Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-418/2025 04.02.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Xudayev Kərim Bahəddin oğlunun sədrliyi, Almasova Aytən Asəf qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh1 nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, vurulmuş maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1nə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq, 200.000 (iki yüz min) manat məbləğində evin dəyərinin, 17.580 (on yeddi min beş yüz səksən) manat məbləğində evdə məhv edilmiş əşyaların dəyərinin, yəni ümumilikdə, 217.580 (iki yüz on yeddi min beş yüz səksən) manatın və mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K/148 saylı əvəzləşmə müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq, 200.000 (iki yüz min) manat məbləğində evin dəyərinin, 17.580 (on yeddi min beş yüz səksən) manat məbləğində evdə məhv edilmiş əşyaların dəyərinin, yəni ümumilikdə, 217.580 (iki yüz on yeddi min beş yüz səksən) manatın və mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində vəsaitin Cavabdeh1ndən tutularaq iddiaçıya ödənilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz uçurulması nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarı çıxarılıb tam icra edilənədək, Cavabdeh1 üzərinə 2024-cü ilin noyabr ayından hesablanmaqla, iddiaçıya hər ay 700 manat kirayə haqqının ödənilməsinin davam etdirilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra, mülki iş üzrə xx.xx.2024-cü il tarixli hazırlıq iclasında iddiaçının əlavə cavabdehlərin cəlb edilməsinə dair vəsatəti təmin edilərək, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 əlavə cavabdehlər qismində işə cəlb edilmişlər. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K/148 saylı əvəzləşmə müqaviləsinin və AN-1 №1284959 saylı Alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq, 200.000 (iki yüz min) manat məbləğində evin dəyərinin, 17.580 (on yeddi min beş yüz səksən) manat məbləğində evdə məhv edilmiş əşyaların dəyərinin, yəni ümumilikdə, 217.580 (iki yüz on yeddi min beş yüz səksən) manatın və mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində vəsaitin Cavabdeh1ndən tutularaq iddiaçıya ödənilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz uçurulması nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarı çıxarılıb tam icra edilənədək, Cavabdeh1 üzərinə 2024-cü ilin noyabr ayından hesablanmaqla, iddiaçıya hər ay 700 manat kirayə haqqının ödənilməsinin davam etdirilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçının atası tərəfindən onun qardaşı Fərhad Kazımova atası İnqilab küçəsində yerləşən ayrıca ev alıb verdiyindən, ailə daxili şifahi razılaşmaya görə Hüseyn Cavid prospektindəki “ata yurdu” olan ev hər hansı rəsmiləşdirmə işləri aparılmadan iddiaçıya verilmişdir. 1995-ci ildə qardaşı Fərhad Kazımov müflisləşdiyindən, iddiaçı atasından miras qalmış Bakı şəhəri, Hüseyn Cavid prospektində yerləşən evini satmış, əldə edilmiş pula qardaşı üçün “Sovetski” adlandırılan ərazidən, özü üçün isə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini almışdır. Lakin həmin vaxt o, xarici ölkəyə köçmək niyyətində olduğundan aldığı evləri X8 adına rəsmiləşdirmişdir. Lakin evləri qardaşının adına keçirdikdən sonra anası infarkt keçirmiş və iddiaçı anasını tək qoymamaq üçün xarici ölkəyə getməmiş və anası ilə birlikdə ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa davam etmişdir. 1999-cu ildə qardaşı, 2005-ci ildə isə anası vəfat etmişdir. Həmin vaxtdan 30 ilə yaxın - 2024-cü ilin avqust ayında ev sökülən vaxtadək ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində davamlı olaraq yaşayıb, heç vaxt evi tərk etməyib. X8 övladları və həyat yoldaşı isə bu müddət ərzində orada ümumiyyətlə həmin evdə yaşamayıblar və bununla bağlı ona heç vaxt müraciət etməyiblər. Yəni, hər kəs də iddiaçını həmin evin mülkiyyətçisi olaraq qəbul etmiş və onun bu hüququna hörmət edib, ona qarşı hər hansı ev tələbi ilə bağlı çıxış edən olmamışdır. 2024-cü ildə "xxxx" MMC və iddiaçının qardaşı arvadı Cavabdeh2 iddiaçıya qarşı "Yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılmas ıvə sökülməsi" tələbi ilə məhkəməyə müraciət etişdir. "xxxx" MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli, 265 saylı Sərəncamına əsasən Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalmavə Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnsitutunun rəyini nəzərə alaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar İsmayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov ,Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsini icarə əsasındai ddiaçı Cavabdeh1 MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi Cavabdeh1 MMC-yə həvalə edilmişdir. Fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətlərində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq 350-550 manat miqdarında kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən 200-ə yaxın ailə köçürülmüşdür. Həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Bununla bağlı iş üzrə birgə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixdə K/148 saylı müqavilə bağlanılmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən Cavabdeh1 MMC ünvan 2 ünvanında yerləşən Cavabdeh2 və onun ailə üzvlərinə məxsus 1 otaqlı mənzilin 24 ay ərzində söküntüsünü və həmin sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcəkdir. Cavabdeh1 MMC söküləcək mənzilinin faktiki sahəsi olan 34.1 kv.m sahənin əvəzinə cəmi 50 kv.m. olmaqla 2 ədəd 25 kv.m sahəli mənzillər və bu tikinti başa çatıdırılaraq yeni mənzil təhvil verilənədək başqa yerdə kirayədə yaşamaq üçün aylıq ümumi 400 manat kirayə haqqı ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə Cavabdeh2 və onun ailə üzvlərinin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Qeyd edilmişdir ki, sözügedən mənzil, Cavabdeh2 əri X6 məxsus olmuş və 2003-cü ildə onun qanun üzrə vərəsələri: arvadı X3 və uşaqları Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 mülkiyyətinə keçmişdir. Lakin, hazırda qeyd olunan mənzildə əsassız olaraq iddiaçı Cavabdeh2 qaynı İddiaçı yaşayır və o, tərəflər arasında bağlanılmış müqavilənin icra edilməsinə maneçilik törədir. Yasamal Rayon Məhkəməsinin e-2(004)-414/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə "xxxx"MMC və Cavabdeh2 İddiaçı qarşı iddia tələblərini təmin etməmişdir. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı mübahisəli fərdi yaşayış evindən ən azından istifadə hüququ olduğuna görə müvafiq kompensasiya ödənilmədən çıxarılması həmin hüququn əldə edilməsini zəruri edən əsas, yəni yaşayış sahəsinə ehtiyac aradan qalxdıqda mümkün ola bilərdi. Lakin iddiaçının sahiblik etdiyi və istifadə hüququ olduğu mübahisəli fərdi yaşayış evindən başqa, adına hər hansı bir yaşayış sahəsi (ev, mənzil) olması da müəyyən edilməmiş, həmçinin mübahisəli evdən istifadə hüququna ehtiyacı aradan qalxmamışdır. Daha sonra məhkəmə bildirmişdir ki, İddiaçı evdən yalnız kompensasiya verilməsi yolu ilə və istifadə hüququna xitam verilməsi və çıxarılması barədə iddia ilə məhkəməyə müraciət edilə bilərdi. Yasamal Rayon Məhkəməsinin e-2(004)- 414/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən heç bir tərəf şikayət verməyib və qətnamə qanuni qüvvəyə minib. Qeyd edilən məhkəmə prosesi zamanı iddiaçıya məlum olub ki, onun qardaşı arvadı Cavabdeh2 iddiaçının faktiki mülkiyyətçisi olduğu və yaşadığı evə X8 vərəsəsi kimi 2003-cü ildə mülkiyyət hüququ əldə edib. İddiaçının bu faktdan xəbəri olmayıb və üstəlik vərəsəlik zamanı ciddi qanun pozuntusuna da yol verildiyini aşkar edib. Belə ki, onun qardaşı Fərhad Kazımov vəfat edərkən və Cavabdeh2 evə mülkiyyət hüququ əldə edərkən qardaşının ailə üzvləri ilə yanaşı anaları da sağ olub. Belə ki, faktiki hallarda da qeyd etdikləri kimi iddiaçının anası 2005-ci ildə rəhmətə gedib. Lakin X8 vərəsələrinin dairəsi müəyyən edilərkən anasının vərəsəlik hüququ pozularaq ev üzərində ancaq vərəsələrdən qardaşı arvadı Cavabdeh2 və qardaşı uşaqlarının payı müəyyən edilib. Bundan sonra İddiaçı anasının da rəsmi olaraq X8 adına olmuş əmlakda payının müəyyən edilməsi üçün müvafiq araşdırmaların aparılmasına başlayıb. İddiaçı Cavabdeh2 mübahisəli evə dair tam mülkiyyət hüququ əldə etməsinin qanunsuzluğuna dair ayrıca iddia ilə məhkəməyə müraciət etməyə qərar verib. 2024-cü ilin avqustun 6-da iddiaçının işdə olduğu vaxt onun yaşadığı və faktiki mülkiyyətçisi olduğu ünvan 2 ünvanında yerləşən ev cavabdeh tərəfindən qanunsuz olaraq ağır texnikadan istifadə edilərək uçurulub. İddiaçıya onun qonşuları tərəfindən məlumat verildikdə və iddiaçı evinə gəldikdə artıq yaşadığı evin tam şəkildə uçurulduğunu, evində olan bütün əşyalarının məhv edildiyini görüb. Bununla bağlı iddiaçı dərhal 102 qaynar xəttinə müraciət etsə də, heç bir tədbir görülməmişdir. İddiaçının evinin onun evdə olmamasında istifadə edilərək uçurulduğu, əşyalarının məhv ediliyi, ona məxsus bir çox qiymətli əşyaların (22 ədəd brilyant qaşlar) da həmin uçurumun altında qaldığı mətbuatda da işıqlandırılmışdır. Bunu təsdiq edən müvafiq fotolar, video sübutlar əlavə edilmişdir. Mülkiyyətinin qanunsuz olaraq uçurulması yolu ilə iddiaçıdan alınması iddiaçının mülkiyyət hüququnu kobud şəkildə pozmaqla yanaşı ona ciddi maddi və mənəvi zərərin vurulması ilə də nəticələnib. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil izahatında bildirmişdir ki, iddianı müdafiə edir. İddiaçının evi qanunsuz olaraq sökülmüş, əşyalarla birlikdə məhv edilmişdir. Həmin prosesdən öncə Cavabdeh1 və Cavabdeh2 iddiaçının evdən çıxarılması və evin şirkətə təhvil verilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişlər. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, iddiaçının həmin evə istifadə hüququ vardır və kompensasiya verilməklə istifadə hüququna xitam verilə bilər. Qeyd etmək istəyir ki, həmin ev iddiaçının vəsaiti ilə alınmış, lakin qardaşının adına rəsmiləşdirilmişdir. İddiaçı və anası 30 ilə yaxın həmin evdə yaşamışlar. İddiaçının qardaşı vəfat etdikdən sonra Cavabdeh2 və onun övladları həmin evə mülkiyyət hüquqları əldə etmişlər. İddiaçı 06 avqust 2024-cü il tarixdə işdə olarkən, qonşular tərəfindən iddiaçıya evin şirkət tərəfindən sökülməsi barədə məlumat verilmişdir. İddiaçı dərhal hadisə yerinə gələrək, evin əşyaları ilə birlikdə məhv edilməsinin şahidi olmuşdur. Bununla bağlı fotoşəkillər və mətbuatda dərc olunmuş yazılar iş materiallarına əlavə edilmişdir. İddiaçı bu barədə 102 qaynar xəttinə məlumat vermiş, lakin polis tərəfindən heç bir tədbir görülməmişdir. Bakı şəhər İcra Hakimiyyətinin 02 dekabr 2022-ci il tarixli 265 saylı sərəncamı əsasında iddiaçının evinin yerləşdiyi torpaq sahəsi Cavabdeh1nə icarəyə verilmiş və orada olan mülkiyyətçilər, istifadəçilərlə razılaşma əldə etmək həvalə edilmişdir. Həmin sərəncam tərəflərindən mübahisələndirilmişdir. Bakı şəhər İcra Hakimiyyətinin belə bir sərəncam vermək səlahiyyəti yoxdur və bu, mülkiyyət hüququnun pozulmasıdır. Cavabdeh1 iddiaçı ilə də razılaşma əldə etməli idi. Hal-hazırda iddiaçının yaşayış yeri yoxdur. Cavabdeh1 tərəfindən iddiaçıya yalnız avqust, sentyabr və oktyabr ayları üçün 700 manat kirayə haqqı ödənilmişdir. İddiaçı Azərbaycan Milli Konservatoriyasında ocaqçı vəzifəsində işləyir və 610 manat əmək haqqı alır. Həmin əmək haqqı ilə iddiaçı yaşayışını təmin edə bilmir. Hesab edir ki, iddiaçının həmin evə istifadə hüququ olduğundan onun razılğı olmadan bağlanmış əvəzləşmə və alqı-satqı müqavilələri etibarsız hesab edilməlidir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Daşınmaz əmlaka dair istifadə hüququ rəsmi şəkildə qeydiyyata alınmasa da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, iddianı müdafiə edir. Nümayəndə və vəkilinin dedikləri ilə razıdır. Əlavəsi yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçının tələbinə münasibətdə onu bildirmək istəyir ki, şirkətləri əvəzləşmə müqaviləsini mülkiyyətçilər ilə bağlamış və iddiaçının qeyd alınan müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia qaldırmasına subyektiv hüququ yoxdur. Əqdin etibarsızlığı üçün əsas yoxdur. Müqavilə tərəfləri arasında əvəzləşmə müqaviləsi bağlandıqdan sonra daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və daşınmaz əmlaka dair tərəflərindən çıxarış əldə edilmişdir. İddiaçı iddia ərizəsində bağlanılmış müqavilənin etibarsız sayılmasının əsası kimi onun mülkiyyət hüququna müdaxilə edilməsini qeyd etsə də, mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənədi iddia ərizəsinə əlavə etməmişdir. Mülkiyyətində olmayan daşınmaz əmlakın sökülməsinə görə iddiaçının şirkətlərindən 200000 manat tələb etməsi əsassızdır. Belə ki, qeyd olunan mülkiyyətinin dəyəri yuxarıda qeyd edilən alğı-satqı müqaviləsinə əsasən mülkiyyətçilərə ödənilmişdir. Şirkətlə Cavabdeh2 və digərləri arasında xx.xx.2023-cü il tarixli, K/148 saylı əvəzləşmə müqaviləsi bağlanılmışdır və həmin müqavilənin 3.1-ci bəndinə əsasən mübahisə predmeti olan ünvan 4 ünvanındaki mənzilin mülkiyyətçiləri müqavilənin predmetində göstərilən mənzili söküntü işlərinin həyata keçirilməsi üçün şirkətlərinə təhvil verməli idi. Mülkiyyətçilər müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədikləri üçün şirkət tərəfindən onlara müqavilənin birtərəfli qaydada xitam verilməsi barədə xəbərdarlıq edilmişdir. Bundan sonra mülkiyyətçilər mübahisə predmeti olan evi sökərək şirkətlərinə təhvil vermişər. Bu fakt öz əksini tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanmış sazişin 8-ci bəndində tapmışdır. Belə ki, həmin bənddə qeyd edilmişdir ki, hazır ki saziş ilə “Mülkiyyətçilər” bəyan edir ki, ünvan 4 ünvanında yerləşən və mülkiyyətlərində olan mənzilin söküntüsünü özləri həyata keçirmişdir. Mübahisə predmeti olan mənzilin məhz mülkiyyətçilər tərəfdən sökülməsini həmçinin iddiaçı tərəfindən mülki işə əlavə edilmiş fotoşəkillər ilə sübut edir. Belə ki, həmin fotoşəkillərdə birgə mülkiyyətçilərin mənzilin sökülərkən yanında olması öz əksini tapmışdır. İddia tələbinin rədd edilməsini xahiş edir. İddiaçı ilə şirkət arasında heç bir razılaşma əldə edilməmişdir. Evin söküntüsündə iştirak etməmişdir. Söküntünün hansı qaydada həyata keçirildiyi barədə məlumatı yoxdur. Tərəflərindən kommunal borcların ödənilməsi ilə bağlı digər cavabdehlərə 3500 manat pul ödənilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia tələbinin rədd edilməsini xahiş edir. Ev şirkət tərəfindən sökülmüşdür. İddiaçı həmin evdə yaşamırdı. Evin içində heç bir əşya yox idi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həmin evdə yaşayış olmamışdır. Ev pis vəziyyətdə olmuşdur. İddia təlibinin rədd edilməsini xahiş edir. Ev şirkətin ekskavatoru vasitəsi ilə sökülmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh5 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 414/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı qarşı ”yaşayış sahəsindən çıxarılma, yaşayış sahəsinin boşaldılması və sökülməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən öz əşyaları ilə birlikdə çıxarılması, həmin evin tam olaraq boşaldılması və sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, qətnamə ilə iddia tələbi rədd edilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyi nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsinin icarə əsasında iddiaçı Cavabdeh1 MMCnin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi Cavabdeh1 MMC-nə həvalə edilmişdir. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında xx.xx.2023-cü il tarixdə bağlanmış K/148 nömrəli əvəzləşmə müqaviləsinə əsasən layihəçi ünvan 2 ünvanında yerləşən birgə mülkiyyətçilərə məxsus 1 otaqlı mənzilin bu müqavilə müəyyən edilmiş müddətdə (24 ay ərzində) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək layihəçi birgə mülkiyyətçilərin mənzilinin faktiki sahəsi olan 34,1 kv.m sahənin əvəzinə cəmi 50 kv.m olmaqla 2 ədəd 25 kv.m sahəli mənzillər və bu tikinti başa çatdırılaraq yeni mənzil təhvil verilənədək 400 manat kirayə haqqı (bütün mülkiyyətçilərlə birlikdə) ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə birgə mülkiyətçilərin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan K/148 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında bağlanmış xx.xx.2024-cü il tarixli Sazişə əsasən mülkiyyətçilər xx.xx.2024-cü il tarixdə ərizə ilə Layihəçiyə müraciət edərək, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış K/148 nömrəli müqavilənin 3.1-ci maddəsində göstərilmiş mülkiyyətçiyə verilməsi nəzərdə tutulmuş 2 ədəd 25 kv.m mənzillərin əvəzinə layihəçi tərəfindən ona 70000 manat məbləğində pul kompensasiyasının verilməsini xahiş etmiş, tərəflər razılaşmışlar ki, xx.xx.2023-cü il tarixində bağlanmış K/148 nörəli müqavilənin 3.1-ci maddəsində : “Layihəçi ünvan 6 ünvanında yerləşən mülkiyyətçilərin sahiblik və istifadəsində olan mənzili bu müqavilədə müəyyən edilmiş müddətdə (24 ay) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək mülkiyyətçilərin sahiblik və isttifadəsidə olan ümumi sahəsi 34,1 kv.m mənzilin əvəzinə ona 70000 manat məbləğində kompensasiya verilsin” dəyişiklik edilsin və həmin maddə qeyd edilən şəkildə oxunulsun. İş materiallarında olan Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcılar ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini alıcının mülkiyyətinə vermiş, alıcı isə daşınmaz əmlakı 66500 manata almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 129,5 kv.m ümumi sahəsi olan 5 otaq fərdi yaşayış evi 6/10 payda Cavabdeh2, 1/10 payda Cavabdeh3, 1/10 payda Cavabdeh4, 1/10 payda Cavabdeh5 adına xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2003-cü il tarixli, Reyestrdə 2V-İ-122 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1999-cu il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 olmaqla, hər birinin miras əmlakdan 1/8 hissədə irs almaları qeyd olunmuş, miras əmlakın ünvan 1 ünvanında yerləşdiyi qeyd edilmişdir. Sözügedən miras əmlak mərhuma Bakı şəhəri Tİ və MHQİ-nin xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən məxsus olmuşdur. İş materiallarında olan xx.xx.2003-cü il tarixli, Reyestrdə 2V-İ-121 nömrə ilə qeydə alınmış Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən X1 qalmış arvadı Cavabdeh2 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən ümumi birgə əmlak ünvan 1 ünvanında yerləşən 1/8 hissə mülk payıdır. İş materiallarında olan Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş AZ seriyalı, 030444 nömrəli Ölüm haqqında Şəhadətnamədən görünür ki, X7 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində bildimişdir ki, iddiaçı qonşu olmuşdur. Suallara cavab verə bilər. Cavabdeh1 ilə aralarında məhkəmə mübahisəsi olmuşdur. İddiaçı 1995-ci ildən həmin evdə fasiləsiz olaraq yaşamışdır. 5 aydır ki, həmin ev sökülmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, hazırki iş üzrə İddiaçı və hazırki iş üzrə Cavabdeh2 mərhum həyat yoldaşı və digər cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 mərhum ataları X7 qardaşdırlar. Sözügedən mübahisəli ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi Bakı şəhəri Tİ və MHQİ-nin xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən X4 adına qeydiyyata alınmışdır. X7 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. X4 vəfatından sonra vərəsəlik işi açılmış, xx.xx.2003-cü il tarixli, Reyestrdə 2V-İ-122 nömrə ilə qeydə alınmış Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə əsasən xx.xx.1999-cu il tarixdə vəfat etmiş X4 vərəsələri qismində arvadı Cavabdeh2 və uşaqları Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 tanınmış miras əmlak olan ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi qanun üzrə vərəsəlik qaydasında vərəsələr arasında bölünmüşdür. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 129,5 kv.m ümumi sahəsi olan 5 otaq fərdi yaşayış evi 6/10 payda Cavabdeh2, 1/10 payda Cavabdeh3, 1/10 payda Cavabdeh4, 1/10 payda Cavabdeh5 adına xx.xx.2003-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər İcra Hakimiyyətinin Başçısının 02 dekabr 2022-ci il tarixli 265 saylı Sərəncamına əsasən Bakı şəhər Yasamal rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin razılıq məktublarını və “Azərdövlətlayihə” Dövlət Baş Layihə insitutunun rəyi nəzərə alınaraq Bakı şəhəri, Yasamal rayonu, İlqar ismayılov, Cəlil Məmmədquluzadə, İbrahimpaşa Əbilov, Zivərbəy Əhmədbəyov, Sübhi Salayev, Fuad İbrahimbəyov, Məhəmməd Naxçıvani və Əlibaba Abdullayev küçələrinin əhatə etdiyi ərazidəki ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli tikililərin sökülərək yerində müasir tipli yeni yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə həmin tikililərin yerləşdiyi 4,32 ha torpaq sahəsinin icarə əsasında iddiaçı Cavabdeh1 MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Sərəncamın 1-ci bəndinə əsasən ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin sökülməsi, vəsaitin ödənilməsi və sakinlərin köçürülməsi Cavabdeh1 MMC-nə həvalə edilmişdir. Bundan sonra Cavabdeh1 MMC sözügedən Sərəncamın icrasını həyata keçirmək məqsədilə müvafiq ərazidə yerləşən mövcud yaşayış və qeyri-yaşayış tikililərin mülkiyyətçiləri və qanuni sahibləri ilə müvafiq əvəzləşmə müqavilələrinin bağlanması və digər məsələlərlə bağlı danışıqlara başlamışdır. ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi də sözügedən Sərəncamın aid olduğu ərazinin təsir dairəsinə düşdüyündən müvafiq qaydada mənzil mülkiyyətçilərə ilə danışıqlara başlanılmış, razılaşma əldə edilərək, Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında xx.xx.2023-cü il tarixli, K/148 nömrəli əvəzləşmə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən layihəçi, yəni , Cavabdeh1 ünvan 2 ünvanında yerləşən birgə mülkiyyətçilərə (Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5) məxsus 1 otaqlı mənzilin bu müqavilə müəyyən edilmiş müddətdə (24 ay ərzində) söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirərək layihəçi birgə mülkiyyətçilərin mənzilinin faktiki sahəsi olan 34,1 kv.m sahənin əvəzinə cəmi 50 kv.m olmaqla 2 ədəd 25 kv.m sahəli mənzillər və bu tikinti başa çatdırılaraq yeni mənzil təhvil verilənədək 400 manat kirayə haqqı (bütün mülkiyyətçilərlə birlikdə) ödənilməklə tərəflərin qarşılıqlı razılaşmasına əsasən əvvəlcədən müəyyən edilmiş mərtəbədə və binada yerləşən mənzili bütün kommunal xətlərlə və sayğaclarla təchiz edilmiş və tam təmirli vəziyyətdə birgə mülkiyətçilərin mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Daha sonra sözügedən mülkiyyətçilər xx.xx.2024-cü il tarixdə ərizə ilə Layihəçiyə müraciət edərək, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış K/148 nömrəli müqavilənin 3.1-ci maddəsində göstərilmiş mülkiyyətçiyə verilməsi nəzərdə tutulmuş 2 ədəd 25 kv.m mənzillərin əvəzinə layihəçi tərəfindən ona 70000 manat məbləğində pul kompensasiyasının verilməsini xahiş etmiş, tərəflər K/148 nömrəli müqaviləyə dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli Sazişlə mülkiyyətçilərin sahiblik və istifadəsidə olan ümumi sahəsi 34,1 kv.m mənzilin əvəzinə mülkiyyətçilərə cəmi 70000 manat məbləğində kompensasiya verilməsinə dair razılığa gəlmişlər. Bundan sonra Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış həmin müqaviləyə əsasən satıcılar ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini alıcının mülkiyyətinə vermiş, alıcı isə daşınmaz əmlakı 66500 manata almışdır. Bundan sonra Cavabdeh1 müvafiq alqı-satqı müqaviləsi əsasında mülkiyyətçilərdən aldığı mənzili sökərək, müvafiq sərəncam üzrə fəaliyyətini həyata keçirməyə başlamışdır. Hazırda iddiaçı mübahisəli mənzildə özünün yaşadığını, həmin mənzilin qanunsuz olaraq cavabdehlərin mülkiyyətində olduğuna istinad edərək, Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K/148 saylı əvəzləşmə müqaviləsinin və AN-1 №1284959 saylı Alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq, 200.000 (iki yüz min) manat məbləğində evin dəyərinin, 17.580 (on yeddi min beş yüz səksən) manat məbləğində evdə məhv edilmiş əşyaların dəyərinin, yəni ümumilikdə, 217.580 (iki yüz on yeddi min beş yüz səksən) manatın və mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində vəsaitin Cavabdeh1ndən tutularaq iddiaçıya ödənilməsi, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz uçurulması nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarı çıxarılıb tam icra edilənədək, Cavabdeh1 üzərinə 2024-cü ilin noyabr ayından hesablanmaqla, iddiaçıya hər ay 700 manat kirayə haqqının ödənilməsinin davam etdirilməsi vəzifəsinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edlən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Qanunvericiliyin mənasına görə əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Tərəfin tələbinin əsası kimi istinad etdiyi dəlilə münasibət bildirərək məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sözügedən mübahisəli əmlak cavabdehlərin mülkiyyətinə qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə əsasında keçmiş və qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin verildiyi miras əmlak olan mübahisəli ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evi Bakı şəhəri Tİ və MHQİ-nin xx.xx.1990-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən X4 adına qeydiyyata alınmışdır. İddiaçı sözügedən mənzilin əslində onun mülkiyəti olduğunu iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Belə olduğu təqdirdə Cavabdeh1 isə haqlı olaraq daşınmaz əmlakla bağlı həm əvəzləşmə müqaviləsini, həm də daha sonra əvəzləşmə müqaviləsinə dəyişiklik edilməsi barədə müvafiq sazişi və buna müvafiq olaraq daşınmaz əmlakın alıq-satqı müqaviləsini daşınmaz əmlakın mülkiyyətçiləri ilə bağlamışdır. Odur ki, Cavabdeh1 ilə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, K/148 saylı əvəzləşmə müqaviləsinin və AN-1 №1284959 saylı Alqı-satqı müqaviləsinin Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə bağlanmış, həmin müqavilələrin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir. İddia tələbinin “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində iddiaçıya dəymiş maddi zərərin əvəzi olaraq, 200.000 (iki yüz min) manat məbləğində evin dəyərinin, 17.580 (on yeddi min beş yüz səksən) manat məbləğində evdə məhv edilmiş əşyaların dəyərinin, yəni ümumilikdə, 217.580 (iki yüz on yeddi min beş yüz səksən) manatın Cavabdeh1ndən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuşşəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyəti yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Həmçinin, iddiaçı maddi ziyanın məbləğini və onun vurulduğunu, cavabdeh tərəf isə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludur. Bu baxımdan, məhkəmə hesab edir ki, zərərlə bağlı tələb üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə də bu əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları, cavabdehin qanunazidd əməli nəticəsində ona ziyan vurulduğunu sübut edə bilməmişdir. Cavabdeh1 Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 arasında xx.xx.2024-cü il tarixdə bağladığı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 129,5 kv.m olan 5 otaqlı fərdi yaşayış evinin paylı mülkiyyət üzrə onlara məxsus hissəsini 66500 manata almış, satıcılar müvafiq əmlakı Cavabdeh1 mülkiyyətinə vermişdir. Bundan sonra müvafiq fərdi yaşayış evi sökülmüşdür. Belə olduğu təqdirdə, iddiaçıya ziyan vurulması faktı öz təsdiqini tapmır. Məhkəmə İddiaçı “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz olaraq uçurulması nəticəsində iddiaçıya dəymiş mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat məbləğində vəsaitin Cavabdeh1ndən tutularaq iddiaçıya ödənilməsi”nə dair mənəvi zərər tələbi ilə bağlı qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyrihüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Plenum eyni zamanda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hər hansı hüquqa zidd əmələ yol verildiyi müəyyən olunmadığından və bununla da maddi zərərlə bağlı tələb rədd olunduğundan, bundan irəli gələn mənəvi zərərlə əlaqədar iddia tələbi də rədd olunmalıdır. Məhkəmə həmçinin iddia tələbinin “ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qanunsuz uçurulması nəticəsində iddiaçıya vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə yekun məhkəmə qərarı çıxarılıb tam icra edilənədək, Cavabdeh1 üzərinə 2024-cü ilin noyabr ayından hesablanmaqla, iddiaçıya hər ay 700 manat kirayə haqqının ödənilməsinin davam etdirilməsi vəzifəsinin qoyulması” hissəsinə qiymət verərək qeyd edir ki, iddia tələbi bu hissədə iddia tələbinin digər hissələrindən aslı olduğundan və məhkəmənin yuxarda qeyd edilən qənaəti ilə iddia digər hissələrdə təmin edilmədiyindən, həmin hissələrdə də iddia təmin edilə bilməz. Məhkəmə həmçinin iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müyyən edilmiş istifadə hüququnun olması ilə bağlı iddiaçı tərəfin gətirdiyi dəlilə münasibət bildirərək qeyd edir ki, iddiaçı istifadə hüququna xitam verilməsi ilə əlaqədar kompensasiyanı mübahisəli mənzilin mülkiyyətçilərindən tələb etmək hüququnu özündə saxlayır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, vurulmuş maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. İş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia rədd edilməli olduğundan hazırkı iddiaların qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu ona aid olunmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 227və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı “müqavilələrin etibarsız hesab edilməsi, vurulmuş maddi ziyanın ödənilməsi və s.” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Kərim Xudayev
Məhkəmə qərarları › İş №e-2(004)-418/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-418/2025
04.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver