Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-81/2022 04.03.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 19.08.2003-cü il tarixdə Şəki rayonu Göybulaq kəndində anadan olmuş, Şəki rayonu Göybulaq kəndində pasport qeydiyyatında olan və həmin kənddə yaşayan X9 Fərhad oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs Novruzov Yusif Fərhad oğlunun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, 19.08.2003-cü il təvəllüdlü X9 Fərhad oğlu anadagəlmə “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb olunan ciddi davranış pozuntusu, F-72.1” diaqnozlu xəstədir. Hazırda onun 18 yaşı bitmişdir. Onun sağlamlıq imkanların 18 yaşı bitənədək sağlamlıq imkanları məhdud uşaq kimi qiymətləndirilmişdir. Övladı Novruzov X8 rayon Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. O, əqli zəifliyi və ruhi xəstəliyi ilə əlaqədar hərəkətlərinin nəticəsinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Bütün bunlar ailənin gündəlik həyatı və idarə olunmasında ciddi maneələr yaradır. Bildirmişdir ki, X9 Fərhad oğlu hal-hazırda faktiki olaraq onun himayəsində nəzarəti altında yaşayır və ruhi xəstəlikdən əziyyət çəkir. Ona deyilən söz və ifadələri şüurda dərk edə və adekvat reaksiya verə bilmir. Öz fikrini və iradəsini başqasına çatdırmaq, ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyildir. Göründüyü kimi övladının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Bildirmişdir ki, X9 Fərhad oğluna qəyyum təyin edilməsi üçün Şəki şəhər İcra Hakimiyyəti yanında Qəyyumnluq və Himayəçilik Komissiyasma müraciət etmişdir. Komissiya 09.08.2021-ci il tarixli məktub ilə cavab olaraq Novruzov Yusif Fərhad oğlunun faəliyyət qabiliyyətinin olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi olduqdan sonra onun övladına qəyyum təyin olunmasının mümkün olduğunu bildirmişdir. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. Ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında maraqlı şəxs Şəki şəhər İcra Hakimiyyətinin Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. İşdə olan 29 avqust 2003-cü il tarixli, AZ-İ 366165 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 19 avqust 2003-cü il təvəllüdlü Novruzov Yusif Fərhad oğlunun atası Ərizəçi, anası X4r. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Psixi Sağlamlıq mərkizi tərəfindən verilmiş, 08 oktyabr 2019-cu il tarixli, 5420 nömrəli məktubdan görünür ki, X6 08.10.2019-cu il tarixdə tibb üzrə fəlsəfə doktoru Gülnarə Musabəyova tərəfindən müayinə olunmuş, ona orta dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu F71.1 diaqnozu qoyulmuşdur. İşdə olan 16 iyul 2021-ci il tarixli Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumatlarından görünür ki, Novruzov Yusif Fərhad oğlu sağlamlıq imkanları məhdud uşaq hesab edilmiş, ona qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağırlaşma F72.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntu diaqnozu qoyulmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya xəstəxanası tərəfindən verilmiş, 15 fevral 2021-ci il tarixli, 244 nömrəli məktubdan görünür ki, Şəki Rayonu, Göybulaq kəndində yaşayan 2003-cü il təvəllüdlü Novruzov Yusif Fərhad oğlu 15.02.2021-ci il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuş, ona ağır dərəcəli əqli gerilik qulluq və müalicə tələb edən ciddi davranı pozuntusu F-72.1 diaqnozuv qoyulmuşdur. İşdə olan 027 nömrəli X3 görünür ki, Novruzov Yusif Fərhad oğlunda ağır dərəcəli əqli gerilik, müalivə və qulluq tələb edən davranış pozuntusu xəstəliyi mövcuddur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər psixonevroloji Dispanser tərəfindən verilmiş 13 yanvar 2022-ci il tarixli, 25 saylı rəyindən görünür ki, FİZİKİ VƏZİYYƏTİ: Orta boylu, düzgün bədən quruluşludur. Dəri və görünən selikli qişaları quru və təmizdir. Səhhətindən şikayət təqdim etmir. Daxili orqanlarında kobud patologiya aşkar olunur. A/t 110/70 mm c. s.b., nəbzi dəqiqədə 72 vurğudur. NEVROLOJİ VƏZİYYƏTİ: Mərkəzi sinir sistemində üzvi mikroorqanik patologiya aşkar olunur. Göz bəbəkləri bərabərdir, fotoreaksiyası zəifdir. Əzələ-vətər refleksləri canlıdır. Romberq duruşunda davam sızdır, irəli uzadılmış əl barmaqlarında yüngül əsmə vardır. PSİXİ VƏZİYYƏTİ: Xarici görünüşü səliqəlidir. Bələdliyi pozulub, yoxlanılan şəxs verilən suallara uzun müddət reaksiya vermir, bununla əlaqədar olaraq anamnestik məlumatlar atası Novruzov Yusif Fərhad oğlundan toplanmışdır. Müayinə zamanı neçə yaşı olduğunu, halhazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını söyləmir. Əhvalı davamsızdır, davranışı pozulmuşdur. Yaddaşı zəifdir. Təfəkkürü parçalanmışdır. Oxumaq və yazmaq vərdişləri yoxdur, adi hesablama əməliyyatlarını düzgün apara bilmir. Hal-hazırki müayinə zamanı onda qavrama pozğunluğu, kəskin psixoprodukliv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) aşkar etmək mümkün olmur. Maraq dairəsi daralmışdır, fizioloji tələblərlə motivləşir. Abstrakt və məntiqi təfəkkürə malik deyil. Emosiyaları və affektiv reaksiyaları dayanıqsızdır, konfliktə meyillidir. Düşdüyü vəziyyətə tənqidi yoxdur. İntellekti inkişafdan geri qalıb, şəxsiyyəti qüsurludur, İQ=40 %. Yuxarıda göstərilənləri nəzərə alaraq komissiya bu nəticəyə gəlir ki, Novruzov Yusif Fərhad oğlu xroniki xəstəlik olan ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİL). DAVRANİŞ POZUNTULARİ İLƏ XBT-10 (Psixi və davranış pozuntularmn beynəlxalq təsnifatı lü-cu baxış) F7Lİ xəstəliyi keçirir. Novruzov Yusif Fərhad oğlu uşaqlıqdan ORTA DƏRƏCƏLİ KƏMAĞİLLİQ, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT- 10 (Psixi və davranış pozuntulamın beynəlxalq təsnifatı 10-cu baxış) 1-71.1 xroniki xəstəliyi keçirdiyindən öz hərəkətlərinin mənasını anlayıb hərəkətlərini idarə etmək qabiliyyətində deyildir. Burunla əlaqədar olaraq Novruzov Yusif Fərhad oğlu FƏALİYYƏT QABİLİYYƏTİ OLMAYAN ŞƏXS hesab edilə bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi Novruzov Yusif Fərhad oğlunun xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. Novruzov Yusif Fərhad oğlunun fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan müvafiq rəy də vardır. Ərizəçi Novruzov Yusif Fərhad oğlunun psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 19 avqust 2003-cü il tarixdə Şəki rayonu, Göybulaq kəndində anadan olmuş, Şəki rayonu, Göybulaq kəndində yaşayan Novruzov Yusif Fərhad oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 19 avqust 2003-cü il tarixdə Şəki rayonu, Göybulaq kəndində anadan olmuş, Şəki rayonu, Göybulaq kəndində yaşayan Novruzov Yusif Fərhad oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahid İmanov
Məhkəmə qərarları › İş №2(075)-81/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-81/2022
04.03.2022 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver