Məhkəmə qərarları › İş №2(075)-768/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-768/2021

23.08.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-768/2021 23.08.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Sadıqova Türkan Bəxtiyar qızının katibliyi, İddiaçı iştirakı ilə, (Cavabdeh1 məhkəmənin əvvəlki iclaslarında iştirak etmişdir). İddiaçı Cavabdeh1 qarşı “evdən çıxarılma və evin boşaldılması” tələbinə dair mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Şəki şəhəri, 20 yanvar küçəsi, bina 56, giriş 1, mərtəbə 5-də yerləşən 15 nömrəli mənzildən (yeni qaydalarla Şəki şəhəri, 20 yanvar küçəsi 204, mərtəbə 5, mənzil 1) Cavabdeh1 öz uşaqları ilə birlikdə çıxarılaraq və həmin mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, mülkiyyətində olan Şəki şəhəri, 20 yanvar küçəsi, bina 56, giriş 1, mərtəbə 5-də yerləşən 15 nömrəli mənzildən (yeni qaydalarla Şəki şəhəri, 20 yanvar küçəsi 204, mərtəbə 5, mənzil 1) Cavabdeh1 öz uşaqları – xx xxxxxx 2004-cü il təvəllüdlü Cavabdeh2, 05 noyabr 2005-ci il təvəllüdlü X11 və 02 fevral 2007-ci il təvəllüdlü X32 ilə birlikdə çıxarılaraq və mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərdi ki, ünvan 1 ünvanında yerləşən mənzil mərhum atası X12 mülkiyyətində olmuşdur. Atası 28 avqust 1993-cü il tarixdə vəfat etdiyindən sözügedən mənzil 1997-ci ildə anası X7 adına rəsmiləşdirilmiş, həmin ildə də anası sözügedən mənzili qardaşı X18 adına rəsmləşdirilməsinə razılıq vermişdir. Evin qardaşının adına rəsmləşdirilməsində məqsəd Nemətin Qarabağ müharibəsi veteranı olması olmuşdur. Çünki buna görə onlar bəzi kommunal və vergi ödənişlərdən azad olunmalı olmuşlar. Cavabdeh1 mərhum qardaşı X18 həyat yoldaşıdır. Cavabdehlə qardaşı Nemət 2002-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Cavabdehlə qardaşının birgə nikahlarından xx xxxxxx 2004-cü il təvəllüdlü Cavabdeh2, 05 noyabr 2005-ci il təvəllüdlü X11 və 02 fevral 2007-ci il təvəllüdlü X32 adlı 3 uşaqları olmuşdur. Cavabdeh1 gəlin gəldiyi gündən qeyd edilən ünvanda olan mübahisəli evdə yaşamışdır. 2006-cı ildə qardaşı Nemət mülkiyyətində olan mübahisə predmeti olan mənzili X4na bağışlamışdır. 2009-cu ildə cavabdehlə qardaşı Nemət boşanmışlar və 2010-cu ildə təkrarən evlənmişlər. X4 12 aprel 2007-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsələri kimi uşaqları – o, X26, X22, X27 və X33 qalmışlar. Bir müddət sonra qardaşları X27 və X33 da vəfat etmişdir. X2 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka qanun üzrə vərəsələrin hər birinə 1/5 hissə olmaqla, yəni İddiaçı 1/5 hissə, X13 1/5 hissə, X20 1/5 hissə, mərhum qardaşı X14 övladları olan X5 və X3 hər birinə 1/10 hissə, 1/5 hissə isə anası X7 adına saxlanılmaqla hüquqları ümumi paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 21.06.2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışla qeydiyyata alınmışdır. X2 vəfatından sonra qardaşı X33 anasından qalan miras əmlakı faktiki olaraq qəbul etmiş, ondan da Cavabdeh1 qəbul etmiş, lakin adlarını qeydiyyata aldırmamışlar. Bundan sonra o və digər iddiaçılar X26, X22 və X28 Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətlərində olan əmlakın bölünməsi və payların paylı mülkiyyətdən naturada ayrılması, olmadıqda əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 08.10.2018-ci il tarixli, 2(075)-202/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına müvafiq olaraq bölünməsi, paylı mülkiyyətdə olan ünvan 1 yerləşən əmlakın hərracda ilkin satış qiymətinin 45 000 manat müəyyən edilməsi qət edilmişdir. Bundan sonra "X16" MMC tərəfindən hərrac keçirilmiş, hərracın qalibi o olmuşdur. Bununla bağlı 66 nömrəli X25 Protokol tərtib edilmiş və 26 oktyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında Şəki şəhəri, 20 Yanvar küçəsi 56 saylı binanın 15 nömrəli mənzilini 31500 manata almışdır. Satışdan əldə edilmiş məbləğ, yəni 31500 manat məbləğ tərəflərin paylarına uyğun olaraq bölünmüş və hər bir mülıkiyyətçiyə 6300 manat pul düşmüşdür. Tərəfindən Cavabdeh1 düşən 6300 manat pul Şəki rayonu üzrə İcra və Probasiya Şöbəsinin "xxxx" ASC-də olan depozit hesabına köçürülmüşdür. Bundan sonra o, 26 oktyabr 2020-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reeystrindən həmin əmlakın adına qeydiyyata alınması barədə 13.11.2020-ci il tarixli **********23-05101-093004 reyestr nömrəli çıxarış verilmişdir. Hazırda Şəki şəhəri, 20 Yanvar küçəsi, bina 56, giriş 1, mərtəbə 5-də yerləşən 15 nömrəli mənzil onun tam mülkiyyətindədir. Lakin dəfələrlə cavabdehdən mülkiyyətində olan evin boşaldılmasını və oradan çıxmasını tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh onun əmlakını günü-gündən pis vəziyyətə salır, hətta onu öz evinə girməyə belə qoymur, bununla da onun mülkiyyət hüququnu pozmuş olur. İddianın təmin edilməsini məhkəmədən xahiş edir. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahat verərək göstərmişdir ki, o, iddiaçının qardaşı X18 həyat yoldaşıdır. X44 2002-ci ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından xx xxxxxx 2004-cü il təvəllüdlü Cavabdeh2, 05 noyabr 2005-ci il təvəllüdlü X11 və 02 fevral 2007-ci il təvəllüdlü X32 adlı 3 uşaqları olmuşdur. O, gəlin gəldiyi gündən qeyd edilən ünvanda yaşamış, hazırda da həmin evdə yaşayır. Göstərmişdir ki, 2006-cı ildə əri Nemət mülkiyyətində olan mübahisə predmeti olan mənzili X4na bağışlamışdır. 2009-cu ildə o, əri Nemətlə boşanmış, Lakin 1 il sonra, yəni 2010-cu ildə təkrarən evlənmişlər. X1 12 aprel 2007-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra vərəsələri kimi uşaqları – İddiaçı, X26, X22, X27 və X33 qalmışlar. Bir müddət sonra qaynı X27 və əri X33 vəfat etmişdir. X8 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka qanun üzrə vərəsələrin hər birinə 1/5 hissə olmaqla, yəni İddiaçı 1/5 hissə, X13 1/5 hissə, X20 1/5 hissə, mərhum qaynı X14 övladları olan X5 və X3 hər birinə 1/10 hissə, 1/5 hissə isə qaynanası X7 adına saxlanılmaqla hüquqları ümumi paylı mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində 21.06.2016-cı il tarixli RX seriyalı ******* nömrəli çıxarışla qeydiyyata alınmışdır. X8 vəfatından sonra mərhum əri X33 anasından qalan miras əmlakı faktiki olaraq qəbul etmiş, Nemətdən də o qəbul etmiş, lakin adlarını qeydiyyata aldırmamışlar. Bundan sonra İddiaçı, X26, X22 və X28 ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən paylı mülkiyyətlərində olan əmlakın bölünməsi və payların paylı mülkiyyətdən naturada ayrılması, olmadıqda əmlakın açıq hərracda satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin 08.10.2018-ci il tarixli, 2(075)-202/2018 saylı qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında yerləşən əmlakın açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaitinin tərəflər arasında paylarına müvafiq olaraq bölünməsi, paylı mülkiyyətdə olan ünvan 1 yerləşən əmlakın hərracda ilkin satış qiymətinin 45 000 manat müəyyən edilməsi qət edilmişdir. Həmin evi İddiaçı açıq hərracdan alsa da, ona hər hansı ödəniş edilməmişdir. Lakin eşitdiyinə görə ona çatası məbləğ İcra şöbəsinin depozitinə ödənilmişdir. Hazırda uşaqları ilə birlikdə sözügedən mənzildə yaşayır, onun yaşayacaq başqa bir evi yoxdur və həmin evdən çıxmaq istəmir. İddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 06 iyul 2002-ci il tarixli nikah haqqında aktın qeydinin təsdiq edilmiş surətindən görünür ki, X33 ilə X23 arasında 06 iyul 2002-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 98 nömrə ilə qeyd edilmiş, nikahdan sonra arvada Əhmədova soyadı verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 14 fevral 2004-cü il, 01 dekabr 2005-ci il və 09 mart 2007-ci il tarixlərdə verilmiş doğum haqqında akt qeydlərinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 2004-cü il təvəllüdlü Cavabdeh2, 05 noyabr 2005-ci il təvəllüdlü X11 və 02 fevral 2007-ci il təvəllüdlü X21 ataları X33, anaları isə Cavabdeh1dır. İşdə olan AZ-İ 090613 seriya nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 Cavabdeh1 ilə olan nikahı 02 fevral 2009-cu il tarixdə ləğv edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 05 yanvar 2010-cu il tarixli nikah haqqında aktın qeydinin təsdiq edilmiş surətindən görünür ki, X33 ilə Cavabdeh1 arasında 05 yanvar 2010-cu il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Şəki şəhər İHB-nin 26.04.1997-ci il tarixli 1/175 nömrəli sərəncamlndan çıxarışın təsdiq edilmiş surərindən görünür ki, Şəki şəhəri, 20 yanvar küçəsi, 56 nömrəli ictimai binada yerləşən 15 nömrəli mənzildə yaşamış X29 28.08.1993-cü il tarixdə vəfat etdiyindən onun adına olan həmin mənzil həyat yoldaşı X8 adına rəsmiləşdirilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 19.11.1997-ci il tarixli, 8664/4265 nömrəli qeydiyyat vəsiqəsinin təsdiq edilmiş sirətindən görünür ki, Şəki şəhəri, 20 Yanvar küçəsində yerləşən 56/15 nömrəli yaşayış evi X18 adına qeydə alınmışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 10 iyun 2006-cı il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, X33 mülkiyyətində olan Şəki şəhəri, 20 yanvar küçəsində yerləşən 56/15 nömrəli yaşayış evini X9 bağışlamışdır. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Seriya MH ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhəri, 20 yanvar küçəsi, bina 56, giriş 1, mərtəbə 5-də yerləşən 15 nömrəli mənzil X8 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 54 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan AZ-İ 242678 seriya nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X19 12.04.2007-ci il tarixdə ölmüşdür. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 23.06.2015-ci il tarixdə verilmiş ölüm haqqında akt qeydinin təsdiq edilmiş surətindən görünür ki, 30.01.1967-ci il təvəllüdlü X33 20.06.2015-ci il tarixdə ölmüşdür. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş Seriya RX ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil, 1/5 hissədə İddiaçı, 1/5 hissədə X8, 1/5 hissədə X10, 1/5 hissədə X15, 1/10 hissədə X6 və 1/10 hissədə X3 mülkiyyətində olmuşdur. İşdə olan Şəki Rayon məhkəməsinin 08 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, ünvan 3 ünvanında yerləşən əmlak açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti tərəflər arasında paylarına müvafiq olaraq bölünməsi, paylı mülkiyyətdə olan, ünvan 3 ünvanında yerləşən əmlakın hərracda ilkin satış qiyməti 45000 manat müəyyən edilməsi qət edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş X25 66 nömrəli Protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 26 oktyabr 2020-ci il tarixli müqavilənin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 1/5 hissədə İddiaçı, 1/5 hissədə X8, 1/5 hissədə X10, 1/5 hissədə X15, 1/10 hissədə X6 və 1/10 hissədə X3 mülkiyyətində olan mənzili İddiaçı 31500 manata almışdır. İşdə olan "xxxx" ASC-nin Şəki filialına ödənilmiş 30.10.2020-ci il tarixli ödəmə qəbzinin təsdiq edilmiş surətindən görünür ki, Şəki şəhər İcra və Probasiyanın depozitinə cəmi 6306.30 manat ödənilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilərək iş materialına əlavə edilmiş 13.11.2020-ci il tarixli çıxarışdan görünür ki, Şəki şəhəri, 20 yanvar küçəsi, bina 56, giriş 1, mərtəbə 5, mənzil 15- yeni qaydalarla: Az 5500, Şəki şəhəri, 20 yanvar küçəsi,-204, mərtəbə 5-də yerləşən 1 nömrəli mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1-ci maddəsinə əsasən mülkiyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Göründüyü kimi qeyd edilən mübahisəli mənzil qanunvericiliklə müəyyən edilmış qaydada hərrac vasitəsilə İddiaçı tərəfindən alınmış və hal-hazırda onun mülkiyyətindədir. Yəni mülkiyyətçi olan İddiaçı qeyd olunan mübahisəli mənzilin qanuni sahibidir. Cavabdeh hal-hazirda qeyd edilən mənzildən qeyri-qanuni olaraq istifadə edir və onun həmin mənzildən istifadə etməsi iddiaçının mülkiyyət hüququnu pozur, onun toxunulmazlığına xələl gətirir. Buna görə də Cavabdeh1 uşaqları xx xxxxxx 2004-cü il təvəllüdlü Cavabdeh2, 05 noyabr 2005-ci il təvəllüdlü X11 və 02 fevral 2007-ci il təvəllüdlü X32 ilə birlikdə Əhmədov İddiaçı məxsus Şəki şəhəri, 20 yanvar küçəsi, bina 56, giriş 1, mərtəbə 5-də yerləşən 15 nömrəli mənzildən (yeni qaydalarla Şəki şəhəri, 20 yanvar küçəsi 204, mərtəbə 5, mənzil 1) çıxarılmalıdırlar və həmin mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 106.1-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci mad.əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci mad.əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh1 uşaqları xx xxxxxx 2004-cü il təvəllüdlü Cavabdeh2, 05 noyabr 2005-ci il təvəllüdlü X11 və 02 fevral 2007-ci il təvəllüdlü X32 ilə birlikdə Əhmədov İddiaçı mülkiyyətində olan Şəki şəhəri, 20 yanvar küçəsi, bina 56, giriş 1, mərtəbə 5-də yerləşən 15 nömrəli mənzildən (yeni qaydalarla Şəki şəhəri, 20 yanvar küçəsi 204, mərtəbə 5, mənzil 1) çıxarılsınlar və həmin mənzil boşaldılaraq İddiaçı təhvilsin. İddiaçı iddia ərizəsi ilə bağlı dövlət büdcəsinə ödədiyi 10 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar