Məhkəmə qərarları › İş №2(075)-697/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-697/2021

27.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-697/2021 27.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, ərizəçilər İbrahimova (Sadıqova) Sevinc Şükür qızı və Ərizəçi1 etibarnamə üzrə nümayəndələri (vəkilləri) X4 iştirakı ilə Ərizəçilər İbrahimova (Sadıqova) Sevinc Şükür qızı və Ərizəçi1 «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizələri üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər İbrahimova (Sadıqova) Sevinc Şükür qızı və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, X66 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən daşınmaz əmlakda X27 məxsus 1/4 payın 1/3 hissəsinin miras qoyanın birinci növbə vərəsəsi - oğlu Ərizəçi1 tərəfindən, 1/3 hissəsinin isə miras qoyanın digər birinci növbə vərəsəsi - qızı İbrahimova (Sadıqova) Sevinc Şükür qızı tərəfindən qəbulu faktının, o cümlədən, Şəki şəhəri, X66 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən daşınmaz əmlakda X28 məxsus 1/4 payın 1/8 hissəsinin miras qoyanın 2-ci növbə vərəsəsi - Ərizəçi1 tərəfindən, 1/8 hissəsinin isə miras qoyanın digər 2-ci növbə vərəsəsi - İbrahimova (Sadıqova) Sevinc Şükür qızı tərəfindən qəbulu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər İbrahimova (Sadıqova) Sevinc Şükür qızı və Ərizəçi1 ərizələrində tələblərini onunla əsaslandırmışlar ki, Şəki şəhəri, X66 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən daşınmaz əmlak (fərdi yaşayış evi və torpaq sahəsi) ümumi paylı mülkiyyət hüququ ilə 1/4 hissədə anaları X27, 1/4 hissədə xalaları X9, 1/4 hissədə xalaları X14 və 1/4 hissədə dayıları X28 məxsus olmuş, onlardan miras qalmışdır. Bu fakt Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX Hüquqların Dövlət Qeydiyyatı Haqqında Dövlət Reyestrindən verilmiş RX seriyalı, ******* saylı, 27 oktyabr 2017-ci il tarixli çıxarışda öz təsdiqini tapmışdır. Miras qoyanlardan mərhum xalaları X3 övladı X15 2018-ci ildə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək sözügedən miras əmlakın bütöv olaraq yalnız onun tərəfindən qəbul edilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsi iddianın qismən təmin edilməsinə dair 04 yanvar 2019-cu il tarixli, 2(075)-92/2019 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamənin təsviriəsaslandırıcı hissəsindən aydın görünür ki, məhkəmə miras qoyanlardan X39, X20 və X10 birinci növbə vərəsələrinin 8 nəfərdən ibarət olduğunu, həmin 8 nəfərin digər miras qoyan X21 2-ci növbə vərəsələri sayıldığını müəyyənləşdirmişdir. Miras qoyan mərhum dayıları X21 birinci növbə vərəsələrinin olmadığına dair rəsmi sənədlərə əsaslanan məlumatlar məhkəmə prosesində öz təsdiqini tapmışdır. Məhkəmənin müəyyən etdiyi hallara görə 1) miras qoyan X6 şəhəri, X66 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən miras əmlakın 1/4 pay hüququ ilə paylı mülkiyyətçilərindən olmuş və 31 mart 2004-cü ildə vəfat etmişdir. Onun birinci növbə vərəsələrinin dairəsinə övladları Ərizəçi1, İbrahimova (Sadıqova) Sevinc Şükür qızı, X45 (vəfat etmişdir); 2) miras qoyan X2 şəhəri, X66 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən miras əmlakın 1/4 pay hüququ ilə paylı mülkiyyətçilərindən olmuş və 23 fevral 2005-ci ildə vəfat etmişdir. Onun birinci növbə vərəsələrinin dairəsinə övladları X46, X47, X48 daxildir; 3) miras qoyan X1 şəhəri, X66 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən miras əmlakın 1/4 pay hüququ ilə paylı mülkiyyətçilərindən olmuş və 03 dekabr 2000-ci ildə vəfat etmişdir. Onun birinci növbə vərəsələrinin dairəsinə övladları X15, X30 (vəfat etmişdir) daxildir; 4) miras qoyan X7 şəhəri, X66 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən miras əmlakın 1/4 pay hüququ ilə paylı mülkiyyətçilərindən olmuş və 29 aprel 2007-ci ildə vəfat etmişdir. Onun birinci növbə vərəsələri olmamışdır. 2-ci növbə vərəsələri (Ərizəçi1, Ərizəçi2, X45 (vəfat etmişdir), X30 (vəfat etmişdir), X15, X71, X47, X48) ondan qalmış miras paya münasibətdə bərabər hüquqlu vərəsələrdir və bərabər hissələrlə pay almalıdırlar. Şəki Rayon Məhkəməsəinin yuxarıda sözügedən qətnaməsinin nəticə hissəsindən aydın görünür ki, məhkəmə, miras qoyan mərhum xalaları X5 miras əmlakdakı 1/4 payının onun birinci növbə vərəsəsi X15 tərəfindən tam qəbul edilmiş hesab edildiyini, digər miras qoyan - mərhum xalaları X10 miras əmlakdakı 1/4 payının onun birinci növbə vərəsələri - övladları X46, X47 və X48 tərəfindən qəbul edilmiş hesab edildiyini, eyni zamanda miras qoyan mərhum dayıları X21 miras əmlakdakı 1/4 payının 1/8 hissəsinin X15 tərəfindən və hər birinə 1/8 (və ya 1/32) olmaqla müvafiq hissəsinin (yəni 3/8 və ya 3/32 hissəsinin) isə X46, X47 və X48 tərəfindən qəbul edilmiş hesab edildiyini qət etmişdir. Göründüyü kimi məhkəmə, mərhum dayıları X21 birinci növbə vərəsələrinin olmadığına əsaslanaraq onun miras əmlakdakı 1/4 payının sözügedən əmlakın digər mülkiyyətçiləri olmuş mərhum bacılarının övladlarına (miras qoyanın sonrakı novbə vərəsələrinə) bərabər hissələrdə (hər birinə 1/8 və ya 1/32 hissədə) keçdiyini qət etmişdir. Qətnamədən bəlli olur ki, məhkəmə prosesinin tərəfləri – X15, X46, X47 və X48 olduğundan, məhkəmə, yalnız həmin şəxslərin miras əmlaka münasibətdə hüquqi vəziyyəti ilə bağlı məsələni həll etmiş, məhkəmə qaydasında müəyyən edilmiş digər 4 vərəsənin isə, - yəni İbrahimova (Sadıqova) Sevinc Şükür qızı, Ərizəçi1, o cümlədən mərhum qardaşları X31 və miras qoyan xalaları Ehyə Əlibalayevanın mərhum oğlu X11 miras əmlaka münasibətdə hüquqi taleyi məsələsini açıq qalmışdır. Lakin məhkəmə iş üçün əhəmiyyət kəsb edən bir hal kimi bütün miras qoyanların (X40 istisna olamaqla), o cümlədən mərhum anaları X22 1-ci növbə vərəsələrinin dairəsini müəyyən etməklə, həmin miras qoyanlara münasibətdə sonrakı növbənin vərəsəliyinin mümkünsüzlüyü mövqeyindən çıxış etmiş və bu yolla 1-ci növbə vərəsələrin, həmçinin onların miras əmlakdakı paya münasibətdə vərəsəlik hüquqlarının pozulması ilə nəticələnə biləcək halların qarşısını almışdır. Yuxarıda məhkəmənin diqqətə çatdırdığı hallar apellyasiya və kassasiya instansiyalarında da öz təsdiqini tapmış, Şəki Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli, 2(075)-92/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 14 may 2019-cu il tarixli, 2(107)-1297/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının isə 26 sentyabr 2019-cu il tarixli, 2(102)-6128/2019 saylı qərarı qəbul etmişdir. Həmin məhkəmə aktlarına əsaslanaraq miras qoyan mərhum anaları X22 birinci növbə vərəsələri 3 nəfərdən - Ərizəçi1, İbrahimova (Sadıqova) Sevinc Şükür qızından və mərhum qardaşları X23 ibarətdir. Onlar analarının vəfatından sonra miras əmlaka sahib çıxmış, onun mühafizəsi, dağılıb məhv olmaması üçün mərhum xalaları X8 Əlibalayeva ilə birgə zəruri işlər görmüşlər. Bəzi qonşular bu faktdan kifayət qədər məlumatlıdırlar. Eyni zamanda onlar vaxtaşırı olaraq Şəkiyə gəlir və sözügedən miras əmlaka baş çəkirlər. Bir sözlə, onlar miras əmlaka sahib çıxmış və onun faktiki idarə olunmasında (cari təmir, təmizlik və sair işlər üçün tələb olunan xərclər) imkanları daxilində iştirak etmişlər. Yəni miras faktiki olaraq tərəflərindən qəbul edilmişdir. Mövcud vəziyyət onlara mərhum analarının miras əmlakdakı 1/4 payından hər birinə 1/3 (və ya 1/12), mərhum dayıları X21 miras əmlakdakı 1/4 payından isə hər birinə 1/8 (və ya 1/32) hissə almağa hüquqi imkan yaradır. Bu imkanı realizə etmək üçün, yəni vərəsəlik haqqında şəhadətnamə almaq üçün onlar 1 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisinə müraciət etmişlər. Lakin mirasın tərəflərindən faktiki qəbul edildiyini təsdiq edə biləcək heç bir rəsmi sənədləri olmadığından və belə bir sənədi başqa qaydada əldə edə bilmədiklərindən notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edərək onlara məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək müraciətində qalmışlar. Məhkəmə iclasında ərizəçilər İbrahimova (Sadıqova) Sevinc Şükür qızı və Ərizəçi1 etibarnamə üzrə nümayəndələri (vəkilləri) X24 ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 1 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxs 1 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçilərin etibarnamə üzrə nümayəndələri (vəkilləri)nin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, ərizəçilər İbrahimova (Sadıqova) Sevinc Şükür qızı və Ərizəçi1 tələbləri əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X25 ifadəsində göstərdi ki, Adilə Əlibalayeva onun sinif yoldaşı olmuş, bacı kimi yaxın olmuşlar. Adilə Əlibalayeva ilə münasibətləri yaxın olduğundan onun ata və ana tərəfdən bütün qohumlarını tanımışdır. Ərizəçilər İbrahimova (Sadıqova) Sevinc Şükür qızı və Ərizəçi1 hər dəfə Şəkiyə gələndə sözügedən evə baş çəkmişlər. Ərizəçiləri mütəmadi olaraq mübahisəli evdə görmüşdür. Bundan başqa ərizəçilərin X43 və X34 dəfn və yas mərasimində ərizəçilər iştirak etmişlər. Rəna Sadıqovanın yas mərasiminin bütün xərcini Ərizəçi1 çəkmişdir. Rəna Sadıqova vəfat etdikdən sonra da ərizəçilər həmin yurda baş çəkmişlər. Məhkəmə iclası zamanı ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Adilə Əlibalayeva onun əri Adilin bacısıdır. Ərizəçilər İbrahimova (Sadıqova) Sevinc Şükür qızı və Ərizəçi1 da Adilə vasitəsilə tanımışdır. Ərizəçilər anaları, xalaları və dayılarının sağlığında mübahisəli evə mütəmadi gəlib getmişlər. X34 dəfn və yas mərasimində yaxından iştirak etmişlər. X43 dəfn və yas mərasimi ərizəçilər vermişdir. Hazırda da həmin evə gəlib-gedirlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 27 oktyabr 2017-ci il tarixdə verilmiş reyestrdən çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0.0309 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 120.2 kvadrat metr olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə 1/4 hissədə X9, 1/4 hissədə X27, 1/4 hissədə X14 və 1/4 hissədə X28 məxsusdur. Bakı şəhəri, Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 may 2004-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X39 31 mart 2004-cü il tarixdə vəfat etmişdir. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 mart 2018-ci il tarixli, 503/12 saylı arayışdan görünür ki, X21 1942-23 fevral 2008-ci illərə dair nikah akt qeydiyyatı tapılmamışdır. Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 may 2007-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X40 29 aprel 2007-ci il tarixdə vəfat etmişdir. 30 aprel 1953-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxxxx 1953-cü il təvəllüdlü Ərizəçi1 atası X61, anası isə X35r. 28 avqust 1956-cı il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx xxxx 1956-cı il təvəllüdlü X16 atası X61, anası isə X35r. 10 avqust 1977-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X36 ilə Azər İbrahimov arasında bağlanmış nikah 2970 nömrə ilə qeydiyyata alınmış, ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. Şəki şəhər İHB-nin Ağvanlar məhəllə nümayəndəsi tərəfindən verilmiş 08 may 2018ci il tarixli, 145 nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak əvvəllər mülkiyyət hüququ ilə X58 və X17 məxsus olmuşdur. Onların vəfatından sonra həmin miras əmlak hər birinə 1/4 hissə olmaqla qeyd olunan şəxslərin övladlarına – X13, X39, X29 və X28 vərəsəlik qaydasında keçmişdir. Onların mülkiyyət hüquqları 1989-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. X20 09 dekabr 2000-ci il tarixdə vəfat etmiş və vərəsələri kimi əri X26 (12.05.2004-cü il tarixdə vəfat etmişdir) və uşaqları X32 (01.02.2013-cü il tarixdə vəfat etmişdir), X18-ünvan 4 ünvanında yaşayır. X39 31.03.2004-cü il tarixdə vəfat etmişdir. Onun əri X62 26.01.1994-cü il tarixdə vəfat etmişdir. Vərəsələri kimi oğlu Ərizəçi1 qalmışdır. Ərizəçi1 Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 5 ünvanında yaşayır. Qızı Ərizəçi2 ünvan 6 ünvanında yaşayır. X49 21.07.1994-cü il tarixdə vəfat etmişdir. X29 23.02.2005-ci il tarixdə vəfat etmişdir. Onun əri X41 03.10.2002-ci il tarixdə vəfal etmişdir. Onun vərəsələri kimi X46 (ünvan 7 ünvanında yaşayır), X47 (ünvan 8 ünvanında yaşayır) X48 (ünvan 9 ünvanında yaşayır) qalmışlar. X40 29 aprel 2007-ci il tarixdə vəfat etmişdir. Subay olmuşdur. Şəki Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli, 2(075)-92/2019 saylı qətnaməsindən görünür ki, X15 tərəfindən Şəki şəhəri, X66 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin anası X5 mülkiyyətində olan 1/4 hissəsindən və dayıları X21 mülkiyyətində olan 1/4 hissəsinin 1/8 hissəsindən ibarət miras qəbul edilmiş hesab edilmiş, X46, X47 və X33 Şəki şəhəri, X66 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinə münasibətdə ümumi əmlakdan hər birinə 1/12 hissə və 1/32 hissə olmaqla payları müəyyən edilmişdir. Qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş, Şəki Rayon Məhkəməsinin 04 yanvar 2019-cu il tarixli, 2(075)-92/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan 1 saylı Bakı “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən 09 fevral 2021-ci il tarixdə verilmiş məlumatdan görünür ki, ərizəçilər İbrahimova (Sadıqova) Sevinc Şükür qızı və Ərizəçi1 mərhum anaları X39 və mərhum dayıları X19 qalmış mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüklərindən notariat hərəkətlərinin aparılmasından imtina edilmiş, onlara məhkəməyə müraciət etmələri tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi Şəki şəhəri, X66 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyətçilərindən X39 ərizəçilərin anaları, X40 isə dayılarıdır. X39 31 mart 2004-cü il tarixdə, X40 isə 29 aprel 2007-ci il tarixdə vəfat etmişdir. Ərizəçilər İbrahimova (Sadıqova) Sevinc Şükür qızı və Ərizəçi1 mərhum X22 birinci növbə, X21 isə ikinci növbə vərəsələridirlər. Qanunvericiliyin tələblərinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Ərizəçilər analarının və dayılarının sağlığında həmin əmlaka sərbəst gəlib-getmiş, onların dəfn və yas mərasimlərində iştirak etmişlər. Lakin üzrlü səbəbdən qanunvericiliklə müəyyən edilmiş müddətdə mirası qəbul edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində mirasın qəbul edilməsi üçün dəqiq müddətlərin müəyyən edilməsinə baxmayaraq üzrlü hallarda onun qəbulu müddətinin uzadılması imkanını da nəzərdə tutmuşdur. Ərizəçilərin vərəsə kimi anaları və dayılarından qalmış mirası qəbul etmək hüquqları vardır. Ərizəçilərin mirası faktiki olaraq qəbul etmələrinə baxmayaraq qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almamaları üzürlü haldır. Şərh edilənləri nəzərə alaraq məhkəmə iclasında tədqiq edilmiş sübutlara istinad edərək ərizəçilər tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək Şəki şəhəri, X66 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən daşınmaz əmlakda mərhum X27 məxsus 1/4 payın 1/3 hissəsinin Ərizəçi1 və 1/4 payın 1/3 hissəsinin isə İbrahimova (Sadıqova) Sevinc Şükür qızı tərəfindən, həmçinin Şəki şəhəri, X66 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən daşınmaz əmlakda mərhum X28 məxsus 1/4 payın 1/8 hissəsinin Ərizəçi1 və 1/4 payın 1/8 hissəsinin İbrahimova (Sadıqova) Sevinc Şükür qızı tərəfindən qəbulu hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizəçilərin rüsum tələb etməmələri nəzərə alınaraq, ödənilmiş rüsum onların özlərinə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Şəki şəhəri, X66 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən daşınmaz əmlakda mərhum X27 məxsus 1/4 payın 1/3 hissəsinin Ərizəçi1 və 1/4 payın 1/3 hissəsinin isə İbrahimova (Sadıqova) Sevinc Şükür qızı tərəfindən qəbulu hüquqi faktı müəyyən edilsin. Şəki şəhəri, X66 prospekti, dalan 7, ev 8 ünvanında yerləşən daşınmaz əmlakda mərhum X28 məxsus 1/4 payın 1/8 hissəsinin Ərizəçi1 və 1/4 payın 1/8 hissəsinin İbrahimova (Sadıqova) Sevinc Şükür qızı tərəfindən qəbulu hüquqi faktı müəyyən edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçilərin özlərinə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar