Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-6/2023 23.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı, həmçinin digər iddiaçıların nümayəndəsi İddiaçı1 və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1, İddiaçı2 və Əliyeva (Cəfərova) Təranə Zakir qızının Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2 və Əliyeva (Cəfərova) Təranə Zakir qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə onlara məxsus olan Şəki rayonu, Çolaxlı kəndində yerləşən Cavabdeh tərəfindən zəbt edilmiş 1.16 hektar torpaq sahəsinin zəbtdən azad edilərək, cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən İddiaçı1 iddia tələbinin azaldılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 25 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli çıxarışla onların ümumi birgə mülkiyyətlərində olan Şəki rayonu, Çolaxlı kəndində yerləşən 0.8964 hekatr torpaq sahəsinin Cavabdeh zəbtindən azad edilməsi və onun həmin torpaq sahəsində çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin azaldılması barədə ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh paylı mülkiyyət hüququ əsasında bizə məxsus olan torpaq sahəsini qanunsuz olaraq zəbt edərək bir neçə illərdir ki, orada taxıl əkir. Bu barədə onlar təzəlikcə məlumat almışlar. Belə ki, uzun illərdir ailəlikcə Gəncə şəhərində yaşayırlar. Şəkiyə yalnız zəruri işlərlə bağlı, yəni xeyir-şər ilə əlaqədar gəlibgedirlər. Bu müddət ərzində isə torpaq sahələrinə nəzarət edə bilməmişlər. Cavabdeh fürsətdən sui-istifadə edərək, qanunsuz olaraq onlara məxsus olan torpaq sahəsində əkinbiçin işləri apararaq gəlir götürmüşdür. Cavabdehdən onların torpaq sahələrində əkin işlərinin aparılmasını dayandırmasını tələb etsələr də, hər hansı müsbət nəticə əldə olunmamışdır. Ona görə də məhkəmə müdafiəsi hüququndan istifadə etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər iddiaçılar və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək, İddiaçı1 Vəli qızını tanımadığını, iddianı qəbul etmədiyini bildirmişdir. İddianın təmin edilməməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş JN 0023 kod 40411058 olan torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Şəki rayon Aqrar İslahat Komissiyasının 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və X1 təsərrüfatı məhsulları istehsalı üçün Şəki rayonu, Çolaxlı kəndində 1.16 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş 25 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli çıxarışın surətindən görünür ki, Şəki rayonu, Çolaxlı kəndində yerləşən 0.8964 hekatr torpaq sahəsi İddiaçı1, İddiaçı2 və X3 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 12 saylı Şəki Ərazi İdarəsinin 19 aprel 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, X5 “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” X10 12 saylı Şəki Ərazi İdarəsinə 25 yanvar 2013-cü il tarixli müraciəti ilə bağlı **********28 nömrəli çıxarışda göstərilən Şəki rayonu Çolaxlı kəndində yerləşən iddiada qeyd edilən 0.90 hektar torpaq sahəsi naturada iddiaçıya tanıdılmışdır. İddiaçının sənəd üzrə olan torpaq sahəsinin döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi hal-hazırda Cavabdeh istifadəsindədir. İş üzrə qаnuni və obyektiv qərar qəbul etmək üçün Şəki Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2(075)-34/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 24 may 2023-cü il tarixli, 10/2705 nömrəli rəyindən görünür ki, X5 “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” X10 12 saylı Şəki Ərazi İdarəsinə 25 yanvar 2013-cü il tarixli müraciəti ilə bağlı **********28 nömrəli çıxarışda göstərilən Şəki rayonu Çolaxlı kəndində yerləşən iddiada qeyd edilən 0.90 hektar torpaq sahəsi naturada iddiaçıya tanıdılmışdır. İddiaçının sənəd üzrə olan torpaq sahəsinin döngə nöqtələri, koordinatları tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. Həmin torpaq sahəsi halhazırda Cavabdeh istifadəsindədir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 16 dekabr 1997-ci il tarixli, 41 nömrəli qərarı ilə İddiaçı1, İddiaçı2 və X1 təsərrüfatı məhsulları istehsalı üçün Şəki rayonu, Çolaxlı kəndində 1.16 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin 0.8964 hekatr hissəsi 25 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli çıxarışla iddiaçıların ümumi birgə mülkiyyətlərinə verilmişdir. İddiaçılar mübahisəli torpaq sahəsindən uzun müddət istifadə etməmişlər. Daha sonra onlara məlum olmuşdur ki, mülkiyyətlərinə verilmiş 0.8964 hekatr torpaq sahəsi cavabdeh tərəfindən qeyri-qanuni istifadə edilir. Bu faktlar iş üzrə keçirilmiş ekspertiza rəyləri ilə təsdiq olunur. Məhkəmə, mütəxəssis və ekspert rəylərini, hazırkı iş üzrə real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylərlə razılaşır. Belə ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X6rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusiyanın 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “Torpаq qаnunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri hаqqındа” Azərbаycаn Respublikаsı Ali Məhkəməsi Plenumunun 14 fevrаl 2003-cü il tаrixli, 2 №-li qərаrının 3-cü bəndinə görə torpаq sаhəsi ilə əlаqədаr mübаhisələrə bаxıldıqdа hər şeydən əvvəl torpаq sаhəsinin hüquqi stаtusu müəyyən edilməlidir. Torpаq sаhəsinin hüquqi stаtusu onun məqsədli təyinаtını (kənd təsərrüfаtı təyinаtlа, su fondu, ehtiyаt fondu və s.), torpаq sаhəsi üzərində hüququn formаsını (mülkiyyət, istifаdə, icаrə), hаbelə torpаq sаhəsindən istifаdəyə dаir müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Qərаrın 6-cı bəndinə əsаsən Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 78-ci və Mülki Məcəlləsinin 139-cu mаddələrinə müvаfiq olаrаq torpаq sаhələri üzərində hüquqlаrın dövlət qeydiyyаtı məcburidir. Torpаq üzərində hüquqlаr (mülkiyyət hüququ, istifаdə hüququ, icаrə hüququ), hаbelə аlqı-sаtqı, ipotekа, bаğışlаmа müqаvilələri, torpаqlа bаğlı digər əqdlər və vərəsəlik hüquq hаqqındа şəhаdətnаmə dövlət torpаq kаdаstrındа və dövlət torpаq reyestrində qeydiyyаtа аlınmаlıdır. Torpаq sаhəsi üzərində hüquqlаr həmin hüquqlаrı təsbit edən müvаfiq sənədlərlə (torpаğа mülkiyyət hüququnа dаir dövlət аktı, torpаqdаn dаimi istifаdə hüququnа dаir dövlət аktı, torpаqdаn müvəqqəti istifаdə hüququnа dаir şəhаdətnаmə, torpаğın mülkiyyətə verilməsinə dаir şəhаdətnаmə) rəsmiləşdirilir. Bu sənədlər olmаdаn torpаğа yiyələnmək torpаğı özbаşınа tutmа kimi qiymətləndirilir. Dövlət аktı və şəhаdətnаmə ilə əldə edilmiş hüquqlаr müvаfiq icrа hаkimiyyəti orqаnındа dаşınmаz əmlаkın dövlət reyestrində qeydiyyаtdаn keçdikdən sonrа yаrаnmış hesаb edilir. Torpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü hissəsinə müvаfiq olаrаq, dövlət torpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və toxunulmаzlığınа təminаt vermir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, iddiaçıların iradəsinin ziddinə olaraq onların mülkiyyətində olan 0.8964 hekatr torpaq sahəsinin cavabdehin zəbt etməsi həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehin hərəkətləri iddiaçıların mülkiyyətində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh, 25 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli çıxarışla iddiaçılar İddiaçı1, İddiaçı2 və Əliyeva (Cəfərova) Təranə Zakir qızının ümumi birgə mülkiyyətlərində olan 0.8964 hekatr torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh tutulmalı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 25 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********28 reyestr nömrəli çıxarışla iddiaçılar İddiaçı1, İddiaçı2 və Əliyeva (Cəfərova) Təranə Zakir qızının ümumi birgə mülkiyyətlərində olan 0.8964 hekatr torpaq sahəsindən çıxarılsın. Ödənilən dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Məhkəmə tikinti-texniki ekspertrizası ilə bağlı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul Cavabdeh tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (Az.MEM, VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ ********************, SWİFT BİK CTREAZ 22) hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-6/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-6/2023
23.06.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver