Məhkəmə qərarları › İş №2(075)-715/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-715/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-715/2021 03.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Cavabdeh 1900 manat məbləğindı pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı tələbin azaldılmasına dair ərizə təqdim edərək, Cavabdeh 1760 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirdi ki, o, "xxxx" ASC-nin ərazisində zərgərliklə məşğul olur. Cavabdeh də həmin ərazidə qəssablıqla məşğul olurdu. Cavabdeh, əvvəllər ondan bir neçə dəfə qızıl-zinət əşyalarını nisyə alaraq pulunu hissəhissə ödəmişdir. Bu yolla da cavabdeh, onun etibarını qazanmış və onların münasibətləriv yaranmışdır. Axırıncı dəfə 2019-cu ilin avqust ayında cavabdeh yanına gələrək ondan bir neçə adda ümumi dəyəri 1900 manat olan qızıl-zinət əşylarını götürmüş və pulunu bankdan kredit alaraq qaytaracağını bildirmişdir. Eyni zamanda cavabdeh, heyvan satdığını, həmin adamdan pul alacağı olduğunu, pulunu alarsa tez bir zamanda bankdan kredit almadan da borcu qaytaracağını bildirmişdir. O da cavabdehə etibar etdiyi üçün inanmışdır. Lakin cavabdeh, verdiyi sözə əməl etməmiş və borcu qaytarmamışdır. Dəfələrlə cavabdehin evinə həm özü tək, həm də anası ilə gedərək danışıqlar aparmalarına, xəbərdarlıqlar etmələrinə baxmayaraq heç bir nəticəsi olmamış və bu günədək cavabdeh ona olan 1900 manat məbləğində borcundən məhkəmə prosesi ərəfəsində cəmi 140 manat ödəmiş və bununla da cavabdehin ona 1760 manat məbləğində borcu qalmışdır. 1760 manat pulun cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Cavabdeh izahat verərək göstərdi ki, iddiaçı, "xxxx" ASC-nin ərazisində zərgərliklə məşğul olur. O isə həmin ərazidə qəssablıqla məşğul olur. O, əvvəllər cavabehdən bir neçə dəfə qızıl-zinət əşyalarını nisyə alaraq pulunu hissə-hissə ödəmişdir. Axırıncı dəfə 2019-cu ilin avqust ayında cavabdeh yanına gələrək ondan bir neçə adda ümumi dəyəri 1900 manat olan qızıl-zinət əşylarını götürmüş və pulunu bankdan kredit alaraq qaytaracağını bildirmişdir. Lakin maddi imkanı pisləşdiyindən borcunu qaytara bilməmişdir. İddiaçıya olan 1900 manat məbləğində borcdan 140 manatını ödəmiş və hazırda iddiaçıya 1760 manat məbləğində borcu qalmışdır. İddianı qəbul edir. İddianın təmin edilməsinə etiraz etmir. Qanuna müvafiq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 52.5-ci madddəsində iddianın cavabdeh tərəfindən etiraf edilməsinin qanuna zidd olduğu və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğu təqdirdə məhkəmənin bu hərəkəti qəbul etməməli olduğu qeyd edilmişdir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1760 manat məbləğində pul və 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. 1760 manat məbləğində pul və 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar