Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-70/2021 07.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) X2, Cavabdeh və onun (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 16.500 (on altı min beş yüz) ABŞ dolları pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) X8 iddia tələbini müdafiə edərək göstərmişdir ki, iddiaçı, Cavabdeh ilə bir müddət öncə tanış olmuş və bir-birlərinə etibarlıqları yaranmışdır. Cavabdeh iddiaçı ilə danışaraq ortaq iş görmələrini təklif etmişdir. Belə ki, cavabdeh əvvəlcə iddiaçıya kafe, sonra isə gözəllik salonu açaraq işlətməsini təklif etmiş, o da öz növbəsində razılaşaraq hissə-hissə cavabdehə pul ayırmasına razılıq vermişdir. Bu minvalla iddiaçı 2018-ci ilin dekabr ayından 2019-cu ilin dekabr ayı da daxil olmaqla ümumilikdə cavabdehə 16.500 (on altı min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitini faizsiz olaraq borc vermiş və hər dəfə də Fəzilət iddiaçıdan pul götürərkən iddiaçıya məxsus qeyd dəftərçələrində öz xətti ilə götürdüyü məbləğləri qeyd etmişdir. Cavabdeh icarəyə qeyri-yaşayış sahəsi götürüb, oranı təmir etdirib, salon kimi fəaliyyətə başlamalı idi və bu məqsədlə də iddiaçıdan borc olaraq hissə-hissə ümumilikdə 16.500 (on altı min beş yüz) ABŞ dolları məbləğində pul vəsaiti almışdır. Qarşılıqlı razılaşmaya əsasən Cavabdeh iddiaçıdan aldığı ümumilikdə 16.500 (on altı min beş yüz) ABŞ dolları məbləğində borc pulu «salon» işə düşəndən sonra qısa müddətdə qaytarmağı və bundan sonra isə iddiaçıya əlavə hörmət edəcəyini vəd etmişdir. Lakin artıq uzun müddət keçməsinə baxmayaraq Cavabdeh iddiaçıdan aldığı ümumilikdə 16.500 (on altı min beş yüz) ABŞ dolları məbləğində borc pulu qaytarmır. Həmçinin sonradan məlum olmuşdur ki, Fəzilət hər-hansı bir yeni obyekt götürməmiş və oranı təmir etdirməmişdir. İddiaçı dəfələrlə cavabdehdən pulunu tələb etmiş, lakin cavabdeh borcunu qaytarmaqdan imtina etmişdir. Bununla əlaqədar iddiaçı dəfələrlə cavabdehin işlədiyi gözəllik salonuna getmiş və borcunu ondan tələb etmişdir. Belə günlərin birində cavabdeh onunla kobud rəftar etmiş və cavabdeh onu döymüşdür. Buna görə də cavabdehin qeyd edilən hərəkətləri barədə Bakı şəhəri, Nərimanov RPİ-nə şikayət etmişdir. Polis İdarəsində araşdırma aparılmış və cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Buna görə də hazırda iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 31.05.2021-ci il tarixli iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X2 məhkəmə iclasında vermiş olduğu izahata oxşar olan eyni məzmunlu izahat vermişdir. Həmçinin Bakı şəhəri, Nərimanov RPİ-də araşdırma aparılan zaman iddiaçıya 13000 ABŞ dolları, hazırkı iddia ərizəsində isə 16500 ABŞ dolları verməklə tələb etməsini şərh edərkən göstərmişdir ki, əvvəlcə 13000 dollar pulu hissə-hissə Cavabdeh özünə vermişdir. Lakin sonradan Fəzilət ondan başqa bir şəxsə vermək 3000 dollar istəmiş, o da öz növbəsində 3000 dollar pulu Fəzilətin digər şəxsə verməsi üçün ona vermişdir. Həmçinin sonradan Fəzilətə 500 dollar da pul vermişdir. Əlavə olaraq göstərmişdir ki, əri əvvəllər özəl bank sektorunda işləmiş, hal-hazırda isə heç bir yerdə işləmir. Həmçinin göstərmişdir ki, o, pul məbləğini Fəzilətə faizə verməmişdir. Araşdırılan səs yazısı Fəzilətə verilən 13000 ABŞ dolları ilə bağlı deyil, həmin səs yazısı sonradan onun Fəzilətə verdiyi 3000 ABŞ dolları ilə bağlıdır. Cavabdeh indiyədək ona hər hansı pul məbləği qaytarmamışdır. Qeyd etmişdir ki, aralarında mübahisə olduqdan sonra cavabdehə hər hansı pul məbləği verməmişdir. İddianın tam şəkildə təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək göstərdi ki, o, Bakı şəhərində yerləşən qadın salonlarının birində dırnaq ustası işləyir. İş üzrə İddiaçı da onun müştərilərindən biri olmuşdur. Həmin salonda ondan başqa digər işçilər də olduğundan Nərminə həmin salona tez-tez gəlmiş, dırnağını, saçını düzəltdirmişdir. Beləliklə də onların münasibətləri yaranmışdır. Həmin zamanlar söhbət əsnasında o, Nərminəyə bankdan pul götütmək istədiyini bildirmiş, Nərminə isə ərinin “Dəmirçi Plaza” QHT-də işlədiyini və bankdan kredit götürməkdə ona kömək edə biləcəyini bildirmişdir. Buna görə də Nərminənin ərinin işlədiyi banka müraciət etmiş və həmin bankın əməkdaşları kreditin verilməsi üçün onun işlədiyi salona baxış keçirmişlər. Lakin bu prosesin sonunda onun həmin bankdan kredit götürməsi mümkün olmamışdır. Daha sonra Nərminə özünün ona faizlə borc verə biləcəyini bildirmişdir. O da bunula razılaşaraq təxminən 2018-ci ilin noyabr-dekabr aylarında ilkin olaraq 3500 ABŞ dolları, sonra 2000 ABŞ dolları və daha sonra 2000 ABŞ dolları olmaqla aylıq 20 faiz olmaqla hissə-hissə ödəmək şərti ilə cəmi 7500 ABŞ dolları məbləğində iddiaçıdan borc götürmüşdür. O götürdüyü borcu aralarında olan razılaşmaya əsasən hiss-hissə olmaqla faizi ilə birlikdə ödəməyə başlamış və 2020-ci ilin noyabr ayına onun Nərminəyə 2000 ABŞ dolları borcu qalmışdır. Həmin borcu da 2020-ci ilin əvvəllərində ödəyərək Nərminəyə olan borcunu tamamilə bağlamışdır. Lakin iddiaçı sonradan ona güya faiz və borcunu tam ödəməməsini bildirmiş və salona gələrək onunla mübahisə etmişdir. Buna görə də Nərminə guya onu döyərək xəsarət yetirdiyinə görə ondan Bakı şəhəri, Nərimanov RPİ-nə şikayət vermiş və nəticədə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin Nərminə polis şöbəsində verdiyi izahatda onun 13000 ABŞ dolları borcunun olduğunu bildirmiş, lakin hazırki iddia tələbində isə 16500 ABŞ dolları borcunun olduğunu iddia etmişdir. Göründüyü kimi Nərminə özü ona nə qədər borcunun olduğunu dəqiq bilmir. Ümumiyyətlə Nərminə faizə pul vermək işi ilə məşğuldur və onun işlədiyi salonda da bir neçə işçilərə də faizə borc pul vermişdir. Hazırda onun iddiaçıya heç bir borcu qalmamışdır. Həmçinin göstərmişdir ki, Nərminəyə məxsus olan və məhkəmə iclasında tədqiq olunan səs yazısı təxminən 2019-cu ilin noyabr ayında aparılmışdır. Həmin səs yazısında bildirilir ki, onun artıq Nərminəyə 2000 ABŞ dolları borcu vardır və o ayda 400 manat olmaqla ödəniş aparmalıdır. Həmin vaxtdan sonra o Nərminəyə olan borcunu tam ödəmişdir. Hazırda iddiaçıya hər hansı borcu yoxdur. Buna görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi (vəkili) Vəkil da Cavabdeh məhkəmə iclasında vermiş olduğu izahata oxşar olan eyni məzmunda izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İşdə olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X3 tərəfindən qəbul edilmiş 24 fevral 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə İddiaçı, X1 və Cavabdeh əməllərində cinayət tərkibinin əlamətlərinin olması müəyyən edilmədiyindən, barələrində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 22 aprel 2021-ci il tarixli, 4/321 saylı məhkəmə ekspertizasının rəyindən görünür ki; - 1 Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli diskdə olan PTT-20200111-WA0003 nömrə ilə qeydə alınmış səs yazısının məzmunu tədqiqi hissədə verilmişdir. -2,3. Ekspertizaya təqdim olunmuş 1 ədəd ağ rəngli diskdə olan PTT-20200111-WA0003 nömrə ilə qeydə alınmış mübahisəli fonoqramdakı danışıqların yazılı mətnində «Q2» kimi işarə olunmuş diktorun səsi və nitqi - İddiaçı məxsusdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçının izahatı iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, iddiaçı, cavabdehə 2018-ci ilin dekabr ayından 2019-cu ilin dekabr ayı da daxil olmaqla ümumilikdə 16.500 (on altı min beş yüz) ABŞ dolları məbləğində pul vəsaitini faizsiz olaraq borc vermişdir. İddiaçının deməsinə görə Cavabdeh icarəyə qeyri-yaşayış sahəsi götürüb, oranı təmir etdirib, salon kimi fəaliyyətə başlamalı idi. Qarşılıqlı razılaşmaya əsasən Cavabdeh iddiaçıdan aldığı ümumilikdə 16.500 (on altı min beş yüz) ABŞ dolları məbləğində borc pulu «salon» işə düşəndən sonra qısa müddətdə qaytarmağı və bundan sonra isə iddiaçıya əlavə hörmət edəcəyini vəd etmişdir. İddiaçı bildirmişdir ki, cavabdehə borc olaraq vermiş olduğu 16 500 dollar pul vəsaiti cavabdeh tərəfindən ona qaytarılmamışdır. Buna görə də iddianın tam şəkildə təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə iddiaçıdan hissə-hissə olmaqla cəmi 7500 dollar pul aldığını qeyd etmişdir. Cavabdeh almış olduğu borc məbləğini faizi ilə birlikdə iddiaçıya geri ödəməsini bildirmiş, buna görə də iddianın rədd edilməsini xahiş etmişdir. Qeyd edilən hallar təxmini də olsa işdə olan Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən qəbul edilmiş 24 fevral 2020-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan da aydın olur. Məhkəmə hesab edir ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mülkihüquq münasibətləri yaranmışdır. Buna görə də bu münasibətə borc müqaviləsinin müddəaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740-cı maddəsində göstərilir ki, borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 16 500 dollar pul vəsaitini verməsini iddia etsə də o MPM-nin 77-ci maddəsinin tələbləri baxımından bununla bağlı hər hansı sübutunu məghkəməyə təqdim etməmişdir. Lakin cavabdeh iddiaçıdan 7500 dollar pul vəsaitinin almasını etiraf etmişdir. Həmçinin cavabdeh almış olduğu 7500 dolların tam şəkildə iddiaçıya ödəməsini bildirmiş, həmin pulun iddiaçıya geri ödəməsi barədə hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Lakin cavabdeh məhkəməyə iddiaçıya məxsus olan səs yazısını təqdim etmiş və iddiaçı həmin səs yazısında cavabdehin ona 2000 dollar borcunun qaldığını bildirmişdir. İddiaçı səs yazısının ona məxsus olmadığını bildirmiş, buna görə də məhkəmə fonoskopik ekspertiza təyin edərək səs yazısının iddiaçıya aid olmasını müəyyən etmişdir. Cavabdehin özünün də qeyd etdiyi kimi onun iddiaçıdan almış olduğu 7500 dolların iddiaçıya geri qaytarılması barədə hər hansı sübutunun olmamasını nəzərə alaraq iddiaçıya məxsus tədqiq edilən səs yazısında iddiaçının cavabdehin ona 2000 dollar borcunun qalmasını bildirməsini məhkəmə, cavabdeh tərəfindən iddiaçıdan alınan 7500 dolların 5500 dollarının iddiaçıya ödənilməsi kimi, 2000 dolların isə ödənilməməsi kimi qiymətləndirərək hal-hazırda cavabdehin iddiaçıya 2000 ABŞ dolları borcunun qalmasını qəbul edir. Buna görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 2000 (iki min) ABŞ dolları məbləğində pul məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə alınaraq İddiaçı verilməlidir. Tələb etmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. İş üzrə 250 manat ekspertiza xərcinin 220 manatı İddiaçı, 30 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X5, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Məhkəmə qətnaməsi haqqında qərarının 10-cu bəndinin tövsiyyəsinə əsasən qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) ABŞ dolları məbləğində pul məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə alınaraq İddiaçı verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə 250 manat ekspertiza xərcinin 220 manatı İddiaçı, 30 manatı isə Cavabdeh alınaraq dövlət büdcəsinə-AZ.MEM. VÖİN **********, X5, KOD 210005 VÖEN **********, müxbir hesab AZ 41, NABZ ******************** SFİFT BİK CTREAZ 22 hesaba ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov Azərbaycan Respublikası İddiaçı: Şəki Rayon Məhkəməsi X4 Ünvan Şəki şəhəri, Salman (Qax rayonu, ibaxlı kəndi) Mümtaz küçəsi, 1 İş № 2(075)-493/2017 İddiaçının nümayəndəsi: 24 fevral 2017-ci il X6 (Bakı şəh, Xətai ray, Vunq Tau küç, kors 1, ev 15, mən 601) Cavabdeh: X7 (Şəki rayonu, Birinci Biləcik kəndi) Şəki Rayon Məhkəməsinin 2(075)-493/2017 saylı, 24 fevral 2017-ci il tarixli qətnamənin sürəti məlumat üçün sizə göndərilir. Qoşma: Qətnamənin sürəti 03 vərəqə. Şəki Rayon Məhkəməsinin hakimi: Cahid İmanov. Azərbaycan Respublikası İddiaçı: Şəki Rayon Məhkəməsi X4 Ünvan Şəki şəhəri, Salman (Qax rayonu, ibaxlı kəndi) Mümtaz küçəsi, 1 İş № 2(075)-493/2017 İddiaçının nümayəndəsi: 24 fevral 2017-ci il X6 (Bakı şəh, Xətai ray, Vunq Tau küç, kors 1, ev 15, mən 601) Cavabdeh: X7 (Şəki rayonu, Birinci Biləcik kəndi) Şəki Rayon Məhkəməsinin 2(075)-493/2017 saylı, 24 fevral 2017-ci il tarixli qətnamənin sürəti məlumat üçün sizə göndərilir. Qoşma: Qətnamənin sürəti 03 vərəqə. Şəki Rayon Məhkəməsinin hakimi: Cahid İmanov.
Məhkəmə qərarları › İş №2(075)-70/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-70/2021
07.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver