Məhkəmə qərarları › İş №2(075)-880/2020

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №2(075)-880/2020

16.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(075)-880/2020 16.11.2020 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Nuriyev Rahib Pənah oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx xxxxxx 1972-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olması, atasının Rəşid Abdurahmanov, anasının isə Maral Mahmudova olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən Ərizəçi tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx xxxxxx 1970-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olması, atasının X3, anasının isə X8 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1970-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olmuşdur. Ev şəraitində doğulduğundan ona tibbi arayış verilməmişdir. X2, anası isə X5r. Seçki ərəfəsində ona şəxsiyyət vəsiqəsi verilmişdir. Şəxsiyyət vəsiqəsində onun xx xxxxxx 1976-cı ildə anadan olması ilə bağlı məlumatlar qeyd edilmişdir. Lakin bu belə deyildir. Faktiki olaraq bacıları və qardaşları onun xx xxxxxx 1970-ci il tarixdə anadan olmasını təsdiq edirlər. O, doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsəm də, qeydiyyat şöbəsi tərəfindən ona imtina məktubu verilmiş, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Doğum haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs etibarnamə üzrə nümayəndəsi X11 göstərmişdir ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1972-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olması, atasının Rəşid Abdurahmanov, anasının isə Maral Mahmudova olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirmişdir ki, ərizə ilə bağlı məsələnin həlli məhkəmənin səlahiyyətlərinə aiddir. O, ərizənin təmin olunmasına etirazının olmadığını bildirmişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X4 göstərdi ki, Ərizəçi onun bacısıdır. X1 anaları X8 ilə xx xxxx 1959-cu il tarixdə nikaha daxil olmuşdur. Bu nikahdan xx xxxxxx 1970-ci il tarixdə bacıları Könül dünyaya gəlmişdir. Könül onların son beşiyidir. Faktla bağlı ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid kimi dindirilən X13 göstərdi ki, ərizəçi onun keçmiş iş yoldaşıdır. Onlarla ailəvi gediş-gəlişləri olmuş, hər il dekabrın 21-də ərizəçinin ad günü tədbirlərində iştirak etmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş nikah akt qeydindən görünür ki, X3 ilə X8 arasında xx xxxx 1959-cu il tarixdə bağlanmış nikah 23 nömrə ilə qeydiyyata alınmışdır. Ərə Abdurahmanov, arvada Mahmudova soyadı verilmişdir. İşdə olan xx xxxx 2012-ci il və xx xxx 2020-ci il tarixli ölüm haqqında şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, X3 xx xxxx 1980-ci il tarixdə, X8 xx xxxx 2012-ci il tarixdə vəfat etmişlər. İşdə olan Maraqlı şəxs tərəfindən xx xxx 2020-ci il tarixdə verilmiş 05/Q-623/15 nömrəli arayışdan görünür ki, Ərizəçi şəxsiyyətini təsdiq edən sənədlər təqdim edilmədiyindən doğum faktının qeydə alınması mümkün olmamışdır. İşdə olan Şəki Rayon Perinatal Mərkəzi tərəfindən verilmiş məlumatdan görünür ki, son 25 ildən əvvəlki xəstəlik tarixləri utilə verildiyinə görə Ərizəçi sənədləri tapılmamışdır. İşdə olan Şəki rayonu Baş Göynük kənd 1 nömrəli tam orta məktəbi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 397 nömrəli arayışdan görünür ki, Ərizəçi 1986-cı ildə Şəki rayonu Baş Göynük kənd 1 nömrəli tam orta məktəbinin X sinfini bitirmiş, xx xxxx 1986-cı il tarixli, 9 №li pedaqoji şuranın qərarına əsasən 217959 nömrəli attestat verilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin xx xxxx 2020-ci il tarixli, 189-16878-1220 nömrəli məktubundan görünür ki, vətəndaş Ərizəçi Şəki ŞRPŞ-dən ilk dəfə xx xxxxxx 2006-cı il tarixdə AZE-04939154 saylı şəxsiyyət vəsiqəsi almış, xx xxxxxx 2013-cü il tarixdə isə 35 yaş həddinə görə dəyişdirərək AZE-******** saylı şəxsiyyət vəsiqəsi ilə təmin olunmuşdur. Azərbaycan Respublikası DİN-nin müvafiq təlimatına əsasən Şəki ŞRPŞ-nin QMQ-da 5 (beş) ildən sonra öz qanuni qüvvəsini itirmiş sənədlər akt tərtib edilərək şöbə rəhbərliyinin iştirakı ilə ləğv edilir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki rayonu Baş Göynük kənd 1 nömrəli tam orta məktəbi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli, 424 nömrəli arayışdan görünür ki, 1976-cı ildə məktəb üzrə 1-ci sinfə daxil olan şagirdlərin qeydiyyatı aparılmamışdır. Lakin xx xxx 1977-ci il tarixli, 7 №li pedaqoji şuranın qərarına əsasən Ərizəçi və onunla birlikdə 1-ci sinfi bitirən 79 şagird 2-ci sinfə keçirilmişdir. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 11-05/248 nömrəli məlumatdan görünür ki, Ərizəçi həqiqətən, xx xxxx 1988-ci il tarixli, 3/103-s saylı əmrlə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədənimaarif işinin təşkili və metodikası” ixtisasına əyani təhsilalma forması üzrə qəbul edilmişdir. Ərizəçi xx xxxx 1992-ci il tarixli, 3/30-s saylı əmrlə həmin ixtisası bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx xxxx 1992-ci il tarixli qərarına əsasən, həqiqətən universitet tərəfindən xx xxxx 1994-cü il tarixdə Ərizəçi 4941 qeydiyyat nömrəsi ilə YB-İ 109820 saylı dövlət nümunəli adi diplom verilmişdir. Ərizəçi universitetə AK 217959 saylı attestat əsasında qəbul edilmişdir. Ərizəçi attestatının əsli universitetdə yoxdur. Universitetde attestatın surəti saxlanılmışdır. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş xx xxxx 1986-cı il tarixli, AK seriyalı, 217959 saylı attestatın təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 1969-cu ildə Azərbaycan SSR Şəki rayonu Baş Göynük kəndində anadan olmuşdur. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Şəki şəhər İHBnin Baş Göynük kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 51 nömrəli məktubdan görünür ki, Şəki rayonu Baş Göynük kənd sakini Ərizəçi doğum tarixi xx xxxxxx 2013-cü ilə qədər təsərrüfatbaşına kitabda xx xxxxxx 1970-ci il kimi qeyd olunmuşdur. xx xxxxxx 2013-cü ildə Şəki ŞRPŞ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsində Ərizəçi doğum tarixi xx xxxxxx 1976-cı il kimi qeyd olunduğundan 2016-2020-ci ilin təsərrüfatbaşına kitabında onun doğum tarixi xx.xx.1976-cı il kimi qeyd olunmuşdur. Məhkəmə tərəfindən sorğu verilərək iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli, 05-11-50/12 saylı məktubdan görünür ki, Ərizəçi xx xxxx 1988-ci il tarixli, 3/103-s saylı əmrlə ADMİUnun “Mədəni-maarif işinin təşkili və metodikası” ixtisasına əyani təhsilalma forması üzrə qəbul edilmiş və xx xxxx 1992-ci il tarixli, 3/30-s saylı əmrlə həmin ixtisas üzrə bitirmişdir. Dövlət İmtahan Komissiyasının xx xxxx 1992-ci il tarixli qərarına əsasən xx xxxx 1994-cü il tarixdə Ərizəçi 4941 qeydiyyat nömrəsi ilə B-l 109820 dövlət nümunəli adi diplom verilmişdir. Ərizəçi ADMİU-ya 1 №-li Baş Göynük kənd orta məktəbi tərəfindən 1986-cı ildə verilmiş AK 217959 saylı Ümumi orta təhsil haqqında attestat əsasında qəbul edilmişdir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Tibbi Ekspertiza və X7» Publik hüquqi şəxsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli, 472 saylı rəydən görünür ki, Ərizəçi müəyyən edilmiş sümük yaşı 48-50 ilə uyğun gəlir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasənməhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 4.1-ci bəndinə görə hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin qərarın 4.2-ci bəndinə görə məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir. Ərizəçinin təqdim etdiyi sənədlərdə onun yaşına dair məlumat ziddiyyətli olduğundan məhkəmə tərəfindən məhkəmə tibbi ekspertizası təyin edilmiş, müvafiq rəy alınaraq iş materiallarına əlavə edilmişdir. Həmin qərarın 4.3-cü bəndinə görə uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Məhkəmə qeyd edir ki, ərizəçiyə məxsus şəxsiyyət vəsiqəsində göstərilən doğum ili (1976) istisna olunur. Belə ki, ərizəçinin 1976-cı il tarixdə İ sinfə getməsi iş materialları ilə öz təsdiqini tapır və mübahisə doğurmur. Həmçinin, məhkəmə tibbi ekspertizasının müvafiq rəyi ilə ərizəçinin bioloji yaşı 48-50 yaş müəyyən edilmişdir. Odur ki, ərizəçinin izahatından, mülki iş materiallarından və şahidlərin ifadələrindən aydın oldu ki, Ərizəçi xx xxxxxx 1970-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olmuşdur. Üzürlü səbəblərdən doğum haqqında şəhadətnaməsini ala bilməmişdir. Ərizəçi doğum haqqında şəhadətnaməni digər qaydada əldə edə bilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi xx xxxxxx 1970-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olması, atasının X3, anasının isə X8 olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələbləri və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlətə ödədiyi 10 (on) manat rüsumu tələb etmədiyindən dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxxxx 1970-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində anadan olması, atasının X3, anasının isə X8 olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar