Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-798/2021 21.06.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «şəxsin ölmüş elan edilməsi hüquqi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 22 dekabr 1983-cü il təvəllüdlü oğlu X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, oğlu X7 22 dekabr 1983-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. Oğlu 2013-cü ildə xarici dövlətə - Suriyaya gedərək geri qayıtmamışdır. Onlara oğlunun ölüm xəbəri gəlmişdir. Ərizəyə əlavə etdiyi məhəllə nümayəndəsinin arayışı da bunu əyani şəkildə sübut edir. Lakin onun ölümünün qeydi Maraqlı şəxsndə qeydə alınmamışdır. O, ölüm qeydinin aparılıb-aparılmaması barədə Maraqlı şəxsnə yazılı qaydada müraciət etmişdir. Lakin Maraqlı şəxsndən ona rəsmi bildirmişlər ki, X3 ölümü orada qeyd edilməmişdir. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, oğlundan 7 ildir ki, heç bir məlumat, telefon zəngi və s. yoxdur. Oğlu 15 yanvar 2013-cü ildə 5-6 nəfərlə birlikdə Türkiyəyə işləmək adı ilə getmişdir. Onunla sonuncu danışıqları 26-27 may 2013-cü il tarixlərdə olmuşdur. Qeyd etdi ki, oğlu evdə çıxarkən Suriyaya gedəcəyini bildirməmişdir. Sonradan onlara məlum olmayan səbəblərdən oğlu kimlərəsə qoşulmuş, Türkiyədən Suriyaya keçmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslı deyildir. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Ərizəçi onun iş yoldaşı olmuşdur. Ərizəçini yaxından tanıyır. Onda olan məlumata görə ərizəçinin oğlu X7 hərbi məktəbdə oxumuşdur. Sonradan dindarlara qoşulub İraq-Suriyaya getmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, X1 dəfə təxminən 2012-ci ilin noyabr-dekabr aylarında görmüşdür. Faktla bağlı ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, Ərizəçi ilə 1988-ci ildən bəri qonşudur. Ərizəçi ilə çox yaxın münasibətləri vardır və onun ailəsini də tanıyır. Təxminən 7 il bundan əvvəl X8 getməsi barədə xəbərlər yayılmışdır. Həmçinin, təxminən 7 il əvvəl Azər Hüseynovun yas mərasimi keçirilmiş, məlumat aldıqda onun Suriyada döyüşlər zamanı həlak olduğunu bilmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, X1 dəfə təxminən 2011-2012-ci illərdə görmüşdür. Faktla bağlı ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Bir müddət əvvəl Seyranın oğlunun öldüyünü eşitmiş, o da başsağlığına getmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, X5 təxminən 3 ildən çoxdur ki, görmür. İşdə olan 19 yanvar 1984-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 22 dekabr 1983-cü il təvəllüdlü X3 atası Ərizəçi, anası isə X2r. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli, 05/Q-1146/15 nömrəli arayışından görünür ki, X3 ölüm qeydinin aparılmasından imtina edilmiş, Ərizəçi məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan Şəki şəhər İHB-nin “Şərbablar” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 31 mart 2021-ci il tarixli, 87 nömrəli arayışdan görünür ki, 1983-cü il təvəllüdlü X7 deyilənlərə görə 15 yanvar 2013-cü il tarixdə xarici dövlətə getmiş və geri qayıtmamışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Şəki şəhər şöbəsinin 04 may 2021 il tarixli, 972 nömrəli məktubundan görünür ki, Şəki şəhər sakini X3 Suriya, İraq və ya digər ölkələrdə döyüşlərdə iştirak etməsinə dair şöbədə əməliyyat məlumatları mövcud olsa da onun barəsində hər hansı araşdırma aparılmır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 26 may 2021-ci il tarixli, 5/1617 nömrəli məktubundan görünür ki, ünvan 1 ünvanında pasport qeydiyyatında olmuş 22 dekabr 1983-cü il təvəllüdlü X7 “İŞİD” terrorçu qruplaşmasına qoşulmaq üçün 03 noyabr 2013-cü il tarixdə Suriyaya səfər edən şəxs kimi onlara məlumdur. Azər Hüseynov 14 fevral 2019cu il tarixdə Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilmiş, onun münaqişə bölgələrindəki döyüşlər zamanı ölməsi ilə bağlı ünvanlarına rəsmi məlumat daxil olmamışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 26 may 2021-ci il tarixli, 007-6861-1221 nömrəli məktubundan görünür ki, 22 dekabr 1983-cü il təvəllüdlü X7 06 avqust 2014-cü il tarixdə ölkəni Türkiyə Respublikası istiqamətində tərk etmişdir. Azər Hüseynov barədə 09 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycan Respublikasının CM-nin 12.1. 218.2, 12.1, 279.1 və 283-1.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və 15 oktyabr 2019-cu il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikasının CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 18 may 2021-ci il tarixli, 33/1670 nömrəli məktubundan görünür ki, X7 27 yanvar 2011-ci il tarixdə dövlət sərhədindən çıxmış, 27 yanvar 2011-ci il tarixdə geri qayıtmışdır, 28 aprel 2011-ci il tarixdə dövlət sərhədindən çıxmış, 05 mart 2013-cü il tarixdə geri qayıtmışdır, sonuncu dəfə 06 noyabr 2013-cü il tarixdə dövlət sərhədindən çıxmışdır. Bununla yanaşı, X7 05 mart 2013-cü il tarixdə İran İslam Respublikası istiqamətindən (şübhəli şəxs qismində xaric olunduğu üçün) Azərbaycan Respublikasına deportasiya olunması barədə İAMAS bazasında məlumat qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Ərizəçi ərizəsində və məhkəmədə verdiyi izahatında oğlu X7 ilə sonuncu dəfə 26-27 may 2013-cü il tarixdə əlaqə saxladığını bildirsə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 26 may 2021-ci il tarixli, 007- 6861-1221 nömrəli məktubu ilə 06 avqust 2014-cü il tarixdə ölkəni Türkiyə Respublikası istiqamətində tərk etdiyi müəyyən olunur. Həmçinin, Ərizəçi X3 işləmək üçün Türkiyəyə getdiyini, lakin sonradan onlara oğlunun Suriyada öldüyü barədə məlumat daxil olduğunu bildirsə də, həmin hallarla bağlı sübutlar iş materiallarına əlavə edilməmişdir. Bundan başqa ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər də X3 Suriyada döyüşərək ölməsi barədə “camaat arasında eşitdikləri”nə əsasən ifadə vermişlər. Bundan başqa ərizəçi X7 ilə sonuncu dəfə 26-27 may 2013-cü il tarixlərdə əlaqə saxladığını bildirsə də, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin 26 may 2021-ci il tarixli, 5/1617 nömrəli məktubu ilə Azər Hüseynovun “İŞİD” terrorçu qruplaşmasına qoşulmaq üçün 03 noyabr 2013-cü il tarixdə Suriyaya səfər etdiyi müəyyən olunur. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 dekabr tarixli, 823 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti haqqında Əsasnamə”nin 8-ci bəndinə əsasən Dövlət Sərhəd Xidmətinin əsas təyinatı Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsinin və toxunulmazlığının təmin edilməsidir. Həmin Əsasnamənin 9.4-cü bəndinə əsasən Dövlət Sərhəd Xidməti öz təyinatına uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda və qaydada şəxslərin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməsinin qarşısının alınmasını təmin edir, səmərəli sərhəd nəzarətini həyata keçirmək məqsədi ilə şəxsiyyəti təsdiq edən və digər sənədlərin saxtalaşdırılması və ya onlardan qanunsuz istifadə edilməsini qabaqlamaq üçün terrorçuların və terrorçu qrupların, habelə qeyri-leqal miqrantların yerləşdirilməsinin qarşısının alınması üzrə tədbirlər görür. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 18 may 2021-ci il tarixli, 33/1670 nömrəli məktubu ilə X3 şübhəli şəxs qismində xaric olunduğu üçün 05 mart 2013-cü il tarixdə İran İslam Respublikası istiqamətindən Azərbaycan Respublikasına deportasiya olunması barədə İAMAS bazasında məlumat qeydə alındığı, sonuncu dəfə 06 noyabr 2013-cü il tarixdə dövlət sərhədindən çıxdığı müəyyən olunur. Göründüyü kimi X3 Suriyaya gedərək orada döyüşlərdə həlak olması sübut olunmur və X3 ölmüş elan edilməsi barədə ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar mövcud deyildir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən Ərizəçi şəxsin ölmüş elan edilməsi hüquqi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməməlidir. Ərizə təmin edilmədiyinə görə Ərizəçi ödədiyi 10 manat dövlət rüsumunu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.11, 308 və 311-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi «22 dekabr 1983-cü il təvəllüdlü X3 ölmüş elan edilməsi» tələbinə dair ərizəsi təmin edilməsin. Ərizəçinin ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-798/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-798/2021
21.06.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver