Məhkəmə qərarları › İş №2(075)-75/2020

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-75/2020

17.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-75/2020 17.12.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadiqova Türkan Bəxtiyar qızının katibliyi ilə, İddiaçı QSC X3 Təşkilatının cavabdehlər Cavabdeh1, Sultanova (Yusifova) Ülfan Natiq qızı və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldəlməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı QSC BOKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xx xxxxxxx 2014-cü il tarixli 04 saylı kredit müqaviləsi üzrə 17235,85 manat əsas borcun, 3565,94 manat faiz borcunun, cəmi 20801,79 ( iyirmi min səkkiz yiiz bir manat yetmiş doqquz qəpik) manat borc məbləğinin İddiaçı QSC X3 Təşkilatının xeyrinə tutulması, borc tələbinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nalıq qızının sahibliyində və idarəçiliyində olan mərhum Yusifov Natiq Söhrab oğluna məxsus olmuş ünvan 1 ünvanında 0,0528 ha torpaq sahəsində yerləşən 1 mərləbəli 5 otaqlı 111.6 kv. metr yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə torpaq sahəsi ilə birlikdə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına cəmi 20801.79 ( iyirmi min səkkiz yüz bir manat yetmiş doqquz qəpik) borcun və 30 manat dövlət rüsumunun tutularaq ‘'İddiaçı" QSC X3 Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə baxılarkən İddiaçı QSC BOKT-nın etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nalıq qızının sahibliyində və idarəçiliyində olan mərhum Yusifov Natiq Söhrab oğluna məxsus olmuş Şəki şəhəri, İsmibəy Nakam küçəsi, 24 saylı fərdi yaşayış evinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 17196,57 manat əsas borcun, 3565,94 manat faiz borcunun, cəmi 20762,51 manat məbləğin və 30 manat dövlət rüsumunun tutularaq ‘'İddiaçı" QSC X3 Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə baxılarkən İddiaçı QSC BOKT-nın etibarnamə üzrə nümayəndəsi X1 yenidən məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Nalıq qızının sahibliyində və idarəçiliyində olan mərhum Yusifov Natiq Söhrab oğluna məxsus olmuş Şəki şəhəri, İsmibəy Nakam küçəsi, 24 saylı fərdi yaşayış evinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına 16596,57 manat əsas borcun, 3565,94 manat faiz borcunun, cəmi 20162,51 manat məbləğin və 30 manat dövlət rüsumunun tutularaq ‘'İddiaçı" QSC X3 Təşkilatına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbininin həcminin azaldılması barədə ərizələr MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq və məhkəmə baxış iclasları keçirilmiş, mülki işin növbəti məhkəmə baxış iclası bu günə, yəni xx.xx.2020-ci il tarixə, saat 11:30-a təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə İddiaçı QSC X3 Təşkilatının etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti X3 Təşkilatının cavabdehlər Cavabdeh1 qızna, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc məbləğinin ipoteka qoyulmuş əmlaka yönəldilməsi və həmin əmlakın hərracda satılması” tələbinə dair 2(075)-75/2020 saylı mülki iş üzrə borcun məhkəmədənkənar ödənilməsi barədə razılığa gəlindiyi üçün iddia ərizəsinin geri qaytarılmasını və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Sultanova (Yusifova) Ülfan Natiq qızı və Cavabdeh3 xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixlərdə məhkəməyə teleqram göndərərək bildirmişlər ki, iddiaçı bankla razılığa gəldiklərindən iddia ərizəsinin baxılmamış saxlanmasına etiraz etmirlər. Məhkəmə iclasının iştirakları olmadan keçirilməsini xahiş edirlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi İddiaçı QSC X3 Təşkilatının etibarnamə üzrə nümayəndəsi X1 iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə göndərmiş, cavabdehlər Cavabdeh1, Sultanova (Yusifova) Ülfan Natiq qızı və Cavabdeh3 isə məhkəməyə göndərdikləri teleqramda işə mahiyyəti üzrə baxılmasını tələb etmədiklərini bildirmişlər. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ iddiaçıya izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialından görünür ki, xx xxxxxxx 2019-cu il tarixdə cavabdehlər Cavabdeh1, Sultanova (Yusifova) Ülfan Natiq qızı və Cavabdeh3 vəsatəti əsasında mülki iş üzrə ekspertiza təyin edilmiş və ƏEM/Y 14-014/20 nömrəli, xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində ekspert xərcinin 250 manat təşkil etdiyi göstərilmişdir. İş materialından görünür ki, xx xxxx 2020-ci il tarixdə cavabdehlər Cavabdeh1, Sultanova (Yusifova) Ülfan Natiq qızı və Cavabdeh3 vəsatəti əsasında mülki iş üzrə ekspertiza təyin edilmiş və 9/538 nömrəli, xx xxxx 2020-ci il tarixli ekspert rəyində ekspert xərcinin 145 manat təşkil etdiyi göstərilmişdir. İş materialından görünür ki, xx xxxxxxxx 2020-ci il tarixdə cavabdehlər Cavabdeh1, Sultanova (Yusifova) Ülfan Natiq qızı və Cavabdeh3 vəsatəti əsasında mülki iş üzrə ekspertiza təyin edilmiş və 412 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli ekspert rəyində ekspert xərcinin 300 manat təşkil etdiyi göstərilmişdir. Göründüyü kimi İddiaçı QSC X3 Təşkilatının etibarnamə üzrə nümayəndəsi X1 iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim etmiş, həmçinin cavabdehlər Cavabdeh1, Sultanova (Yusifova) Ülfan Natiq qızı və Cavabdeh3 vəsatət verərək mühasibatlıq və əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişlər. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə ekspertiza keçirilməsi barədə vəsatətlər cavabdehlər tərəfindən verildiyindən iş üzrə mövcud olan ekspertiza xərcləri cavabdehlərdən tutulmalıdır. Buna görə də iş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 250 manat cavabdehlər Cavabdeh1, Sultanova (Yusifova) Ülfan Natiq qızı və Cavabdeh3 müştərək qaydada alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “X2" MMC-nin hesabına ödənilməlidir. Həmçinin mülki iş üzrə keçirilmiş 145 manat mühasibatlıq ekspertiza xərci cavabdehlər Cavabdeh1, Sultanova (Yusifova) Ülfan Natiq qızı və Cavabdeh3 müştərək qaydada alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilməlidir. Bundan başqa iş üzrə təkrar əmtəəşünaslıq ekspertiza xərci olan 300 manat cavabdehlər Cavabdeh1, Sultanova (Yusifova) Ülfan Natiq qızı və Cavabdeh3 müştərək qaydada alınaraq (Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************) “xxxx” MMC-nin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı QSC X3 Təşkilatının cavabdehlər Cavabdeh1, Sultanova (Yusifova) Ülfan Natiq qızı və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldəlməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 250 manat cavabdehlər Cavabdeh1, Sultanova (Yusifova) Ülfan Natiq qızı və Cavabdeh3 müştərək qaydada alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “X2" MMC-nin hesabına ödənilsin. Mülki iş üzrə keçirilmiş 145 manat mühasibatlıq ekspertiza xərci cavabdehlər Cavabdeh1, Sultanova (Yusifova) Ülfan Natiq qızı və Cavabdeh3 müştərək qaydada alınıb Dövlət büdcəsinə-Az. MEM, VÖEN**********, Dövlət Xəzinədarlıq Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFTBik CTREAZ22 hesaba ödənilsin. İş üzrə təkrar əmtəəşünaslıq ekspertiza xərci olan 300 manat cavabdehlər Cavabdeh1, Sultanova (Yusifova) Ülfan Natiq qızı və Cavabdeh3 müştərək qaydada alınaraq (Kod 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB********************) “xxxx” MMC-nin hesabına ödənilsin. İddiaçı QSC X3 Təşkilatına izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar