərimə 70979.01 ABŞ Dolları təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 03.04.2015-ci il tarixli 015R********** saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 (altmış min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 04.03.2016-cı il tarixli 015R 150939910İS saylı, 11.07.2016-cı il tarixli 015R********** SA saylı, 14.12.2016-cı il tarixli 015R**********SB saylı 04.05.2017-ci il tarixli 015R150939910İSC saylı, 31.01.2018-ci il tarixli 015R**********SE saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 05.06.2018-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 23262.99 ABŞ Dolları ödəmiş, onun 36737.01 ABŞ Dolları məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.6-cı bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 17.05.2019-cu il tarixə 346 gün üçün hesablanmış faiz borcu 23177.30 ABŞ Dolları təşkil edir. Kredit müqaviləsinin 4.1-ci bəndinə uyğun olaraq bank bu kredit razılaşması ilə müəyyən olunmuş cərimələri kredit alandan tələb edə bilər. 17.05.2019-cu il tarixə 346 gün üçün hesablanmış cərimə 34523.36 ABŞ Dolları təşkil edir. Kredit xətli müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ‘‘Nigar" firması 22.05.2014-cü il tarixli 15S000005233 saylı zaminlik müqaviləsinə, Cavabdeh2 06.06.2014-cü il tarixli 15S000005303 saylı zaminlik müqaviləsinə və Cavabdeh3 31.03.2015-ci il tarixli 015S**********02 saylı zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən Cavabdeh3 İddiaçı QSC ilə bağladığı 01.04.2015-ci il tarixli 015M**********01 saylı ipoteka müqaviləsi (Şəki rayon 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilib) əsasında ünvan 1 ünvanında istifadədə olan 0.0265 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini (Fərdi yaşayış evinin göstəriciləri: mərtəbəliyi 1, ümumi sahəsi 99.8 m2, yaşayış sahəsi 59.4 m2, yardımçı sahəsi 40.4 m2, yaşayış otaqlarının sayı 3) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 48 №-li reyestr kitabının 20 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışla Şəki şəhəri 20 Yanvar küçəsi döngə 6 ünvanında yerləşən 12 saylı fərdi yaşayış evinin (mərtəbəliyi 1, ümumi sahəsi 99.8 m2, yaşayış sahəsi 59.4 m2, yardımçı sahəsi 40.4 m2, yaşayış otaqlarının sayı 3) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh3 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 03.06.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 11.06.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. Şəki şəhəri 20 Yanvar küçəsi döngə 6 ünvanında yerləşən 12 saylı fərdi yaşayış evi AccessBank QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin evdə qeydiyyatda olan cavabdehlər Cavabdeh1. Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 və Cavabdeh7 ipoteka müqaviləsinin bağlandığı notariat kontoruna ərizə təqdim edərək həmin evin ipoteka ilə yüklü edilməsinə razı olduqlarını bildirmiş, ipotekaya qoyulmuş evə tutma yönəldildikdə və o satıldıqda evi qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər, (arayışın və razılıq ərizələrinin surəti əlavə olunur, əsilləri notariat kontorunda saxlanılır). Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh-ipoteka verən ‘‘Nigar” firması İddiaçı QSC ilə bağladığı 23.05.2014-cü il tarixli 15M00000635 saylı ipoteka müqaviləsi (Şəki rayon 1 saylı Notariat Kontoru tərəfindən təsdiq edilib) əsasında Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətində olan 0.0374 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 7 girişli 424.46 kv/m ümumi 85.22 kv/m - əsas, 46.24 kv/m köməkçi sahədən ibarət mərtəbəli qeyri yaşayış binası (YDM) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsi tərəfindən 2 №-li reyestr kitabının 128 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışla Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətində olan 0.0374 ha torpaq sahəsinin və həmin torpaq sahəsində yerləşən 7 girişli 424.46 kv/m ümumi 85.22 kv/m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasının (YDM) Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh8na İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 03.06.2020-ci il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 11.06.2020-ci il tarixdə həmin idarədə qeydə alınmışdır. İddianı müdafiə etmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı QSC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxış iclasına gəlməmişdir. Lakin İddiaçı QSC-nin nümayəndəsi Emin Əliyev 25 avqust 2021-ci il tarixdə məhkəməyə teleqram göndərərək, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəklərini, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 qızı və Cavabdeh7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işdə olan 19 may 2014-cü il tarixli 15L000002872 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 120 (yüz iyirmi) ay (19.05.2024-cü ilədək) müddətinə ******* (bir milyon) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Mülki işdə olan 19 may 2014-cü il tarixli 15K000000022 saylı kredit razılaşmasından görünür ki, Cavabdeh1 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 100000 (bir yüz min) ABŞ dolları məbləğində kredit götürmüşdür. Mülki işdə olan 10.10.2014-cü il tarixli 015K**********87 saylı kredit razılaşmasından görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı kredit razılaşması əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 200000 (iki yüz min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Mülki işdə olan Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 14 oktyabr 2015-ci il tarixli 015K**********87S nömrəli sazişdən görünür ki, 19 may 2014cü il tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsi üzrə 10 oktyabr 2014-cü il tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Mülki işdə olan 03.04.2015-ci il tarixli 015R********** saylı kredit razılaşmasından görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 60000 (altmış min) ABŞ Dolları məbləğində kredit götürmüşdür. Mülki işdə olan 22.05.2014-cü il tarixli 15S000005233 saylı, 06.06.2014-cü il tarixli 15S000005303 saylı və 31.03.2015-ci il tarixli 015S**********02 saylı zaminlik müqavilələrindən görünür ki, cavabdehlər ‘Nigar" firması, Cavabdeh2 və Cavabdeh3 kredit xətli müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Mülki işdə olan 23.05.2014-cü il tarixli 15M00000635 saylı ipoteka müqaviləsindən görünür ki, ‘‘Nigar” firmasına məxsus Şəki şəhəri M.F.Axundov prospektində mülkiyyətində olan 0.0374 ha torpaq sahəsini və həmin torpaq sahəsində yerləşən 7 girişli 424.46 kv/m ümumi 85.22 kv/m - əsas, 46.24 kv/m köməkçi sahədən ibarət mərtəbəli qeyri yaşayış binası (YDM) iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpotekanın predmeti 156880 manat məbləğində qiymətləndirilmişdir. Mülki işdə olan 01.04.2015-ci il tarixli 015M**********01 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında istifadədə olan 0.0265 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evini (Fərdi yaşayış evinin göstəriciləri: mərtəbəliyi 1, ümumi sahəsi 99.8 m2, yaşayış sahəsi 59.4 m2, yardımçı sahəsi 40.4 m2, yaşayış otaqlarının sayı 3) iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Mülki işdə olan Seriya RX ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3 saylı fərdi yaşayış evi Cavabdeh3 xüsusi mülkiyyətindədir. Mülki işdə olan Seriya RX ******* nömrəli çıxarışdan görünür ki, ünvan 3 saylı fərdi yaşayış evi Cavabdeh3 tərəfindən İddiaçı QSC-nə ipoteka ilə yüklü edilmişdir. Mülki işdə olan seriya MH ******* nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh8 Şəki şəhəri, X6 prospektində mülkiyyətində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424.46 kv/m ümumi, 85.22 kv/m əsas, 46.24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (YDM) tam mülkiyyət hüququ üzrə Cavabdeh8 adına daşınmaz əmlakın dövlət reyestrində 2 nömrəli reyestr kitabının 128 nömrəli vərəqində qeydiyyata alınmışdır. Mülki işdə olan seriya RX ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh8 mülkiyyətində olan Şəki şəhəri, X6 prospektində olan qeyri-yaşayış binası YDM 0.374 ha torpaq sahəsi ilə birlikdə İddiaçı QSC tərəfindən 120 ay müddətinə ipoteka ilə yüklü edilmişdir. Mülki işdə olan Cavabdeh1, Cavabdeh4, Cavabdeh6, Cavabdeh5 qızı və Cavabdeh7 tərəfindən Şəki şəhər Notariat Kontorunda yazılmış ərizələrdən görünür ki, onlar Cavabdeh3 məxsus olan və ünvan 3 ünvanında yerləşən evin İddiaçı QSC-nə və ya onun hər hansı filialına kreditin təminatı üçün ipoteka qoyulmasına razıdırlar. İpoteka qoyulmuş evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda öhdələrinə götürmüşlər ki, onu qeyd-şərtsiz tərk edəcəklər. Mülki işdə olan Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 11 iyul 2016-cı il tarixli15K000000022S nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsi üzrə 27 iyun 2014-cü il tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Mülki işdə olan Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 14 dekabr 2016-cı il tarixli 15K000000022SA nömrəli sazişdən görünür ki, 19 may 2014cü il tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsi üzrə 27 iyun 2014-cü il tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Mülki işdə olan Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 10 may 2017-ci il tarixli 15K000000022SB nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsi üzrə 27 iyun 2014-cü il tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Mülki işdə olan Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 09 yanvar 2018-ci il tarixli 15K000000022SC nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsi üzrə 27 iyun 2014-cü il tarixdə bağlanmış 15K000000022 Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Mülki işdə olan Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 04 may 2016-cı il tarixli 015K**********87S nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsi üzrə 10 oktyabr 2014-cü il tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Mülki işdə olan Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 14 dekabr 2016-cı il tarixli 015K**********87SA nömrəli sazişdən görünür ki, 19 may 2014cü il tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsi üzrə 10 oktyabr 2014-cü il tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Mülki işdə olan Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 15 may 2017-ci il tarixli 015K**********87SB nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsi üzrə 10 oktyabr 2014-cü il tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Mülki işdə olan Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 09 yanvar 2018-ci il tarixli 015K**********87SC nömrəli sazişdən görünür ki, 19 may 2014cü il tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsi üzrə 10 oktyabr 2014-cü il tarixdə bağlanmış 015K**********87 Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Mülki işdə olan Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 11 iyul 2016-cı il tarixli 015R**********SA nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsi üzrə 03 aprel 2015-ci il tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Mülki işdə olan Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 14 dekabr 2016-cı il tarixli 015R**********SB nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsi üzrə 03 aprel 2015-ci il tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Mülki işdə olan Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 04 may 2017-ci il tarixli 015R**********SC nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsi üzrə 03 aprel 2015-ci il tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Mülki işdə olan Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 31 yanvar 2018-ci il tarixli 015R**********SE nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsi üzrə 03 aprel 2015-ci il tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Mülki işdə olan Kredit Razılaşması və Ödəniş Planına dəyişiklik edilməsi haqqında 04 mart 2016-cı-ci il tarixli 015R**********S nömrəli sazişdən görünür ki, 19 may 2014-cü il tarixli 15L000002872 saylı Kredit Xətti Müqaviləsi üzrə 03 aprel 2015-ci il tarixdə bağlanmış 015R********** Kredit Razılaşmasının ödəniş planına dəyişiklik edilmişdir. Mülki işdə olan "xxxx" MMC tərəfindən 07 yanvar 2021-ci il tarixli, ƏEM/Y 10-010/21 saylı rəyindən görünür ki, mənzilin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi, tikilinin konstruksiyası, aşınması və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara uyğun olaraq Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən evin hazırki bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 07 yanvar 2021-ci il tarixə bazar dəyəri: 70000 manat, likvid dəyəri: 65000 manat təşkil edir. Cavabdeh8 mülkiyyətində olan Şəki şəhəri, X6 prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv.m ümumi, 85,22 kv.m əsas, 46,24 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (YDM) hazırki bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 07 yanvar 2021-ci il tarixə bazar dəyəri: 264 000 manat, likvid dəyəri: 250 000 manat təşkil edir. Xidmət haqqı "xxxx" MMC-nin tarif cədvəlinə müvafiq olaraq 400 manat təşkil edir. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 13 iyul 2021-ci il tarixli, 9/1360 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, “AccessBank" QSC ilə X4 arasında bağlanmış 27 iyun 2014-cü il tarixli 15K000000022 saylı kredit razılaşması üzrə X2 17.05.2019-cu il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan 68370,212 ABŞ dolları əsas, 15839,87 ABŞ dolları faiz olmaqla, cəmi borcu 84.210,08 ABŞ dolları məbləğində müəyyən olunur. -Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “AccessBank" QSC ilə Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2014-cü il tarixli 015K**********87 saylı kredit razılaşması üzrə X2 17.05.2019-cu il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan 79802,55 ABŞ dolları əsas, 18582,69 ABŞ dolları faiz olmaqla cəmi borcu 98.385,24 ABŞ dolları məbləğində müəyyən olunur. -Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, “AccessBank" QSC ilə X4 arasında bağlanmış 03 aprel 2015-ci il tarixli 015R********** saylı kredit razılaşması üzrə X2 17.05.2019-cu il tarixə (maliyyə arayışında tələb olunan tarixə) banka olan 36737,01 ABŞ dolları əsas, 8608,42 ABŞ dollar faiz olmaqla cəmi borcu 45.345,43 ABŞ dolları məbləğində müəyyən olunur. Kredit razılaşmaları üzrə cərimə məbləği hesablanmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamalayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminilk, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi əsasında İddiaçı QSC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh1 Bankdan kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı bank tərəfindən cavabdehdən əsas kredit borcları, faiz borclarının ödənilməsi tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İpoteka haqqında Azərbaycan Respuilikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respuilikası Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmeti olan əmlakların ilkin satış qiyməti ilə bağlı razılıq əldə edilsə də məhkəmə ipoteka qoyulmuş əmlakların qiymətləndirilməsini "xxxx" MMC-nə həvalə etmiş və "xxxx" MMC tərəfindən Cavabdeh3 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən əmlakın likvidid dəyəri 65000 manat və təşkil edir. Cavabdeh8 mülkiyyətində olan Şəki şəhəri, X6 prospektində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv/m ümumi, 85,22 kv/m əsas, 46,24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının (YDM) evin ilkin qiyməti kimi müəyyən edilmiş likvidid dəyəri 250000 manat sonradan tərəflərdən heç biri tərəfindən mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh1, “Nigar" firmasından, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada - 15K000000022 saylı kredit razılaşması üzrə 68370,212 ABŞ dolları əsas, 15839,87 ABŞ dolları faiz borcu olmaqla 84210,082 ABŞ dolları borc, 10 oktyabr 2014-cü il tarixli 015K**********87 saylı kredit razılaşması üzrə 79802,55 ABŞ dolları əsas, 18582,69 ABŞ dolları faiz borcu olmaqla cəmi 98385,24 ABŞ dolları borc, 03 aprel 2015-ci il tarixli 015R********** saylı kredit razılaşması üzrə 36737,01 ABŞ dolları əsas, 8608,42 ABŞ dolları faiz borcu olmaqla cəmi 45345,43 borc məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli; ƏMDK yanında DƏDRX-in Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı QSC-nin adına yüklü edilmiş Cavabdeh3 məxsus ünvan 3 saylı fərdi yaşayış evi likvidid dəyəri olan 65000 manata, ƏMDK yanında DƏDRX-in Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı QSC-nin adına yüklü edilmiş Cavabdeh8na məxsus Şəki şəhəri, X6 prospektində mülkiyyətində 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv/m ümumi, 85,22 kv/m əsas, 46,24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (YDM) 250000 manata (likvidid dəyəri) açıq hərracda satılmalı və satışdan əldə edilən pul vəsaitinin göstərilən pul tələblərinin təmin edilməsi üçün İddiaçı QSC-yə ödənilməli, əsaslı olmadığından iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 400 manat Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8ndan müştərək qaydada alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməlidir. Həmçinin, 145 manat mühasibatlıq ekspertiza xərci Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8ndan müştərək qaydada alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X1 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1, “Nigar" firmasından, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada - 15K000000022 saylı kredit razılaşması üzrə 68370,212 ABŞ dolları əsas, 15839,87 ABŞ dolları faiz borcu olmaqla 84210,082 ABŞ dolları borc, 10 oktyabr 2014-cü il tarixli 015K**********87 saylı kredit razılaşması üzrə 79802,55 ABŞ dolları əsas, 18582,69 ABŞ dolları faiz borcu olmaqla cəmi 98385,24 ABŞ dolları borc, 03 aprel 2015-ci il tarixli 015R********** saylı kredit razılaşması üzrə 36737,01 ABŞ dolları əsas, 8608,42 ABŞ dolları faiz borcu olmaqla cəmi 45345,43 borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat dövlət rüsumu və 40 manat xidmət haqqı tutulub İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. ƏMDK yanında DƏDRX-in Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı QSC-nin adına yüklü edilmiş Cavabdeh3 məxsus ünvan 3 saylı fərdi yaşayış evi 65000 manata, ƏMDK yanında DƏDRX-in Seriya RX ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla İddiaçı QSC-nin adına yüklü edilmiş Cavabdeh8na məxsus olan Şəki şəhəri, X6 prospektində mülkiyyətdə olan 0,0374 ha torpaq sahəsində yerləşən 7 girişli, 424,46 kv/m ümumi, 85,22 kv/m əsas, 46,24 kv/m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (YDM) 250000 manata açıq hərracda satılsın və satışdan əldə edilən pul vəsaitin göstərilən tələblərin təmin edilməsi üçün İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 400 manat Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8ndan müştərək qaydada alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilsin. Həmçinin, 145 manat mühasibatlıq ekspertiza xərci Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh8ndan müştərək qaydada alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********,X1 KOD 210005 VÖEN **********,Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar