Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-590/2021 05.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İDDIAÇI BOKT MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Daşınmaz Əmlakın Dövlət Reyestrində 7 nömrəli reyestr kitabında 69 nömrəli vərəqində qeydiyyata alınan Seriya MA ******* nömrəli çıxarışa əsasən Şəki şəhəri, Kalinin küçəsində yerləşən 1 a nömrəli fərdi yaşayış evindən istifadə hüququnun xitam verilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasaında İDDIAÇI BOKT MMC-nin nümayəndəsi X3 izahat verərək göstərdi ki, məhkəmə iclası zamanı onlara məlum olmuşdur ki, hazırki işə dair eyni tələb üzrə 28 sentyabr 2009-cu il tarixli qanuni qüvvəsini almış məhkəmə qətnaməsi mövcuddur. Belə ki, Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2009-cu il tarixli, 2(075)- 900/2009 saylı qətnaməsi ilə X4 ilə “CredAqro” qeyri bank təşkilatı arasında 18 dekabr 2006-cı il tarixdə bağlanmıç CAŞƏK 26183/08 saylı kredit müqaviləsinə xitam verilməsi, həmin müqavilənin təminatı olaraq X2 mülkiyyətində olan və onun tərəfindən ipoteka qoyulmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 22000 ABŞ dolları müəyyən edilməklə satılması, həmin evdə qeydiyyatda olanların və yaşayanların oradan istifadə hüquqlarının istirilmiş hesab edilməsi və boşaldılması, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş puldan əsas kredit məbləğinə görə 11314 ABŞ dolları, əsas məbləğə görə hesablanmış faizə görə 747 ABŞ dolları, hər gecikdirilmiş günə görə cərimə 2540 ABŞ dolları, ümumilikdə əldən çıxmış fayda ilə birlikdə 15722 ABŞ dolları, habelə dövlət rüsumu xərcinə görə 20 manatın tutulub “CredAqro” qeyri bank təşkilatının hesabına keçirilməsi qət edilmişdir. Bütün bunlara görə hesab edir ki, Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2009-cu il tarixli, 2(075)-900/2009 saylı qətnaməsi ilə ünvan 1 fərdi yaşayış evində qeydiyyatda olan şəxslərin həmin yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onların həmin fərdi yaşayış evindən çıxarılmaları artıq qət edildiyindən hazırki mülki işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının iş üzrə icraata xitam verilməsi barədə ərizəsini və mülki iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata xitam verilir. İşdə olan Şəki Rayon Məhkəməsinin 28 sentyabr 2009-cu il tarixli, 2(075)-900/2009 saylı qətnaməsinin təsdiq edilmiş surətindən görünür ki, X4 ilə “CredAqro” qeyri bank təşkilatı arasında 18 dekabr 2006-cı il tarixdə bağlanmıç CAŞƏK 26183/08 saylı kredit müqaviləsinə xitam verilməsi, həmin müqavilənin təminatı olaraq X2 mülkiyyətində olan və onun tərəfindən ipoteka qoyulmuş ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin hərracda ilkin satış qiymətinin 22000 ABŞ dolları müəyyən edilməklə satılması, həmin evdə qeydiyyatda olanların və yaşayanların oradan istifadə hüquqlarının istirilmiş hesab edilməsi və boşaldılması, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş puldan əsas kredit məbləğinə görə 11314 ABŞ dolları, əsas məbləğə görə hesablanmış faizə görə 747 ABŞ dolları, hər gecikdirilmiş günə görə cərimə 2540 ABŞ dolları, ümumilikdə əldən çıxmış fayda ilə birlikdə 15722 ABŞ dolları, habelə dövlət rüsumu xərcinə görə 20 manatın tutulub “CredAqro” qeyri bank təşkilatının hesabına keçirilməsi qət edilmişdir. Göründüyü kimi hazırki iddia tələbi üzrə eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiаçı İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261.0.2, 263-264, 266- 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə işin icraatına xitam verilsin. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-590/2021
Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-590/2021
05.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver