Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-621/2020 25.09.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı və digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 etibarnamə üzrə nümayəndələri İddiaçı1, Digər İddiaçı6 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «torpaq sahəsindən çıxarılma və maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətlərində olan Şəki rayonu Baş Göynük kəndində yerləşən 0.4280 ha torpaq sahələrindən çıxarılmaları və torpaq sahəsindən istifadələrinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 iddia ərizəsində tələbilərini onunla əsaslandırmışdırlar ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş **********28 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»a əsasən Şəki rayonu Baş Göynük kəndində yerləşən 0.7246 hektar torpaq sahəsi onların mülkiyyətlərindədir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsinin 0.4280 ha hissəsini qanunsuz olaraq zəbt etmiş, həmin torpaq sahəsindən istifadə edirlər. Halbuki, onlara həmin həcmdə pay torpaq sahəsi başqa sahədən Şəki rayon X1 qərarı ilə verilmişdir. Cavabdehlər bunu bildikləri halda həmin torpaq sahəsindən çıxmırlar. Onlar dəfələrlə cavabdehlərə bu özbaşınalıqlarına son qoymalarını və torpaq sahəsindən çıxmalarını xahiş etsələr də, sonuncular onların bu xahişlərini nəzərə almamışlar. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iddiaçı və digər iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 etibarnamə üzrə nümayəndələri İddiaçı1, həmçinin digər İddiaçı6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, iddiaçıların izahatlarını dinləyib məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi əsaslıdır. İşdə olan xx xxxxxx 2019-cu il tarixli, A seriyalı, 460552 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən 0.7246 hektar torpaq sahəsi hüquq sahibi İddiaçı1 adına kadastrda işlənmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş **********28 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»ın təsdiq edilmiş surətindən görünür ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən 0.7246 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X3 və İddiaçı6 adlarına daşınmaz əmlakın dövlət reyestrində 183 nömrəli reyestr kitabının 05 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əslinə baxmaqla tədqiq edilərək iş materiallarına əlavə edilmiş xx xxxx 2012-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X3 xx xxx 2012-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 306 saylı ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş **********28 reyestr nömrəli Çıxarış və onun ayrılmaz hissəsi olan A seriyalı 460552 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki 0.7246 ha kənd təsərrüfatlı torpaq sahəsinin koordinatlarının naturada iddiaçıların göstərdiyi ərazidə yoxlanılması zamanı həmin 0.7246 ha torpaq sahəsinin 0.4280 ha hissəsinin cavabdehlər Cavabdeh1 Nazir oğlu və X2 tərəfindən istifadə olunması müəyyənləşdirildi. Cavabdehlər tərəfindən istifadə olunan 0.4280 ha torpaq sahəsinin coğrafi koordinatları ArcMap programı vasitəsilə hazırlanmış ortofotoplanda izahlı şəkildə göstərilmişdir. Tədqiqatın dəyərini təşkil edən 300 manat İddiaçı1 tərəfindən ödənilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırmaları nəticəsində müəyyən edildi ki, Şəki rayonu Baş Göynük kəndində yerləşən 0.7246 hektar torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, X3 və İddiaçı6 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 306 saylı ekspert rəyi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş **********28 reyestr nömrəli Çıxarış və onun ayrılmaz hissəsi olan A seriyalı 460552 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki 0.7246 ha kənd təsərrüfatlı torpaq sahəsinin koordinatlarının naturada iddiaçıların göstərdiyi ərazidə yoxlanılması zamanı həmin 0.7246 ha torpaq sahəsinin 0.4280 ha hissəsinin cavabdehlər Cavabdeh1 Nazir oğlu və X2 tərəfindən istifadə olunması müəyyən edilmişdir. İddiaçılar həmin torpaq sahəsindən cavabdehlərin çıxarılmaları və torpaq sahəsindən istifadələrinə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət etmişlər. İddiaçılar iddianı müdafiə edir. Cavabdehlər isə məhkəmə iclaslarında iştirak etməməklə iddiaya münasibət bildirməmişlər. Belə ki, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsas əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində bağlanmış əqdlər etibarsız sayılır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq olunur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə verilmiş **********28 reyestr nömrəli Çıxarış və onun ayrılmaz hissəsi olan A seriyalı 460552 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindəki iddiaçılara məxsus 0.7246 ha kənd təsərrüfatlı torpaq sahəsinin 0.4280 ha hissəsi cavabdehlər Cavabdeh1 Nazir oğlu və X2 tərəfindən qanunsuz olaraq istifadə olunur. Torpaq sahəsi iddiaçıların mülkiyyətində olmasına baxmayaraq cavabdehlərin istifadəsinə iddiaçılar tərəfindən verilməmişdir. Bir sözlə, cavabdehlər iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən heç bir müqavilə əsası olmadan, yəni özbaşına istifadə etməkdədirlər. Bu kimi istifadə qanunvericiliklə qadağan edildiyindən həmin torpaq sahəsi cavabdehlərin qanunsuz istifadəsindən azad edilməli, həmin torpaq sahəsindən istifadə ilə bağlı cavabdehlər tərəfindən yaradıla biləcək hər hansı maneələr onlara qadağan edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ümumi birgə mülkiyyətlərində olan Şəki rayonu Baş Göynük kəndində yerləşən 0.4280 ha torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsindən istifadə ilə bağlı cavabdehlər tərəfindən yaradıla biləcək hər hansı maneələr onlara qadağan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Tələb edilməməsi nəzərə alınaraq iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 (on) manat dövlət rüsumu onların özlərinə aid edilməlidir. Həmçinin, 300 (üç yüz) manat ekspertiza xərci İddiaçı1 tərəfindən «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin hesabına ödənildiyindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-ci maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 ümumi birgə mülkiyyətlərində olan Şəki rayonu Baş Göynük kəndində yerləşən 0.4280 ha torpaq sahəsindən çıxarılsın və həmin torpaq sahəsindən istifadə ilə bağlı cavabdehlər tərəfindən yaradıla biləcək hər hansı maneələr onlara qadağan edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Ödənilmiş 300 (üç yüz) manat ekspertiza xərci Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı1 ödənilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-621/2020
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-621/2020
25.09.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver