Məhkəmə qərarları › İş №2(075)-80/2021

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-80/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-80/2021 16.02.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 qızının, Cavabdeh3 vəkili X18 oğlunun iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh3, X17, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı X20rşı «alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və Cumarova X8 Gülzar Tacəddin qızı, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı X20rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə mərhum ataları X10 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli, 864 nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə mərhum ataları X10 arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli **********64-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, X17 iddiaçıların razılıqları ilə cavabdeh qismində cəlb edilmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsində tələblərini onunla əsaslandırmışlar ki, ataları X10 X2 ilə xx xxxxxx 1963-cü ildə nikahlarını rəsmiləşdirməklə ailə həyatı qurmuşlar. Birgə nikahları dövründə ünvan 1 ünvanında fərdi yaşayış evi tikmişlər. Həmin ev atalarının adına rəsmiləşdirilmişdir. Onlar həmin evdə doğulub boya-başa çatmışlar. X2 xx xxxxxx 2016-cı ildə, ataları X10 isə xx xxxxx 2019-cu ildə vəfat etmişlər. Ataları öldükdən sonra vərəsə olaraq oğlu – X13, qızları İddiaçı1 və İddiaçı2 qalmışdır. Onlar ataanalarının dəfn mərasimlərində iştirak etmiş və mütəmadi olaraq həmin evə gedibgəlmişlər. xx xxxx 2020-ci il tarixdə mərhum ataları X4 qalmış miras əmlaka dair vərəsəlik işinin açılması üçün Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə müraciət etmişlər. Müraciətləri əsasında vərəsəlik işi açılmış və həmin tarixli məktubla mərhumdan qalmış hər hansı bir daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsinin təmin edilməsi DƏDRX-nin 12 saylı X23 bildirilmişdir. Bundan sonra tərəflərindən çıxarış alınması üçün DƏDXR-nin 12 saylı X23 müraciət edilmiş, lakin sonuncu bundan imtina edərək bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi artıq başqa şəxsin adınadır. Həmin vaxt onlara məlum olmuşdur ki, ataları ünvan 2 ünvanında yerləşən, anaları ilə birgə nikah dövründə əldə edilmiş 0.61 ha torpaq, 97.6 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evini xx xxxxxx 2017-ci il tarixli, 864 nömrəli alqı-satqı müqaviləsi əsasında gəlini Cavabdeh3 satmış və sonuncunun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bununla da ataları və analarının birgə nikah dövründə əldə etdikləri əmlakdan mərhum analarının payına münasibətdə onların vərəsəlik və mirasdan pay almaq hüquqları pozulmuşdur. Belə ki, mərhum X2 xx xxxxxx 2016-cı ildə öldükdən sonra onun birinci növbə vərəsələri olaraq ataları X10, qardaşları X13 və onlar qalmışlar. Deməli, ünvan 1 ünvanında yerləşən ev valideynlərinin birgə nikahları dövründə əldə edildiyindən evin 1/2 hissəsi analarının payına düşür. Onlar analarının birinci növbə vərəsəsi kimi ondan miras qalmış əmlaka bərabər pay hüququna malik olmuşlar. Belə olduqda ataları yalnız öz payını özgəninkiləşdirə bilərdi. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddianı müdafiə etdiyini bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq bildirmişdir ki, valideynlərinin nikahı 1963-cü ildə baş tutmuş, bundan sonra ev tikərək mübahisəli evdə yaşamışlar. Onlar həmin evdə dünyaya gəlmiş, böyümüşlər. Ataları İ qrup gözdən əlil olmuşdur. Anası və atası xəstə olarkən tez-tez onlara baş çəkmiş, tapılması çətin olan dərmanlarını alıb gətirmişdir. Ataları mirasla bağlı söz düşərkən həmişə bildirmişdir ki, onların iştirakları olmadan mirasla bağlı heç bir hərəkət etməyəcəkdir. Ona görə də analarının ölümündən bir neçə ay sonra atalarının adına çıxarış alınması və əmlakın heç qardaşına da yox, gəlinlərinin adına keçməsi onda haqlı şübhələr yaradır. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirdi ki, mirasın qanunda üç ay ərzində qəbul edilməli olmasını yeni öyrənmiş və öyrənən kimi, yəni xx xxxx 2020-ci il tarixdə notariat orqanına müraciət etmişdir. xx xxxxxx 2016-cı ildə analarının ölümündən sonra mirası notariusa gedərək qəbul etməmişdir. Belə ki, əmlakın bu qaydada cavabdehin adına keçəcəyini təxmin belə etməmişdir. Analarının ölümündən sonra da mütəmadi olaraq evə baş çəkmiş, dəfn, yas və ondan irəli gələn digər mərasimləri yola vermişdir. Bunları mirasın faktiki qəbulu üçün olan hərəkətlər kimi qiymətləndirir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 İddiaçı1 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdi. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirdi ki, o, Oğuz şəhərində yaşayır və bir dəfə bacısı ilə notariat orqanına getmişdir. Buna səbəb analarından qalmış mirası qəbul etmək istəmələri olmuşdur. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 vəkili X11 iddianı qəbul etməyərək göstərdi ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi 1960-cı ildə tikilmişdir. Bununla bağlı olaraq həmin yaşayış evi üçün “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasport verilmişdir. Bu o deməkdir ki, qeyd olunan yaşayış evi iddiaçıların qeyd etdiyi kimi ata və analarının birgə nikahları dövründə əldə olunan əmlak siyahısına daxil deyildir. Bundan başqa həmin yaşayış evi faktiki olaraq DƏDRX-nin 12 saylı Ərazi İdarəsində 2017-ci ildə qeydə alınmışdır. Bundan başqa qeyd olunan əmlak birgə nikah dövrünə daxil edilsə də belə, yenə də iddiaçı tərəf miras əmlakı qəbul edib-etməməsini sübut etməlidir. İddiaçılar miras əmlak üç ay ərzində qəbul etməli olduqları halda, X2 xx xxxxxx 2016-cı ildə rəhmətə getməsinə baxmayaraq xx xxxx 2020-ci ildə notariat ofisinə müraciət etmişdi. İddiaçılar həmin tarixdə notariat ofisinə müraciət etmələrini atalarından qalmış miras əmlakını qəbul etmək üçün etdiklərini bildirmişlər. Onların tələbindən göründüyü kimi iddiaçılar ümumiyətlə analarına münasibətdə miras əmlakı qəbul etməmiş və buna təşəbbüs də göstərməmişlər. Eyni zamanda iddia tələbindən göründüyü kimi, iddiaçı tərəf tələbində alqı-satqı müqaviləsinin etibarsızlığını tələb etmişdir. Əqdin etibarsızlığına səbəb olan hallar qanunvericilikdə açıq-aydın göstərilmişdir. İş materiallarında olan müqavilədən göründüyü kimi mülkiyyətçi sağlığında adına qeydə alınmış yaşayış evini cavabdehə satmışdır. Müqavilə də notarial qaydada təsdiqlənmişdir. Bundan başqa əqdin etibarsızlığına dair iddia tələbləri üzrə iddia müddəti 1 il nəzərdə tutulmuşdur. Tərəflər arasında müqavilə 2017-ci ildə bağlanmışdır. İddiaçı tərəf bu müddəti keçirərək 3 il sonra iddia qaldırmışdır. Bununla da onlar iddia müddətini ötürmüşlər. Bütün bunları nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 vəkili X6 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddia tələbinin əsassız olması səbəbindən rədd olunması və ya iddia müddətinin keçməsi səbəbindən iddiadan imtina edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, 2005-ci ildə həmin evə gəlin köçmüşdür. 15 ildir ki, sözügedən evdə yaşayır və qeydiyyatdadır. Mərhum qayınatası Müzəffər Salamov onun xətrini çox istəmiş, hörmətini saxlamışdır. Qayınatası ölənə kimi ona o baxmışdır. Mərhumun sağlığında evin rəsmi qeydiyyata alınmalı olduğunu bildirmiş, sonuncu xəstə olduğundan ona etibarnamə verməyi təklif etmişdir. O da razılaşmışdır. Notariusda olarkən qayınatası alqı-satqı, yoxsa bağışlamanın etibarlı olduğunu səlahiyyətli şəxsdən soruşmuş, o da alqısatqının etibarlı olduğunu bildirmişdir. Tərəfindən bütün əməliyyatlar qanuni aparılmışdır. İddiaçılar mübahisəli evdə qeydiyyatda olmadıqlarından onların razılığına ehtiyac olmamışdır. DƏDRX-nin nümayəndələri tərəfindən evin ölçülməsi zamanı qayınatası şəxsən iştirak etmiş, bütün əməliyyatlar onun razılığı və birbaşa iştirakı ilə aparılmışdır. Ev 2017-ci ildən onun adında olmuş, qayınatası əmlakın onun adına keçməsini qızlarına deyilməsini məsləhət bilməmişdir. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, etibarnamə verdiyi Elgiz Məmmədlini notariusa gedib-gələrkən tanımışdır. O, sənədlərin bu cür hazırlanacağı halda qanuni olacağını bildirmişdir. Əgər həmin vaxt birbaşa alqı-satqı edilə biləcəyi deyilsə idi sənədləşməni həmin qaydada aparardı. Hazırda ev və evdəki bütün kommunal (işıq, su, qaz) onun adınadır. Cavabdehlər X17, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı X24 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdehlər X17 məhkəmə iclasına gəlməmiş, Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi və ƏMDK yanında DƏDRX-nin 12 saylı X24 nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: Şəki rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli nikah haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X10 və X5 arasındakı nikah xx xxxxxx 1963-cü il tarixdə, 226 nömrə ilə qeydiyyata alınmışdır. 5798 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” pasportdan görünür ki, Nuxa şəhəri, Kolxoz küçəsi 9 (indiki ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi X7 adına qeydiyyata alınmışdır. Şəki regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx xxxxxx 2016-cı il tarixdə Şəki şəhərində vəfat etmişdir. Şəki regional “ASAN” xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 xx xxxxx 2019-cu il tarixdə Şəki şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X24 tərəfindən xx xxxx 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Şəki rayon 2 saylı dövlət notariat kontorunda verilmiş xx xxxx 2017-ci il tarixli, ƏN-İ seriyalı, 657078 saylı, 7E-14567 reyestr nömrəli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi Cavabdeh3 etibar etmişdir. Şəki rayon 2 saylı dövlət notariat kontorunda verilmiş xx xxxxxx 2017-ci il tarixli, AR-İ seriyalı, 539450 saylı, 7E-15431 reyestr nömrəli etibarnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh3 X10 tərəfindən ona verilmiş səlahiyyətləri X14 ötürmüşdür. Şəki rayon 2 saylı dövlət notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı, 4Ə-864 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, X10 ona məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini 5000 manata Cavabdeh3 satmışdır. X1 əvəzinə X17 imzalamışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı X24 tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 61 nömrəli reyestr kitabının 7 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Konstitusiyanın 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi). Həmin Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.2-ci maddəsi). Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər (Mülki Məcəllənin 362.1-ci maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 366-cı maddəsinə əsasən etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7-ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur. 366.2-cı maddəyə əsasən etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Məhkəmə əlavə olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.8–ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə, yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İnsan hüquqları və əsas azadlıqlar haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunda və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istina olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi mübahisəli əmlak xx xxxx 2017-ci il tarixdə X7 adına qeydiyyata alınmış, X10 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi gəlini Cavabdeh3 etibar etmişdir. Bundan sonra Cavabdeh3 X10 tərəfindən ona verilmiş səlahiyyətləri X14 ötürmüşdür. Daha sonra X10 ona məxsus ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini 5000 manata Cavabdeh3 satmış, X1 əvəzinə hüquqları Cavabdeh3 tərəfindən ona ötürülən X17 imzalamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna da əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh3 etibarnamə ilə ona etibar edilmiş əmlakı idarə etməli olduğu halda həmin hüquqları üçüncü şəxsə ötürürək özü barəsində əqd bağlamışdır. Bununla da mülkiyyətçinin mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakterli olmaqla, müqavilənin etibarlılığını şübhə altına alacaq kifayət qədər əsaslar yaranmışdır. Belə ki, qanunvericiliyin mənasına görə etibarnamə verilmiş şəxs özü barəsində əqd bağlaya bilməz. Alqı-satqı müqaviləsi isə ikitərəfli əqddir. Lakin Şəki rayon 2 saylı dövlət notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı, 4Ə- 864 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi, belə demək mümkünsə, bir növ həm alıcı, həm də satıcı kimi Cavabdeh3 tərəfindən imzalanmışdır. Bu isə müqavilə institutunun tələblərinə ziddir. Odur ki, sözügedən müqavilə etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 144.1-ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Həmin Məcəllənin 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqlənmə ilə təsdiq olunur. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. xx xxxxxx 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı, 4Ə-864 reyestr nömrəli alqısatqı müqaviləsi etibarsız hesab edildiyindən, iddiaçılar tərəfindən irəli sürülmüş tələb əsaslı olduğundan həmin müqavilə əsasında Cavabdeh3 verilmiş çıxarışın ləğv edilməsi tələbi də özü-özlüyündə əsaslıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Şəki rayon 2 saylı dövlət notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı, 4Ə-864 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilməli və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçılar iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədikləri rüsumu tələb etmədiklərinə görə 10 manat dövlət rüsumu xərci iddiaçıların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Şəki rayon 2 saylı dövlət notariat kontorunda bağlanmış xx xxxxxx 2017-ci il tarixli, AN-İ seriyalı, ******* saylı, 4Ə-864 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin və həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli, RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar