Məhkəmə qərarları › İş №2(075)-76/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №2(075)-76/2022

26.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(075)-76/2022 26.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşfiq oğlunun katibliyi ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X2 Şəki rayon Baş Kəldək kəndində anadan olması, X2 anasının Ərizəçi olması faktının müəyyən edilməsi, ona doğum haqqında şəhadətnamənin verilməsi və ata adının Vüsal qeyd olunması; xx.xx.2010-cu il təvəllüdlü X1 Şəki rayon Baş Kəldək kəndində anadan olması, X1 anasının Ərizəçi olması faktının müəyyən edilməsi, X3 doğum haqqında şəhadətnaməsinin verilməsi və ata adının Vüsal qeyd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə 24 avqust 2022-ci il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 08 sentyabr 2021-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclasları 01 oktyabr 2021-ci il, 29 oktyabr 2021-ci il və 26 noyabr 2021-ci il tarixlərdə keçirilmiş, 26 noyabr 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında Şəki Rayon Məhkəməsinin 26 noyabr 2021-ci il tarixli, 2(075)-1842/2021 saylı qərardadı ilə Ərizəçi maraqlı şəxs X4rşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair iddiası üzrə məhkəmə tibbi ekspertizası təyin edilməsi, məhkəmə tibbi ekspertizasının rəyi alınanadək işin icraatı dayandırılması qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin 05 avqust 2022-ci il tarixli, 2(075)-76/2022 saylı qərardadı ilə Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işin icraatı təzələnmiş və mülki işin məhkəmə baxışı iclası bu günə, yəni 26 avqust 2022-ci il tarixə saat 09:20-ə təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin 26 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ Ərizəçi izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu Ərizəçi qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu Ərizəçi qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar