Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-556/2024 05.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, Ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi olmaqla “qohumluq münasibətləri faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisi olmaqla, ərizə ilə məhkəməyə müraciət edərək, mərhum babası X22 miras qoyan mərhum X12 oğlu, onun atası X6 mərhum X8 oğlu, ərizəçilər Ərizəçi2 və X2 miras qoyan X12 nəticələri olması kimi qohumluq münasibətlərinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki işə məhkəmədə baxılan zaman ərizəçilər Ərizəçi2 və Ərizəçi1 tələbin dəqiqləşdirilməsi barədə elektron ərizə ünvanlayaraq mərhum babası X22 miras qoyan mərhum X12 oğlu, ərizəçilər Ərizəçi2 və X2 miras qoyan X12 nəticələri olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi (azaldılması) barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Ərizə onun əsaslandırılmışdır ki, hal-hazırda onların yaşadıqları ünvan 1 ünvanı Azadlıq küçəsi 7) fərdi yaşayış evi ataları X9 nənəsi X11 miras qalmışdır. Sözügedən şəxs, yəni mərhum Nərgiz Xəlilovanın onlar nəticələridirlər. Nərgiz Xəlilova 10 dekabr 1942-ci il tarixdə, onun oğlu, yəni onların babaları X32 26 mart 1969-cu ildə onun nəvəsi yəni onların ataları X13 isə 05 dekabr 2000-ci il tarixdə vəfat etmişdir. Hazırki mübahisləndirilən evdə miras qoyan Nərgiz Xəlilovadan sonra oğlu İsa Xəlilov mirası qəbul edərək ölədənək yaşamış onun ölümündən sonra isə ataları İsfəndiyar Hüseynov mirası qəbul edərək yaşamış, sonuncunun ölümündən sonra ilə onlar qardaşlar həmin evdə anadan olmuş, mirası qəbul edərək hal-hazıradək həmin evdə yaşayırlar. Onlar əvvəl paylarına uyğun olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün hazırkı iş üzrə cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə müraciət etmişlər. Cavabdeh tərəfindən notariat hərəkətinin aparılmasından imtina haqqında xx.xx.2023-cü il tarixli qərar verilmişdir. İmtina üçün əsas kimi qohumluq əlaqələrini müəyyən etməyin mümkün olmaması və mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi göstərilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İmtinanın müddətin ötürülməsi hissəsi ilə bağlı miras faktiki olaraq qəbul edildiyindən hesab edirlər ki, əsaslı deyildir. Lakin, imtinanın qohumluq əlaqələrinin müəyyən edilməsi hissəsinə münasibətdə, bununla bağlı məhkəməyə müraciət etməlidirlər. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Hazırkı vəziyyətdə onların qohumluq münasibətlərinin, yəni babası X22 mərhum X12 oğlu, ataları X6 mərhum X22 oğlu, onların isə mərhum X12 nəticələri olması faktının başqa qaydada müəyyən edilməsi mümkün deyildir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında iştirak edən ərizəçilərin nümayəndəsi və vəkili Nümayəndə ərizəyə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Maraqlı şəxsin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materialarında olan: - 12 avqust 1995-ci il tarixli, İ-ИЕ 006445 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü Ərizəçi2 atası X13, anası X24r. - 16 noyabr 1962-ci il tarixli, AЗ 338059 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi1 atası X13, anası X24r. - 01 may 1997-ci il tarixli, V-ЖГ 258234 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.1997-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 226 nömrə ilə qeyd edilmişdir. - 01 fevral 2001-ci il tarixli, AZ 081542 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx.xx.2000-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 55 nömrə ilə qeyd edilmişdir. - 29 may 1953-cü il tarixli, ИЕ 181831 seriya nömrəli evlənmə haqqında şəhadətnamədən X13 ilə X37 arasında xx.xx.1958-ci il tarixdə bağlanmış nikah nikahın bağlanması haqqında akt qeydləri kitabında 115 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. - AA 018768 seriya nömrəli təvəllüd şəhadətnaməsindən görünür ki, İsfəndiyar İsa oğlu 23 yanvar 1927-ci il tarixdə anadan olmuşdur. - 16 sentyabr 2023-cü il tarixli, 107 nömrəli arayışdan görünür ki, Ərizəçi2 ünvan 2 ünvanında yaşayır. - 19 noyabr 2023-cü il tarixli, 111 nömrəli arayışdan görünür ki, Ərizəçi1 Şəki şəhər, “Giləhli” məhəlləsi, Azadlıq küçəsi, ev 38 ünvanında yaşayır. - 12 dekabr 1942-ci il tarixli, 576 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1942-ci il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 576 nömrə ilə qeyd edilmişdir. - 09 aprel 1969-cu il tarixli, ИЕ 333156 seriya nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 xx.xx.1969-cu il tarixdə vəfat etməsi ölüm haqqında akt qeydləri kitabında 106 nömrə ilə qeyd edilmişdir. - 16 oktyabr 2023-cü il tarixli, 108 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, X25 xx.xx.1942-ci il tarixdə vəfat etmiş, onun qalmış ailə üzvləri oğlu X32, nəvəsi X13, nəticəsi Ərizəçi1 və nəticəsi Ərizəçi2dur. - 14 sentyabr 2023-cü il tarixli, 103 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, X13 xx.xx.2000-ci il tarixdə vəfat etmiş, onun qalmış ailə üzvləri həyat yoldaşı X33, oğlu Ərizəçi2, qızı X4, qızı X5 və oğlu Ərizəçi1dur. - 14 noyabr 2023-cü il tarixli, X-4455 saylı notariat hərəkətinin aparılmasından imtina haqqında qərardan görünür ki, Ərizəçi1 etibarnamə üzrə nümayəndəsi X18 ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Ərizəçi1 miras qoyan şəxslə qohumluq əlaqələrini müəyyən edən sənədləri təqdim edə bilməmişdir. Belə olan halda, miras qoyanla qohumluq əlaqəsini müəyyən etmək mümkün deyildir. - Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli, 3-16- 5/8-H-69-329/2024 saylı arayışdan görünür ki, X27 və X7 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində nikah haqqında akt qeydi aşkar olunmamışdır. - Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 10 yanvar 2024-cü il tarixli, 3-16- 5/8-H-69-330/2024 saylı arayışdan görünür ki, 1895-ci ildə Şəki şəhərində anadan olmuş X19 barəsində Şəki rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır. - Şəki rayon qeydiyyat şöbəsinin 10 yanvar 2024-cü il tarixli, 3-16-5/8-H-xx-xx/2024 saylı məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində və Dövlət Tarix X1 və X19 doğumu haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki rayon qeydiyyat şöbəsində doğumun qeydə alınması üçün qanunvericilikdə göstərilmiş müvafiq sənədlər təqdim edilmədiyinə görə doğum qeydiyyatının aparılması mümkün deyildir. X25 ilə X19 qohumluq münasibətlərinin təsdiq edilməsi və ya doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin 27 dekabr 2023-cü il tarixli, 3-48-TA/2-00848/2023 saylı məktubundan görünür ki, Şəki şəhəri üzrə 1895-ci ilə dair vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına dair sənədlər X38 təhvil verilmədiyi üçün X22 doğum akt qeydinin araşdırılması tərəflərindən mümkün olmamışdır. Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Tarix Arxivinin tam surətdə saxlanılmamış “Azərbaycan Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində Şəki şəhəri üzrə 1870-ci ilə dair doğum aktlarının qeydiyyat kitablarında X12 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. - Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X28 ifadəsində göstərmişdir ki, onun atası ilə İsfəndiyar yaxın dost olmuşdur. O da onların evinə oynamağa getmişdir. İsa xəstə olduğu üçün evdə yatmışdır. Təxminən 1969-cu ildə İsa vəfat etmişdir. İsfəndiyar isə 2000-ci il tarixdə vəfat etmişdir. Bildirmişdir ki, İsanın anası Nərgiz olmuşdur. Ancaq onu görməmişdir. İsfəndiyarın özünün 2 oğlu, 2 qızı var idi. Eşitdiyinə görə İsa özü anasının Nərgiz olması barədə danışmışdır. Ərizəçilərin atası öz sağlığında hər oğluna iki otaq ayırmışdır. Fərdi yaşayış evinin 38A hissəsi Əhmədin, 38 hissəsi isə Şahinindir. Məhkəmə iclasında ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, əvvəllər İsfəndiyargilin qonşusu olmuşdur. İsfəndiyarı həmin vaxtlar tanımışdır. İsfəndiyar xəstə olmuşdur. İsfəndiyarın atasını görməmişdir. Tətbiq edilən hüquq: Mülki Prosessual Məcəllənin: 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarının 2-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Həmin qərarın 2.1-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. Mülki Məcəllənin: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hazırkı ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi miras qalmış və hazırda onların yaşadığı evə dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəməkləridir. İş materiallarından müəyyən edilir ki, 26 mart 1969-cu il tarixdə vəfat etmiş X32 10 dekabr 1942-ci il tarixdə vəfat etmiş X12 oğlu olmuşdur. Bundan başqa ərizəçilər Ərizəçi2 və Ərizəçi1 10 dekabr 1942-ci il tarixdə vəfat etmiş X12 nəticələridirlər. X12 mərhum X22 anası olması və ərizəçilərin ulu nənəsi olması iş materiallarında olan sənədlər, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri əsasında öz təsdiqini tapmışdır. Belə ki, mərhum Nərgiz Xəlilova mərhum X22 anası olmuşdur. X46 isə ərizəçilərin babası olmuşdur. X10 ərizəçilərin atasıdır. Ərizəçilər tərəfindən mirasın qəbulu ilə bağlı müvafiq dövlət orqanlarına müraciətlər edilmiş, lakin ona qohumluq əlaqələrinin müəyyən edilməməsi səbəbindən mirasın qəbulunun mümkün olmadığı bildirilmişdir. Ərizəçilər qohumluq faktının müəyyən edilməsi, onlar üçün lazımlı olduğunu onunla əsaslandırırlar ki, onlara qalmış mirası rəsmiləşdirə bilməmişlər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizəçinin tələbi təmin edilməli, X22 mərhum X12 oğlu olması, Ərizəçi2 və X2 X12 nəticələri olması hüquqi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. X22 mərhum X12 oğlu olması, Ərizəçi2 və X2 X12 nəticələri olması hüquqi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçilərin özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №2(075)-556/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-556/2024
05.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver