Məhkəmə qərarları › İş №2(075)-693/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-693/2020

03.07.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək mübahisələri - İşə bərpa - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-693/2020 03.07.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) x11, Cavabdehlər Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cəlalova Yaqut Abduləli qızının, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndəsi Muradov Soltan İlqar oğlunun, Şəki x5 nümayəndəsi x1 iştirakları ilə, İddiaçı cavabdehlər Şəki Tarix-Diyarşünaslıq Muzeyi, x15 İdarəsi və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinə qarşı «əmrin ləğvi və işə bərpa» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktorunun 29 yanvar 2020-ci il tarixli, 01 saylı əmrinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktorunun 29 yanvar 2020-ci il tarixli, 01 saylı və Şəki x5 28 yanvar 2020-ci il tarixli, 10 saylı əmrlərinin ləğv edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və x15 İdarəsi cavabdeh qismində cəlb edilmişlər. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o, orta-ixtisas təhsillidir. Əmək fəaliyyətinə daha öncədən başlasa da 1996-cı ildən Şəki Tarix-Diyarşünaslıq Muzeyində kiçik elmi işçi vəzifəsinə təyin edilmiş, 2020-ci ilədək öz vəzifəsini qüsursuz icra etmiş, həmin muzeydə 24 il işləmişdir. Şəki x3 x5 tərkibində olduğu zaman 2-ci kateqoriya statusuna aid olmuş, Şəki Tarix-Diyarşünaslıq Muzeyində 22 nəfər muzey işçisi çalışmışdır. Bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 14 avqust 2019-cu il tarixli, 356 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki x5 tabeliyində fəaliyyət göstərən Şəki Tarix-Diyarşünaslıq Muzeyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyinə verilmişdir. Bundan sonra 29 yanvar 2020-ci il tarixdə struktur dəyişikliyi ilə əlaqədar ona və digər muzey işçilərinə onların Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə keçmələri ilə bağlı ərizə yazdırmışlar. Buna görə də hamı kimi struktur daxilində başqa işə keçirilmə barədə ərizə yazmışdır. Həmin vaxt o, başqa təşkilata deyil, yalnız struktur dəyişikliyi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət x7 strukturlarında işə keçirilməsi üçün məlum ərizəni yazmışdır. Belə ki, o, həmin vaxt başqa işə götürənlə müqavilə bağlamamış və ya başqa hər hansı qeyri-rəsmi öhdəliklə işə girməmiş, əksinə əvvəlki iş yerində işinə davam etmişdir. Lakin sonradan Agentliyin Kadrlar şöbəsindən bildirmişlər ki, 6 nəfər muzey işçisinin ştatı ixtisar olunmuşdur. Ərizə yazsa da 13 fevral 2020-ci il tarixədək işə getmiş və davamiyyət cədvəlini imzalamışdır. Lakin sonra muzeyin müdiri ona ştatının ixtisar, onun isə işdən azad olunduğunu bildirmişdir. Buna əsas kimi isə onun işdən azad olunması barədə yazdığı ərizə bildirilmişdir. Halbuki, ona həmin ərizənin Şəki Tarix-Diyarşünaslıq Muzeyinin Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyin tabeçiliyinə keçməsi ilə bağlı yazıldığı bildirilmişdir. Beləliklə o, aldadılmaqla iradəsi ziddinə işdən azad olunmuşdur. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, ailədə yeganə işləyən şəxs odur. Onun başqa gəlir yeri yoxdur. Onun işdən azad olunması maddi, mənəvi və psixoloji sarsıntılara səbəb olmuşdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) x2 Sədaqət Hənifə qızının verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktoru x8 izahat verərək göstərdi ki, İddiaçı 01 dekabr 1996-cı il tarixdən əmrə əsasən kiçik elmi işçi vəzifəsinə təyin edilmişdir. İddiaçı işlədiyi dövrdə özünü həmişə nizam-intizamlı işçi kimi göstərmiş, bir işçi kimi ondan razı olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 14 avqust 2019-cu il tarixli, 356 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki x5 tabeliyində fəaliyyət göstərən Şəki Tarix-Diyarşünaslıq Muzeyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki x5 tabeliyində fəaliyyət göstərən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, x23 Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyasının hər biri ayrılıqda fəaliyyət göstərən qurum kimi Dövlət Turizm Agentliyinin tabeliyinə verilmişdir. Elektron müqavilə bağlanması, sistemə salınması və çıxarılması isə Şəki x5 səlahiyyətində olmuşdur. Muzeyin VÖEN-i, elektron imzası olmadığı üçün o, elektron müqavilə bağlamaq, sistemdən çıxartmaq səlahiyyətinə malik olmamışdır. Buna görə də işdən çıxmaq üçün bütün kollektiv üzvləri məzmunu başqa işə keçmə ilə əlaqədar olan ərizələrini Şəki x5 rəisinin adına yazmışlar. Buna görə də iddiaçı 28 yanvar 2020-ci il tarixdən müqaviləsinə xitam verilərək sistemdən çıxarılmışdır. Muzeydə 3 elmi işçi ştatı olmuş, ştat cədvəlində yalnız bir elmi işçi saxlanıldığı üçün orta-ixtisas və orta təhsilli elmi iş ştatları ləğv edilmişdir. İşdə yalnız tam ali təhsilli, magistraturanın “Muzeyşünaslıq” şöbəsini bitirmiş elmi işçi saxlanılmışdır. İddiaçının tutduğu elmi işçi vəzifəsinə ali təhsil tələb olunduğundan və İddiaçı ali təhsilli olmadığından işdə saxlanılmamışdır. Bundan başqa muzeydə vakant yer olmadığı üçün iddiaçını işlə təmin etmək mümkün olmamışdır. Belə ki, iddiaçıdan ərizə onun struktur daxilində işlə təmin edilməsi məqsədilə alınmışdır. İddiaçı heç vaxt ona başqa işəgötürənlə müqavilə bağladığını deməmiş və bu barədə hər hansı müqaviləni ona təqdim etməmişdir. Ərizə yazdıqdan sonra da (13.02.2020-ci ilədək) iddiaçı işə davam etmişdir. Əlavə olaraq bildirdi ki, iddia tələbinə məhkəmədə baxıldığı dövrdə tərəfindən verilmiş 29 yanvar 2020-ci il tarixli, 01 nömrəli əmri texniki səhv kimi qəbul edərək ləğv etmişdir. Həmçinin qeyd etdi ki, iddia tələbi təmin ediləcəyi halda belə onda iddiaçını işlə təmin edəcək hər hansı ştat vahidi yoxdur. Odur ki, bütün bunları nəzərə alaraq məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin nümayəndəsi x12 izahat verərək göstərdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 14 avqust 2019-cu il tarixli, 356 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki x5 tabeliyində fəaliyyət göstərən Şəki Tarix- Diyarşünaslıq Muzeyi Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin tabeliyinə verilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki x5 tabeliyində fəaliyyət göstərən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, x23 Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyasının hər birinin ayrılıqda fəaliyyət göstərən qurum kimi Dövlət Turizm Agentliyinin tabeliyinə verilməsi və həmin müəssisələrdə mühasib ştatı mövcud olmadığı üçün mühasibatlıq uçotunun əvvəllər x15 İdarəsi tərəfindən icra edilməsi bu qurumların hər birinin Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilən ştat cədvəlində hər qurum üçün mühasib ştatının ayrılması ehtiyacını doğurmuşdur. Buna görə də Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən 08 yanvar 2020-ci il tarixdə təsdiq edilmiş Şəki Tarix-Diyarşünaslıq Muzeyinin ştat cədvəlində 1 elmi işçi ştatı nəzərdə tutulmuş və digər elmi işçi ştatları ləğv edilərək mühasib ştatı əlavə edilmişdir. İddiaçı fərdi əmək müqaviləsinə Şəki x5 28 yanvar 2020-ci il tarixli, 10 nömrəli əmri ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 29 yanvar 2020-ci il tarixdən xitam verilmişdir. x15 İdarəsi tərəfindən 01.09.2019-cu il tarixli ştat vahidləri və tarifləşmə cədvəlindən görünür ki, iddiaçı iddia ərizəsində qeyd edildiyi kimi “kiçik elmi işçi” ştatı üzrə deyil “elmi işçi” ştatı üzrə vəzifə tutmuşdur. Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilmiş 08 yanvar 2020-ci il tarixli Şəki Tarix-Diyarşünaslıq Muzeyinin ştat cədvəli üzrə ixtisarlar aparılarkən İddiaçı Azərbaycan Respublikasının Əmək və x10 Nazirliyi kollegiyasının 18 iyul 1998-ci il tarixli 13-7 nömrəli qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsində aid olan qulluqçu vəzifələrinin tarif-ixtisas sorğu kitabçası”ının 76-cı hissəsinə əsasən ümumiyyətlə nə “kiçik elmi işçi”, nə də “elmi işçi” ştat vahidinin tələblərinə uyğun olduğu bəlli olmuşdur. Belə ki, İddiaçı tərəfindən ali təhsilini təsdiq edən hər hansı sənəd Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinə təqdim edilmədiyi üçün saxlanılmış “elmi işçi” ştat vahidi üzrə muzeyin qeyd edilən tələblərini ödəyən digər əməkdaşı həmin vəzifəyə təyin edilmişdir. Əlavə olaraq qeyd etdi ki, iddia tələbində göstərilən Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktorunun 29 yanvar 2020-ci il tarixli, 01 saylı əmri artıq ləğv edilmişdir. Odur ki, Şəki Tarix-Diyarşünaslıq Muzeyi hazırda iş üzrə cavabdehlik daşımır. Həmçinin, iddiaçının fərdi əmək müqaviləsinə öz ərizəsi əsasında Şəki x5 əmri ilə xitam verildiyi üçün mövcud əmək qanunvericiliyinə əsasən Dövlət Turizm Agentliyinin həmin işçini işə qəbul etmək öhdəliyi yaranmamışdır. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Şəki x5 nümayəndəsi x6 cavabdeh Şəki Tarix- Diyarşünaslıq Muzeyinin direktoru x4 verdiyi izahatla eyni məzmunlu izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2019-cu il tarixli, 356 nömrəli qərarına əsasən bir sıra mədəniyyət müəssisələrində, o cümlədən Şəki Tarix- Diyarşünaslıq Muzeyi, x23 Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyası Nazirlər Kabinetinin 07 iyun 2018-ci il tarixli, 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na daxil edilmişdir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Bir sıra mədəniyyət müəssisələrinin Dövlət Turizm Agentliyinin tabeliyinə verilməsi ilə bağlı görüləcək tədbirlər haqqında” 16.09.2019-cu il tarixli, 252 №-li əmrinin icrası məqsədilə sözügedən mədəniyyət müəssisələrinin Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinə təhvil verilməsi prosesində iştirak etmək məqsədilə x15 İdarəsi üzrə müvafiq komissiya yaradılmış və təhvil-təslim işləri başa çatmışdır. Şəki Tarix-Diyarşünaslıq Muzeyi, x23 Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyasında çalışmış işçilərin əmək haqlarının ödənilməsi üçün dövlət büdcəsindən ayrılmış vəsait 2019-cu ilin sonunadək Şəki x5 xərclər smetasına daxil olmuşdur. Ona görə də həmin işçilərin əmək haqqları 2019-cu ilin sonunadək ödənilmişdir. 2020-ci ilin xərclər smetasında hər üç müəssisə üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər Şəki x5 xərclər smetasından çıxarılaraq, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin 2020-ci il üçün xərclər smetasına daxil edilmişdir. 2020-ci il üçün xərclər smetası təsdiq olunana qədər, yəni 29 yanvar 2020-ci ilədək həmin müəssisələrin işçilərinin adı x15 İdarəsi üzrə Elektron Hökumət Portalında Əmək və x10 Nazirliyinin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” alt sistemində mövcud olmuşdur. 28 yanvar 2020-ci il tarixdən həmin işçilər ərizə ilə Şəki x5 rəisinə müraciət edərək başqa işə keçməkləri ilə bağlı 29 yanvar 2020-ci il tarixdən işdən azad olunmasını xahiş etmişlər. Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən başqa işə keçmələri ilə əlaqədar onlarla bağlanılmış fərdi əmək müqaviləsinə 29 yanvar 2020-ci tarixdən xitam verilmişdir. İddiaçı da həmin işçilərdəndir və ona 2020-ci il yanvar ayının 29na qədər əmək haqqı, qanunla müəyyən olunmuş qaydada son haqq-hesab hesablanılmış və 27 fevral 2020-ci il tarixində “KapitalBank”dakı bank hesabına ödənilmişdir. x21- Diyarşünaslıq Muzeyi onların tabeliyində olan orqan deyil. Əgər iddia təmin edilsə belə, iddiaçını x15 İdarəsində heç bir işə bərpa etmək mümkün olmayacaqdır. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. İşdə olan ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01 dekabr 1996-cı il tarixdən 29 yanvar 2020-ci il tarixədək Şəki Tarix- Diyarşünaslıq Muzeyində kiçik elmi işçi vəzifəsində işləmişdir. İşdə olan İddiaçı Şəki x5 rəisi M.Zeynalovaya ünvanladığı 28 yanvar 2020-ci il tarixli ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı başqa işə keçməsi ilə əlaqədar olaraq onu 29 yanvar 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. İşdə olan x15 İdarəsi rəhbərliyinin 28 yanvar 2020-ci il tarixli, 10 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2019-cu il tarixli, 356 nömrəli qərarına əsasən bir sıra mədəniyyət müəssisələrində, o cümlədən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, x23 Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalareyasında Nazirlər Kabinetinin 07 iyun 2018-ci il tarixli, 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na daxil edilməsini nəzərə alaraq muzeyin kiçik elmi işçisi İddiaçı başqa işə keçməsi ilə əlaqədar olaraq onunla bağlanmış fərdi əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 29 yanvar 2020-ci il tarixdən xitam verilməsi və axırıncı haqq hesab ödənilməsi əmr edilmişdir. Əsas: işçinin ərizəsi. İşdə olan 29 yanvar 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, ƏM-nin 69.3-cü maddəsini əsas götürərək İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan Şəki Tarix-Diyarşünaslıq Muzeyinin 29 yanvar 2020-ci il tarixli, 01 nömrəli əmrinin təsdiq edilmiş surətindən görünür ki, Şəki Tarix-Diyarşünaslıq Muzeyində çalışan və aşağıda adları qeyd olunan işçilərin ərizələri nəzərə alınaraq başqa işə keçmələri ilə əlaqədar olaraq İddiaçı bağlanılmış fərdi əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 29 yanvar 2020-ci tarixdən xitam verilməsi və onlara axırıncı haqq-hesab ödənilməsi əmr edilmişdir. İşdə olan Şəki Tarix-Diyarşünaslıq Muzeyi müdiriyyətinin 29 yanvar 2020-ci il tarixli, 01 nömrəli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 avqust 2019-cu il tarixli, 356 nömrəli qərarına əsasən bir sıra mədəniyyət müəssisələrində, o cümlədən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, x23 Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalareyasında Nazirlər Kabinetinin 07 iyun 2018-ci il tarixli, 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na daxil edilməsini nəzərə alaraq muzeyin kiçik elmi işçisi İddiaçı başqa işə keçməsi ilə əlaqədar olaraq onunla bağlanmış fərdi əmək müqaviləsinə Azərbaycan Respublikasının ƏM-nin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 29 yanvar 2020-ci il tarixdən xitam verilməsi və axırıncı haqq hesab ödənilməsi əmr edilmişdir. Əsas: x15 İdarəsi rəhbərliyinin 28 yanvar 2020-ci il tarixli, 10 nömrəli əmri. İşdə olan Azərbaycan Respublikası Dövlət x19 Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Yaqut Cəlalovanın 02 iyul 2020-ci il tarixli, 23/k nömrəli əmrindən görünür ki, Şəki Tarix-Diyarşünaslıq Muzeyi müdiriyyətinin 29 yanvar 2020-ci il tarixli, 01 nömrəli əmri texniki səhv kimi qəbul edilərək hüquqi əhəmiyyəti olmadığı üçün ləğv edilmişdir. Məhkəmə iclasında tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, iş üzrə İddiaçı orta-ixtisas təhsilli olmaqla 1996-cı ildən Şəki Tarix-Diyarşünaslıq Muzeyinə kiçik elmi işçi vəzifəsinə təyin edilmiş və 29.01.2020-ci il tarixədək həmin muzeydə qüsursuz olaraq işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2014-cü il 17 iyun tarixli 196 nömrəli və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə 14 avqust 2019-cu il tarixli, 356 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Şəki x5 tabeliyində fəaliyyət göstərən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, x23 Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyasının hər biri ayrılıqda fəaliyyət göstərən qurum kimi Dövlət Turizm Agentliyinin tabeliyinə verilmişdir. Bununla əlaqədar struktur daxilində başqa işə keçirilmə ilə bağlı iddiaçıdan ərizə alınmış, lakin sonradan ştatın ləğv edilməsi əsas göstərilməklə iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ərizənin aldadılaraq iradəsinə zidd olaraq alındığını bildirməklə iddianı müdafiə edir. Cavabdehlər isə iddianı qəbul etmirlər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəllənin 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. Həmin Məcəllənin 42-ci madəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Həmin Məcəllənin 44-cü maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin əsaslar aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69-cu maddəsinin 3-cü bəndinə görə işçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İddiaçı Şəki Tarix-Diyarşünaslıq Muzeyinin direktorunun 29 yanvar 2020-ci il tarixli, 01 saylı və Şəki x5 28 yanvar 2020-ci il tarixli, 10 saylı əmrlərinin ləğv edilməsini xahiş etsə də, hazırda Azərbaycan Respublikası Dövlət x19 Tarix-Diyarşünaslıq Muzeyinin direktorunun 02 iyul 2020-ci il tarixli, 23/k nömrəli əmri ilə Şəki Tarix-Diyarşünaslıq Muzeyi müdiriyyətinin 29 yanvar 2020-ci il tarixli, 01 nömrəli əmri texniki səhv kimi qəbul edilərək hüquqi əhəmiyyəti olmadığı üçün ləğv edilmişdir. Odur ki, məhkəmə hazırda Şəki x5 28 yanvar 2020-ci il tarixli, 10 saylı əmrinin qanuni və əsaslı olub-olmaması ilə bağlı məsələyə baxır. Göründüyü kimi işəgötürən iddiaçı aralarında olan əmək müqaviləsini ƏM-nin 69.3-cü maddəsinə (başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda) istinad etməklə elə iddiaçıdan ərizə alındığı gün, yəni 28 yanvar 2020-ci il tarixdə ləğv etmişdir. Məhkəmə hesab edir ki, işəgötürənlə iddiaçı arasında olan əmək müqaviləsinə qanunvericiliyin tələblərinə riayət olunmadan onun müddəalarına zidd şəkildə xitam verilmişdir. Belə ki, iddiaçı ərizə yazaraq “başqa işə keçirilmələri ilə əlaqədar” işdən çıxarılmasını 28 yanvar 2020-ci il tarixdə işəgötürəndən xahiş etsə də, o, bu ərizəni başqa müəssisə, idarə və təşkilatda başqa işə keçirilməsini deyil, struktur dəyişikliyi ilə bağlı Dövlət Turizm Agentliyinin tabeliyinə verilmiş Şəki Tarix-Diyarşünaslıq Muzeyində başqa işə keçirilməsi məqsədilə yazmışdır. Bu hal məhkəmə araşdırması zamanı Şəki Tarix-Diyarşünaslıq muzeyinin direktoru x4 izahatı ilə də təsdiq olunur. Belə ki, o, məhkəmə iclasında bildirmişdir ki, “Muzeydə vakant yer olmadığı üçün iddiaçını işlə təmin etmək mümkün olmamış, iddiaçıdan ərizə onun struktur daxilində işlə təmin edilməsi məqsədilə alınmışdır. İddiaçı heç vaxt ona başqa işəgötürənlə müqavilə bağladığını deməmiş və bu barədə hər hansı müqaviləni ona təqdim etməmişdir. Muzeydə ştatlarda ixtisar edildiyindən iddiaçını işlə təmin etmək mümkün olmamış və buna görə də ərizəsi nəzərə alınaraq onunla əmək müqaviləsinə xitam verilmişdir”. Bundan başqa işə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin etiraz nümayəndəsinin məhkəmə iclasında vermiş olduğu izahatından aydın olur ki, əslində iddiaçı işdən onun ştatı vahidi ləğv edildiyinə görə azad olunmalı imiş. Belə ki, nümayəndə izahatında göstərilmişdir ki, “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi tərəfindən təsdiq edilmiş 08 yanvar 2020-ci il tarixli Şəki Tarix- Diyarşünaslıq Muzeyinin ştat cədvəli üzrə ixtisarlar aparılarkən İddiaçı Azərbaycan Respublikasının Əmək və x10 Nazirliyi kollegiyasının 18 iyul 1998-ci il tarixli 13-7 nömrəli qərarı ilə təsdiq edilmiş “Elm və elmi xidmət sahəsində aid olan qulluqçu vəzifələrinin tarifixtisas sorğu kitabçası”ının 76-cı hissəsinə əsasən ümumiyyətlə nə “kiçik elmi işçi”, nə də “elmi işçi” ştat vahidinin tələblərinə uyğun olmadığı bəlli olmuşdur. İddiaçı tərəfindən ali təhsilini təsdiq edən hər hansı sənəd Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinə təqdim edilmədiyi üçün saxlanılmış “elmi işçi” ştat vahidi üzrə muzeyin qeyd edilən tələblərini ödəyən digər əməkdaşı həmin vəzifəyə təyin edilmişdir. Bütün yuxarıda şərh olunanlar onu deməyə əsas verir ki, iddiaçı işdən azad olunma barədə ərizəsini aldadılmaqla yazmışdır. Məhkəmə iddiaçının işdən azad olunması barədə yazmış olduğu ərizəsini onun hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə alınmış ərizə kimi qiymətləndirir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 7-ci bəndində göstərilmişdir ki, işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Göründüyü kimi cavabdeh Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi məhkəmə iclasında iddiaçının özü tərəfindən ərizə yazaraq işdən çıxarılmasını əsas götürərək onu işdən çıxarılmasını qeyd etmiş, iddiaçı isə işdən çıxmaq üçün yazmış olduğu ərizəni onun iradəsi əleyhinə aldadılaraq alındığını bildirərək onu qeyri-qanuni olaraq işdən çıxarılmasını bildirir. Məhkəmə hesab edir ki, işəgötürən tərəfindən iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin ruhuna uyğun olmamaqla ona zidd olmuşdur. Buna görə də işəgötürən tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin göstərilən tələblərinin pozulması ilə xitam verildiyindən, həmin əmr qanunauyğun hesab edilə bilməz. Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydalarının tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam verilmişdirsə əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, x15 İdarəsi İddiaçı qeyri-qanuni olaraq işdən çıxarmışdır. Buna görə də Şəki x5 İddiaçı işdən azad olunması barədə 28 yanvar 2020-ci il tarixli, 10 nömrəli əmri ləğv edilməli və o, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Tarix-Diyarşünaslıq Muzeyinə işə bərpa edilməli, iddianın qalan hissəsi əsassız olduğundan təmin edilməməlidir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 4.1-ci mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədi ilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən, məhkəmə sübutlаrа оbyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sоnrа həmin sübutlаrа tətbiq edilməli hüquq nоrmаlаrınа müvаfiq оlаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yоxdur. Həmin Məcəllənin 106.1-ci mаddəsində göstərilir ki, işdə iştirаk edən şəxslərin iş üçün əhəmiyyətli оlаn və оnlаrа məlum оlаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə tоplаnmış digər sübutlаrlа yаnаşı yоxlаnılmаlı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227.1, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Şəki x5 İddiaçı işdən azad olunması barədə 28 yanvar 2020-ci il tarixli, 10 nömrəli əmri ləğv edilsin. İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Şəki Tarix- Diyarşünaslıq Muzeyinə işə bərpa edilsin. İddia qalan hissədə təmin edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar