Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-6/2022 19.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Mehdiyev Elçin Məhəmməd oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxsnə qarşı mülkiyyətə maneəyə son qoyulması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk iddia və Cavabdeh İddiaçı qarşı dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın sökülməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şəki şəhəri, Məmməd Cabbarov küçəsi 11/23 saylı fərdi yaşayış evinin girişində Cavabdeh inşa etdiyi özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, cavabdehin qanunsuz əməllərinə son qoyulması və vurulmuş maddi ziyan kimi 5000 manat, mənəvi ziyan kimi 50000 manatın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı məhkəməyə 31 may 2021-ci il tarixdə daxil olmuş qarşılıqlı iddia ərizəsində onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş cavabdeh İddiaçı məxsus dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın cavabdeh İddiaçı öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək iddiasındakı cavabdehin hesabına sökülməsi hissəsindəki sözlərin əvəzinə sökülsün sözləri ilə əvəz olunmasını, yəni Cavabdeh inşa etdiyi özbaşına tikilinin sökülməsi, cavabdehin qanunsuz əməllərinə son qoyulması və vurulmuş maddi və mənəvi ziyan kimi 5000 manat, mənəvi ziyan kimi 50000 manatın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə məhkəmənin icratına qəbul edilmişdir. İddiaçı vəsatətinə əsasən Maraqlı şəxs sonradan iş üzrə cavabdeh qismində cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini belə əsaslandırdı ki, Şəki şəhəri Məmməd Cabbarov küçəsi 11/23-də yerləşən mülkiyyətində olan fərdi yaşayış evinin qonşuluğunda yaşayan Cavabdeh Abdulləvəl oğlu fərdi yaşayış evinin qarşısında heç bir rəsmi icazəsi olmadan 2 mərtəbəli özbaşına tikili inşa etmişdir. Hansıki, bu özbaşına tikili fərdi yaşayış evinə giriş-çıxış üçün məhdudiyyət yaratmaqla yanaşı, qəzalı vəziyyətdə olması səbəbindən onun qarşısından keçən insanların həyatı üçün də açıq-aşkar təhlükədir. Bununla yanaşı cavabdehin inşa etdiyi özbaşına tikili səbəbindən gələcəkdə öz darvazasının yerini dəyişmək imkanından da məhrum olmuşdur. Beləki, əgər bunu etsə özbaşına tikilinin divarını uçurtmaq məcburiyyətində qalacaqdır. Belə olan halda isə cavabdehlə aralarında növbəti mübahisə yaranacaqdır. Özbaşına tikilinin sökülməsi ilə bağlı dəfərlərlə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh tərəfindən həyətyanı sahədən şöl tərəfdə inşa edilmiş tikilinin saxlanılması onun mülkiyyətində olan torpaq sahəsindən istifadəyə ümumilikdə maneçilik yaradır. Onun Cavabdeh qarşı qaldırdığı hazırkı iddia tələbi üzrə məhkəmə tərəfindən X5 və Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməklə bir neçə dəfə ekspertiza tədqiqatı aparılmışdır. Lakin həm X3 mütəxəssisləri həm də Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri tərəfindən ona məxsus darvazanın yerinin dəyişdirilməsinin cavabdehin inşa etdiyi tikilinin divarlarına ziyan vura biləcəyi, ziyan vura bilərsə həmin tikilinin hansı hissəsinə ziyan vura biləcəyinə dair sual cavablandırılmamışdır. Həmçinin hesab edir ki, X3 mütəxəssislərinin apardığı tədqiqat ekspertiza tədqiqatı ilə müqayisədə daha dolğun olduğundan məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən məhz X3 verdiyi rəylərə istinad edilməlidir. Bundan başqa uzun müddətdir ki, onunla cavabdeh arasında həm hazırda mübahisələndirilən tikilinin, həm də buna qədər məhkəmədə mübahisələndirdiyi tikilinin sökülməsi ilə bağlı iddia tələbləri üzrə məhkəmə iclaslarında iştirak etmək üçün yaşadığı Bakı şəhərindən Şəki şəhərinə gəlib getmək məcburiyyətindədir. Hər dəfə Şəki şəhərinə gəlib-qayıtması üçün yol pulundan əlavə digər zəruri ehtiyaclarının ödənilməsi üçün pul vəsaitini xərcləməli olmuşdur. Bundan başqa cavabdeh tərəfindən hüquqlarının pozulması ilə bağlı məhkəmələrə müraciət etməli, məhkəmə prosesləri ilə bağlı mütəmadi olaraq Şəki şəhərinə gəlib-qayıtmalı olduğundan işini də itirmişdir. Buna görə də davamlı olaraq hər hansı fəaliyyətlə də məşğul ola bilmir. Bütün bunlar onun cavabdehin təqsiri ucbatından maddi ziyana məruz qalmasının göstəricisidir. Həmçinin onun hüquqlarının pozulması nəticəsində ona mənəvi ziyan da dəymişdir. Hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində ona dəyən ziyanın məbləği onun iddia ərizəsində Cavabdeh tələb etdiyi ziyan məbləğində daha yüksəkdir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ona qarşı dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın sökülməsi tələbinə gəlincə hesab edir ki, qarşılıqlı iddia tələbinin heç bir hüquqi əsası yoxdur. Qarşılıqlı iddia tələbini əsaslı hesab etmir. Odur ki, onun iddiasının təmin edilməsi, Cavabdeh ona qarşı qaldırdığı iddianın isə təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının vəkili Vəkil məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında ilk iddianı qəbul etməyərək qarşılıqlı iddianı isə müdafiə edərək izahatında göstərdi ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi ataanasının birgə nikah dövründə inşa etdirdikləri yaşayış evi olmuş və onlar arasında nikah pozulduqdan sonra məhkəmə qətnaməsinə əsasən atası X2 ilə anası X10 arasında aparılan əmlak bölgüsü zamanı atası X1 düşən əmlak payı olmuşdur. Sonradan ona məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi 23 yanvar 1974-cü il tarixdə tərtib olunmuş “Dəyişmə müqaviləsinə əsasən onun tərəfindən atası X1 məxsus H.Sultanov küçəsi 27 ünvanında yerləşən yaşayış evinin 1/2 hissəsi ilə dəyişdirilmişdir. Bundan sonra həmin fərdi yaşayış evinə bitişik 0.10 ha torpaq sahəsi həyətyanı sahə kimi ona verilmişdir. Belə ki, Təsərrüfatlararası cins mal-qara müəssisəsinin “Qaytanlanmış torpaq kitabı"nda onun qanuni istifadəsində 0.10 ha torpaq sahəsinin olması qeyd edilmişdir. Bundan başqa Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Respublika X14 Filialından verilmiş 30 noyabr 2018-ci il tarixli Arxiv arayışında da onun torpağının cəmi 0.10 ha, o cümlədən yaşayış məntəqəsindən kənarda 0.01 ha olması qeyd edilmişdir. Bundan sonra müvafiq icazə əsasında onun qanuni istifadəsində olan torpaq sahəsində tərəfindən mətbəx, hamam və otaq inşa edilmişdir. İddiaçının mübahisələndirdiyi iki mərtəbəli bina onun tərəfindən 1986-1990-cı illərdə inşa edilmiş və hal-hazıradək həmin binanın qarşısından keçən hər hansı bir şəxs üçün təhlükə yaranması ilə bağlı hər hansı qonşudan və ya oradan keçən şəxslərdən şikayət və irad bildirilməmişdir. Onun tərəfindən inşa edilmiş və İddiaçı tərəfindən mübahisələndirilən tikilidə heç bir qəzalı vəziyyət yoxdur. Həmin bina keçən 30 il ərzində çoxlu zəlzələlərə davam gətirmişdir. Əgər bina qəzalı əziyyətdə olsaydı Şəki Rayon Fövqəladə Hallar Komissiyasının üzvləri zəlzələlərdən sonra şəhərdə qəzalı binaları qeydiyyata alarkən həmin binanı da qəzalı bina kimi qeydiyyata alardılar. Mənzil tikintisi ilə əlaqədar vətəndaşların ərizələri, aktları və memarlıq şöbəsinin rəyi nəzərə alınmaqla Şəki şəhər X11 İcraiyyə Komitəsi qərara almışdır ki, Şəki şəhəri, 25-cirayon, Sultanov küçəsi, 11 nömrəli evdə yaşayan 6 nəfər ailə üzvü olan ona həmin ünvanda adına olan bir otaqlı evinə iki otaq və mətbəx calamağa icazə verilmişdir. Qeyd edilən tikililər onun tərəfindən 1986-1990-cı ildə inşa edilmişdir. Həmin vaxt iddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi belə olmamışdır. Göründüyü kimi iddiaçı iddia müddətini ötürməklə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı onun tərəfindən inşa edilmiş ikimərtəbəli tikilinin özünün yaşadığı evə aid həyətyanı sahəyə daxil olması üçün quraşdırılmış darvazaya mane olduğunu göstərsə də bu həqiqəti əks etdirmir. Belə ki, həmin darvazadan iri həcmli yük maşınlarının keçməsi belə mümkündür. Həmçinin iddiaçının açılmasına maneçilik yarandığını bildirdiyi darvaza ona aiddir. Belə ki, həmin darvaza uzun illər əvvəl məhz onun tərəfindən hazırkı yerdə quraşdırılmışdır. Bundan başqa ona məxsus tikili darvazanın açılmasına maneçilik vardırsa həmin darvaza hazırkı yerindən götürülməklə bir qədər kənarda quraşdırılmalıdır. İddiaçı ilk iddia ərizəsində qeyd etdiyi dəmir darvaza və həmin darvazaya bitişik çay daşından inşa edilmiş hasar onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmişdir. Bu da onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur, onun mülkiyyətindən istifadə etməsinə maneə yaradır. Ona görə də həmin dəmir darvaza və çay daşından inşa edilmiş hasar iddiaçının öz vəsaiti hesabına sökülməlidir. Bir sözlə onun tərəfindən inşa edilmiş tikilinin İddiaçı heç bir aidiyyəti və maneçiliyi yoxdur. Həmçinin onun tərəfindən iddiaçıya heç bir maddi və mənəvi ziyan vurulmamışdır. Odur ki, ilk iddianı əsaslı hesab etmir. İlk iddianın təmin edilməməsi, özünün isə İddiaçı qarşı qaldırdığı dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın sökülməsi tələbinə dair qarşılıqlı iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respubluikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdeh Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 MMC-nin direktoru X12 ifadəsində göstərmişdir ki, o, Şəki Rayon Məhkəməsinin 07 sentyabr 2020-ci il tarixli qərardadının icrası üzrə, həmin qərardadda qoyulmuş suallar üzrə rəy verilməsi məqsədi ilə mütəxəssis Nizami Səmədov və mühəndis Emin Quliyevin iştirakı ilə mübahisəli əraziyə yerində baxış keçirtmişdir. Ətraflı tədqiqat apararaq mütəxəssis Nizami Səmədov və mühəndis Emin Quliyevin iştirakı ilə 19 mart 2021-ci il tarixli, 13 saylı rəyi vermişlər. Ekspertiza tədqiqatı zamanı hər iki tərəfə aid torpaqların konturu müəyyən edilmişdir. Mülkün ½ hissəsi İmrana, digər ½ hissəsi isə Rahimə aiddir. O, rəy verilərkən əmlakın texniki pasportuna və çıxarışa da istinad etmiş və düzgün, ədalətli rəy vermişdir. Cavabdeh inşa etdiyi mübahisəli tikilinin dam örtüyündan axan yağış iddiaçının istifadəsində olan darvazanın paslanmasına səbəb ola bilər və həmin dam örtüyü vahid dam örtüyü olduğundan o da rəydə vahid fikir bildirmişdir. İddiaçıya aid darvazanın yerinin dəyişdirilməsi iddiaçının istəyi üzrə həyətin yola tərəf olan istənilən hissəsinə dəyişdirilə bilər. Darvaza içəriyə açılmalıdır. Əgər yol tərəfdə maneçilik yoxdursa darvaza çölə və yaxud da içəriyə də açıla bilər. Darvazanın götürülməsinin tikiliyə ziyan vurub-vurmayacağı darvazanın oradan hansı şəkildə götürülməsindən asılıdır. Tikiliyə ziyan dəyməməsi üçün darvazanın açılan hissəsi qaynaqla kəsilib götürülə bilər. Əgər darvazanın dirəyi tikilinin içərisindədirsə darvaza götürülərkən tikiliyə ziyan dəyə bilər. Mülki işdə olan DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 04 oktyabr 2006-cı il tarixdə verilmiş MH seriyalı ******* nömrəli, reyestr nömrəsi **********54-10301 olan çıxarışdan görünür ki, Şəki şəhəri Məmməd Cabbarov küçəsində mülkiyyətində olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 54 kv/m yaşayış, 108.6 kv/m köməkçi sahədən ibarət 11(23) nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı ½, Cavabdeh ½ adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Mülki işdə olan X3 19 mart 2021-ci il tarixli, 13 nömrəli rəyindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin girişində Cavabdeh inşa etdiyi tikili cavabdehə məxsus **********54-10301 saylı çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin hüdudları xaricində yerləşdiyi üçün tikinti norma və qaydalarının tələblərinə uyğun deyildir. DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş **********54-10301 reyestr nömrəli və 11759 inventar nömrəli Texniki pasporta əsasən ünvan 4 ünvanda yerləşən İddiaçı həyətinə yoldan daxil olması üçün quraşdırılmış darvaza tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin daxilində yəni İddiaçı paylı mülkiyyətinə aid olan torpaq sahəsi daxilində yerləşir. Lakin həmin darvazaya bitişik qonşu, Cavabdeh tərəfindən inşa edilən tikili, onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudları xaricində yəni həyətə bitişik şəkildə yol istiqamətində yerləşməsi müəyyən edilmişdir. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin girişində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin dam örtüyünün çıxıntı hissələri İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dam hissədən axan yağış suları və iddiaçıya məxsus metal darvazanın bir layının tam şəkildə açılmasına maneə yaradır. Cavabdeh tərəfindən inşa edilmiş 40 kv.m tikilinin 2.38 kv.m (3.4x0.7) hissəsi maneə yaradan tikilidir. İddiaçı məxsus darvazanın yerinin dəyişdirilərək konkret olaraq hansı istiqamətdə yerləşdirilməsi müəyyən olunmadığı üçün cavabdehin inşa etdiyi tikilinin divarlarına hansı hissədə ziyan vurub-vurmamasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqatın dəyəri 300 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 dekabr 2021-ci il tarixli, 10/3724 nömrəli rəyindən görünür ki, Cavabdeh tərəfindən inşa edilmiş mübahisə predmeti olan tikilinin dam örtüyünün çıxıntı hissələri faktiki olaraq İddiaçı istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Lakin həmin çıxıntıların torpaq sahəsindən istifadəyə maneçilik törədib-törətməməsinin müəyyən edilməsi tikinti ekspertinin səllahiyyətləri xaricində olduğundan qərardadın 3,4 və 5-ci suallarının cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73-cü maddəsinə əsasən mübahisə predmeti olan hasar tikilisinin inşası zamanı tikinti norma və qaydalarına riayət olunduğu müəyyən olunmuşdur. Lakin darvazanın quraşdırılmasına dair tikinti norma və qaydaları tətbiq edilmədiyindən qərardadın 6-cı sualının 1-ci hissəsinin cavablandırılması mümkün olmamışdır. Qeyd olunan darvazanın yerinin dəyişdirilərək hansı hissədə quraşdırılması məlum olmadığı üçün cavabdehin istifadəsində olan tikilinin divarlarının hansı hissəsinə ziyan vurub-vurmamasını müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatınnı dəyəri 50 manat təşkil edir. İşdə olan X3 11 may 2022-ci il tarixli, 48 nömrəli rəyindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin girişində Cavabdeh tərəfindən inşa etdiyi tikili cavabdehə məxsus **********54-10301 saylı çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin hüdudları xaricində yerləşdiyi üçün tikinti norma və qaydalarının tələblərinə uyğun deyildir. DƏDRX-nin Şəki şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilən **********54-10301 reyestr nömrəli və 11759 inventar nömrəli Texniki pasporta əsasən ünvan 4 ünvanda yerləşən İddiaçı həyətinə yoldan daxil olması üçün quraşdırılmış darvaza tərəflərin paylı mülkiyyətində olan torpaq sahəsinin daxilində yəni İddiaçı paylı mülkiyyətinə aid olan torpaq sahəsi daxilində yerləşir. Lakin həmin darvazaya bitişik qonşu, Cavabdeh tərəfindən inşa edilən tikili, onun mülkiyyətində olan həyətyanı torpaq sahəsinin hüdudları xaricində yəni həyətə bitişik şəkildə yol istiqamətində yerləşməsi müəyyən edilmişdir. ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin girişində Cavabdeh tərəfindən inşa edilmiş tikilinin dam örtüyünün çıxıntı hissələri İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dam hissədən axan yağış suları və iddiaçıya məxsus metal darvazanın bir layının tam şəkildə açılmasına maneə yaradır. Cavabdeh tərəfindən inşa edilmiş 40 kv.m tikilinin 2.38 kv.m (3.4x0.7) hissəsi maneə yaradan tikilidir. İddiaçı məxsus darvazanın yerinin dəyişdirilərək konkret olaraq hansı istiqamətdə yerləşdirilməsi müəyyən olunmadığı üçün cavabdehin inşa etdiyi tikilinin divarlarına hansı hissədə ziyan vurub-vurmamasını müəyyən etmək mümkün olmamışdır. Tədqiqatın dəyəri 300 manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2022-ci il tarixli, 10/1485 nömrəli rəyindən görünür ki, ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin girişində Cavabdeh tərəfindən inşa edilmiş tikili cavabdehə məxsus **********54-10301 saylı çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin hüdudları xaricində yerləşir. Həmin tikiliyə dair mülki iş materiallarında hər hansı bir layihə sənədi olmadığından həmin tikilinin tikinti norma və qaydalarına uyğun olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Cavabdeh tərəfindən inşa edilmiş mübahisə predmeti olan tikilinin dam örtüyünün çıxıntı hissələri faktiki olaraq İddiaçı istifadəsində olan torpaq sahəsində yerləşdiyi müəyyən olunmuşdur. Lakin həmin çıxıntıların torpaq sahəsindən istifadəyə maneçilik törədib-törətməməsinin müəyyən edilməsi tikinti ekspertinin səllahiyyətləri xaricində olduğundan qərardadın 3,4 və 5-ci suallarının cavablandırılması mümkün olmamışdır. İddiaçı məxsus darvazanın yerinin dəyişdirilərək konkret olaraq hansı istiqamətdə yerləşdirilməsi müəyyən olunmadığı üçün cavabdehin inşa etdiyi tikilinin divarlarına hansı hissədə ziyan vurub-vurmmasını müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatınnı dəyəri 50 manat təşkil edir. Məhkəmə bilаvаsitə məhkəmə iclаsındа tədqiq edilən, biri-digərini tаmаmlаyаn, mümkün və mötəbər sübutlаrа hərtərəfləri tаm, оbyektiv və qərəzsiz bаxdıqdаn sоnrа bu sübutlаrа tətbiq edilməli hüquq nоrmаlаrınа müvаfiq hüquqi qiymət verərək hesab edir ki, hər iki iddia təmin olunmamalıdır. Belə ki, iddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Şəki şəhəri Məmməd Cabbarov küçəsində mülkiyyətdə olan 0.06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı 54 kv/m yaşayış, 108.6 kv/m köməkçi sahədən ibarət 11(23) nömrəli fərdi yaşayış evi DƏDRX-nin Şəki Ərazi İdarəsi tərəfindən 04 oktyabr 2006-cı il tarixdə verilmiş MH seriyalı ******* nömrəli çıxarışa əsasən İddiaçı ilə Cavabdeh ½ hissələrlə paylı mülkiyyətlərindədir. Həmin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi tərəflər arasında faktiki olaraq bölünmüş və hər bir tərəf faktiki bölgü üzrə özlərinə aid etdikləri sahələrdən istifadə etməkdədirlər. İddiaçı Cavabdeh tərəfindən paylı mülkiyyətdə olan 0.06 ha həyətyanı torpaq sahəsinin çöl tərəfində, həyətyanı torpaq sahəsinə bitişik şəkildə inşa etdiyi tikilinin onun istifadəsində olan torpaq sahəsinə daxil olması üçün quraşdırılmış darvazanın açılmasına, Cavabdeh tərəfindən həyətyanı sahədən şöl tərəfdə inşa edilmiş tikilinin saxlanılmasının onun mülkiyyətində olan torpaq sahəsindən istifadəyə ümumilikdə maneçilik yaratdırğını əsas gətirərək həmin tikilinin sökülməsini tələb edir. Cavabdeh tərəfindən ona qarşı qaldırılmış dəmir darvazanın və daş hasarın sökülməsi tələbinə dair qarşılıqlı iddianı isə əsaslı hesab etmir. Cavabdeh isə onun tərəfindən mübahisələndirilən tikilinin 1986-1990-cı illərdə inşa edildiyini, həmin vaxt iddiaçının ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin mülkiyyətçisi belə olmadığını, onun tərəfindən inşa edilmiş tikilinin iddiaçıya heç bir maneçilik yaratmadığını, əksinə iddiaçının torpaq sahəsinə daxil olması üçün quraşdırılmış dəmir darvazanın ona aid olduğunu, iddiaçının həyətinə daxil olması üçün quraşdırılmış dəmir darvazanın və ona bitişik şəkildə inşa edilmiş daş hasarın saxlanılmasının onun hüquqlarını pozduğunu əsas gətirərək ilk iddianı qəbul etmir və qarşılıqlı iddiasının təmin edilməsini məhkəmədən xahiş edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Mütəxəssis X3 verdiyi rəylərlə Cavabdeh inşa etdiyi tikilinin cavabdehə məxsus mülkiyyət sənədində göstərilən həyətyanı torpaq sahəsinin hüdudları xaricində yerləşməsi nəzərə alınaraq tikinti norma və qaydalarının tələblərinə uyğun olmaması müəyyən edilsə də Məhkəmə Ekspertizası Mərkəzi verdiyi rəylə həmin tikilinin tikinti norma və qaydalarına uyğun olub-olmamasını müəyyən edilməsinin mümkün olmaması qənaətinə gəlmişdir. Bundan başqa mütəxəssisin tədqiqatı ilə Cavabdeh tərəfindən inşa edilmiş tikilinin dam örtüyünün çıxıntı hissələrinin İddiaçı mülkiyyətində olan torpaq sahəsinə dam hissədən axan yağış suları və iddiaçıya məxsus metal darvazanın bir layının tam şəkildə açılmasına maneə yaratması, cavabdeh tərəfindən inşa edilmiş 40 kv.m tikilinin 2.38 kv.m (3.4x0.7) hissəsinin maneə yaradan tikili olması müəyyən edilsə də mütəxəssis tərəfindən verilmiş rəylərdə dam örtüyünün çıxıntı hissələrindən İddiaçı mülkiyyətində olan torpaq sahəsinə axan yağış sularının, iddiaçıya məxsus metal darvazanın bir layının tam şəkildə açılmasına hansı şəkildə maneə yaratması, cavabdeh tərəfindən inşa edilmiş 40 kv.m tikilinin 2.38 kv.m (3.4x0.7) hissəsinin maneə yaradan tikili olması qeyd edilsə də maneənin mahiyyəti şərh edilməmiş, yəni bir layı açılan, lakin tam açılmayan darvazanın tam açılması üçün tikilinin 2.38 kv.m (3.4x0.7) hissəsinin sökülməli olub-olmaması, bunun üçün əsaslı tikilidə söküntü işləri aparılmadan dəmir darvazanın bir qədər kənarlaşdırılması imkanları araşdırılmamışdır. Lakin ekspertiza tədqiqatı zamanı cavabdehin inşa etdiyi tikilinin, həmin tikilinin dam örtüyünün çıxıntı hissələrinin iddiaçının istifadəsində olan torpaq sahəsindən, iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil olması üçün nəzərdə tutulmuş darvazadan istifadədə hər hansı maneçilik törətməsi kimi bir fikir formalaşmamışdır. Bundan başqa həm mütəxəssis həm də ekspertiza tədqiqatı zamanı İddiaçı məxsus darvazanın yerinin dəyişdiriləcəyi təqdirdə cavabdehin inşa etdiyi tikilinin divarlarına ziyan dəyə biləcəyi müəyyən edilməmişdir. Əgər İddiaçı məxsus darvazanın yerinin dəyişdiriləcəyi təqdirdə cavabdehin inşa etdiyi tikilinin divarlarına ziyan dəyə biləcəkdirsə belə bu hal İddiaçı deyil, Cavabdeh hüquqlarının məhdudlaşdırılması ilə nəticələnə biləcək bir haldır. Cavabdeh isə İddiaçı qarşı qaldırdığı İddiaçı məxsus dəmir darvazanın və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın sökülməsi iddiasını darvazanın götürüləcəyi halda inşa etdiyi tikiliyə ziyan dəyməsi ehtimalı ilə əsaslandırmamışdır. Beləliklə də mütəxəssis və ekspertiza tədqiqatları zamanı həm cavabdehin inşa etdiyi tikilinin, həm də iddiaçının istifadəsində olan torpaq sahəsinə daxil olması üçün quraşdırılmış dəmir darvazanın və darvazaya bitişik şəkildə inşa edilmiş daş hasarın sökülməsi üçün əsas ola biləcək hər hansı bir hal müəyyən edilməməklə yanaşı cavabdehin inşa etdiyi, mübahisə predmeti olan tikilinin reyestr nömrəsi **********54-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən 04 oktyabr 2006-cı il tarixdə verilmiş çıxarışda göstərilən həyətyanı torpaq sahəsinin hüdudları xaricində yerləşməsi müəyyən edilmişdir. Həmçinin nəzərə alınmalıdır ki, 04 oktyabr 2006-cı il tarixdə verilmiş reyestr nömrəsi **********54-10301 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarış üzrə tərəflərin payları sənəd üzrə naturada yerində müəyyən edilməmiş, tərəflər paylı mülkiyyətdə olan əmlakda qarşılıqlı razılıq əsasında faktiki bölgü işlərini aparmışlar. Qeyd edilənlər nəzərə alınaraq Cavabdeh Şəki şəhəri, Məmməd Cabbarov küçəsi 11/23 saylı fərdi yaşayış evinin girişində inşa etdiyi tikilinin İddiaçı hüquqlarını, həmçinin Şəki şəhəri, Məmməd Cabbarov küçəsi 11/23 saylı fərdi yaşayış evinin İddiaçı faktiki istifadəsində olan hissəsində mövcud olan dəmir darvazanın və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın Cavabdeh hüquqlarını pozması halları müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçı iddia tələbində cavabdehin qanunsuz əməllərinə son qoyulması və vurulmuş maddi və mənəvi ziyan kimi 5000 manat, mənəvi ziyan kimi 50000 manatın tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etsə də iddia ərizəsində sökülməsi tələb edilən tikilinin daha əvvəllər inşa edilməsi nəzərə alınaraq, tikili istisna olmaqla cavabdehin son qoymalı olduğu qanunsuz əməllərinin nədən ibarət olmasına iddia ərizəsində aydınlıq gətirilməmiş və bununla bağlı məhkəməyə hər hansı bir sübut da təqdim edilməmişdir. Həmçinin İddiaçı Cavabdeh tərəfindən ona maddi və mənəvi ziyanın vurulmasına dair hər hansı bir sübutunu məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi iddiaçıya hər hansı məbləğdə maddi və mənəvi ziyan dəyməsi müəyyən edilməmişdir. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, sonradan Maraqlı şəxs də onun iddiasına cavab verməli olan şəxs qismində cəlb edilməsinə dair müraciəti üzrə həmin təşkilkatın da cavabdeh qismində cəlb edilməsinə baxmayaraq, tikililərin, hasarın inşasında, darvazanın quraşdırılmasında Maraqlı şəxs rolunun olub-olmaması, Maraqlı şəxs tərəfindən ona maddi və mənəvi ziyanın vurulmasına dair məhkəməyə heç bir sübutu təqdim etməmişdir. Sadalananlar diqqətə alınaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxsnə qarşı mülkiyyətə maneəyə son qoyulması, maddi və mənəvi ziyanın ödənilməsinə dair iddia tələbində, Cavabdeh isə İddiaçı qarşı dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın sökülməsinə dair qarşılıqlı iddia tələbində haqlı deyildirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə buna iddia müddəti şamil edilmir. Cavabdeh İddiaçı ona qarşı hazırkı iddia tələbi ilə bağlı məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim etsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən İddiaçı ona qarşı qaldırdığı iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməli olması nəzərdə tutulmadığından məhkəmə iddia müddətinin tətbiqini əsaslı hesab etmir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxsnə qarşı mülkiyyətində olan Şəki şəhəri, Məmməd Cabbarov küçəsi 11/23 saylı fərdi yaşayış evinin girişində Cavabdeh inşa etdiyi özbaşına tikilinin sökülməsi, cavabdehin qanunsuz əməllərinə son qoyulması və vurulmuş maddi və mənəvi ziyan kimi 5000 manat, mənəvi ziyan kimi 50000 manatın tutulması tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş cavabdeh İddiaçı məxsus dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın cavabdeh İddiaçı öz vəsaiti hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməlidir. Məhkəmə hər iki iddianı əsaslı hesab etmədiyindən İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat, Cavabdeh dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu məbləğləri onların özlərinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Hər iki iddia təmin edilmədiyindən məhkəmə belə qənaətə gəlir ki, iş üzrə mütəxəssis və ekspertiza tədqiqatının dəyəri İddiaçı və Cavabdeh müştərək qaydada tutularaq müvafiq hesaba ödənilməlidir. X7 tərəfindən iki dəfə rəy verilməsinə baxmayaraq ikinci dəfə verilən rəyin birinci rəylə eynilik təşkil etməsi nəzərə alınmalı, İddiaçı və Cavabdeh müştərək qaydada X3 hesabına cəmi 300 manat pul vəsaiti tutulmalıdır. Qeyd edilənlərə əsasən 100 manat ekspertiza xərcinin 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X6 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba, 300 manat mütəxəssis xərcinin 150 manatı İddiaçı, 150 manatı isə Cavabdeh alınıb X5-Kapital Bank ASC-nin Sahil filialındakı KOD 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, hesab AZ64AİİB400900C**********208 hesaba ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı cavabdehlər Cavabdeh və Maraqlı şəxsnə qarşı mülkiyyətində olan Şəki şəhəri, Məmməd Cabbarov küçəsi 11/23 saylı fərdi yaşayış evinin girişində Cavabdeh inşa etdiyi özbaşına tikilinin sökülməsi, cavabdehin qanunsuz əməllərinə son qoyulması və vurulmuş maddi və mənəvi ziyan kimi 5000 manat, mənəvi ziyan kimi 50000 manatın tutulması tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı qarşı onun mülkiyyətində olan torpaq sahəsində inşa edilmiş cavabdeh İddiaçı məxsus dəmir darvaza və darvazaya bitişik çay daşından inşa edilmiş daş hasarın cavabdeh İddiaçı öz vəsaiti hesabına sökülməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. İddiaçı dövlət büdcəsinə ödədiyi 30 manat, Cavabdeh dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu məbləğləri onların özlərinə aid edilsin. 100 manat ekspertiza xərcinin 50 manatı İddiaçı, 50 manatı isə Cavabdeh alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN **********, X6 KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT Bik CTREAZ22 hesaba, 300 manat mütəxəssis xərcinin 150 manatı İddiaçı, 150 manatı isə Cavabdeh alınıb X5-Kapital Bank ASC-nin Sahil filialındakı KOD 201218 VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, hesab AZ64AİİB400900C**********208 hesaba ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elçin Mehdiyev. AZƏRBAYCAN RESPUBLİKASİ ŞƏKİ RAYON MƏHKƏMƏSİ AZ 5500, Şəki şəhəri, Salman Mümtaz küçəsi 1004 Tel: (024) 244-70-13, Faks: (024) ***-**-** www.shakicourt.gov.az Elektron ünvan İş № 2(075)-6/2022 19 iyul 2022-ci il İddiaçı: İddiaçı (Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi 5057/68-ci məhəllə, ev 4, mənzil 18) İddiaçının vəkili: Vəkil (Bakı şəhəri 13 saylı Vəkil Bürosu) Cavabdehlər: Cavabdeh, (Şəki şəhəri, M.Cabbarov küçəsi ev 23) Maraqlı şəxsnə (Şəki şəhəri, M.Ə.Rəsulzadə prospekti 182) Şəki Rayon Məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 2(075)-6/2022 saylı qətnaməsinin, iş üzrə ekspertizanın təyin edilməsinə dair vəsatətin təmin edilməməsinə dair 19 iyul 2022-ci il tarixli, 2(075)-6/2022 saylı qərardadının, iş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməməsi haqqında 19 iyul 2022-ci il tarixli, 2(075)-6/2022 saylı qərardadın surətləri məlumat üçün sizə göndərilir. Qoşma: 1. 19 iyul 2022-ci il tarixli, 2(075)-6/2022 saylı qətnaməsinin surəti 05 vərəqə,10 səhifə.
2. Ekspertizanın təyin edilməsinə dair vəsatətin təmin edilməməsinə dair 19 iyul 2022-ci il tarixli, 2(075)-6/2022 saylı qərardadın surəti 01 vərəqə, 02 səhifə.
3. İş üzrə icraatın dayandırılması barədə vəsatətin təmin edilməməsinə dair 19 iyul 2022-ci il tarixli, 2(075)-6/2022 saylı qərardadın surəti 01 vərəqə, 02 səhifə.
Hakim Elçin Mehdiyev.