Məhkəmə qərarları › İş №2(075)-79/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-79/2022

13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-79/2022 13.01.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi zərər” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən onlara dəymiş maddi zərərin əvəzi olaraq 2200 manatın və vurduğu ziyanın əvəzinin gec verilməsi ilə bağlı pozulmuş hüquqlarını bərpa etmək üçün çəkdikləri xərclərin, habelə hüquqları pozulmasaydı, adi mülki dövriyyə şəraitində əldə edəcəkləri gəlirlərin və əldən çıxmış faydanın əvəzi olaraq 1000 manatın, hüquqi xidmətlə bağlı ödədiyi 150 manatın və dövlət büdcəsinə ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə təqdim edərək, dəymiş zərərə görə 1086 manat məbləğində pul vəsaitinin və ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək göstərmişdir ki, Cavabdeh 27 iyun 2021cı il tarixdə «QAZ-330202-2288» markalı, **-JD-*** dövlət nömrə nişanlı minik avtomobilini idarə edarə edərkən, saat 21:30 radələrində Yevlax-Zaqatala-Gürcüstan Zaqatala yolunun Şəki rayonunun Böyük Dəhnə kəndinin ərazisindən keçən 35-ci kilometrliyində hərəkətdə olarkən Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkətdə olan və onun idarə etdiyi «VAZ-21061» markalı, **-CB-*** dövlət nömrə nişanlı minik avtomobilinə vuraraq onun avtomobilinə zərər vurmuş, nəticədə ona maddi ziyan dəymişdir. Buna görə də Cavabdeh barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qeyd edilən material üzrə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Cavabbeh Cavabdeh bu günədək ona vurduğu ziyanı könüllü olaraq ona ödəməmişdir. Beləliklə hüququ tamamilə kobud surətdə pozulmuş və cavabdeh göstərilən pulu könüllü olaraq ona qaytarmaq istəməmişdir. Bildirmişdir ki, eyni zamanda onlar Cavabdeh pulunu vaxtında ala bilmədiyindən, işində çətinliklər yaranmışdır. Hüquqları Cavabdeh tərəfindən kobud surətdə pozulmuşdur. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Bildirmişdir ki, o Əmlak Ekspertiza Mərkəzindən məhkəməyə daxil olmuş, 14.12.2021-ci il tarixli rəydə göstərilmiş, dəymiş zərər görə hesablanmış 1086 manat məbləğində pul vəsaiti ilə razıdır. Buna görə də dəymiş zərərə görə 1086 manat məbləğində pul vəsaitinin və ödədiyi 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 07 iyul 2021-ci il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.1982-ci ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" ASK MMC X1 və Emalı Məntəqəsində fermerlərlə iş üzrə mütəxəssiz, Şəki rayonunun Çeşməli kəndində yaşayan Cavabdeh hərəkətləri nəticəsində heç bir cinayət hadisəsi baş vermədiyi üçün toplanmış material üzrə onun barəsində Azərbaycan Respubliksaı CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nə göndərilmişdir. Məhkəmə sorğusu ilə əldə edilərək işə əlavə edilmiş TP ******* saylı qərardan görünür ki, Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 28.06.2021-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktın təsdiq edilmiş surətindən görünür ki, “VAZ 21061” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiz zərər ümumilikdə 1185 manat təşkil edir. İşdə olan Əmlak Ekspert Mərkəzinin 6 dekabr 2021-ci il tarixli ƏEM/D-19-1142/21 nömrəli rəyindən görünür ki, İddiaçı mülkiyyətində olan buraxılış ili 1991-ci il, rəngi bejevıy olan, “VAZ 21061” minik markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin 27 iyun 2021-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əzilmiş hissəslərinin təmiri üçün alınmış ehtiyat hissələrinin hazırki bazar dəyəri 546 manat və həmin qəza ilə bağlı iddiaçının mülkiyyətində olan “VAZ 21061” minink markalı **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 540 manat olmaqla, ümumi yekun məbləğ 1086 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər üçün yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin “zərərvurmuş şəxsə qarşı reqress hüququ” adlanan 1114.1-ci maddəsinin tələblərinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Məhkəmə iclasıı və işin təhlili zamanı müəyyən olundu ki, Cavabdeh 27.06.2021-ci il tarixdə idarə etdiyi Qaz-330202 2288 yük markalı ** JD *** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax rayon istiqamətindən Şəki şəhəri istiqamətində hərəkətdə olarkən, Şəki şəhəri istiqamətindən Yevlax rayonu istiqamətində hərəkətdə olan İddiaçı idarə etdiyi Vaz- 21061 markalı ** CB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Qeyd edilən hadisə ilə bağlı araşdırma aparılaraq xx.xx.1982-ci ildə anadan olmuş, Şəki rayonunun Çeşməli kəndində yaşayan Cavabdeh hərəkətləri nəticəsində heç bir cinayət hadisəsi baş vermədiyi üçün toplanmış material üzrə onun barəsində Azərbaycan Respubliksaı CM-nin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti BDYPİ-nə göndərilmişdir.İnzibati orqan tərəfindən qəbul edilmiş TP ******* saylı qərarla Cavabdeh İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, cavabdeh isə heç bir məhkəmə iclasına gəlməyərək iddiaya hər hansı münasibət bildirməmişdir. Göründüyü kimi Cavabdeh təqsirli hərəkətləri nəticəsində İddiaçı maddi ziyan vurulmuşdur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunaraq Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1086 (min səksən altı) manat pul alınaraq İddiaçı ödənilməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş 30 manat dövlət rüsumu Cavabdehdan alınaraq iddiaçıya verilməlidir. İş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 100 manat Cavabdeh alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hazırkı iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslıdır və ona görə də təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi olaraq 1086 (min səksən altı) manat pul və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İş üzrə əmtəəşünaslıq ekspertiza xərci olan 100 manat Cavabdeh alınaraq (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GÜNAY BANK QSC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) “Əmlak Ekspert Mərkəzi" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi andan 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar