Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-810/2021 18.05.2021 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, atasından qalmış mirasın onun tərəfindən vərəsə kimi qəbulu ilə bağlı ötürülmüş müddətin bərpa edilməsi və mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən ev atası X7 məxsus olmaqla, onun mülkiyyətindədir. Buna dair 1989-cu il tarixdə texniki pasportda verilmişdir. Anası və atası 2008-ci ildə boşanmışlar. Ailələr arasında olan münasibətlər korlanmış və anası ilə ayrı ünvanda yaşamağa məcbur olmuşlar. Atası 2013cü ildə vəfat etmişdir. O, qohumlarının təzyiqlərinə baxmayaraq uşaq olsa da, atası vəfat etdikdə onun mərasimində iştirak etmişdir. Sonradan atasının yaşadığı ünvana arabir getsə də mirası faktiki qəbul etmək və adına rəsmiləşdirmək üçün həm yaşı, həmdə maddi imkanı imkan verməmişdir. O, hal-hazırda tələbədir və 19 yaşı vardır. Yetkinlik yaşına çatdıqdan sonra yeganə 1-ci növbə vərəsə kimi mirası qəbul etmək istəyir. Bu onun valideynindən qalan mirasdır. Bununla bağlı Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə müraciət etsə də, müddət keçdiyindən ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Odur ki, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək müraciətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin maraqlı şəxs Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi məhkəməyə 16 may 2021-ci il tarixdə ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxs Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən Cəfərova Cəmiyyət Kamal qızı ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. X1 da tanımışdır. Belə ki, Tacəddin Süleymanov sağlığında həmişə Kamili aparıb-gətirmiş, münasibətləri yaxşı olmuşdur. 2013-cü ildə Tacəddin Süleymanov vəfat etmiş, o özü də yas mərasimində şəxsən iştirak etmişdir. Dəfn və yas mərasimlərində Ərizəçi yaxından iştirak etmiş, ata yurduna daima baş çəkmişdir. Bibisi ilə münasibətləri yaxşı olmasa da, Kamil universitetə qəbul olanda onun əmisi arvadı və əmisi qızı qonaqlıqda iştirak etmişlər. Məhkəmə iclası zamanı ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, Ərizəçi onun baldızı oğludur. X2 onun keçmiş bacanağı olmuşdur. Kamil balaca olarkən onun ad günü məclisində mübahisəli evdə iştirak etmişdir. Sonradan Kəmalə və Tacəddin arasında münasibətlər baş tutmamış, nikahları pozulmuşdur. 2013-cü ildə Tacəddin vəfat edəndə Kamil atasının dəfn, yas və cümə axşamlarında iştirak etmiş, hazırda da hər il atasının qəbir üstünə gedir. Məhkəmə iclası zamanı ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X11 digər şahid X14 izahatına oxşar olan eyni məzmunlu ifadə vermişdir. Əlavə olaraq bildirmişdir ki, Ərizəçi xalasıdır. Məhkəmə iclası zamanı ərizəçinin vəsatəti ilə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Ərizəçi onun nəvəsidir. X2 onun keçmiş yeznəsi olmuşdur. Kamil atasının dəfn və yas mərasimlərində iştirak etmişdir. Hazırda da tez-tez atasının qəbir üstünə gedir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə fərdi yaşayış fonduna daxil olan yaşayış evlərinin texniki pasportlarının təsdiq olunmuş surətlərindən görünür ki, ünvan 1 ünvanında fərdi yaşayış evləri X5 tam mülkiyyətindədir. İşdə olan Şəki şəhər VVADQ şöbəsi tərəfindən 17 may 2002-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 2002-ci il təvəllüdlü Ərizəçi atası X10, anası isə X3r. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 22 may 2008-ci il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 və X6 arasında bağlanmış nikah pozulmuşdur. İşdə olan Şəki rayon qeydiyyat şöbəsi tərəfindən 08 fevral 2013-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X10 01 yanvar 2013cü il tarixdə vəfat etmişdir. İşdə olan Şəki şəhər “Qurdlar” məhəllə nümayəndəliyi tərəfindən 22 aprel 2021-ci il tarixdə verilmiş 289 nömrəli vərəsəliyə dair arayışdan görünür ki, ünvan 1 ünvanında yaşamış X10 01 yanvar 2013-cü il tarixdə vəfat etmişdir və aşağıdakı vərəsələri vardır: oğlu – Ərizəçi. İşdə olan Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisi tərəfindən 08 fevral 2021-ci il tarixdə verilmiş qərardan görünür ki, Ərizəçi mərhum atası X4 qalmış mirası qəbul etmək üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən notariat hərəkətlərinin aparılmasından imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi ünvan 1 ünvanında olan fərdi yaşayış evlərinin tam mülkiyyətçisi X10 Ərizəçi atasıdır. X10 01 yanvar 2013-cü il tarixdə vəfat etmişdir. Ərizəçi X1n birinci növbə və yeganə vərəsəsidir. Ərizəçi atasının sağlığında həmin əmlaka sərbəst gəlib-getmiş, atası vəfat etdikdən sonra onun dəfn və yas mərasimlərində iştirak etmişdir. Atası vəfat edərkən onun yetkinlik yaşı çatmadığından qanunvericiliklə müəyyən edilmiş müddətdə mirası qəbul edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində mirasın qəbul edilməsi üçün dəqiq müddətlərin müəyyən edilməsinə baxmayaraq üzrlü hallarda onun qəbulu müddətinin uzadılması imkanını da nəzərdə tutmuşdur. Ərizəçinin yeganə vərəsə kimi atasından qalmış mirası qəbul etmək hüququ vardır. Ərizəçinin mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq qəbul etdiyi mirasa dair vaxtında şəhadətnamə almaması üzürlü haldır. Belə ki, Ərizəçi X5 yeganə vərəsəsi olmaqla həmin evdə doğulmuş, atasının sağlığınadək həmin miras evdən istifadə etmişdir. Ərizəçi atası vəfat edərkən yetkinlik yaşına çatmadığından həmin miras mülkün adına qeydə alınması ilə bağlı müddəti ötürmüşdür. Şərh edilənləri nəzərə alaraq məhkəmə iclasında tədqiq edilmiş sübutlara istinad edərək Ərizəçi tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirilməsi üzrlü hesab edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək Ərizəçi mərhum atası X7 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evləri üzərində mirasın qəbul edilməsi hüquqi faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizəçinin rüsum tələb etməməsi nəzərə alınaraq, ərizəçinin dövlət büdcəsinə ödədiyi rüsum onun özünə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi mərhum atası X7 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evləri üzərində mirasın qəbul edilməsi hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №2(075)-810/2021
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-810/2021
18.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver