Məhkəmə qərarları › İş №2(105)-1335/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1335/2025

28.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi -
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1335/2025 28.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) X37 Süleymanovanın sədrliyi və məruzəsi, X22 Qafari və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh2, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 qarşı (üçüncü şəxs Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təərrüfat Birliyinin 22 saylı Mənzil Kommunal İstismar sahəsi cəlb olunmaqla) "maddi və mənəvi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(012)- 1536/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı cavabdeh "xxxx" ASC və Cavabdeh2 qarşı (üçüncü şəxslər Cavabdeh2 və Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 22 saylı Mənzil Kommunal İstismar Sahəsi) maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, X76, Qanlı Göl, M- 201 saylı ünvanında yerləşmiş ona məxsus 64 kv.m yaşayış sahəsinin və mərhum atası X23 miras qalaraq ona çatacaq 42 kv.m yaşayış sahəsinin qanunsuz söküntüsü nəticəsində həmin əmlakın əvəzində ona cavabdeh "xxxx" ASC-nin ərazidə inşa etdiyi yaşayış kompleksində hər 100 kv.m.-ə 20 kv.m.əlavə olunmaqla, cəmi 127 kv.m. mənzilin verilməsi və həmin ünvanda mərhum atası ilə fəaliyyət göstərdiyi ferma tikililərindən (tövlələr, toyuq hini, qaraj, ot anbarı) vərəsə olaraq ona çatmalı olan 168,259 kv.m qeyriyaşayış sahəsinə uyğun 26880 manat kompensasiyanın verilməsi barədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə onunla müqavilə bağlamaq öhdəliyinin qoyulması, qanunsuz söküntü nəticəsində əşyalarımın məhv edilməsi ilə əlaqədar ona vurulmuş maddi ziyana görə 10000 manat, xx.xx.2024-cü ildən onu yaşayış yerindən məhrum edib küçəyə atdıqları üçün evi qanunsuz söküldüyü vaxtdan ev verilənə qədər hər ay kirayə pulu kimi 450 manatın, mənəvi ziyana görə 2000 manat, dağıntı vaxtı servantından oğurlanmış 1032 manat məbləğin, cavabdeh "xxxx" ASC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atasının və onun Bakı şəhəri, Yasamal rayonu, X42 yolunun kənarında Qanlı göl ərazisindəki sənədsiz yaşayış və qeyri yaşayış sahəsi olmuşdur. Mərhum atası X51 2003-cü ildə ünvan 2 ünvanda yaşayırdı. Onlar orada da ferma təsərrüfatı qurararaq, malqara saxlamışlar. 2015-ci ildə o, öz şəxsi vəsaiti hesabına atasına məxsus həyətdə 3 otaqlı 64 kv.m sahəsi olan fərdi yaşayış evi tikərək yaşamağa başlamışdır. Tikdiyi evə kommunal şəbəkəni atasının evindən götürərək istifadə etmişdir. Bu evdən əlavə, həmin torpaq sahəsində ümumi sahəsi 67 kv.m.təşkil edən ot anbarını da atası tikdirib, o, istifadə etmişdir, iribuynuzlu malqara saxlamışdır. "xxxx" ASC-nin əməkdaşları hələ xx.xx.2023-cü ildə qanunsuz olaraq həyətinə soxulmuş, ot anbarının bir divarını yarıya qədər sökmüşdülər. Həmin qanunsuzluqlar barədə o, ölkə başçısına, hüquq mühafizə orqanlarına müraciət etmişdir. xx.xx.2022-ci ildə atası vəfat etmişdir. Ölümdən sonra da o, orada özü yaşamışdır. Orada olan ferma təsərrüfatını özü idarə etmişdir. Onun orada yaşamağının canlı şahidləri vardır. Məhkəmədə onların da ifadələrinin alınmasını xahiş edir. 2019-cu ildə hələ atasının sağlığında cavabdeh şirkətin nümayəndələri və 22 saylı MKİS-nin əməkdaşının iştirakı ilə Bakı şəhəri Yasamal rayonu, X42 Yolunun Kənar hissəsində yerləşən 27 ha torpaq sahəsində yerləşən yaşayış evlərinin ölçülməsi ilə bağlı vətəndaş Əliyev Rüstəmə məxsus M-201 saylı ünvanda ölçü işləri aparılmış və bu barədə 239 nömrəli akt tərtib edilmiş, həmin aktı mərhum X74, Şirkətin əməkdaşları və MKİS-nin mühəndəsi imza etmişlər. Akta həmin yaşayış sahəsinin görüntülərini əks etdirən şəkillər də əlavə edilmişdir. Belə ki, mərhum atası Rüstəm Əliyevin, nümayəndələr X54 oglu və X29 oglu və 22 saylı MKİS-nin mühəndisi X10 iştirakları ilə 2019-cu ildə tərtib olunmuş akta əsasən, Bakı şəhəri Yasamal rayonu X42 yolunun kənar hissəsində yerləşən 27 ha torpaq sahəsində yerləşən M-201 saylı mənzildə aparılmış ölçülərə görə ölçüsü götürülmüş hissələrinin cəmi 374,95 kv.m.(18 ədəd otaqlar, ümumi sahə 274 kv.m., qeyri-yaşayış sahələri 168 kv.m) təşkil etmişdir. Hətta həmin aktda cavabdeh şirkətin aktı tərtib edən əməkdaşının əlyazması ilə: ’’X14 İddiaçı ilə yaşayır, “3 otaq onun öz adınadır” sözlərini qeyd etmişdir. O, həmin aktın surətini atası dünyasını dəyişəndən sonra "xxxx" ASC-nin direktor müavini Fikrət Məmmədovdan almışdır. xx.xx.2022-ci ildə atasının vəfatından sonra onun yasına başının qarışıq olduğu bir vaxtda böyük qardaşı Cavabdeh2 fürsətdən istifadə edərək vaxtı itirmədən atasına və ona məxsus evləri ələ keçirmək məqsədilə, 18 avqust 2022-ci ildə 3 saylı ASAN xidmət mərkəzindən 433 saylı “Ölüm haqqında şəhadətnamə”ni alan kimi həmin gün 2 nəfərdən ibarət əvvəlcədən razılaşdırmış yalançı şahidlərindən notariat qaydada təsdiq etdirilmiş ərizələrini almışdır. Həmin ərizələrdə yalandan “Guya ki, Cavabdeh2 X51 ilə ölənə qədər onunla birlikdə Bakı şəhəri,Yasamal rayonu, Qanlı gölün Qərb sahili,ev 166 (201) ünvanında qeydiyyatsız yaşadığı qeyd olunmuşdur. ünvan 4əisi M.Salmanov xx.xx.2024-cü ildə vəzifəsindən sui-istifadə etmiş, Cavabdeh2 56 nömrəli saxta arayış verərək bildirmişdir ki, guya ki, Cavabdeh2 Yasamal rayonu Qanlı Göl ərazisində atası X51 ilə birlikdə ölənə qədər qeydiyyatsız yaşamışdır. Halbuki, həmin ünvanda atası dünyasını dəyişəndən sonra o və həyətdə olan kiyayəşinlərdən başqa heç kim yaşamamışdır. Belə ki, Yasamal rayonu X42 yolunun kənar hissəsində yerləşən 27 ha torpaq sahəsində yerləşən M-201 saylı sənədsiz fərdi yaşayış evində Cavabdeh2 nə atasının sağlığında, nə də dünyasını dəyişəndən sonra heç vaxt yaşamamışdır. Daha sonra həmin qardaşı atasının adına olan kommunal sənədləri saxtakarlıq edərək onun və atasının digər vərəsələrinin icazəsi olmadan öz adına dəyişdirmişdir. Belə ki, xx.xx.2022-ci ildə atasının ölümündən 2 həftə sonra Cavabdeh2 vaxtı itirmədən, adı çəkilən mənzildə kommunal hesab olunan qaz, işıq sayğaclarını, su sayğacını isə xx.xx.2022-ci ildə öz adına keçirmişdir. Məqsədi də gələcəkdə ərazi söküləcəyi təqdirdə külli miqdarda pul və ev vəsaitini mənimsəmək olmuşdur. Kommunal xidmət müqavilələrin 2022-ci ilə kimi atasının adına olması işin mübahisə olunmaz halıdır. Bu barədə aidiyyəti qurumlardan vəkil sorğuları ilə rəsmi məlumatlar alınmışdır. Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə sənəd təqdim etmiş, özünü M-201 saylı evin tək mülkiyyətçisi kimi təqdim etmişdir. Bunun müqabilində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin direktor müavini X55 Əliyevlə əlbir olub 17 may 2024-cü il tarixdə 185/2024 saylı razılaşma yolu ilə saxta müqaviləsi imzalanmışdır. Tərəflərin razılığına əsasən M-201 saylı evin tikililərinin əvəzində Cavabdeh2 63,99 kv.m.ölçüdə 2 otaqlı mənzil və 60000 manat pul verilmişdir. "xxxx" ASC müqavilənin tərtibi üçün əsas sənəd kimi aktı qəbul etmiş olsa da, həmin aktda M-201 saylı evin sahibinin tək Rüstəm Əliyevin qeyd edilməsi faktından yan keçmiş, Cavabdeh2 həmin evin tək mülkiyyətçisi kimi qiymətləndirilmişdir. Halbuki, həmin vaxta qədər ASC-nin nümayəndələri hazırkı mübahisəli torpaq sahəsində olmuş, şəxsən onunla danışıqları olmuşdur. Halbuki, bir müddət əvvəl cavabdeh şirkət onunla danışıqlar aparmışdır. 15 mart 2024-cü il tarixdə cavabdeh tikinti şirkətinin əməkdaşları İzzət, Tuqay və Yusif adlı işçiləri atasına məxsus evin və onun 2015-ci ildə öz vəsaiti hesabına tikdirdiyi yaşadığı evin şirkət tərəfindən almaq istədiklərini, bunun üçün mərhumun 5 nəfər övladları olaraq razılaşma əldə etməyin vacibliyi bildirilmiş və bütün vərəsələrin alqı-satqı müqaviləsi bağlanılması üçün şirkətə dəvət olunacağı bildirilmişdir. O, digər qardaşı Əliyev Eldarı çağıraraq atasının və onun evinin almaq istədiklərini bunun üçün vərəsələrin razılaşmalı olduğunu bildirmişdir. xx.xx.2024-cü il tarixdə şirkətin əməkdaşları gələrək qardaşı Eldarın iştirakı ilə atasının evinin və onun evinin ölçüsünü aparmışlar, hətta video yazılarla çəkilişlər etmişlər, ölçü haqqında şirkət tərəfindən arayış veriləcəyi bildirilmişdir. Daha sonra o, şirkətin İzzət adlı əməkdaşı ilə evlərin ölçü sənədinin verilməsi barədə əlaqə saxlasa da, o onu aldadaraq heç bir sənəd verməmişdir. Həmin şəxslə aralarında dəfələrlə mobil telefon vasitəsi ilə danışıqlar aparılmışdır. Bununla yanaşı həmin ünvanda onun adına məxsus olan (012) ***-**-** nömrəli telefon vardır. O, neçə illərdir ki, həmin ünvanda yaşayırdı. Həmin telefon vasitəsilə də mütəmadi olaraq ailəsilə əlaqə saxlamışdır. Axırıncı səs danışığı xx.xx.2024-cü il tarixində olmuşdur. Göründüyü kimi, ’’Kristal Bakı” ’ASC mərhum atasının mümkün varisləri, həmçinin tikililərin digər sahibləri və istifadəçiləri məsələsinə Cavabdeh2 xeyrinə göz yummuş və onunla 17 may 2024-cü il tarixli razılaşma müqaviləsi baglanmışdır.Həmin müqavilə şərtlərinin təhlili isə göstərir ki, söküntüsü aparılmış M-201 saylı evin əvəzinə məqsədli surətdə xeyli dərəcədə aşağı məbləğdə kompensasiya hesablanmışdır ki, bu hesablaşma həm Cavabdeh2 üçün, həm də "xxxx" ASC üçün sərfəli olmuşdur. Belə ki, onda olan məlumata görə, Bakı şəhəri Yasamal rayonu X42 yolunun kənar hissəsində yerləşən 27 ha torpaq sahəsində yerləşən tikililərin söküntüsü əvəzinə vətəndaşlara hər kvadrat metr tikinti sahəsi razılaşma yolu ilə, qeyri-yaşayış sahəsinə minimum ***-**** manat konpensasiya, mənzillərin əvəzinə isə öz tikdikləri binadan hər 100 kv.m-ə 20 kv.m.artıq mənzil verərək, ev verilənədək hər ay vətəndaşa 450 man.kirayə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, həm Cavabdeh2, həm də "xxxx" ’Açıq Səhmdar Cəmiyyətinin qanunsuz fəaliyyətləri nəticəsində onun əmlak hüquqları kobud surətdə pozulmuşdur. Belə ki, ilk növbədə, M-201 saylı evdə ona məxsus olan 3 ədəd otaqların dəyəri Cavabdeh2 tərəfindən özü üçün qəbul edilmişdir. Digər tərəfdən isə "xxxx" ASC Cavabdeh2 məqsədli surətdə aşağı məbləğdə kompensasiya verməklə ona məxsus və dünyasını dəyişmiş atasının ona çatacaq miras payından olan otaqların dəyərinin ödənilməsindən yayınmışdır. Daha bir halda isə, M-201 saylı əmlakın dəyərinə onun vərəsəlik hüququ Cavabdeh2 tərəfindən pozularaq, ona vərəsə olaraq verilməli olan hissə özü tərəfindən mənimsənilmişdir. O, 18 may 2024-cü ildə səhər tezdən evdən çıxıb poliklinikaya getmişdir.’’Kristal Bakı” şirkətinin əməkdaşları onun evdən çıxdığını görüb, evin yiyəsiz olduğunu bilib, dərhal Cavabdeh2lə bilikdə əlbir olub, çöl darvazasının qıfılını sındırmış, şirkətin 20-dən çox əməkdaşını həyətə buraxmış və özlərinin gətirdiyi ag rəngli traktor vasitəsilə həyətə girmiş, dünyasını dəyişmiş atasına məxsus evləri sökməyə başlamışlar. Qonşuluqda olan X61 oglu dərhal onunla əlaqə saxlamış, onun ərazisinin söküldüyünü bildirmişdir. O, X24 ilə birlikdə dərhal əraziyə gəlmişdir. Həyətə daxil olarkən cavabdeh şirkətinin işçilərini və traktor vasitəsilə atasıns məxsus olan 2 mənzilin dağıdıldığına şahid olmuşdur. O, dərhal söküntü işlərinin saxlanılmasını traktoru işlədən sürücüyə bildirmişdir. O, dərhal mühərriki söndürərək, söküntünü saxlamışdır. Şirkətin işçisi tel.nöm. (051)250-05-42 olan İzzət adlı şəxs ona yaxınlaşaraq bildirmişdir ki: “Siz, bizim söküntü işini saxlaya bilməzsiniz. Şirkət bu sahələrin hamısını böyük qardaşın Cavabdeh2, külli miqdarda pul ödəyərək, bütün evləri almışdır. O, isə öz növbəsində bildirmişdir ki, Cavabdeh2 bu ünvanda heç vaxt yaşamamışdır. Onlar ona məxsus əmlakı söküb talayırsınız. Bu qanunsuzluqlar barəsində məhkəməyə, hüquq mühafizə orqanlarına müraciət edəcək. Öz növbəsində bildirmişdir ki, ona məxsus olan həyətini tərk edib getsinlər. İzzət adlı şirkət əməkdaşı özü ilə gətirdiyi “Qoçu” dəstəsilə, xüsusən İzzət,Tuqay, Elnur onu və Əliyeva Sahibəni yaşadığı ünvandan vuraraq küçəyə zorla çıxarmışlar. Öz evinə daxil olmağa icazə verməmişlər. Hadisədən dərhal sonra DİN-nin 102 xidmətinə, 28 saylı polis bölməsinə müraciətləri də nəticəsiz qalmış, əraziyə gələn polis əməkdaşları da şirkətin tərəfinə keçmişlər. Hətta polislər qəsdən onu 28-ci bölməyə apararaq orada məcburi saxlamışlar. Nəticədə şirkətin onun evini maneəsiz sökməyə şərait yaratmışlar. Bölmədən buraxıldıqdan sonra o xəsarətinin dərəcəsini təyin etmək, tibbi ekspertizadan keçmək üçün qəsdən gecikdirilərək buraxılmışdır. Ekspertiza işçilərinin iş vaxtı bitdiyi üçün orada işləyən gözətçi bildirmişdir ki, həftənin 1-ci günü, mayın 20-də işçi heyəti işdə olacaq. Həmin vaxtda gələrsən. Gecə xx.xx.2024-cü il 03-09 dəqiqədə onun hadisə vaxtı aldığı zərbələrdən, əsəb, bədən sarsıntısı nəticəsində keçirdiyi ürək ağrısı, bədəninin müxtəlif yerlərində əzilmələr, yüksək təzyiq nəticəsində M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etmişdir. Təcili və təxirsalınmaz tibbi müayinədən keçmiş, müalicə olunmuşdur. 3 ədəd iynə vurulub. Elə həmin günü 04.24.saatlarında evə buraxılmışdır. Həkim heyəti bildirmişdir ki, poliklinika həkiminin nəzarətində olmalıdır. Şirkət onun yaşadığı evin qıfılını qırıb, onun icazəsi olmadan evinə girib əşyaları mebel, paltar, qab-qacaqları küçəyə tullamış, servantında olan 1032 manatı ogurlamışdılar. Qalan əşyaları isə traktor evi uçuran zamanı evin içində qalmış və zədələnib məhv olmuşdur. Şirkət qəsdən tez bir zamanda ərazini söküb dağıtmışdır ki, onun orada yaşamağını təsdiq edən heç bir dəlil, sübut qalmasın. Həmin müddətdə onunla eyni ünvanda yaşamış Nadir adlı kirayəşin var idi. Evlər uçarkən Nadir kişinin əşyaları da söküntü altında qalmışdır. Eyni zamanda onunla eyni ünvanda yaşamış X62 oglu həyat yoldaşı Bikə adlı şəxslə birlikdə yaşamışdılar. Müəyyən səbəblərdən onların əşyaları: qabqaşıqları,paltarları və sənədləri onun evində qalmışdır. Şirkətin əməkdaşları evləri sökərkən həmin əşyaları da dağıtmış, yarasız vəziyyətə salmışdılar.xx.xx.2024-cü il Rəhimov Əziz onun yaşadığı ünvana gəlmiş, evinin uçulub talan olduğunu görmüş və onu axtarmışdır. Onu tapdıqdan sonra nə baş verdiyini soruşmuşdur. O, isə hadisəni olduğu kimi ona danışmışdır. Bundan sonra Əziz polisin 102 xidmət növünə zəng vurub şikayət etmiş və zədələnən əşyalarının əvəzinin ödənilməsini bildirmişdir. xx.xx.2024-cü ildə səhər saatlarında dağıdılmış ünvana getmişdir. Ona məxsus bəzi əşyalarının bir hissəsini yaşadığı ünvandan 15 metr aralı açıq sahəyə tullanılmışdır. O, oradan məxsus olan bəzi əşyaları: 2 ədəd televizoru, 1 ədəd soyuducu, paltarları götümüşdür. Ona məxsus olan əşyaları: stol-stullar və s.açıq sahəyə tullanılmışdır. Bu mənzərənin video görüntüsü vardır. "xxxx" şirkəti ona məxsus olan və çatacaq əmlakı qanunsuz söküb küçəyə atmışdırlar, onu yaşayış yerindən məhrum etmişdilər. Göstərilənlərə əsasən iddia təmin edilməlidir.

3. Daha sonra İddiaçı vəkili-nümayəndəsi Vəkil2 ərizə ilə müraciət edərək, üçüncü şəxs Cavabdeh2 cavabdeh kimi işə cəlb edilməsini xahiş etmişdir.

4. Daha sonra İddiaçı dəqiqləşmə ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X76, Qanlı Göl, M-201 saylı ünvanında yerləşən ona və atasına məxsus və cavabdeh "xxxx" ASC tərəfindən sökülmüş ümumilikdə sahəsi 265 kv.m olan əmlakın əvəzinə cavabdehin ərazidə inşa etdiyi yaşayış kompleksindən sahəsi 265 kv.m olan mənzil verilməsi, 93 kv.m qeyri- yaşayış sahəsinin əvəzi olaraq 74400 (yetmiş dörd min dörd yüz) manat məbləğin, qanunsuz söküntü nəticəsində əşyalarının məhv edilməsi ilə əlaqədar ona vurulmuş maddi ziyana görə 10000 (on min) manat məbləğin, söküntü zamanı evində servantından oğurlanmış 1032 (bir min otuz iki) manat məbləğin, xx.xx.2024-cü ildən onu yaşayış yerindən məhrum edib küçəyə atdıqları üçün həmin tarixdən mənzil veriləcək tarixə qədər hər ay 450 (dörd yüz əlli) manat məbləğində kirayə pulunun, mənəvi zərərə görə 2000 (iki min) manat məbləğin, o cümlədən ödənilmiş 1240 manat məbləğində dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən tutularaq ona ödənilməsi; Cavabdeh2 cavabdeh "xxxx" ASC-dən əldə etdiyi mərhum ataları X38 məxsus miras əmlakın ona varis kimi düşən hissəsinin Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

6. Şahid qismində dindirilmiş X39 ifadəsində bildirmişdir ki, 2021-ci ildən “Kristal Abşeron” X17 birinci evində yaşamışdır. Yoldaşının problemləri olduğuna görə Etibarın atasının evinə köçüb, kirayə yaşamışdır. Təxminən 2 il kirayə qalmışdır. Lakin kirayə müqaviləsi olmayıb, ödənişləri əlbəəl vermişdir. Bununla bağlı sənəd yoxdur. Qaldıqları evi icazəsiz sökdülər və sənədləri söküntü zamanı itirmişlər. Ona görə onlara da ziyan dəyib. Söküntüyə qədər orada yaşamışdır. Etibar məllimi 2021-ci ildən tanıyır. Suraxanıdan onun evinə köçmüşdür. Etibarın atası Eldar Əliyevin evində vəfat edib.

7. Şahid qismində dindirilmiş X40 ifadəsində bildirmişdir ki, Nizami və Etibar onun doğma qardaşlarıdır. Mübahisəli ərazidə ilk dəfə 1997-ci ildə Nizami tövlə tikib, sonra atasıgil müəyyən tikililər tikmişdir. Orada atası və Nizami qalıb. Orada olan tikililərin hər birini Nizami tikib. Etibar dediyi kimi olmayıb. Onun tövləsi olub ancaq çoxdan İlyas adlı şəxsə satıb. Ev və tövlə qardaşı Nizaminin və atasının vəsaiti hesabına tikilib. Atasının 60 yaşı var idi, pensiyaner idi. Qanlı göl ətrafında axıra qədər Nizami və atası qalıb. Etibara aid heç nə olmayıb. Rahib Tağıyevdə atasının evi olub. Atası bu evdən Nizaminin yanına köçüb. Kommunallar atasının adına olub. Eldarla Nizami atasını xəstə olduqdan sonra evə gətirdi.

8. Şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, 2000-ci ildə qanlı göl ərazisinə gəlmişdir. Qaynatası orada heyvan saxlayırdı. Rüstəm kişi qonşuların etirazından sonra köçdü. Qaynatası imkanlı şəxs olub. Etibar 2013-cü ildə orada 3 otaqlı ev tikib. 201 saylı evdə yoldaşının 3 otaqlı evi olub, 21 baş heyvanı olub. Qardaşlar arasında münasibətlər yaxşı olmayıb. Nizami atasının etimadından sui-istifadə edib. 2013cü ildən 2024-cü ilə qədər Etibar orada yaşayıb. 2013- cü ildə nikah pozulub. Etibarın İlyasa ev satmağından xəbəri yoxdur.

9. Şahid qismində dindirilmiş X43 ifadəsində bildirmişdir ki, Etibar onun qaynıdır. Qaynatası ancaq sement alıb. Qaynatasının elə də pulu yox idi. Qonşular narazı olduqlarına görə köçdülər. Eldarla Nizami evi tikdilər. Etibar orda çəpər çəkmişdi. Eşitmişdirki, Etibar evi İlyas adlı şəxsə satıb. Etibarla yoldaşı bir yerdə yaşayıb. Qaynatası orada yaşayana qədər hamı ora gedib gəlib. Qaynatası xəstələnəndən sonra onların Yasamalda yerləşən evlərinə gələrək orada qalmışdır. O ərəfədə Etibarı görməmişdir. Nizami əvvəl atası ilə qalırdı, sonra gündüz orada olurdu axşam evə gəlirdi. Rüstəm kişi Rahib Tağıyev küçəsi, ev 38 ünvanında dünyasını dəyişib. Həmin evdə 4-5 ay xəsdə yatıb. Etibarın evini görməmişdir.

10. Şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, Qardaşların hər ikisi onun qonşularıdır. Nizami, atasının və X68 3 otaqlı evi olub. 2019-cu ildən sinif yoldaşları ilə Etibarın evinə gedirdi. Demək olar hər həftə həmin məhləyə gediblər. Qardaşların münasibətləri yaxşı olub. Bu ailəni uşaq vaxtından tanıyır. Rüstəm kişi mal-qaraya baxırdı. Etibarın evi satmağı barədə məlumatı yoxdur. Ev Rüstəm kişinin pulu hesabına tikilib. Etibar da öz evini öz hesabına tikib. Tikililər tikiləndə o, xaricdə olmuşdur. Etibarı həmişə 3 otaqlı evdə görmüşdür.

11. Şahid qismində dindirilmiş X25 ifadəsində bildirmişdir ki, Yasamalda qanlı göl adlı ərazidə İddiaçı qonşusu olmuşdur. Cavabdeh2 də tanıyır. Qardaşlar arasında münasibət normal olub. Etibar mübahisəli ərazidə yaşayırdı, Nizami də arada gəlibgedirdi. Etibar heyvan saxlayırdı. Etibarın 3 otaqlı evi var idi. Həmin evi öz hesabına tikmişdir. Ev söküləndə orda olmuş, hətta Etibara bu barədə məlumat vermişdir. Etibar evi heç kəsə satmayıb. İlyas Etibardan qabaq evi təhvil verib getmişdir. İlyas evi yox, torpağı almışdır.

12. Şahid qismində dindirilmiş X26 ifadəsində bildirmişdir ki, ailəni uşaqlıqdan tanıyır. Yaxşı ailə olublar. Mal-heyvan saxlamaqla məşğul olublar. Bütün təsərrüfat Rüstəm kişinin idi. Sonra bəzi qonşular heyvanlara görə narazıçılıq etdi. Uşaqlar Rüstəm kişini tək qoymurdular, gəlib-gedirdilər. Son zamanlar etibar orda heyvan saxlayırdı. O, həmin həyətdə 3 otaqlı ev tikmişdir. Ev tikilən zaman o, Etibarla birlikdə sement aparmışdır. Söküntünü sonradan eşitmişdir. Evi satdığından xəbəri yoxdur.

13. Şahid qismində dindirilmiş X31 ifadəsində bildirmişdir ki, Etibarın mübahisəli yerdə evi olub, heyvan saxlayıb. Samirlə ev tikdiyini görmüşdür. Etibar evi atasının evinin yanında tikmişdi. 3 otaqlı evi var idi, lakin həmin evə daxil olmamışdır. Atasının evini görmüşdür. Evin satılmasından xəbəri yoxdur. Nizaminin orda yaşamağını, heyvanı olduğunu bilmir, lakin Nizamini orada görmüşdür. Rüstəm kişi daş evin Etibara aid olduğunu deyib. Kimin vəsaitilə tikildiyini bilmir.

14. Şahid qismində dindirilmiş X44 ifadəsində bildirmişdir ki, o, Rahib Tağıyevdə yaşamışdır, mübahisəli əraziyə ara-sıra gəlib getmişdir. Qanlı gölə ev tikilən zaman atasına köməyə getmişdir. Atası öz pulu ilə mal-qara alıb, 64 kv/m evi tikib. Atası heyvanları satmış, lakin evi satmamışdır. Əmisi Nizami səhər axşam gəlib gedirdi. Pulu alıb gedirdi. Tövlə Nizaminin pulu ilə tikilib.

15. Şahid qismində dindirilmiş X41 ifadəsində bildirmişdir ki, Yasamalda ailə ilə qonşu olmuşdur. Qanlı Göldə evi olmayıb. Qonşuların narazıçılığına görə oradan köçüblər. Etibar 2014-cü ildə 3 otaqlı ev tikib. Daimi olaraq Etibar orada yaşayıb. Etibar evi satmayıb. Nizaminin evi Rahib Tağıyevdə olub. Rüstəm kişi 90-cı illərdə evi Etibar ilə birgə tikib. İlyasın ev almağından xəbəri yoxdur.

16. Şahid qismində dindirilmiş X52 ifadəsində bildirmişdir ki, evi atası Əliyev Eldar və əmisi Nizami birlikdə tikmiş, sonra babasının adına keçirmişlər. Nizami və Etibarı tanıyır, onun əmiləridir. 1993-cü il təvəllüdlüdür, ev isə təxminən 1997-ci ildə tikilmişdir. Həmin vaxt uşaq olduğu üçün evin nə vaxt tikildiyini dəqiq xatırlamır. Əvvəl babası Yasamalda yaşamışdır. Babasının təxminən 80 yaşı var idi, əvvəl yaşıllaşdırmada işləyib. İddiaçı evini görməmişdir, sadəcə heyvan saxladığını, mülkünü olduğunu, daha sonra satdığını bilir. Babası rəhmətə getdikdən sonra əmiləri arasında bu söhbət olmuşdur. Babasına məxsus 1 evin olduğunu, həmin evdə əmisi Nizami ilə yaşadığını, Etibarın isə arada gəldiyini bildirmişdir. Həyətdə babasına məxsus 1 tövlə olmuşdur.

17. Şahid qismində dindirilmiş X32 ifadəsində bildirmişdir ki, Nizami və Etibarı tanıyır. Etibarın ot damının yanında, atasının torpağının yanında olan evi sökülüb. Nizami də ora gəlib gedirdi. Eldar da gəlirdi. Lap əvvəldən tanışdırlar. Belə ki, anası Eldargilin müəlliməsi olub, Nizami də həmin məktəbdə müəllim olub. Atası rəhmətə gedəndən sonra Etibar orada daimi olaraq yaşayıb. Etibarın orda heyvanı olub, ondan heyvan alıb. Həmçinin söküntünün şahidi olmuşdur. Həmin vaxt Etibar orada olmamış, Eldara xəbər eləmişdir ki, Etibarı yığsın. Atası orda olduğuna görə əvvəl orada daimi yaşamayıb. Orada tövlələr, 2 tikili, Etibarın evi olub. Satışla bağlı heçnə eşitməmişdir. Onlar da Kristalla razılaşmışlar. Şəxsən orada yaşamasa da, gedib gəldiyini, tikililərin təxminən 20 ildir ki, orada olduğunu bildirmişdir. Ev Rüstəm əminin vəsaiti ilə tikilib. İlyas tikilini Rüstəm dayıdan alıb. Özünün yeri yox idi və əvvəl orada yaşamayıb. Təxminən 20 il orada yaşadı. Oranı Nizami, Eldar və Etibar tikiblər. Etibarın evi 10-15 il əvvəl tikilib. Tikilililər Rüstəmin adınadır. Etibar əvvəl bələdçi işləyirdi.

18. Şahid qismində dindirilmiş X27 ifadəsində bildirmişdir ki, Etibar və Nizami onun xalası oğullarıdır. Mülk Rüstəmin olub. Oğulları ilə bir yerdə çalışıblar. Vəsait Rüstəmin hesabına olub. Etibarın 3 otaqlı evi olub. Tikintini o aparıb. Orada alqı-satqı olmayıb. Yasamalda kənarda yaşayıb. Mübahisəli əraziyə Rüstəm və Etibarla gedib. Rüstəm daha çox Yasamaldan köçüb Qanlı göldə qalırdı. Əmlak komitəsinin zaborunu Nizami, Eldar və o tikib. Evi kimin tikməyə başladığı yadında deyil. İlyası bəlkə üzdən tanıyar. Ərazi Rüstəm kişinin olub. Etibarın 3 otaqlı evi olub, öz vəsaiti hesabına tikib.

19. Şahid qismində dindirilmiş X45 ifadəsində bildirmişdir ki, 1997-ci ildə qardaşı Nizami ilə öz hesablarına təsərrüfat üçün tövlə və otaq tikiblər olub, ataları da kömək edirdi. Orada Etibarın evi olub, sonra satıb. İlyas evi Etibardan alıb. Etibarın 1 otaqlı tikilisi olub. Orada heçnə saxlamır, arada gəlib gedirdi. Atası öz adına qeydiyyata aldırıb. Əsas vəsait Nizaminin olub. Atası pensiya ilə dolanırdı, başqa gəliri yox idi. Nizami ilə atasının təsərrüfatı olub, sonradan artırıb. 8-10 baş heyvanları olub. Bələdiyyənin sahəsi olub, paylayıblar. Atası Nizamiyə bir evi vəsiyyət edib. Evi Nizami ilə ikisi tikib. Etibar kömək etməyib. İsgəndərov Samiri tanıyır, onlara tikintidə kömək etməyib.

20. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Bakı X48 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzinin xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, Verilir, ünvan 8 ünvanında yaşayan, vətəndaş İddiaçı ondan ötrü ki, ***-**-** saylı nömrə həmin abunəçinin adınadır və borcu yoxdur.

21. “Azəriqaz” İB-nin 14-2-2-4/2-1818/2024 saylı, 20 noyabr 2024-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 9 ünvanında yaşayan İddiaçı istehlakçı kimi qeydiyyatına dair məlumatın verilməsi haqqında “Azəriqaz” İstehsalat Birliyinə ünvanlanmış müraciətə aidiyyəti üzrə Bakı Regional Qazın Satışı Departamentinə (daxil olma: xx.xx.2024-cü il tarixli 14-2-2-4/1-421/2024) baxılmışdır. Ünvanlanmış məktubda göstərilən (abonent kodu: **********00380, sayğac nömrəsi: 1002AQ**********6) mənzildə quraşdırılan məişət qaz sayğacı X4 Sistemində istehlakçı kimi ilk dəfə xx.xx.2013-cü il tarixdə Rüstəm Əliyevin adına qeydiyyata alınmış və daha sonra xx.xx.2022-ci il tarixdən etibarən Cavabdeh2 adına keçirilmişdir.

22. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X73 Yasamal Rayon Sükanal İdarəsinin müraciətə baxılması barədə xx.xx.2024-cü il tarixli məktubunun surətindən görünür ki, ünvan 11 ünvanına Əliyev Rüstəm adına xx.xx.2005-ci il tarixli, 10072743 nömrəli müqavilə (**********00 nömrəli abonent kodu) bağlanmışdır. Cavabdeh2nün müraciəti əsasında **********00 nömrəli abonent kodu xx.xx.2022-ci il tarixli, 46417652 nömrəli müqavilə ilə adına keçirilmişdir.

23. "xxxx" ASC-nin Yasamal Rayonu Enerji Təchizatı və Satışı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunun sürətindən görünür ki, A330739581 nömrəli elektrik sayğacı xx.xx.2006-ci ildə quraşdırılmışdır ( ünvan Qanlı Göl, Qərb sahili mənzil 95) və kompüter məlumat məlumat bazasından xx.xx.2022-ci il tarixdən X33 adından “ASAN Kommunal Xidmət Mərkəzi” tərəfindən Cavabdeh2 adına keçirilmişdir. Hal-hazırda **********00095 abunə kodu kompüter məlumat bazasında Cavabdeh2 adına qeydiyyatdadır. Nəzərinizə çatdırıram ki, ad dəyişmə ASAN Xidmət tərəfindən həyata keçirildiyi üçün əsas olmuş sənədlər (çıxarış vərəqəsi və şəxsiyyət vəsiqəsinin surəti) Yasamal RETSİ-də mövcud deyil.

24. xx.xx.2024-cü il tarixli TTYŞ xəstə müayinə və müşahidə formasından çıxarışdan görünür ki, İddiaçı M.Ə.Mirqasımov adına R.K.X.-ya baş ağrıları, baş gicəllənmə, sinədə ağrılar, tənginəfəslik şikayətləri ilə müraciət etmiş, xəstəyə R 07.2 İ 10 diaqnozu qoyularaq, poliklinika həkiminin nəzarəti göstərişi qeyd edilmişdir.

25. xx.xx.2024-cü il tarixli, 185/2024 saylı müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 23 dekabr 2021-ci il tarixli 340 nömrəli Sərəncamı ilə onun istifadəsinə verilmiş Bakı səhəri. Yasamal rayonu. X76un kənarında yerləşən torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisini həyata keçirərək, həmin ərazidə yerləşən və Cavabdeh2 istifadəsində olan şərti nömrəsi “M-166 (201)" və faktiki sahəsi 74.81 kv.metr ev, 272.82 kv.metr (116.91 kv.metr + 80.59 kv.metr + 75.32 kv.metr) ferma kimi fəaliyət göstərmiş asınmış tikilisini qəbul edərək əvəzinə ərazidə inşa olunan yaşayış kompleksində, 13-cü binada, 1-ci blok, 7-ci mərtəbə, 38 saylı, 63.99 kv.metr, 2 otaglı mənzil və 60 000 AZN pul verilir.

26. xx.xx.2024-cü il tarixli, 187 saylı müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 23 dekabr 2021-ci il tarixli 340 nömrəli Sərəncamı ilə onun istifadəsinə verilmiş Bakı səhəri. Yasamal rayonu. X76un kənarında yerləşən torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisini həyata keçirərək, həmin ərazidə yerləşən və X12 istifadəsində olan şərti nömrəsi “165” və faktiki sahəsi 47.47 kv.metr, 79.82 kv.metr evləri və 78.21 kv.metr anbar tikilisini söküntü üçün qəbul edərək, əvəzində 125 000 AZN pul verilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

27. Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(012)-1536/2025 nömrəli qətnaməsi ilə (hakim Mirnəsir Mirhəsənli) İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı maddi ziyanın ödənilməsi tələbi barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.

28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1108.1-ci maddələri, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli qərarı, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarı, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli Qərarı, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və X21 haqqında X6 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 106.1, 106.3, 119.1, 14.2, 88, 217.3, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

29. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(012)-1536/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

30. Apellyator şikayəti onunla əsaslandırmışdır ki, o, əvvəldən 2000-ci illərdə Yasamal rayonu “Qanlı Göl” ərazisində 95-96 saylı ev kimi qeydiyyata alınmış, 2019-cu ildən "xxxx"ASC-i tərəfindən Bakı şəhəri, Yasamal r-nu, X42 yolunun kənar hissəsində yerləşən 201 saylı mənzil kimi qeydiyyata alınan və Yasamal r-nu 22 saylı MKİS-nin qeydiyyatında olan “Qanlı Göl” ərazisində yerləşən 166 nömrəli ev kimi qeydiyyata alınan ünvanda yaşamışddır. 1 mənzilin bir neçə ünvanı olmuşdur. Yaşadığı evin 442 kv.m tikilisi olmuşdur. 274 kv.m tikili yaşayış evi, 168 kv.m-lik tikili isə qeyri-yaşayış sahəsi (mal damı, ot anbarı, yem damı, 3 ədəd toyuq damı və 1 ədəd qaraj) olmuşdur. 2019-cu ildə 22 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) mühəndisi: X20, nümayəndələr: X54 oglu, X13 və dünyasını dəyişmiş atası X51 tərəfindən 239 saylı Aktı imzaları ilə təsdiq edərək, Bakı şəhəri Yasamal rayonu, X42 yolunun kənar hissəsində yerləşən 27 ha torpaq sahəsində yerləşən yaşayış evlərinin sahələrinin ölçüləri göstərilmiş, ümumi sahəsi 374.95 kv.m təşkil edən ərazini öz imzaları ilə təsdiq etmişdilər. Bildirir ki, həmin ünvanda X74 ilə birlikdə ona məxsus öz vəsaiti ilə tikdiyi 3 otaqlı ümumi sahəsi 64 kv.m mənzili olmuşdur. Bunu canlı şahidlərin vasitəsilə məhkəmədə sübut etmişdir. Həmin ünvanda onun adına məxsus olan (012) ***-**-** nömrəli telefon nömrəsi var. Onu da sübut edən sənədi, yəni Bakı X48 Məsuliyyətli Cəmiyyəti 1 saylı Rabitə Xidmətləri Mərkəzi tərəfindən xx.xx.2024cü il tarixdə verilmiş 10 nömrəli məktubu məhkəməyə təqdim etmişdir. Həmin sənəddə qeyd edilmişdir “Verilir, ünvan 12 ünvanında yaşayan, vətəndaş İddiaçı R üstəm oğluna ondan ötrü ki, ***-**-** saylı nömrə həmin abunəçinin adınadır və borcu yoxdur.” O, neçə illərdir ki, həmin ünvanda yaşayırdı. Həmin telefon vasitəsilə də mütəmadi olaraq ailəsi ilə əlaqə saxlamışdır. ”Kristal Bakı” ASC-nin nümayəndəsi Cavabdeh2 oglu ilə 17 may 2024cü il 185/2024 saylı müqaviləyə əsasən, 2.1. Tərəflərin hüquq və vəzifələri adlı bəndin 2.1.1-də yazılıb: Söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə, mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin mənzilin sökülməsinə razılıq verilməsi haqqında notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini ”Cəmiyyət”ə təhvil verilməsini təmin etmək. xx.xx.2024-cü il tarixində "xxxx" şirkətinin işçisi telefon nömrəsi (051) ***-**** olan İzzət adlı şəxs və əməkdaş sayılan Tuqay və digər şəxslərlə birlikdə onun yaşadığı ünvana gələrək bildirmişlər ki, “icazə ver sizin evlərin həcminin ölçü göstəricisini çəkib hesablayaq. Gələcəkdə sizin evləri pul vəsaiti və ya ev müqabilində şirkət tərəfindən razılıga gəlməyinizi xahiş edəcəyik”. O isə ona bildirmişdir ki, o, bu ünvanda yaşayır. Bu evlərin bəziləri X74ə məxsusdur. Onun isə 5 övladı var. Bu mirasda onların da payı var. İzzət öz növbəsində bildirmişdir ki, o, evləri ölçsün, siyahısını ona versin. O isə öz növbənizdə bir razılığa gəlsin və 5 nəfərin iştirakı ilə şirkətə evlərin alqı-satqısına görə dəvət olunacaqlar. Onun istifadəsində olan telefon nömrə (055) ***-**-** ilə mütəmadi danışıqlar aparmışlar. xx.xx.2024-cü ildə İzzət onunla telefon vasitəsilə əlaqə saxlayaraq bildirmişdir ki, evə müəllimlə baxış keçirəcəklər. Həmin günü saat 15:48-də aralarında telefon danışığı olan zaman bildirmişdir ki, yaşadıqları evin qapısındadır. Qapını açmağı xahiş edir. xx.xx.2024cü ildə saat 13:55-də ona zəng vuraraq evin ölçü siyahısını verməyini xahiş etmişdir. Eyni zamanda həmin siyahını atasının digər övladlarına təqdim etsin. Telefon danışığı zamanı İzzət ona bildirmişdir ki, may ayının 20-də həmin siyahını təqdim edəcək. Bundan sonra onu aldatmış və onun qardaşı Cavabdeh2 oglu ilə əlbir olub pul müqabilində MKİS-dən saxta sənədlər toplamışdır. Həmin arayışda göstərilmişdir ki, guya ki, həmin mənzildə Nizami yaşamış və ona məxsusdur. Bundan sonra "xxxx" şirkətinin əməkdaşları ilə əlbir olub onlarla müqavilə baglamış və həmin əmlakı pul və ev alacağı müqabilində onlara satmışdır. Ona məxsus olan 3 otaqlı evi və atasına məxsus olub ona çatacaq paydan məhrum edib əmlakından məhrum etmişdilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən, vərəsə dedikdə, rəhmətə gedənin uşaqları sayılır. Qanun üzrə ölənin uşaqları vərəsəlik zamanı bərabər hüquqlu vərəsələr sayılır. Vərəsə kimi onun da ata mülkündə pay hüququ var. Belə ki, "xxxx" ASC-nin hüquqşünası Nümayəndə oglunun Yasamal rayon prokurorlugunda yazdığı izahatının 7-ci cümləsində qeyd edir ki, ”Qanlı Göl” ərazisindəki ev X33 olmuş və Rüstəm Əliyev xx.xx.2022-ci ildə vəfat etmişdir. Həmin izahatda Cavabdeh2 oglu öz xətti ilə bildiriş yazaraq həyətdəki əkilən ağacları çıxarıb apardığını (bu barədə heç bir rəsmi dövlət təşkilatlarından icazə sənədi yoxdur) və evin sökülməsinə razılıq verdiyini qeyd etmişdir. Həmçinin, bildirişdə qeyd etmişdir ki, həmin evin sahibi özüdür, başqa heç bir şəxsə evin və tikilinin aidiyyatı yoxdur. Qeyd edir ki, həmin ağaclardan kifayət qədər məhsul əldə etmişlər. Yuxarıda adı çəkilən sənədləri məhkəməyə təqdim etmişdir. Hakim bu sənədlərdən məqsədli və qərəzli şəkildə yan keçmişdir. X74 Oruc oglu 15 avqust 2022-ci ildə vəfat etdikdən sonra qardaşı Cavabdeh2 oglu Yasamal rayonu “Qanlı Göl”də adı qeyd edilən ünvanda daşınmaz əmlakı mənimsəmək məqsədilə atasının “Ölüm haqqında Şəhadətnamə”ni ələ keçirib dərhal, vaxtı itirmədən 31 avqust 2022-ci ildə qaz və işığı, su sayğacını isə 16 noyabr 2022-ci ildə onun icazəsi olmadan öz adına keçirmişdir. Cavabdeh2 oglunun düzəltdiyi sənədlər saxtadır və bu saxta sənədləri o, "xxxx"ASC-nə təqdim edib saxta müqavilə imzalamışdır. ”Kristal Bakı” ASC-nin Cavabdeh2 ilə 17 may 2024-cü il 185/2024 saylı müqaviləyə əsasən, 2.1.7-ci bəndində yazılıb: Cəmiyyətə təhvil verilmiş daşınmaz əmlak, ailə üzvlərinin tərkibi, qeydiyyatda olan digər şəxslər barədə “Cəmiyyət”ə düzgün məlumat verilməsini, sənədlərin saxta olmamasını öhdəsinə götürür, məsuliyyət daşıyır. Yasamal rayonu, 22 saylı MKİS-nin rəisi saxta sənəd verərək guya ki, Cavabdeh2 oglu “Qanlı Göl”ün Qərb sahili 201-saylı mənzildə yaşayır. Bu sənədin saxta olmağını Cavabdeh2 tərəfindən məhkəməyə şahid qismində təqdim edilən onun həyat yoldaşı X28 məhkəməyə verdiyi ifadəsində dolayı yol ilə bildirmişdir. Belə ki, ondan həyat yoldaşı Cavabdeh2 daimi olaraq hansı ünvanda yaşadığı soruşulan zaman bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Rahib Tağıyev küçəsində yerləşən mənzildə yaşamışdır. Hətta məhkəmə iclasını aparan hakim X8 vermişdir ki, yoldaşın Cavabdeh2 “Qanlı Göl”, M-201 saylı mənzildə yaşayıbmı? Əliyeva Akifə əksinə olaraq bildirmişdir ki, Cavabdeh2 Yasamal r-nu Rahib Tağıyev ev 38-də onunla birlikdə yaşamışdır. Əliyeva Akifəyə sual olaraq verilmişdir ki, həyətdə kirayə verilən evlər olmuşdurmu? Suala cavab olaraq bildirmişdir ki, bəli. Qanlı Göl M-201 saylı mənzildə kirayə verilən evlər olmuşdur. Şahid qismində dindirilən X52 bildirmişdir ki, Qanlı Göl, M-201 saylı mənzildə babası Əliyev Rüstəm və əmisi İddiaçı heyvandarlıqla məşğul olmuşdur. Necə olur ki, Nizaminin daimi yaşadığı ünvan olmasına baxmayaraq Yasamal rayonu, 22 saylı MKİS-nin rəisi saxta sənəd verərək Cavabdeh2 Yasamal rayonu, X76, Qanlı Göl, M-201 saylı ünvanında yaşadığına dair arayış vermişdir. Bu arayış saxtadır. Bununla bağlı artıq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi göndərmişdir. xx.xx.2024-cü ildə yaşadığı ünvandan səhər saat 07.00-da ünvan 18b ordan da ailəsinin yanına qayıtmışdır. Evdə olarkən saat 12.00da X32 onun istifadəsində olan (055) ***-**-** telefon nömrəsi vasitəsilə əlaqə saxlayaraq, onun yaşadığı mənzilin "xxxx"şirkəti tərəfindən traktor vasitəsilə sökülüb dağıdıldığını bildirən zaman o, dərhal X24 ilə birlikdə həmin ünvana getmişdir. Həyətə daxil olarkən "xxxx" şirkətinin işçilərini və traktor vasitəsilə atasına məxsus olan 2 mənzilin dağıdıldığını görmüşdür. O, dərhal söküntü işlərinin saxlanılmasını traktoru işlədən sürücüyə bildirmişdir. Əvvəldə adını qeyd etdiyi İzzət adlı şəxs ona yaxınlaşaraq bildirmişdir ki,: “Siz, bizim söküntü işini saxlaya bilməzsiniz. Şirkət bu mənzilin hamısını böyük qardaşın Cavabdeh2 külli miqdarda pul ödəyərək, bütün evləri almışdır”. O isə öz növbəsində bildirmişdir ki, Cavabdeh2 bu ünvanda heç vaxt yaşamayıb və ona məxsus əmlak sökülür. Sonra köməyinə qonşuları X32 və X25 gəlmişdir. Bu şəxslər məhkəməyə də gələrək şahid qismində izahat vermişdilər. xx.xx.2024-cü il saat 12:53-də telefon vasitəsilə Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə müraciət edərək bildirmişdir ki, yaşadığı evdə qanunsuz olaraq məhkəmənin qərarı olmadan "xxxx" şirkəti qardaşı Cavabdeh2 və qardaşı oğlu X52 əlbir olub, evin çöl darvazasıının qıfılını qırıb şirkətin işçilərini qanunsuz olaraq həyətə buraxmış, onun icazəsi olmadan qanunsuz olaraq orada söküntü işlərinin aparılmasına icazə vermişdilər. Bundan sonra əraziyə 28 saylı polis bölməsinin 3 nəfərdən ibarət əməkdaşları gəlmiş, təfəflərə qulaq asmış, sonra isə polislər şirkətin qanunsuz hərəkətlərinə göz yumaraq oların tərəfinə keçmişdilər. O, çarəsiz və köməksiz qalıb yenidən, 2-ci dəfə 102 xidmətinə zəng vuraraq polislərin qanunsuz hərəkətlərini bildirib təkrar kömək istəmişdir. Lakin polis dəstəyi, köməyi görməmişdir. Şirkətin tərəfini saxlamış, qəsdən onu 28 saylı polis bölməsinə gətirib saat 18-00-dək saxlamışdır ki, şirkət onun yaşadığı ünvanı maneəsiz rahat söküb dağıtsın. Bölmədən buraxıldıqdan sonra o, xəsarətinin dərəcəsinin təyin edilməsinə tibbi ekspertizadan keçmək üçün qəsdən gecikdirilərək buraxılmışdır. Ekspertiza işçilərinin iş vaxtı bitdiyi üçün orada işləyən gözətçi bildirmişdir ki, həftənin 1-ci günü, yəni mayın 20-də işçi heyəti işdə olacaq, həmin vaxtda gəlsin. xx.xx.2024-cü il gecə saat 03:09-da onun hadisə vaxtı aldığı zərbələrdən, əsəb, bədən sarsıntısı keçirdiyi üçün M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına müraciət etmişdir. Təcili və təxirsalınmaz tibbi müayinədən keçib, müalicə olunmuşdur. Elə həmin günü saat 04:24-də evə buraxılmışdır. Həkim heyəti bildirmişdir ki, poliklinikada həkimin nəzarətində olmalıdır. Bildirir ki, şirkət onun yaşadığı evin qıfılını qırıb, onun icazəsi olmadan evinə girib əşyalarını: mebel, paltar, qab-qacaqları küçəyə tullamış, onun servantında olan 1032 manat pulunu, əşyalarının bir hissəsini oğurlamışlar. Qalan əşyaları isə traktor evi uçuran zamanı evin içində qalmış və zədələnib məhv olmuş, qalan hissəsini də küçəyə atmışlar. Eyni zamanda bildirir ki, onunla eyni ünvanda olan X18 həyat yoldaşı X39 ilə orada birlikdə yaşamışdılar. Bikənin də məhkəmədə şahid qismində izahatı alınmışdır. Müəyyən səbəblərdən onların əşyaları: qabqaşıqları, paltarları və sənədləri onun evində qalmışdır. Şirkətin əməkdaşları evləri traktor vasitəsilə sökərkən həmin əşyaları da dağıtmış, yararsız vəziyyətə salmışdılar. xx.xx.2024-cü il Əziz Rəhimov onun yaşadığı ünvana gəlmiş, evinin uçulub talan olduğunu görmüş və onu axtarmışdır. Onu tapdıqdan sonra nə baş verdiyini soruşanda hadisəni olduğu kimi ona danışmışdır. Bundan sonra Əziz polisin 102 xidmətinə zəng vurub şikayət etmiş və zədələnən əşyalarının əvəzinin ödənilməsini bildirmişdir. xx.xx.2024-cü ildə səhər saatlarında dağıdılmış ünvana gedən zaman görmüşdür ki, ona məxsus əşyaların bəziləri yaşadığı ünvandan 15 metr aralı açıq sahəyə tullanılmışdır. O, oradan bəzi əşyaları: 2 ədəd televizoru, 1 ədəd soyuducu və geyim əşyalarını götürmüşdür. Ona məxsus olan əşyaları: stol-stullar və s. açıq sahəyə tullanılmışdır. Bu hadisənin video görüntüsü var və məhkəməyə təqdim etmişdir. Eyni zamanda bildirir ki, həyətində 46 meyvə ağacı var idi. Bu ağacları şirkət traktor vasitəsilə kökündən çıxarıb məhv etmişdir. Bu hal ilə bağlı aidiyyəti quruma şikayət ərizəsi ünvanlamışdır. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan normaya əsasən bildirir ki, qətnamənin 9-cu səhifəsinin 6-cı abzasında mülki işin materiallarında olan sənəd siyahısında aşağıdakı sənəd də daxil edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli,187 saylı müqavilənin surətindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Bakı Şəhəri İcra Hakimiyyəti başçısının 23 dekabr 2021-ci il tarixli 340 nömrəli Sərəncamı ilə onun istifadəsinə verilmiş Bakı səhəri, Yasamal rayonu, X76un kənarında yerləşən torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisini həyata keçirərək, həmin ərazidə yerləşən və X12 istifadəsində olan şərti nömrəsi “165” və faktiki sahəsi 47.47 kv.metr, 79.82 kv.metr evləri və 78.21 kv.metr anbar tikilisini söküntü üçün qəbul edərək, əvəzində 125 000 AZN pul verilir. Qeyd edilən sənəd sübutlar siyahısına daxil edilə bilməz. Belə ki, cavabdeh şirkət bir neçə məhkəmə hazırlıq iclası keçib baxış təyin edilməsinə baxmayaraq, həmin müqaviləni baxış iclasında məhkəməyə təqdim edilmişdir. Məhkəməyə bu hal ilə bağlı yazılı şəkildə tərəfindən ərizə təqdim edilmişdir. Cavabdeh isə bildirmişdir ki, hazırlıq iclasında bu müqavilə barədə məhkəməyə demişdir. Sadəcə indi, yəni baxışda gətirib təqdim etmək üçün. Belə görür ki, qanun onun sırası çatanda yalnız ona tətbiq edilir. Necə olur ki, özü bağladığı müqaviləni istənilən vaxt məhkəməyə təqdim etmə imkanı olan şirkət sənədi baxış iclasında təqdim edir?! Məhkəmə isə iradına, qanunun tələblərini bildirməyinə baxmayaraq bu sənədi qəbul edərək sübut kimi qiymət verir və işə əlavə edərək iddianın taleyini qurma oyunla həll edir. Qeyd edilən həmin sənədin bu iddiaya heç bir aidiyyəti yoxdur. Şahid ifadələri də təsdiq etdi ki, zamanında atası İlyaz Məmmədova torpaq satıb. Lakin bu o demək deyil ki, bu onun evidir və o, satıb. Bir daha Məhkəmə Kollegiyasının diqqətinə çatdırır ki, bu torpağı sağlığında atası İlyaz Məmmədova satmışdır. Qeyd etmək lazımdır ki, adı çəkilən İlyaz Məmmədov və 3-cü şəxs kimi cavabdeh olan MKİS-nin rəisi M.Salmanov məhkəməyə dəvət olunmamışdır. Eyni zamanda, qeydiyyatdan keçən 5 nəfər şahid də məhkəmə iclasına buraxılmamışdır. Şahid ifadələrindən də sübut olunur ki, həmin evə qonşuları, qohumları dəfələrlə qonaq gəlmişdir. "xxxx" ASC-nin və qardaşı Cavabdeh2 qurma oyunudur ki, belə bir əmələ əl atıblar. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Qeyd edilən normaya əsasən bildirir ki, məhkəməyə tərəfindən şahid siyahısı olan vəsatət təqdim etmişdir. Məhkəmə ilk öncə şahidlərin çox olmağını, lakin hər bir iş üçün əhəmiyyətli məlumat verəcəksə qəbul edəcəyini bildirmişdir. Məhkəməyə bu barədə izahat verərək bildirmişdir ki, hər biri işdən, baş verən vəziyyətdən məlumatlı insanlardır. Siyahıda usta, hər iki ünvanda yaşayan qonşular, sinif yoldaşları, həyətində yaşayan kirayəçi var idi. Lakin şahidlər dindirilən zaman məhkəmə bütün şahidlərin ifadəsini dinləməmiş və bildirmişdir ki, ehtiyac yoxdur. Həmçinin şahid ifadələri qətnamədə təhrif edilmişdir. İclas video çəkiliş vasitəsilə aparılmış, şahid ifadələri qətnaməyə görüntüdən istifadə edilməklə yazıla bilərdi, lakin söz yığını ilə cavabdehin mövqeyinə uyğun ifadələr təhrif edilmişdir. Normanın ekspertiza təyin olunma hissəsi ilə bağlı bildirir ki, 2019-cu ildə 22 saylı Mənzil Kommunal İstismar Sahəsinin (MKİS) mühəndisi: X20, nümayəndələr: X54 oglu, X13 və dünyasını dəyişmiş atası X51 tərəfindən 239 saylı Aktı imzaları ilə təsdiq edərək, Bakı şəhəri Yasamal rayonu, X42 yolunun kənar hissəsində yerləşən 27 ha torpaq sahəsində yerləşən yaşayış evlərinin sahələrinin ölçüləri göstərilmiş, ümumi sahəsi 374.95 kv.m təşkil edən ərazini öz imzaları ilə təsdiq etmişdilər. Həmin akta atası kiril əlifbası ilə "xxxx" sözlərini yazmışdır. Sonradan isə Şirkətin Elnur adlı nümayəndəsi əl yazısı ilə yazmışdır ki, “həyətdə oğlu İddiaçı yaşayır. 3 otaq onun adınadır”. Bu nüsxəni o, "xxxx" ASC-yə müraciət edən zaman ona verilmişdir. Amma məhkəmə iclasında cavabdeh Şirkətin nümayəndəsi qəbul etmədi ki, qeyd edilən yazı onlar tərəfindən yazılmayıb. Bu səbəbdən də vəsatət vermişdir ki, xəttşünaslıq ekspertizası keçirilsin. Lakin bu vəsatətini məhkəmə təmin etməmişdir. Hansı səbəbdən təmin etmədiyi barədə də əsaslandırılmış qərardad qəbul etməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hər kəsə bəlli olan 3 otaqdan ibarət həyət evinin ona məxsus olmasıdır. Atası tərəfindən torpaq sahəsi ona verilib ki, yaşamağa özünə ev tiksin. Nikahı pozulandan ailəsi bir evdə yaşamamışdır. Daimi yaşayış yeri həmin ev olub. Həyətdə də bir neçə otaq tikib ailələrə kirayə vermişdir. Bu halı cavabdeh qəbul etməsə də şahid qismində ifadəsi alınmış X11 və Cavabdeh2 həyat yoldaşı X43 təsdiq etmişdir. Qətnamənin 10-cu səhifəsində sonuncu abzasda Məhkəmə nəticəyə gələrək qeyd etmişdir ki: “İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X76, Qanlı Göl, M201 saylı ünvanında ona məxsus tikili və torpaq sahəsinin olduğunu iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı İddiaçı özünə məxsus tikilinin X3 şahid ifadələrində öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı tərəfindən şahid kimi dəvət olunmuş X32 ifadəsində İlyas adlı şəxsin Rüstəmdən (iddiaçının atası) tikili aldığını qeyd etmişdir. Bundan başqa iddiaçı iddia tələbinin “qanunsuz söküntü nəticəsində əşyalarının məhv edilməsi ilə əlaqədar ona vurulmuş maddi ziyana görə 10000 (on min) manat məbləğin, söküntü zamanı evində servantından oğurlanmış 1032 (bir min otuz iki) manat məbləğin tutulması” hissəsində də heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddia tələbinin “mənəvi zərərə görə 2000 (iki min) manat məbləğin tutulması” hissəsində isə məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli TTYŞ xəstə müayinə və müşahidə formasından çıxarış təqdim etsə də, həmin şikayətlərin məhz cavabdehlərin hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində baş verməsi və bunun nəticəsində iddiaçıya 2000 manat dəyərində mənəvi zərər vurulması məhkəmə araşdırması zamanı sübuta yetirilə bilinməmişdir. İddia tələbinin “Cavabdeh2 cavabdeh "xxxx" ASC dən əldə etdiyi mərhum ataları X38 məxsus miras əmlakın ona varis kimi düşən hissəsinin Cavabdeh2 alınaraq ona verilməsi” hissəsinə münasibətdə məhkəmə ilk öncə qeyd edir ki, mübahisəli tikililərlə bağlı mərhum X33 adına hər hansı hüquqmüəyyənedici sənəd iş materiallarında mövcud deyildir. Başqa sözlə, tikililər Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə miras kütləsinə aid edilə bilməz. Buna görə də iddia tələbi bu hissədə də təmin edilə bilməz.” Qeyd etməlidir ki, cavabdehlər yalan ifadə verərək bildirmişdilər ki, Cavabdeh2 və "xxxx" ASC-nin hüquqşünası Nümayəndə Səfər oğlu məhkəməyə yalandan məlumat verərək bildirmişdir ki, İddiaçı evi olmuş və onu da qonşusu X1. Şahid qismində dindirilən onun qonşuları olan X35 və X25 öz izahatlarında bildirmişdilər ki, həmin yeri X51 X2. AR MPMnin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Onun əmlak satmağına dair heç bir sübut təqdim etməyib cavabdeh tərəf. Çünki belə bir hal baş verməyib. Hamısı şirkət nümayəndəsi Nümayəndə və Cavabdeh2 birlikdə hazırladığı qurma oyundur. Qeyd olunanlara əsasən bildirir ki, təqdim etdiyi sübutlar, şahid ifadələri, video görüntülər göstərir ki, məhkəmə araşdırma aparmadan qərar qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

31. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

32. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

33. İddiaçının nümayəndəsi və vəkili X9 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

34. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

35. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

36. İş üzrə üçüncü şəxs Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təərrüfat Birliyinin 22 saylı Mənzil Kommunal İstismar sahəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.

Apellyasiya baxışının hədləri

37. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

38. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

39. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X21 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və sair hallarda özünü büruzə verə bilər.

40. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

42. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, İddiaçı cavabdeh "xxxx" ASC və Cavabdeh2 qarşı (üçüncü şəxslər Cavabdeh2 və Yasamal rayonu İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 22 saylı Mənzil Kommunal İstismar Sahəsi) maddi ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, X76, Qanlı Göl, M-201 saylı ünvanında yerləşmiş ona məxsus 64 kv.m yaşayış sahəsinin və mərhum atası X23 miras qalaraq ona çatacaq 42 kv.m yaşayış sahəsinin qanunsuz söküntüsü nəticəsində həmin əmlakın əvəzində ona cavabdeh "xxxx" ASC-nin ərazidə inşa etdiyi yaşayış kompleksində hər 100 kv.m.-ə 20 kv.m.əlavə olunmaqla, cəmi 127 kv.m. mənzilin verilməsi və həmin ünvanda mərhum atası ilə fəaliyyət göstərdiyi ferma tikililərindən (tövlələr, toyuq hini, qaraj, ot anbarı) vərəsə olaraq ona çatmalı olan 168,259 kv.m qeyri-yaşayış sahəsinə uyğun 26880 manat kompensasiyanın verilməsi barədə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə onunla müqavilə bağlamaq öhdəliyinin qoyulması, qanunsuz söküntü nəticəsində əşyalarımın məhv edilməsi ilə əlaqədar ona vurulmuş maddi ziyana görə 10000 manat, xx.xx.2024-cü ildən onu yaşayış yerindən məhrum edib küçəyə atdıqları üçün evi qanunsuz söküldüyü vaxtdan ev verilənə qədər hər ay kirayə pulu kimi 450 manatın, mənəvi ziyana görə 2000 manat, dağıntı vaxtı servantından oğurlanmış 1032 manat məbləğin, cavabdeh "xxxx" ASC-dən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

44. Birinci instansiya məhkəməsi tərəfindən İddiaçı cavabdehlər "xxxx" ASC və Cavabdeh2 qarşı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.

45. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, X76, Qanlı Göl, M-201 saylı ünvanında ona məxsus tikili və torpaq sahəsinin olduğunu iddia etsə də, bu barədə mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı İddiaçı özünə məxsus tikilinin X3 şahid ifadələrində öz təsdiqini tapmışdır. Həmçinin iddiaçı tərəfindən şahid kimi dəvət olunmuş X32 ifadəsində İlyas adlı şəxsin Rüstəmdən (iddiaçının atası) tikili aldığını qeyd etmişdir. Bundan başqa iddiaçı iddia tələbinin “qanunsuz söküntü nəticəsində əşyalarının məhv edilməsi ilə əlaqədar ona vurulmuş maddi ziyana görə 10000 (on min) manat məbləğin, söküntü zamanı evində servantından oğurlanmış 1032 (bir min otuz iki) manat məbləğin tutulması” hissəsində də heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

46. İddia tələbinin “mənəvi zərərə görə 2000 (iki min) manat məbləğin tutulması” hissəsində isə məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəməyə xx.xx.2024-cü il tarixli TTYŞ xəstə müayinə və müşahidə formasından çıxarış təqdim etsə də, həmin şikayətlərin məhz cavabdehlərin hərəkətləri (və ya hərəkətsizliyi) nəticəsində baş verməsi və bunun nəticəsində iddiaçıya 2000 manat dəyərində mənəvi zərər vurulması məhkəmə araşdırması zamanı sübuta yetirilə bilinməmişdir.

47. İddia tələbinin “Cavabdeh2 cavabdeh "xxxx" ASCdən əldə etdiyi mərhum ataları X38 məxsus miras əmlakın ona varis kimi düşən hissəsinin Cavabdeh2 alınaraq ona verilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli tikililərlə bağlı mərhum X33 adına hər hansı hüquqmüəyyənedici sənəd iş materiallarında mövcud deyildir. Başqa sözlə, tikililər Mülki Məcəllənin 1151.1-ci maddəsinə görə miras kütləsinə aid edilə bilməz. Buna görə də iddia tələbi bu hissədə də təmin edilə bilməz.

48. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini və məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları paralel şəkildə qiymətləndirib belə qənaətə gəlmişdir ki, iddia tələbinin əsası kimi tədqiq olunmuş hallar iddiaçı tərəfindən sübuta yetirilmədiyindən məhkəmə iddia tələbinin əsassız olduğundan təmin edilməməlidir.

49. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(012)-1536/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

51. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına tam uyğundur.

52. Kollegiya vurğulayır ki, apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi apellyator mübahisə predmeti olan ərazidə ona məxsus yaşayış sahəsinin olduğunu, cavabdeh Kristal Bakı ASC tərəfindən həmin yaşayış sahəsinin söküldüyünü, qarşılığında isə ona kompensasiya ödənilmədiyini, habelə həmin ərazidə atasına məxsus sahənin olduğunu, həmin sahəyə görə ödənilmiş kompensasiya məbləğinə vərəsə olaraq onun da pay hüququnun olduğunu mübahisələndirmişdir.

53. Apellyator şikayətinin əsası olaraq atası X51 tərəfindən imzalanmış 239 saylı Akta, həmin akta göstərilmiş «həyətdə İddiaçı yaşayır, 3 otaq onun adınadır» qeydinə, həmçinin həmin ünvanda onun adına məxsus olan (012) ***-**-** nömrəli telefon nömrəsi olduğuna istinad etmişdir.

54. Məhkəmə kollegiyası ilk əvvəl vurğulayır ki, işin müəyyən edilmiş hallarından görünür kimi iddiaçının atası Rüstəm Əliyev 2022-ci ildə vəfat etmişdir, sonuncunun vəfatından sonra iddiaçı nə qanun üzrə, nə də faktiki olaraq atasından qalan hər hansı miras əmlakı qəbul etməsi ilə bağlı məhkəyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda vərəsə olaraq miras payı tələb etməsinə dair iddia tələbi əsassızdır.

55. Bundan başqa, iddiaçının istinad etdiyi 239 saylı Aktdakı «həyətdə İddiaçı yaşayır, 3 otaq onun adınadır» qeydi sonradan əlavə olunmaqla, həmin qeydin doğruluğu Aktı tərtib edən şəxslər tərəfindən təsdiq olunmamışdır.

56. Bundan başqa, iddiaçı tərəfin vəsatəti üzrə verilmiş sorğuya əsasən Kristal Bakı ASC tərəfindən təqdim edilmiş sənədlər sıyahısında belə bir Akt müəyyən edilməmişdir.

57. Bundan əlavə, kollegiya qeyd edir ki, mübahisəli ünvanda iddiaçının adına məxsus olan (012) ***-**-** nömrəli telefon olması, birmənalı olaraq həmin ərazidə iddiaçıya məxsus yaşayış sahəsinin olduğuna dəlalət etmir. Təcrübədə rast gəlinən hallardan müəyyən olunur ki, bir çox hallarda kommunal xidmətlər, o cümlədən telefon xətti yaşayış sahibinin deyil, bu və ya digər səbəbdən üçüncü bir şəxsin adına qeydə alınması mümkündür.

58. Mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.

59. İşin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktlar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

60. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(012)-1536/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar