Məhkəmə qərarları › İş №2(075)-52/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-52/2022

04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-52/2022 04.02.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, İmamverdiyeva Pərvin Arif qızının katibliyi, iddiaçı ASC «Xalq» Bankının etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh1 iştirakları ilə İddiaçı ASC «Xalq» Bankının cavabdehlər Cavabdeh4 Müşviq oğlu, Cavabdeh1, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 Müşviq qızına qarşı «borcun ipoteka predmeti olan əmlaka yönəldilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC «Xalq» Bankı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyun 2014-cü il tarixli, **********67914/1 №li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh4 Müşviq oğluna məxsus olan Şəki şəhəri, X2 prospektində istifadədə olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzilə tutmanın yönəldilməsi, ipoteka predmeti açıq hərracda satılması və 13 iyun 2014-cü il tarixli, **********67914 №-li Kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı 40 224.03 (qırx min iki yüz iyirmi dörd manat 03 qəpik) manat əsas borcu, 21 iyun 2021-ci il tarixinədək kreditdən istifadəyə görə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 8 595.62 (səkkiz min beş yüz doxsan beş manat 62 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, cəmi 48 819.65 (qırx səkkiz min səkkiz yüz on doqquz manat 65 qəpik) manat və 21 iyun 2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 (iyirmi) manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 30 (otuz) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehlərdən iddiaçının xeyrinə tutulması, mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh4 Müşviq oğlu, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 Müşviq qızı və Cavabdeh1, onların ailə üzvləri və digər şəxslər mənzili 1 (bir) ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları, ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyəri 44 000 (qırx dörd min) manat məbləğində təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı ASC «Xalq» Bankı iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci bəndinə müvafiq dəyişikliyi edib 13 iyun 2014-cü il tarixli, **********67914/1 №li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh4 Müşviq oğluna məxsus olan Şəki şəhəri, X2 prospektində istifadəsində olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 13 iyun 2014-cü il tarixli, **********67914 №li Kredit müqaviləsi üzrə Borc alan Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı 39 664.03 (otuz doqquz min altı yüz altmış dörd manat 03 qəpik) manat əsas borcu, 29.07.2021-ci il tarixinədək kreditdən istifadəyə görə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 9207.60 (doqquz min iki yüz yeddi manat 60 qəpik) manat məbləğində adi faizlər üzrə borc məbləği, cəmi 48 781.63 (qırx səkkiz min yeddi yüz səksən bir manat 63 qəpik) manat və 29.07.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz laiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 (iyirmi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı ASC «Xalq» Bankı iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərilmiş tələblərinin 1-ci bəndinə müvafiq dəyişikliyi edib 13 iyun 2014-cü il tarixli, **********67914/1 №li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh4 Müşviq oğluna məxsus olan Şəki şəhəri, X2 prospektində istifadəsində olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzilə tutmanın yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması və 13 iyun 2014-cü il tarixli, **********67914 №li Kredit müqaviləsi üzrə Borc alan Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı qarşısında 39574.03 manat əsas borcu, 27.12.2021-ci il tarixinədək kreditdən istifadəyə görə illik 18 % (on səkkiz faiz) dərəcəsi ilə hesablanmış 12114.37 manat məbləğində adi faizlər üzrə borc məbləği, cəmi 51688.40 manat və 27.12.2021-ci il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18 % (on səkkiz laiz) dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 (iyirmi) manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı ASC «Xalq» Bankı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC «Xalq» Bankı ilə bağladığı 13 iyun 2014-cü il tarixli, **********67914 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 38300 ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra Borc alan ilə İddiaçı arasında “13.06.2014-cü il tarixli, **********67914 №-li Kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyasına dair 29.11.2017-ci il tarixli 01 №-li Əlavə Saziş bağlanmışdır. Qeyd edilən 01 №-li Əlavə Sazişlə İddiaçı və Borc alan sonuncunun Kredit müqaviləsi üzrə Bank qarşısındakı 29.11.2017-ci il tarixinə mövcud olan vaxtı keçmiş əsas borcunun əsas borc kateqoriyasına keçirilməklə, kreditdən istifadəyə görə hesablanmış faiz borcunun bir hissəsinin əsas borc məbləğinə kapitallaşdırılmaqla, kreditləşmə müddəti 52 (əlli iki) ay artırmaqla, kreditdən istifadəyə görə müəyyən edilmiş illik faiz dərəcəsini endirməklə, habelə kreditdən istifadəyə görə hesablanmış adi faiz borcunun əsas borc məbləğinə kapitallaşdırılmayan hissəsinin və Borc alan tərəfindən öhdəliklərin icrası pozulduğu üçün hesablanmış penya məbləğinin güzəşt olunaraq silinməsi yolu ilə restrukturizasiyası və kredit müqaviləsinə əsasən Borc alana verilmiş kredit üzrə ABŞ dollarında ifadə edilmiş öhdəliyin valyutasının həmin kredit üzrə Azərbaycan manatında ifadə edilmiş öhdəliyin valyutasına çevrilməsi (konvertasiya edilməsi) barədə razılığa gəlmişlər. Beləliklə 29.11.2017-ci il tarixli, 01 №-li Əlavə Sazişə əsasən kredit üzrə əsas borcun məbləği 61000 (altmış bir min) manat, kreditin qaytarılması müddəti isə 52 (əlli iki) ay uzadılaraq 100 (bir yüz) ay müəyyən edilmiş, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 19 %-dən (on doqquz faizdən) illik 18 %-dək (on səkkiz faizədək) azaldılmışdır. Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin elmək məqsədilə iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh4 Müşviq oğlunun qanuni nümayəndəsi Cavabdeh2 arasında sonuncunun Şəki şəhəri, X1 prospektində istifadəsində olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 k.m ümumi, 37.13 k.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzilin ipoteka qoyulması barədə 13.06.2014-cü il tarixli **********67914/1 №-li İpoteka müqaviləsi ((həmin müqaviləyə 29.11.2017-ci il tarixli 01 №-li Əlavə Saziş nəzərə alınmaqla), bundan sonra birlikdə “İpoteka müqaviləsi” adlandırılacaq)) bağlanmışdır. Bankın yuxarıda qeyd edilən ipoteka predmetinə ipoteka hüququnun qeydiyyata alınmasına dair ASC “Xalq” Bankına AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27.12.2017-ci il tarixli RX seriyalı ******* №-li Çıxarış verilmişdir. Kredit müqaviləsinin 2.4-cü bəndinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən borc alan Cavabdeh1 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Belə ki, 21.06.2021-ci il tarixinə borc alan Cavabdeh1 Kreditor qarşısında gecikdirilmiş borcu 25 588.20 (iyirmi beş min beş yüz səksən səkkiz manat 20 qəpik) manat təşkil edir ki, bunun da 16 992,58 (on altı min doqquz yüz doxsan iki manat 58 qəpik) manat vaxtı keçmiş əsas borcdan, 8 595,62 (səkkiz min beş yüz doxsan beş manat 62 qəpik) manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə borc alan Cavabdeh1 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsinə görə Banka Kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % (on beş faiz) dərəcəsi ilə penya da ödəməlidir. Lakin Bankın daxili qərarına əsasən Kredit müqaviləsi üzrə penyanın hesablanması 01.04.2020-ci il tarixdən etibarən Borc alanın xeyrinə dayandırılmışdır. Kredit müqaviləsi üzrə borc alan Cavabdeh1 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq İddiaçının Kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən əsas borc məbləğinin qaytarılmasını və əsas borc məbləğinə hesablanmış faizlərin ödənilməsini vaxtından əvvəl tələb etmək və öz tələblərini «İpoteka haqqında» Azərbaycan Respublikasının 15 aprel 2005-ci il tarixli Qanununun 34-cü maddəsinə əsasən ipoteka qoyulmuş əmlak hesabına təmin etmək hüququ yaranmışdır. İddiaçı tərəfindən həmin Qanunun 36-cı maddəsinə uyğun olaraq Cavabdeh4 Müşviq oğluna (İpoteka qoyan) ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında 27.04.2021-ci il tarixli, 230 №-li bildiriş verilmiş və İddiaçı qarşısında yaranmış borcun ipoteka qoyulmuş əmlak hesabına ödənilməsi üçün ipoteka predmctinin 30 (otuz) gün müddətindən gec olmayaraq satılması tələb edilmişdir. İddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə 04.05.202l-ci il tarixli 246 №-li Ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsinə müraciət edilmiş və ərizənin surətində 06.05.2021-ci il tarixdə qəbul edilməsi barədə müvafiq qeyd aparılmışdır. İddiaçı tərəfindən Cavabdeh4 Müşviq oğluna ipoteka predmctinin satılması və İddiaçının tələblərinin ödənilməsi üçün kifayət qədər vaxt verilməsinə baxmayaraq, bu günə kimi borcun ödənilməsi üçün heç bir əməli addım atılmamışdır. Odur ki, bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı ASC «Xalq» Bankının nümayəndəsi etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 göstərdi ki, kənd qəbiristanlığının əsaslı təmir edilməsi üçün ASC «Xalq» Bankından 2014-cü ildə 29000 manat məbləğində kredit götürmüşdür. Həmin borcla bağlı banka 70000 manat ödəniş etmişdir. Sonradan dollar qalxmış, işini itirmiş və borcu ödəmək imkanı olmamışdır. Ona görə də banka müraciət edərək müqavilənin manatla bağlanmasını xahiş etmiş, bank qalıq borcu və faizləri birlikdə hesablayıb yeni müqavilə bağlamış, onu yenidən 100000 manat borclandırmışdır. Borcunu ödəməkdən yayınmır. Banka da bu barədə məlumat vermişdir. Lakin bankdan ona bildirmişlər ki, nə qədər ödəniş etsə də, borc məbləği mütəmadi şişəcək, hətta borc tam bağlanandan sonra belə bank onu məhkəməyə verib faizləri tələb edə bilər. İpoteka predmeti olan əmlak mərhum babası Əhmədiyyə Cəbrayılovdan qalmış, onlar üçün mənəvi əhəmiyyəti böyükdür. Ona görə evin satılmasını deyil, borcunu ödəmək istəyir. Hətta həmin evin əvəzində digər evinin də borcla əvəzləşdirilməsini banka təklif etmişdir. Lakin bank onunla heç cür razılığa gəlməmişdir. Məhkəmədən xahiş edir ki, onun konkret borcu müəyyən edilsin və ödəniş cədvəli təqdim edilsin. O da bilsin ki, borcu neçə ilə tam bağlaya bilər. Bütün bunları nəzərə alaraq məhkəmədən qanuni və ədalətli qərar qəbul edilməsini xahiş edir. Digər cavabdehlər Cavabdeh4 Müşviq oğlu, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh3 Müşviq qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: 13 iyun 2014-cü il tarixli, **********67914 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasında ASC «Xalq» Bankı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 38300 ABŞ dolları məbləğində kredit verilmişdir. 13 iyun 2014-cü il tarixli, **********67914/1 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 borc öhdəliklərinin təmini üçün ASC «Xalq» Bankına Cavabdeh4 Müşviq oğluna məxsus olan Şəki şəhəri, X2 prospektində istifadədə olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin bazar qiyməti 48000 manat, likvid dəyəri 44000 manat müəyyən edilmişdir. ASC «Xalq» Bankı ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli, **********67914 №-li Kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyasına dair 29.11.2017-ci il tarixli 01 №-li Əlavə Sazişdən görünür ki, kredit üzrə əsas borcun məbləği 61000 manat, kreditin qaytarılması müddəti isə 52 ay uzadılaraq 100 ay müəyyən edilmiş, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 19 %-dən illik 18 %-dək azaldılmışdır. 30 noyabr 2017-ci il tarixli, 3M-225 saylı ipoteka müqaviləsinə 01 №-li Əlavə Sazişdən görünür ki, Cavabdeh1 borc öhdəliklərinin təmini üçün ASC «Xalq» Bankına Cavabdeh4 Müşviq oğluna məxsus olan Şəki şəhəri, X2 prospektində istifadədə olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. 27 dekabr 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ipotekaqoyan Cavabdeh4 Müşviq oğlu arasında 13 iyun 2014-cü il tarixli, **********67914/1 saylı İpoteka müqaviləsinin şərtlərinə görə ASC «Xalq» Bankının xeyrinə Cavabdeh4 Müşviq oğluna məxsus olan Şəki şəhəri, X2 prospektində istifadədə olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzil ipoteka ilə yüklü etmişdir. 27 aprel 2021-ci il tarixli, 230 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri, X2 prospektində istifadədə olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzilə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh4 Müşviq oğluna izah edilmişdir. ASC «Xalq» Bankı tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə ünvanlanmış 04 may 2021-ci il tarixli, 246 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına dair ərizələrdən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, X2 prospektində istifadədə olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzilə tutmanın yönəldilməsi haqda bildirişlərin qeydə alınmasına dair ASC «Xalq» Bankının ərizəsi DƏDRX-nin 12 saylı Ərazi idarəsində 06 may 2021-ci il tarixdə qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən 29 oktyabr 2021-ci il tarixdə verilmiş, ƏEM/M 03-1009/2021 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh4 Müşviq oğluna məxsus olan Şəki şəhəri, X2 prospektində istifadədə olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzilin hazırkı bazar qiymətləri ilə müqayisədə bazar dəyəri 70000 manat, likvid dəyəri 65000 manat təşkil edir. Xidmət haqqı "xxxx" MMC-nin tarif cədvəlinə müvafiq olaraq 200 manat təşkil edir. Məhkəmə iclasında cavabdehin izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, Cavabdeh1 13 iyun 2014-cü il tarixli, **********67914 kredit xətti müqaviləsinə əsasən bank tərəfindən illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 38300 ABŞ dolları məbləğində kredit verilmişdir. ASC «Xalq» Bankı ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli, **********67914 kredit müqaviləsi üzrə borc alanın öhdəliklərinin təminatı olaraq ASC «Xalq» Bankı ilə Cavabdeh1 qanuni nümayəndəsi Cavabdeh2 arasında ipoteka müqaviləsi imzalanmış, imzalanmış ipoteka müqaviləsinə əsasən Cavabdeh4 Müşviq oğluna məxsus olan Şəki şəhəri, X2 prospektində istifadədə olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzil ASC «Xalq» Bankı qarşısındakı 13 iyun 2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü etmişdir. Həmçinin, ASC «Xalq» Bankı ilə Cavabdeh1 arasında bağlanmış 13 iyun 2014-cü il tarixli, **********67914 №-li Kredit müqaviləsi üzrə mövcud borcun restrukturizasiyası və kredit öhdəliyinin valyutasının konvertasiyasına dair 29.11.2017-ci il tarixli 01 №-li Əlavə Sazişə əsasən kredit üzrə əsas borcun məbləği 61000 manat, kreditin qaytarılması müddəti isə 52 ay uzadılaraq 100 ay müəyyən edilmiş, kreditdən istifadəyə görə faiz dərəcəsi isə illik 19 %-dən illik 18 %-dək azaldılmış, 30 noyabr 2017-ci il tarixli, 3M-225 saylı ipoteka müqaviləsinə 01 №-li Əlavə Sazişə əsasən Cavabdeh1 borc öhdəliklərinin təmini üçün ASC «Xalq» Bankına Cavabdeh4 Müşviq oğluna məxsus olan Şəki şəhəri, X2 prospektində istifadədə olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit borcunun kredit müqaviləsi və ona əlavə sazişə uyğun şəkildə ödənilməsi barədə bank tərəfindən cavabdehə edilmiş xəbərdarlıqların da heç bir nəticəsi olmamışdır. İpoteka predmeti olan evin yüklülüyünə dair reyestrdən çıxarış verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamalayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.Tərəflər arasında belə bir müqavilə bağlanmışdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçı ASC «Xalq» Bankından kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə üzrə öhdəliklərin icrasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh1 iddiaçı ASC «Xalq» Bankından kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit borcunun qaytarılmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. «İpoteka haqqında Azərbaycan Respublikası Qanunu»nun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanununun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli qərardadının 21-ci bəndinə əsasən kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Göründüyü kimi 13 iyun 2014-cü il tarixli, **********67914/1 saylı ipoteka müqaviləsi və 30 noyabr 2017-ci il tarixli, 3M-225 saylı ipoteka müqaviləsinə 01 №-li Əlavə Saziş ilə Cavabdeh4 Müşviq oğluna məxsus olan Şəki şəhəri, X2 prospektində istifadədə olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzilin dəyəri tərəflərin qarşılıqlı razılaşması ilə bazar qiyməti 48000 manat, likvid dəyəri 44000 manat olmaqla müəyyən edilmiş, ipoteka predmetinin dəyəri cavabdeh tərəfindən mübahisələndirildiyindən əmlakın qiymətləndirilməsi müstəqil qiymətləndiriciyə həvalə edilmiş, əmlakın bazar qiyməti 70000 manat, likvid dəyəri 65000 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. Odur ki, məhkəmə Cavabdeh4 Müşviq oğluna məxsus olan Şəki şəhəri, X2 prospektində istifadədə olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzilin ilkin satış (likvid) qiymətinin 65000 manat məbləğində müəyyən edilməklə hərraca çıxarılmasını daha ədalətli, əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. “İpoteka haqqında Azərbaycan Respublikasının Qanunu”nun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipotekaya qoyulmuş olsun. “İpoteka haqqında Azərbaycan Respublikası Qanunu”nun 59-cu maddəsinin məzmunundan göründüyü kimi ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini onun satışından sonra ən geci bir ay ərzində tərk etməlidirlər. Yaşayış sahəsinə ödəmə yönəldilmədən və onun satışı həyata keçirilmədən, mülkiyyətçinin mülkiyyət, digər şəxslərin isə istifadə hüquqlarının məhdudlaşdırılması ilə bağlı məsələnin qabaqcadan həlli yol verilməzdir. Həmin Qanununun 42.8-ci maddəsinin tələbinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab edilir. Əmlakın satış məqamınadək ipoteka qoyanın ipoteka ilə yüklü edilmiş əmlaka mülkiyyət hüququnun qaldığını, əmlakın gələcək mülkiyyətçisinin kimliyinin yalnız onun satış məqamından sonra müəyyənləşəcəyini, gələcək mülkiyyətçinin ipoteka qoyanla kirayə müqaviləsini də bağlama imkanını nəzərə alaraq iddianın ipoteka saxlayan ASC «Xalq» Bankının iddia tələbinin ipoteka predmeti olan Cavabdeh4 Müşviq oğluna məxsus olan Şəki şəhəri, X2 prospektində istifadədə olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzilə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4 Müşviq oğlu, Cavabdeh2, Cavabdeh5, Cavabdeh3 Müşviq qızı və Cavabdeh1 həmin əmlakdan məcburi qaydada çıxarılmalarına dair hissəsi əsaslı olmadığından təmin edilməməlidir. Belə ki, iddia tələbi həmin hissədə qeyrimüəyyən olmaqla ipoteka predmeti açıq hərracda realizə edildikdən sonra yeni mülkiyyətçi ilə mənzildə yaşayanların istifadə hüququ ilə hər hansı bir mübahisə yarandığı halda iddiaçının məhkəməyə müraciət etmək hüququ yaranacaqdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, 13 iyun 2014-cü il tarixli, **********67914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh4 Müşviq oğluna məxsus Şəki şəhəri, X2 prospektində istifadədə olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzilə tutma yönəldilərək ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə açıq hərracda satılmalı, əmlakın satışından əldə olunmuş vəsait hesabına 13 iyun 2014-cü il tarixli, **********67914 №li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC “Xalq” Bankı qarşısında 39574.03 manat əsas borcu, 27.12.2021-ci il tarixinədək kreditdən istifadəyə görə illik 18% dərəcəsi ilə hesablanmış 12114.37 manat məbləğində adi faizlər üzrə borc məbləği olmaqla, cəmi 51688.40 manat borc, həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh1 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc iddiaçı ASC «Xalq» Bankının xeyrinə tutulmalı, əsaslı olmadığından iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə təyin edilmiş qiymətləndirmə ilə bağlı Cavabdeh1 müstəqil qiymətləndirici "xxxx" MMC-nin xeyrinə 200 manat xidmət haqqı tutularaq VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 hesaba ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 13 iyun 2014-cü il tarixli, **********67914/1 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və mülkiyyət hüququ əsasında Cavabdeh4 Müşviq oğluna məxsus Şəki şəhəri, X2 prospektində istifadədə olan 0.0927 ha torpaq sahəsində yerləşən 193 nömrəli, 5 mərtəbəli binanın 1-ci girişində, 2-ci mərtəbəsində yerləşən 65.04 kv.m ümumi, 37.13 kv.m yaşayış sahədən ibarət 3 otaqlı 6 nömrəli mənzilə tutma yönəldilərək ilkin satış qiyməti 65000 manat müəyyən edilməklə açıq hərracda satılsın. Əmlakın satışından əldə olunmuş vəsait hesabına 13 iyun 2014-cü il tarixli, **********67914 №li Kredit müqaviləsi üzrə Cavabdeh1 ASC “Xalq” Bankı qarşısında 39574.03 manat əsas borcu, 27.12.2021-ci il tarixinədək kreditdən istifadəyə görə illik 18% dərəcəsi ilə hesablanmış 12114.37 manat məbləğində adi faizlər üzrə borc məbləği olmaqla, cəmi 51688.40 manat borc, həmçinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 20 manat məbləğində çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən ASC «Xalq» Bankının xeyrinə tutulsun. Cavabdeh1 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc ASC «Xalq» Bankının xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 müstəqil qiymətləndirici "xxxx" MMC-nin xeyrinə 200 manat xidmət haqqı tutularaq VÖEN:**********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN:**********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar